Cahil cəmiyyətdə güclü ola bilmək və buna bağlı olaraq insanlara hökm edə bilmək olduqca əhəmiyyətli görülür. İnsanlar zəngin olaraq, ya da ətraflarındakı insanların özlərinə hörmət göstərəcəkləri bir mövqe əldə edərək güc sahibi olacaqlarına inanırlar.
Məsələn, pulun gücünə ya da pulla istədiyi hər şeyi edə biləcəyinə inanan bir insan, pulu əldə etmək üçün əlindən gələn hər şeyi edər. Ancaq çox əhəmiyyətli bir şeyi həmişə gözardı edir: mənəvi güc. İnsanın mənəvi gücü isə Allah ilə olan yaxınlığına bağlıdır. Cahil cəmiyyətdə yaşayan insanlar, hər nə qədər maddi baxımdan güclü olsalar belə, ən kiçik bir çətinlik anında dərhal ümidsiz və pessimist bir ruh halına bürünər və bundan ötrü də sahib olduqları həyat sevinclərini o anda itirə bilərlər. Həyat sevinclərini və əzmlərini itirdikləri üçün, qarşılaşdıqları çətin vəziyyətlərdə güc və dəstək ala biləcəkləri heç bir şeyləri qalmamış olur. Ruhlarında meydana gələn bu güc itkisi təbii olaraq onların gündəlik həyatlarına, hərəkətlərinə və davranışlarına da mənfi bir şəkildə əks olunur. Hər hansı bir yerə gedəcək, hər hansı bir işi edəcək gücü və istəyi özlərində tapa bilmədikləri üçün tənbəl və halsız bir quruluşa bürünər. Hər hansı bir səy göstərməkdən çəkinər, özlərinə fayda təmin edəcək fəaliyyətlərdən həmişə üz çevirərlər. Hətta öz mənfəətləri olsa belə, yenə üstlərinə çökən bu ağırlıq və tənbəllik səbəbiylə, bir şey etmə arzusu hiss etməzlər. Bu insanları, çox yaşlı bir insanın vəziyyətinə bənzədə bilərik. Görüntüləri gənc belə olsa, bu güc çatışmazlığından, ruhları bədənlərini yaşlı bir insanın bədəni kimi hərəkət etdirər. Bədən cəhətdən deyil, amma ruh olaraq qocalmışlar. Yaşlı bir insanın əldən düşməsi, özünü yorğun hiss etməsi, həmişə istirahətə ehtiyac duyması çox normaldır. Hətta, bəzən yaşlı insanların belə eynilə gənclər kimi dinamik və aktiv olduğuna şahid olarıq. Bədənləri qocalmış olsa belə, ruhları aktiv və dinamik qalar. Bu insanlar isə, tam tərsinə, gənc olduqları halda bu təsvir edilən vəziyyətə düşmüş və mənəvi olaraq yaşlı bir insandan fərqsiz hala gəlmişlər.
Görüldüyü kimi bu insanlar iman etməmələri səbəbiylə Allahın qəlblərinə verəcəyi mənəvi gücdən məhrum olaraq yaşayırlar. Allah bu insanların göstərdikləri əxlaqa qarşılıq olaraq qəlblərindəki gücü çəkib almışdır. Buna görə bir mənada, yaşayarkən ölmüş ruh halı içərisində yaşayarlar. Bu mənfi halları onların hər hallarından, hər davranışlarından rahatlıqla aydın ola bilər.
İnkarçıların bu vəziyyətlərinə qarşılıq möminlər, güclü imanlarının onlara qazandırdığı xoşbəxtlik ilə mənəvi güclərinə güc qatırlar. Daima Allahı vəli və dost etmələrinin və Onun rizasına uymalarının qarşılığında, Allahın onlara nemət olaraq verdiyi mənəvi güc sayəsində həmişə canlı və diridirlər. Heç bir zaman tənbəl və keyimiş bir hala bürünməz; bunun özlərinə gətirəcəyi zərəri və itkini yaxşı bildiklərindən bu vəziyyətdən çəkinərlər. Duyduqları bu mənəvi güc onları Allahın razılığını daha çox qazanmağa, hər zaman bir əvvəlkinə görə daha ciddi səy sərf edərlər. Allah yolunda qarşılaşacaqları çətin vəziyyətlərdə səbir etdiklərinin də təməl qaynağını meydana gətirər. Beləcə heç bir işdə və heç bir yerdə Allahın bəyənməyəcəyi bir rəftar içərisinə girməzlər. Hər zaman irəlidə, həmişə qabaqda və həmişə nümunə ola bilmək üçün daim sürətli və aktiv olmağı seçərlər. Bu səyləri onların hər keçən gün cənnət əxlaqına bir az daha yaxınlaşmalarını təmin edər. Allahın razılığını və cənnətini ümid etmənin verdiyi güc, hər dəfə daha artar və Allahın Quranda təsvir etdiyi üstün əxlaqa çatarlar. Saleh əməllər etməyin verdiyi xoşbəxtlik, başqa saleh əməllər də etməyə istək yaradır. Göstərmiş olduqları bu səy nə qədər çox olursa olsun bundan ötrü yorğunluğa da düşməzlər. Allah Öz rizası üçün səmimi səy göstərən qullarının imanına iman qataraq, onların güclərini daimi edər. Allah Quranda möminlərə dayanmadan səy göstərməyə davam etmələrini bu sözlərlə bildirir:
İşlərini qurtaran kimi Allah yolunda çalış! Ancaq Rəbbinə üz tut!
Allahın bu əmrinə uyan və bütün həyatlarını Allahın razılığını qazana bilmək üçün davamlı bir səy içərisində keçirən möminlər, həm dünyada, həm də axirətdə xoşbəxt bir həyat sürərlər. Allah möminlərin dünya və axirət xoşbəxtliyi ilə müjdələndiyini Quranda belə bildirir:
O kəslər ki, Rəbbinin Üzünü diləyərək səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər. Onlar üçün Axirət yurdu hazırlanmışdır.