Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Möminlərin xoşbəxtliyi: Sonsuz Xoşbəxtlik Məkanı: Cənnət

Mündəricat
  1. Giriş
  2. Cahil Cəmiyyət Bədbəxtdir
  3. Etdikləri hər şey ehtiraslı “əyləncədir”
  4. Dünya üzərindəki hər şey “bəzəkdir”
  5. Sahib olduqları hər şey “öyünmə” mövzusudur
  6. Hər şeyə “çoxalma” ehtirasıyla bağlanarlar
  7. Allahdan başqa ilahlar qəbul etmişlər
  8. Yanlış qədər inancları vardır
  9. Bədbəxtliyin Səsi: Şeytan
  10. Şeytan ümidsizlik və çarəsizlik təlqini verir
  11. Şeytan duyğusallıq təlqini verir
  12. Şeytanın hiylələri zəifdir
  13. Xoşbəxtliyin Sirri: Allahın Rizası
  14. Əbədi Xoşbəxtlik Möminlərindir
  15. Allahın rəhməti və ehsanı ilə sevinərlər
  16. Allaha təslimiyyətləri çox güclüdür
  17. İbrahim Peyğəmbər
  18. Zəkəriyya Peyğəmbər
  19. Yusif Peyğəmbər və atası Yaqub Peyğəmbər
  20. İmanın Gətirdiyi Xoşbəxtlik və Qazandırdığı Gözəlliklər
  21. Güc qazandırar
  22. Şövq qazandırar
  23. Fiziki gözəllik və sağlamlıq qazandırar
  24. Hikmətlə baxan daxili göz qazandırar
  25. Sonsuz Xoşbəxtlik Məkanı: Cənnət
  26. Nəticə

Allah, Öz rizasına uyan saleh qullarını içində sonsuza qədər qalacaqları nemətlərlə təchiz edilmiş cənnətlərlə müjdələmiş və insanları dünya həyatına aldanmamaları, dünya həyatını seçib üstün tutmamaları mövzusunda xəbərdar etmişdir. “...Axirət yurdu isə əsl həyatdır. Kaş ki, biləydilər!” (Ənkəbut surəsi, 64) və “...gözəl qayıdış yeri isə Allah yanındadır” (Ali İmran surəsi, 14) ayələri ilə Allah axirətin, dünyadan daha qiymətli və üstün olduğunu və insanların “həqiqi” həyatlarının axirət həyatı olacağını bildirmişdir. Yaxşı, axirət həyatında insanları necə ortam və necə həyat gözləyir?

Burada mövzumuz cənnət və burada yaşanacaq olan xoşbəxtlik olduğundan, Allahın inkar edənlər üçün hazırladığı əzab dolu cəhənnəmdən bəhs etməyəcəyik.

Allah ayələri ilə axirət həyatının insanların “əsl və həqiqi həyat”ı olduğunu bildirmişdir. Cənnətdə, dünya həyatındakı qüsurlar, nöqsanlar heç bir şəkildə olmayacaq. Orada insanların nəfslərinin arzu etdiyi hər şey vardır. Cənnətdəki bu qüsursuzluq və möminlərin cənnətdəki həyatları haqqındakı təfərrüatları Allah Quran ayələri ilə bizlərə bildirmişdir; möminlərin yaşayacaqları ortamlardan yeməklərinə, cənnətdəki təbii gözəlliklərdən möminlərin oradakı yoldaşlarına qədər cənnət haqqında təfəkkür edəcəyimiz bir çox məlumat Quranda bəhs edilir. Cənnətdəki həyatı və burada yaşanılacaq olan sərhədsiz xoşbəxtliyi daha yaxşı anlaya bilmək üçün cənnətin mükəmməlliyini Quran ayələri əsasında qısaca təhlil edək.

İlk olaraq cənnətdəki təbii gözəlliklərə nəzər salsaq, bunları söyləyə bilərik: Cənnət Allahın “nə günəş, nə də şaxta” (İnsan surəsi, 13) olaraq təsvir etdiyi, insana heç bir narahatlıq verməyən, çox gözəl iqlimə sahibdir. İnsanı, dünyada tərlədən, ürəyini sıxan istilər, ya da donduran soyuqlar orada yoxdur. Bu da cənnətdəki iqlimin qüsursuzluğuna işarə edən vəziyyətdir. Allahın cənnət ilə əlaqədar olaraq bildirdiyi təbii gözəlliklərdən biri də, “daim axan sular”dır (Vaqiə surəsi, 31). Dayanmadan axan suyun, həm görünüşü, həm də səsi insana böyük zövq verir. Eyni zamanda da insanı rahatlaşdırar və sakitləşdirər. Dünya həyatında insanların evlərinin, villalarının bağçalarında hovuzlar, fəvvarələr tikdirmələrinin məqsədi həm estetik görünüş əldə etmək, həm də bu sərinləşdirici mühiti yaratmaqdır. Allah cənnətdəki bu xüsusiyyəti bir başqa ayədə belə xəbər verir:

“İkisində də fəvvarə vuran iki bulaq vardır.”

Rəhman surəsi, 66

Həmçinin Allah, “Sözsüz ki, müttəqilər Cənnət bağlarında və çeşmələr başında olacaqlar” (Hicr surəsi, 45), “Şübhəsiz ki, müttəqilər kölgəliklərdə və çeşmələr başında” (Mürsəlat surəsi, 41) ayələriylə də möminlərin hüzur verən sərinləşdirici yerlərdə yaşayacaqlarını xəbər verir. Allahın Quranda bildirdiyi digər gözəllik də, möminlər üçün hazırlanmış olan “cənnət bağçaları”dır. Bu bağçalarda insan ruhunun görməkdən zövq alacağı hər növ çiçək və bitki bir yerdə, uyğunluq içindədir. Bunlardan başqa “tikansız” və “üst-üstə düzülmüş meyvələri sallanmış” (Vaqiə surəsi, 28-29) olan meyvə ağaclarının varlığı da ayrı nemətdir. Bunlara əlavə olaraq, Allah cənnətin “olduqca yamyaşıl” (Rəhman surəsi, 64) görünüşə sahib olduğunu bildirir.

Bütün bunlar bir yerdə düşünüldüyündə insanın qarşısına ovsunlayıcı gözəllikdə mənzərə çıxır. Bu gözəl görünüşün yox olması, zamanla gözəlliyini itirməsi kimi vəziyyət də mümkün deyil. Sonsuza qədər heç dəyişmədən, xarab olmadan qalacaq. Cənnətdəki möminlər üçün olan gözəlliklər və nemətlər yalnız bunlarla məhdud deyil. Allah Quranda bu təbii gözəlliklərlə yanaşı möminlərin cənnətdə yaşadıqları məkanların gözəlliyi haqqında da məlumat verir:

Lakin Rəbbindən qorxanları üst-üstə tikilmiş, altından çaylar axan otaqlar gözləyir. Bu, Allahın vədidir. Allah vədinə xilaf çıxmaz.

Zumər surəsi, 20

Allahın ayədə bildirdiyi kimi, möminlər cənnətdə yüksək yerlərdə olan köşklərdə təsiredici mənzərəyə qarşı otururlar. Bunların xaricində Allah, möminlərə xidmət etmələri üçün cavanlar yaratmışdır. Allah möminlərə davamlı və fasiləsiz bir şəkildə xidmət edən cavanları bizlərə belə xəbər verir:

Onların ətrafında xidmətlərinə verilmiş, qorunub saxlanılan mirvari kimi yeniyetmə oğlanlar dolanacaqlar

Tur surəsi, 24

Bunlarla yanaşı, Allah “Taftadan və atlazdan libaslar geyib qarşı-qarşıya əyləşəcəklər” (Duxan surəsi, 53) və “...orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcək” (Həcc surəsi, 23) ayələri ilə möminlərin cənnətdəki geyimlərinin gözəlliyi haqqında da məlumat vermişdir. Bilindiyi kimi ipək və atlas parça, qızıl və mirvari dünyada da çox qiymətlidir. Eyni zamanda da göstəriş və zənginliyin ifadəsi olaraq bilinir. Möminlər cənnətdə bu parçalardan olan paltarları geyəcək, qızıl və inci bəzəkləri taxaraq daha çox estetik və ehtişamlı görünüşə sahib olacaqlar. Allah həmçinin Quranda cənnətdə möminlər üçün tərtəmiz, qüsursuz gözəlliyə sahib və yalnız möminlərə aid olan yoldaşlar verəcəyini də müjdələyir:

Orada gözlərini öz ərlərinə dikmiş, onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır.

Rəhman surəsi, 56

Allah, ayələrdəki “qorunub saxlanılmış yumurta kimi” (Saffat surəsi, 49) və “sədəf içində saxlanılmış mirvariyə bənzər” (Vaqiə surəsi, 23) ifadəsi ilə, yalnız möminlərə xas olaraq yaratdığı bu zövcələrin qüsursuz gözəlliklərinə də diqqət çəkmişdir. Heç bir dünyəvi əskikliyə sahib deyillər və sonsuza qədər də gözəlliklərindən heç bir şey itirməyəcəklər. Bütün bunlar cənnətdə möminləri gözləyən bir-birindən gözəl və Allahın yalnız mömin qullarına verəcəyi nemətlərdir. Möminlər bütün bu nemətlərdən məmnun qalacaq, Rəbbimizdən razı olacaqlar. Allah “Sən onların çöhrəsində səadət parlaqlığı görəcəksən.” (Mutaffifin surəsi, 24) ayəsi ilə möminlərin duyacaqları sonsuz xoşbəxtlik və sevincin üzlərinə “parıltı” şəklində əks olunduğunu bildirmişdir.

Möminlər üçün digər xoşbəxtlik səbəbi də, Allahın cənnəti hər şeyiylə qüsursuz şəkildə yaratmış olmasıdır. İnsanı dünyada sıxan, narahatlıq verən və bezdirən, bədbəxtliyə səbəb olan heç bir əksiklik və qüsur cənnətdə olmayacaq. Yorulma, ölmə, xəstələnmə, acı çəkmə, qocalma, çirklənmə, susama, acma və bunlara bənzər insanın ağlına gələn dünyəvi əksiklik və qüsurların heç birinin cənnətdə olmayacağını Allah Quranda belə bildirir:

Sən orada nə ac qalacaq, nə də çılpaq olacaqsan. Sən orada nə susayacaq, nə də bürküdən əziyyət çəkəcəksən!”

Taha surəsi, 118-119

Şübhəsiz ki, insanın, özünü sıxan, narahat edən, bədbəxt edən hər cür amildən təmizlənilmiş bir məkanda sonsuza qədər yaşaması ola biləcək ən böyük rahatlıq, lüks və bənzərsiz xoşbəxtlik qaynağıdır.

Cənnətdə həmçinin möminlər üçün “ehtiyac” deyə anlayışın olması da mümkün deyil. Artıq heç bir şeyi ehtiyacdan ötrü etmirlər. Hər şey onların xidmətindədir, nəfslərinin arzu etdiyi hər şey də onlarındır. Allah bütün bu nemətləri mömin qullarının zövq alıb, xoşbəxt olması üçün yaratmışdır. Etdikləri hər şey onlar üçün zövqə və əyləncəyə çevrilir. Bütün bunlardan sonsuza qədər heç bir sıxıntı və bezginlik də hiss etməyəcəklər.

Cənnətdə möminlərə hüzur və xoşbəxtlik verən digər böyük nemət də orada birlikdə yaşayacaqları saleh möminlərdir. Şübhəsiz ki, möminlər cənnətdə, dünyada insanları sıxan, qəzəbləndirən və narahatlıq verən hər cür pis əxlaq xüsusiyyətlərindən təmizlənmiş olacaqlar. Allah bir ayəsində cənnətdəki möminlərin ürəklərində kin və qəzəbin olmayacağını belə bildirmişdir:

Biz onların kökslərindəki kin-küdurəti çıxaracağıq. Onların ayaqları altından çaylar axacaq. Onlar deyəcəklər:

“Bizi buna qovuşduran Allaha həmd olsun! Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik....”

Əraf surəsi, 43

Hər cür pis əxlaq və davranışdan təmizlənmiş, tərtəmiz, gözəl əxlaqlı insanlarla yaşamaq və qüsursuz bir əxlaqa sahib olmaq cənnətdə yaşayan bütün saleh möminlər üçün şübhəsiz ki, böyük nemət, hüzur və xoşbəxtlik vəsiləsidir. Allah möminlərin cənnətdə xoşbəxtliklərini belə dilə gətirdiklərini bildirir:

Onlar deyəcəklər:

“Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun! Həqiqətən, Rəbbimiz Bağışlayandır, şükürün əvəzini verəndir. Öz lütfü ilə bizi əbədi iqamətgahda yerləşdirən Odur. Orada bizə nə bir yorğunluq üz verəcək, nə də bir üzgünlük toxunacaqdır!”

Fatir surəsi, 34-35

Ayələrdən də aydın olduğu kimi, Allah cənnətdə, insana ən böyük zövq və ləzzətləri daddırır. Möminin Allahın razılığını və sevgisini qazana bildiyi üçün duyduğu xoşbəxtlik və sevinc isə, bütün bunların üzərində xoşbəxtlik vəsiləsidir. Cənnətdəki bütün bu nemətlər, Allahın saleh qullarına ehtiramıdır. Onları qiymətli və cazibədar edən şey isə, Allahın möminlərdən razı olmuş və onları cənnətinə qəbul etmiş olmasıdır.

Cənnət, Rəbbimiz olan Allahın lütfüdür və bu səbəblə çox qiymətlidir. Cənnət əhli, hədiyyəyə layiq görülmüş qullardan olduqları üçün əbədi xoşbəxtlik və sevincə qovuşarlar. Məhz bir insan üçün “ən böyük xoşbəxtlik və qurtuluş”, Allahın razılığını qazanıb, cənnətinə və rəhmətinə qovuşa bilmiş olmasıdır.