Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Möminlərin xoşbəxtliyi: Şeytan duyğusallıq təlqini verir

Mündəricat
  1. Giriş
  2. Cahil Cəmiyyət Bədbəxtdir
  3. Etdikləri hər şey ehtiraslı “əyləncədir”
  4. Dünya üzərindəki hər şey “bəzəkdir”
  5. Sahib olduqları hər şey “öyünmə” mövzusudur
  6. Hər şeyə “çoxalma” ehtirasıyla bağlanarlar
  7. Allahdan başqa ilahlar qəbul etmişlər
  8. Yanlış qədər inancları vardır
  9. Bədbəxtliyin Səsi: Şeytan
  10. Şeytan ümidsizlik və çarəsizlik təlqini verir
  11. Şeytan duyğusallıq təlqini verir
  12. Şeytanın hiylələri zəifdir
  13. Xoşbəxtliyin Sirri: Allahın Rizası
  14. Əbədi Xoşbəxtlik Möminlərindir
  15. Allahın rəhməti və ehsanı ilə sevinərlər
  16. Allaha təslimiyyətləri çox güclüdür
  17. İbrahim Peyğəmbər
  18. Zəkəriyya Peyğəmbər
  19. Yusif Peyğəmbər və atası Yaqub Peyğəmbər
  20. İmanın Gətirdiyi Xoşbəxtlik və Qazandırdığı Gözəlliklər
  21. Güc qazandırar
  22. Şövq qazandırar
  23. Fiziki gözəllik və sağlamlıq qazandırar
  24. Hikmətlə baxan daxili göz qazandırar
  25. Sonsuz Xoşbəxtlik Məkanı: Cənnət
  26. Nəticə

İnsanı bədbəxt edən digər amil də, insana heç təxmin etmədiyi bir yerdən gəlir. Bu, insanın öz duyğularıdır. Zərərsiz kimi görünən bu duyğular necə zərərli hala gələ bilir?

Dindən uzaq yaşayan cəmiyyətlərdə bütün anlayışlar bir-birinə qarışmış olduğu üçün, insanların nəyin doğru, nəyin səhv olduğunu bilmələri olduqca çətindir. Hər kəs özünə görə nəyi məntiqli və doğru kimi görsə onu edir, bunda da olduqca qərarlı və istəkli davranır. Yanlış olan bir çox anlayış təşviq edilir, bəyənilir, doğrular isə tam tərsinə səhv olaraq görülüb, tənqid edilir və şiddətlə qarşı çıxılır.

Məhz duyğusallıq mövzusu da bu qarışdırılan mövzuların başında gəlir. Duyğusallıq ümumi olaraq insanın hər şeyi duyğularıyla qiymətləndirməsi və həyatını buna görə şəkilləndirməsi olaraq təyin oluna bilər. Bu şəkildə yaşayan birinin həqiqi, ağıllı, rahat və hüzurlu həyat sürməsi üçün duyğularının onu həmişə yaxşıya və doğru olana yönəltməsi lazımdır. Ancaq bu o qədər də mümkün olmaz, çünki duyğusal bir insan ümumiyyətlə hadisələri doğru olaraq qiymətləndirməkdə çətinlik çəkər. Çünki ağlı və məntiqi ilə deyil, duyğuları ilə hərəkət edir. Qərar vermə mərhələsində duyğularıyla hərəkət etdiyi üçün, hadisələrin və insanların həqiqi üzlərini görməsi çətinləşər. Ya da tam əksinə, qəzəblənməməli olan bir vəziyyətdə, özünə hakim ola bilməyərək həm özünə, həm də ətrafına asanlıqla zərər verə bilər. Kiçik bir müzakirəni anidən böyük bir mübahisəyə çevirə biləcəyi kimi, yoldaşlarıyla əylənib çox şən və xoşbəxt bir haldaykən, dinlədiyi bir mahnı ilə qəflətən ağlaya bilər. Ani və gözlənilməz davranışlar göstərərək, sabit olmayan bir ruh halına sahib olduğunun siqnallarını verir. Bəzi insanlarda isə duyğusallıq, içinə qapalılıq, küsəyənlik kimi fərqli şəkillərdə özünü göstərir.

Görüldüyü kimi bu nümunələr çoxaldıla bilər. Ancaq diqqət edilsə hamısının ortaq bir nöqtəsi vardır: İnsanın ağılla düşünmə qabiliyyətini itirməsi və ağlını örtməsi. Bu isə insanı azdırmağa qətiyyətli olan şeytanın tamamilə istədiyi və gözlədiyi vəziyyətdir. Şeytan bu gizli silahı gözəl bir şəkildə istifadə edərək insana heç fərq etdirmədən, onun doğruları düşünməsinə, görməsini mane olar. İnsanı Allahın ayələrindən və gözəl əxlaqdan uzaqlaşdırar. İnsanın ağlının önünə sanki görünməz bir pərdə çəkər.

İnsanın bu vəziyyətdən xilas olması üçün şeytanı yaxşı tanıması lazımdır. İnsan, hər hansı bir mövzunu doğru baxış aspekti ilə dəyərləndirməsi üçün doğru və sağlam məlumatlara sahib olmalıdır. Ancaq bu şəkildə özü üçün nəyin doğru, nəyin səhv, nəyin zərərli, nəyin faydalı olduğunu anlaya bilər. Məhz insan, həyatı boyunca ehtiyac duyacağı bu ağılı və məlumatları Allahın insanları doğru yola yönəltmək üçün endirdiyi Quranda tapa biləcək və beləcə həqiqi bir ağıla sahib ola biləcək. Allahın Quranda möminlərin bir xüsusiyyəti olduğunu bildirdiyi “təmiz ağıl”, insanı şeytanın bu hiyləgər oyununa qarşı qoruyacaq güclü bir silahdır. Əksinə, insan istək və duyğularına görə hərəkət etdiyi təqdirdə bədbəxt olacaq.

Allah, “...De: “Mən sizin nəfsinizin istəklərinə uymaram. Əks halda mən haqq yoldan azar və doğru yola yönəlmişlərdən olmaram”“ (Ənam surəsi, 56) ayəsiylə, nəfsani duyğulara görə yaşamanın, insanı Allahın yolundan azdıracağını bildirmişdir. Bunun qaçınılmaz nəticəsi də insanın yaşayacağı xəyal qırıqlıqları, uzunmüddətli depressiyalar, sıxıntı və stressdir. Bu isə insana dünyada bədbəxtlikdən başqa bir şey gətirməyəcək.