Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Möminlərin xoşbəxtliyi: Şeytanın hiylələri zəifdir

Mündəricat
  1. Giriş
  2. Cahil Cəmiyyət Bədbəxtdir
  3. Etdikləri hər şey ehtiraslı “əyləncədir”
  4. Dünya üzərindəki hər şey “bəzəkdir”
  5. Sahib olduqları hər şey “öyünmə” mövzusudur
  6. Hər şeyə “çoxalma” ehtirasıyla bağlanarlar
  7. Allahdan başqa ilahlar qəbul etmişlər
  8. Yanlış qədər inancları vardır
  9. Bədbəxtliyin Səsi: Şeytan
  10. Şeytan ümidsizlik və çarəsizlik təlqini verir
  11. Şeytan duyğusallıq təlqini verir
  12. Şeytanın hiylələri zəifdir
  13. Xoşbəxtliyin Sirri: Allahın Rizası
  14. Əbədi Xoşbəxtlik Möminlərindir
  15. Allahın rəhməti və ehsanı ilə sevinərlər
  16. Allaha təslimiyyətləri çox güclüdür
  17. İbrahim Peyğəmbər
  18. Zəkəriyya Peyğəmbər
  19. Yusif Peyğəmbər və atası Yaqub Peyğəmbər
  20. İmanın Gətirdiyi Xoşbəxtlik və Qazandırdığı Gözəlliklər
  21. Güc qazandırar
  22. Şövq qazandırar
  23. Fiziki gözəllik və sağlamlıq qazandırar
  24. Hikmətlə baxan daxili göz qazandırar
  25. Sonsuz Xoşbəxtlik Məkanı: Cənnət
  26. Nəticə

Əvvəlki hissələrdə şeytanın, dindən uzaq qalmış, bu səbəbdən həyatı boyunca Allaha iman etmənin verdiyi şüurdan uzaq yaşayan insanlar üzərindəki təlqinlərini və bu yolla insanları necə bir sıxıntı içinə apardığını araşdırdıq. Ancaq insanın, şeytanın bu azdırıcı tələləri və vəsvəsələri qarşısında unutmamalı olduğu əhəmiyyətli bir nöqtə var. Bu da şeytanın insan üzərində nə dərəcədə təsiredici bir gücə sahib ola biləcəyidir. Əvvəla, şeytan Allahdan müstəqil bir güc deyil. Şeytanı da Allah yaratmışdır və ancaq Allah dilədiyi üçün insanlara düşmən olmuşdur. Allah diləmədikcə də insanlar üzərində müstəqil gücü qətiyyən ola bilməz. Allah şeytanı da insanlar üçün bir imtahan vəsiləsi olaraq yaratmışdır. Ona uyanlar doğru yoldan uzaqlaşacaq, vicdanlarının səsinə uyub Allahın rizasına uyğun hərəkət edənlər isə qurtuluşa çatacaqlar.

Bununla yanaşı şeytanın bu təsiri, insanın Allaha olan yaxınlığı, bağlılığı qısacası imanı kamilliyi ilə yaxından əlaqəlidir; Şeytan Allahın səmimi qullarına təsir edə bilmir. Onun təsiri ancaq Allaha şirk qoşan və inkar edən kimsələr üzərindədir. Bunu daha yaxşı görə bilmək üçün, Allahın şeytanı hansı məqsədlə yaratdığını bilmək lazımdır. Allah şeytanı “...Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün şeytana belə bir fürsət verdik...” (Səba surəsi, 21) ayəsiylə bildirdiyi kimi, möminlərlə, inkarçıları birbirindən ayırd etmək məqsədiylə yaratmışdır. Bu nöqtədə şeytanın kimlər üzərində təsirinin daha qüvvətli olacağı, kimləri asanlıqla Allahın yolundan azdıra biləcəyi açıq bir şəkildə ortaya çıxır.

Allah, “Həqiqət budur ki, şeytan sizin düşməninizdir, elə isə sizdə onu düşmən sayın. O, öz tərəfdarlarını Od sakini olmağa çağırır”. (Fatir surəsi, 6) ayəsiylə, şeytanın insanların açıq bir düşməni olduğunu və insanların da şeytanı düşmən qəbul etməli olduqlarını bildirmişdir. İnsanın düşməninə qarşı müvəffəqiyyətli ola bilməsi, ona məğlub olmaması, düşmənini nə qədər yaxşı tanıdığına, onun necə üsullar və taktikalar izlədiyini yaxşı təsbit etməsinə bağlıdır. Qısacası, insan düşməni haqqında çox yaxşı məlumata sahib olmalıdır. Məhz möminlər, Allahın özlərinə nazil etdiyi Quran sayəsində şeytanı çox yaxşı tanıyır və onunla necə mübarizə aparacaqlarını çox yaxşı bilirlər. Bu isə, şeytanın möminlər üzərindəki gücünün nə qədər zəif və təsirsiz olacağının göstəricisidir. Şeytan, bütün insanları olduğu kimi, səmimi möminləri də azdırmağa çalışacaq ancaq bunda heç bir zaman müvəffəqiyyətli ola bilməyəcək. Möminlər həyatlarını Allahın Quranda bildirdiyi həqiqətlər üzərinə qurduqları üçün, şeytanın tələlərini, özlərinə hansı yollarla yaxınlaşacağını da çox yaxşı görə bilirlər. Şeytana əsla fürsət verməz, hər zaman hər mövzuda vicdanlarına görə hərəkət edərlər. Möminlərin bu mövzudakı qətiyyətli və səmimi rəftarlarını Allah Quranda belə bildirir:

Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir. Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman Allahı xatırlayar və dərhal gerçəyi görərlər.

Əraf surəsi, 200-201

Allahın “... Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir” (Nisa surəsi, 76) ayəsiylə də bildirdiyi kimi, şeytanın hiylələri möminlər üçün çox zəifdir. Ancaq eyni şeyi Qurandan üz çevirən, Allahı unudaraq yaşayan insanlar üçün söyləmək mümkün deyil. Qurana tabe olmayan və Allaha olan bağlılıqları çox zəif olduğundan, Allahın Şuəra surəsinin 223-cü ayəsində bildirdiyi kimi, asanlıqla “şeytanlara qulaq verərlər”. Vicdanlarını tamamilə kənara qoyduqlarından şeytanın hər dediyini eynilə tətbiq edərlər. Bu insanlar Allahın zikrini unutmuş və tamamilə şeytanın nəzarəti altına girmişlər. Digər bir ifadəylə, şeytanı ilah etmişlər (Allahı tənzih edirik). Buna görə, şeytanın bu kəsləri öz yoluna çəkməsi və onlara Allahdan və Qurandan uzaq bir həyat yaşatdırması çox asandır. Allah, şeytanın, onu dost və vəli əldə edən insanlar üzərindəki azdırıcı təsirini və iman edənlər üzərində heç bir məcburedici gücü olmadığını belə bildirir:

Şübhəsiz ki, şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allaha şərik qoşanlar üzərindədir.

Nəhl surəsi, 99-100