Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Möminlərin xoşbəxtliyi: Allahın rəhməti və ehsanı ilə sevinərlər

Mündəricat
  1. Giriş
  2. Cahil Cəmiyyət Bədbəxtdir
  3. Etdikləri hər şey ehtiraslı “əyləncədir”
  4. Dünya üzərindəki hər şey “bəzəkdir”
  5. Sahib olduqları hər şey “öyünmə” mövzusudur
  6. Hər şeyə “çoxalma” ehtirasıyla bağlanarlar
  7. Allahdan başqa ilahlar qəbul etmişlər
  8. Yanlış qədər inancları vardır
  9. Bədbəxtliyin Səsi: Şeytan
  10. Şeytan ümidsizlik və çarəsizlik təlqini verir
  11. Şeytan duyğusallıq təlqini verir
  12. Şeytanın hiylələri zəifdir
  13. Xoşbəxtliyin Sirri: Allahın Rizası
  14. Əbədi Xoşbəxtlik Möminlərindir
  15. Allahın rəhməti və ehsanı ilə sevinərlər
  16. Allaha təslimiyyətləri çox güclüdür
  17. İbrahim Peyğəmbər
  18. Zəkəriyya Peyğəmbər
  19. Yusif Peyğəmbər və atası Yaqub Peyğəmbər
  20. İmanın Gətirdiyi Xoşbəxtlik və Qazandırdığı Gözəlliklər
  21. Güc qazandırar
  22. Şövq qazandırar
  23. Fiziki gözəllik və sağlamlıq qazandırar
  24. Hikmətlə baxan daxili göz qazandırar
  25. Sonsuz Xoşbəxtlik Məkanı: Cənnət
  26. Nəticə

Əvvəlki hissələrdə də vurğulandığı kimi, cahil cəmiyyətdəki insanların sevincli və xoşbəxt olmaları, dünya həyatından nə dərəcə faydalana bildiklərinə bağlıdır. Bütün dəyər ölçüləri, bir-birlərinə olan hörmətləri, sevgiləri və əlaqələri tamamilə maddiyyata əsaslanır. Bu şəkildə xoşbəxt və rahat bir həyat yaşayacaqlarına özlərini inandırmışlar. Ancaq hər dəfə unutduqları və ya gözardı etdikləri bir şey vardır: İnsanın xoşbəxt olması maddi baxımdan rahatlığına deyil, mənəvi rahatlığına və hüzuruna bağlıdır. İnsan istər kasıb, istərsə də zəngin olsun, mənəvi olaraq özünü hüzurlu və rahat hiss etmirsə xoşbəxt ola bilməyəcək. Cahil cəmiyyətin bu maddiyat ehtirası, onlar üçün sıxıntı qaynağı halına gələrək, onları sonu gəlməyən bir boşluğa doğru sürükləyir. Allah Quranda bu vəziyyəti belə açıqlayır:

Onların nə malları, nə də övladları səni heyrətləndirməsin. Allah bunlarla, dünya həyatında onlara əzab vermək və onların canlarının kafir kimi çıxmasını istəyir.

Tövbə surəsi, 55

Allahın Quranda bildirdiyi kimi, inkar edənlər nə qədər mal və mülk yığıb toplasalar, mövqeyi nə qədər yüksələrsə də, qazandıqları şeylər onlara əzab və bədbəxtlikdən başqa bir şey qazandırmayacaq. Quran əxlaqının özlərinə qazandıracağı gözəllikləri və rahatlığı heç bilmədikləri üçün, mənəvi boşluqlarını müvəqqəti olan bu dünya mənfəətləriylə doldurmağa çalışırlar. Möminlər bu mənəvi həzzi, Allaha səmimi bir şəkildə iman edib, yalnız Ona ibadət etdikləri üçün təbii olaraq yaşayarlar. Allah bir Quran ayəsində möminləri “Rəbbinə qəlbləri məmnun qalmış olaraq bağlanan” kəslər olaraq tanıtmış və onları cənnətlə müjdələmişdir:

Sözsüz ki, iman gətirib saleh əməllər edənlər və Rəbbinə boyun əyənlər Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar.

Hud surəsi, 23

Allah bir başqa ayəsində isə, möminlərin qəlblərinin yalnız Allahı zikr etməklə hüzur tapıb rahatladığını və bütün qəlblərin yalnız Allahın zikriylə hüzur tapa biləcəyini bildirmişdir:

Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır.

Rad surəsi, 28

Möminləri xoşbəxt edən, onlara hüzur və rahatlıq verən, Allaha qarşı duyduqları dərin sevgi və bağlılıqları və qəlblərinin hər an Allah ilə birlikdə olmasıdır. Bu isə, Allahın səmimi imanlarına qarşılıq möminlərə lütf olaraq verdiyi neməti və mərhəmətidir. Dua etdiklərində Allahın dualarına qarşılıq verəcəyini, bir səhv etdikləri zaman, səmimi bir şəkildə tövbə etdikləri təqdirdə onları bağışlayacağını, hər zaman Allahın onlara kömək edəcəyini, mütləq bir çıxış yolu göstərəcəyini, etdikləri hər şeyin qarşılığını tam olaraq hətta daha artığını alacaqlarını və Allahın onları sonsuz rəhmətinə qovuşduracağını bilmənin xoşbəxtliyini yaşayırlar. Məhz möminlərin sevinc və xoşbəxtlik qaynağı Allahın onlar üzərindəki sərhədsiz rəhməti və ehsanıdır. Allah möminlərin bu sevincini Quranda belə bildirir:

De: “Bunlar Allahın lütfü və mərhəməti sayəsindədir!” Qoy onlar buna sevinsinlər. Bu ki, onların yığdıqlarından daha xeyirlidir.

Yunus surəsi, 58

Allahın rəhməti və bol ehsanı möminlər üzərində heç dayanmadan, həyatlarının sonuna qədər təcəlli edər. Allahın rəhməti və ehsanı, Allahın möminlər üçün hazırladığı nemətlərlə təchiz edilmiş cənnətlərdə əbədi olaraq onların üzərində olacaq.