Zəkəriyya Peyğəmbər da Quranın müxtəlif hissələrində zikr edilən peyğəmbərlərdən biridir. O da digər bütün peyğəmbərlər kimi, həyatı boyunca Allahın razılığını qazanmaqdan və bu yolda göstərməli olduğu əxlaqdan heç bir şəkildə güzəştə getməmişdir. Allaha ibadətdə qətiyyətli olmuş və Ona qarşı olan sədaqətini və təslimiyyətini daim mühafizə etmişdir. Zəkəriyya Peyğəmbərin göstərmiş olduğu bu səmimi sədaqət və bağlılığa qarşı, Allah ona həmişə rəhmət etmişdir. Allah Quranda Zəkəriyya Peyğəmbərin yaşlandığında, öz nəslinin davamı üçün, Allahdan saleh bir uşaq istədiyini və belə dua etdiyini bildirmişdir:
Demişdi: “Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq ağarmışdır. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam. Mən özümdən sonra gələn qohumlarımdan dinə etinasız yanaşacaqlarından qorxuram. Zövcəm də sonsuzdur. Mənə Öz tərəfindən elə bir övlad bəxş et ki, o həm mənə, həm də Yaqub nəslinə varis olsun. Ey Rəbbim! Elə et ki, o Sənin razılığını qazanmış olsun!
Allah, Zəkəriyya Peyğəmbərin bu duasını qəbul etmiş və onu adı “Yəhya” olan bir uşaqla müjdələmişdir. Allah, ana olmağa əlverişli olmayan bir qadını ana ola biləcək hala gətirmiş və Zəkəriyya Peyğəmbəri duyduğu bu narahatlıqdan möcüzəvi bir şəkildə qurtarmışdır. Allah, bu örnəklə də, şərtlər nə qədər mənfi, hətta qeyri-mümkün kimi görünsə də, saleh qullarını qarşılaşdıqları hər cür çətinlikdən qurtaracağını və onları həmişə məmnun edəcəyini göstərmişdir.