Möminlər Allaha və Onun yaratdığı qədərə iman etdikləri üçün sevincləri daimidir. Bu vəziyyət onların gündəlik həyatlarına da əks olunar və möminlərin xarakterinin təməl qaynağını meydana gətirər. İnkarçılar isə tam tərsinə, Allahdan və Onun ayələrindən xəbərsiz bir şəkildə yaşamağın qarşılığı olaraq həmişə bədbəxt olurlar.
Möminlərin Allaha qarşı duyduqları sevgi, bağlılıq və qədərə olan təslimiyyətləri, onları maddi və mənəvi olaraq narahat edə biləcək hər cür səbəbi ortadan qaldırar. Çünki mömin üçün həyatı boyunca “pis” olaraq xarakterizə edəcəyi heç bir şey yoxdur. Quran əxlaqı ilə Allahın bütün “pis” kimi görünən şeyləri, özü üçün “xeyirə” və “yaxşılığa” çevirəcəyini çox yaxşı bilir. Bu da möminin hər zaman imani sevincə sahib olmasını təmin edər. Hər kəsin kədərləndiyi, pessimist olduğu bir mühitdə, onu üzəcək hər hansı bir səbəb mövcud olmadığından, sevincindən heç bir şey əksilməz.
Cahil cəmiyyətdəki insanlar isə hər nə qədər cəhd edərlərsə etsinlər, imana sahib olmadıqları üçün, heç bir zaman bu xoşbəxtliyi yaşaya bilməzlər. Çox istəsələr belə, heç cür səmimi və qəlbən sevinc ilə hərəkət etməyi bacara bilməzlər. İmanın özlərinə gətirəcəyi hüzurdan uzaq qaldıqları üçün həqiqi mənada rahat və hüzurlu ola bilməz, qarşılarındakı insanlara da narahatlıq verərlər.
Möminin reaksiyaları isə, imani sevincə sahib olduğu üçün hər zaman dərin və səmimi olur. Hər zaman Allaha təvəkkül etdiyi üçün hərəkətləri və rəftarları qarşısındakı insana da böyük bir hüzur və sevinc verir. Bu baxımdan hər kəs bir möminlə danışmaqdan və yoldaşlıq etməkdən böyük zövq alır. Çünki həqiqi mənada səmimiyyətə və sevincə yalnız möminlər sahibdir. Onsuz da ətrafındakı hər kəs də onun bu halını çox açıq bir şəkildə fərq edər. Mömin, Allahın özünə verdiyi bu bənzərsiz nemət sayəsində yaşamaqdan zövq alan, həqiqi mənada əylənən və gülən insandır, çünki möminlər hər şeyin idarəsinin Allahın iradəsində olduğunu bilirlər. Allah bu mövzunu bir ayədə belə bildirir:
De ki: “Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Və möminlər yalnız Allaha təvəkkül etsinlər.”
Cahillik əxlaqının səbəb olduğu, insana əzab və sıxıntı verən mühitlərdə yaşayan insanlar isə duyduqları mənəvi narahatlıqdan ötrü, əylənmənin və sevincin zövqünü heç bir zaman əsl mənasıyla yaşaya bilməzlər. Bu insanlar əylənir və ya gülürmüş kimi görünsələr də, yalnız əyləndiklərini zənn edirlər. Gündəlik həyatlarında qarşılaşdıqları problemləri və çətinlikləri heç ağıllarından çıxara bilmədiklərini, hər an onları düşündükləri üçün getdikləri hər yerdə, olduqları hər mühitdə doğru dürüst əylənib gülə bilməz, saxta bir “sevinc” və “xoşbəxtlik” tablosu göstərərlər. Bu insanların bədbəxtlikləri o qədər dərindir ki, ətraflarında səmimi bir şəkildə gülə bilən birini gördüklərində, özləri belə ola bilmədikləri üçün bu vəziyyətdən də böyük bir narahatlıq hiss edə bilərlər. Başqalarının sevinci və rahatlığı bu insanlar üçün yenə əzaba çevrilir və bədbəxtlikləri daha da artır. Bu səbəblə, öz bədbəxtliklərini ətraflarındakılara da aşılaya bilmək üçün əllərindən gələn hər cür pis və əks davranışı göstərməkdən də çəkinməzlər. Ətraflarındakı insanları da özlərinə bənzətməyə çalışarlar. İnkarçıların göstərmiş olduqları bu sabit olmayan davranışlar, onların “sevinc” kimi gözəl bir nemətin zövqündən də məhrum qalmalarına səbəb olar. Hər nə edərlərsə etsinlər, hara gedərlərsə getsinlər, -səmimi bir şəkildə iman etmədikləri müddətcə- imanın qazandıracağı “nəşə”-dən məhrum qalacaq və həyatlarını mənəvi bir əzab içərisində keçirəcəklər.
Bu insanların qəlblərini içi tüstü ilə örtülü qaranlıq bir evə bənzədə bilərik. Allaha iman etmədikləri üçün bu evin qapısı, pəncərəsi yoxdur. Rəbbimizə iman etmədikləri üçün də, evlərinin içindəki pis və dumanlı hava heç vaxt çölə çıxmaz, içəriyə də heç bir zaman təmiz hava girməz.
Möminlər isə Allaha səmimi bir şəkildə iman etmələrinin qarşılığı olaraq, Allahın onlara hiss etdirdiyi “həqiqi” sevinclə əylənib güldükləri üçün, aldıqları həzz və xoşbəxtlik ən üst səviyyədədir. Rəbbimiz bu mövzunu Quranda belə müjdələyir:
... Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu, böyük uğurdur.
Bir başqa ayədə isə Allah, möminlərin qəlblərinin Allahın zikriylə rahatlıq tapdığını bildirərək, iman edənlərin yaşadığı bu hüzur və xoşbəxtliyin həqiqi qaynağının Allaha olan imanları olduğunu bildirmişdir:
Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır.