Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Möminlərin xoşbəxtliyi: Xoşbəxtliyin Sirri: Allahın Rizası

Mündəricat
  1. Giriş
  2. Cahil Cəmiyyət Bədbəxtdir
  3. Etdikləri hər şey ehtiraslı “əyləncədir”
  4. Dünya üzərindəki hər şey “bəzəkdir”
  5. Sahib olduqları hər şey “öyünmə” mövzusudur
  6. Hər şeyə “çoxalma” ehtirasıyla bağlanarlar
  7. Allahdan başqa ilahlar qəbul etmişlər
  8. Yanlış qədər inancları vardır
  9. Bədbəxtliyin Səsi: Şeytan
  10. Şeytan ümidsizlik və çarəsizlik təlqini verir
  11. Şeytan duyğusallıq təlqini verir
  12. Şeytanın hiylələri zəifdir
  13. Xoşbəxtliyin Sirri: Allahın Rizası
  14. Əbədi Xoşbəxtlik Möminlərindir
  15. Allahın rəhməti və ehsanı ilə sevinərlər
  16. Allaha təslimiyyətləri çox güclüdür
  17. İbrahim Peyğəmbər
  18. Zəkəriyya Peyğəmbər
  19. Yusif Peyğəmbər və atası Yaqub Peyğəmbər
  20. İmanın Gətirdiyi Xoşbəxtlik və Qazandırdığı Gözəlliklər
  21. Güc qazandırar
  22. Şövq qazandırar
  23. Fiziki gözəllik və sağlamlıq qazandırar
  24. Hikmətlə baxan daxili göz qazandırar
  25. Sonsuz Xoşbəxtlik Məkanı: Cənnət
  26. Nəticə

Bəzi insanlar, içində yaşadıqları cəmiyyətə, digər insanlarla olan münasibətlərinə, hətta özlərinə çox yaxın olan, hər fürsətdə özlərini çox sevdiklərini söylədikləri yoldaşlarına, qardaşlarına və qohumlarına belə mənfəət gözüylə baxmaqdan heç çəkinmirlər. Kiçik, ya da böyük hər hansı bir mənfəət qarşıdurması baş verdiyində, aralarındakı gözəl olan hər şeyi bir anda unudaraq, dəyər verdikləri, sevdikləri insanları bir anda həyatlarından çıxara bilirlər. Bu insanların, xoşbəxt ola bilmələri, hüzurlu və rahat bir həyat yaşaya bilmələri öz ağıllarına görə əldə edəcəkləri mənfəətlərə bağlıdır. Etdikləri ən kiçik bir yaxşılıq və kömək üçün belə mütləq qarşılıq gözləyərlər. Hər hansı bir qarşılıq gözləmədən, bir şey etməyi isə, itki olaraq qiymətləndirirlər. Bu şəkildə davranan yaxşı niyyətli insanları isə hər fürsətdə pisləyib, lağ edərək özlərinin guya çox daha ağıllı və daha üstün olduqlarını göstərməyə çalışırlar. Mənfəətlərindən söz getmədiyi müddətdə fədakarlıq etməyi düşünməz, mənfəətlərindən əsla güzəştə getməzlər. Tək məqsədləri, bu həyatdan olduqca ən yaxşı şəkildə istifadə edə bilmək və buna bağlı olaraq da rahat və xoşbəxt bir həyat yaşaya bilməkdir. Buna görə bu insanlar üçün, öz mənfəətlərindən daha əhəmiyyətli bir mövzu yoxdur. Hər zaman, hər yerdə, hər şərtdə yalnız özlərini düşünər və daim öz maraqlarını qorumağa çalışarlar. Burada səhv başa düşülməməli olan bir nöqtə vardır; hər insan əlbəttə rahat və xoşbəxt bir həyat yaşamaq istəyir, ancaq burada yanlış olan, bu kəslərin bu istəklərini reallaşdırmaq üçün izlədikləri yoldur.

Bu kəslərin mənfəətlərinə bu cür bağlı olmalarının səbəbi isə, Allahın insanlar üçün “hidayət və öyüd” olaraq endirdiyi Quran əxlaqını yaşamamaları və Quranın onlara yüklədiyi məsuliyyətləri gözardı etmələridir. Həyatları boyunca, Allahın “Onlar dünya həyatının görünən tərəfini bilir, axirətdən isə büsbütün qafildirlər.” (Rum surəsi, 7) ayəsiylə bildirdiyi kimi, axirətdən xəbərsiz bir həyat sürərlər. Ölümü, ölümdən sonra nələrlə qarşılaşacaqlarını, həyatları boyunca bütün etdikləri üçün Allaha hesab verəcəklərini, bunun nəticəsində də cənnət, ya da cəhənnəmdə -Allahın diləməsi xaricində sonsuza qədər qalacaqlarını ağıllarına gətirməz, ya da gətirmək istəməzlər. Bu insanları bu şəkildə əhəmiyyətli hesab etməz və ağılsız davranmağa təhrik edən ən əhəmiyyətli amil isə, axirəti özlərindən uzaq görmələridir. Öz ağıllarına görə hələ yaşayacaq vaxtları vardır, buna görə heç düşünmədikləri, ya da düşünsələr belə reallaşacağına çox ehtimal vermədikləri bir şey üçün bütün həyatlarını, mənfəətlərini və qurduqları planlarını fəda etmək istəməzlər. Bunu çox böyük bir itki olaraq xarakterizə edərlər. Dünya həyatını və dünya mənfəətlərini, axirətdə qazanacaqlarına nisbətlə çox daha yaxın və asan görərlər. Buna görə, dünyaya bağlanıb axirəti gözardı edərlər. Bütün istəklərini bu qısa dünya həyatına sığdırmağa çalışırlar. Bütün həyatlarını Allahın razılığından uzaq, Allahı razı edəcək davranışlardan, gözəl əxlaq göstərməkdən uzaq keçirər, öz dünyəvi ehtiras və hərislikləri ilə bütün vaxtlarını sərf edərlər.

Əvvəlki hissələrdə də izah edildiyi kimi, dünya həyatına olan sevgi, insanları bədbəxt edir. Allah, hər fürsətdə Allahın zikrindən üz çevirən bu insanların, dünya həyatlarında da xoşbəxt ola bilməyəcəklərini, davamlı çətinlik içində yaşayacaqlarını Quranda belə bildirir:

Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz qiyamət günü onu məhşərə kor olaraq həşr edəcəyik.

Taha surəsi, 124

Bu kəslərin yanında Allahı xatırlamaq, onlara Qurandan məsul tutulacaqlarını, axirət günü, dünya həyatında bütün etdiklərindən Allaha hesab verəcəklərini xatırlatmaq bu kəslərə böyük bir narahatlıq verir, hətta qəzəblənmələrinə səbəb olur. Allah inkar edənlərin bu xüsusiyyətini bu sözlərlə bildirir:

Allah tək olaraq xatırlandığı zaman Axirətə inanmayanların qəlbini nifrət bürüyür. Ondan qeyriləri yad edildiyi zaman isə onlar sevinirlər.

Zumər surəsi, 45

Allahın saleh qulları olan möminlər üçün isə, “Allahın rizası” həyatlarının əsl məqsədidir. Möminlər, özlərini yoxdan var edib, istədikləri hər şeyi özlərinə verənin, hər şeyin həqiqi sahibinin və tək hakiminin Allah olduğunu, bütün hadisələrin Onun istəyi ilə reallaşdığını, Onun həm rəhmət, həm də əzab verən olduğunu çox yaxşı bilən insanlardır. Buna görə möminlərin Allaha olan bağlılıqları, təvəkkül və sevgiləri çox güclüdür.

Möminlər həyatları boyunca yalnız Allaha ibadət edər, yalnız Ondan kömək diləyərlər (Fatihə surəsi, 5) və Ondan başqa heç kəsdən qorxmazlar. Allaha qarşı duyduqları bu güclü sevgi və bağlılıqlarından ötrü Allaha qarşı daima şükür edici bir rəftar içərisində olar və Ona qulluqda əsla zəiflik göstərməzlər. Allahın razılığını qazanmaq üçün çox şövqlü və diqqətli davranarlar. Cahil insanların uğruna həyatlarını həsr etdikləri bütün dünya mənfəətlərindən və dəyərlərindən, Allahın razılığına və cənnətinə qovuşmaq üçün imtina edə bilirlər. Bundan ötrü də heç bir sıxıntı və narahatlıq hiss etməzlər. Çünki onlar “Allahın razılığını axtarıb qazanmaq məqsədiylə nəfislərini satın alanlar” (Bəqərə surəsi, 207) və “Şübhəsiz ki, mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi olan Allaha məxsusdur” (Ənam surəsi, 162) deyərək Allah yolunda “doğru” bir yol tutanlardır. Məsələn, cahil insanların həyatında malmülk anlayışı olduqca əhəmiyyətli bir yer tutur. Bu kəslərin bütün səyləri malını çoxaltmaq və insanlar arasında etibar və hörmət görəcək bir mövqe əldə etmək üçündür. Allah Quranda bu insanlar üçün daha bir çox mövzunun ehtiras halına gəldiyini belə xəbər verir:

Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah yanındadır.

Ali İmran surəsi, 14

Cahil cəmiyyət üçün məqsəd halına gəlmiş olan mal anlayışı, möminlər üçün yalnız Allahın razılığını qazanmaq üçün istifadə ediləcək bir vasitədir. Bu səbəblə möminlər bunların heç birini ehtiras halına gətirməz və bunlara ehtirasla bağlanmazlar. Möminlər üçün mal çoxalıb, zənginləşmək, ya da yüksək mövqe tutmaq heç bir zaman məqsəd deyil. Onlar Allahın onlara verdiyi hər şeyin bir nemət olduğunu və Ona şükür etmələri lazım olduğunu bilirlər. Heç bir zaman kiçik və müvəqqəti dünyəvi mənfəətlər üçün Allahın razılığını gözardı etmirlər. İnsan əgər əlindəki bütün imkanları və bacarıqları Allahın razılığını qazanmaq üçün istifadə edəcək olsa, Allahın “...Yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq” (Nəhl surəsi, 97) ayəsiylə bildirdiyi kimi, dünyada da, axirətdə də gözəl bir qarşılıq alacaq.

Cahil insanları bədbəxt edən, onlara narahatlıq verən digər mövzu isə, qarşılaşdıqları çətin və sıxıntılı anlardır. Bu insanların xoşbəxtliyi tamamilə dünyəvi mənfəət və qazanclara bağlı olduğundan, çətin anlarında bu mənfəətlərini də itirmə vəziyyəti ilə qarşı-qarşıya qalırlar. Hər şeyləri buna bağlı olduğundan heç bir məna verə bilmədikləri bir hadisə ilə bunları itirəcək olmaları, onları böyük bir bədbəxtliyə düçar edir. Əldə etdiyi bir parça sevinci də bu yolla tamamilə itirərlər. İçindən çıxa bilməyəcəkləri pessimizmə və ümidsizliyə düşərlər.

Möminlərin xoşbəxtliyi isə, çətinlik və sıxıntı anlarında göstərmiş olduqları Quran əxlaqı ilə daha da qalıcı bir hala gəlir. Möminlər, həmişə Allahın rizasını düşündükləri, ağıllarından və vicdanlarından həmişə bu istiqamətdə istifadə etdikləri üçün, mənfi vəziyyətlərdən əsla inkar edənlər kimi neqativ istiqamətdə təsirlənməzlər. Əksinə çətin anlarda göstərdikləri gözəl və təslimiyyətli rəftarla Allahın razılığını qazana biləcəklərini ümid etdikləri üçün, belə bir anda belə xoşbəxtliklərindən heç bir şey azalmaz.

Möminlər Allahın bəyənməyəcəyi bir rəftar göstərməkdənsə, Allahın razılığına uyğun hərəkət edə bilmək üçün, lazım olduqda bilərək çətinlik içərisinə girməkdən də çəkinməzlər. Bu üstün əxlaqın ən gözəl nümunələrindən birini Yusif Peyğəmbərin rəftarında görərik. Qardaşları Yusif Peyğəmbərə tələ qurmuş və onu bir quyuya atmışlar. Daha sonra burada onu tapan bir karvan onu misirli əzizə satmışdır. Allah, Yusif Peyğəmbəri Misirdə məskun etmiş, ona sözlərin izahını öyrətmiş və ona hökm və hikmət vermişdir.

Allah burada Yusif Peyğəmbəri əhəmiyyətli bir sınaqdan keçirmişdir. Yusif Peyğəmbərin yanında qaldığı vəzirin arvadı ondan murad almaq istəmiş, Yusif isə onun bu rəftarından Allaha sığınmışdır. Qadının ona qurduğu hiylədən çəkinmək və Allahın rizasına uyğun bir rəftar göstərə bilmək üçün zindan kimi yerə girməyi, daha xeyirli görmüşdü. Allah, Yusif Peyğəmbərin onu qurulan bu tələdən qurtarması üçün Allaha etdiyi duanı, Quranın Yusif surəsində belə bildirilir:

Yusif dedi: “Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha xoşdur. Əgər bu qadınların hiyləsini məndən uzaq etməsən mən onlara meyl edər və cahillərdən olaram”. Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan uzaq etdi. Həqiqətən, O, Eşidəndir, Biləndir. Bu qədər dəlilləri gördükdən sonra, yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər.

Yusif surəsi, 33-35

Yusif Peyğəmbər üstün bir əxlaq nümunəsi göstərmiş və Allahın rizasına uyğun hərəkət edə bilmək üçün zindana girməyi üstün tutmuşdur. Yusif Peyğəmbərin zindan kimi yeri xoş görməsi, Allahın rizasına uyğun bir rəftar göstərmiş olmasının verdiyi xoşbəxtliyin və rahatlığın ifadəsidir. Yusif Peyğəmbərin, Allahın rizasını qazanmaqdakı bu qətiyyəti və şövqü bütün möminlər üçün əhəmiyyətli bir nümunədir. Hər səmimi mömin, eynilə Yusif Peyğəmbərin etdiyi kimi, əgər Allahın razılığını və sevgisini qazandıracaqsa, çətinliyi və sıxıntını sevərək seçər. Məhz iman etməyənlərin heç bir zaman anlaya bilmədikləri bu üstün əxlaqi rəftar, onların həyatları boyunca heç cür çata bilmədikləri xoşbəxtliyin də sirridir.

Möminlərin qəlbində Allahın rizasını qazanma ümidinin, bu yolda əlindən gələn bütün səyi sərf etməyin verdiyi sevinc və hüzur vardır. Yaşadıqları bu sevinc onları həm dünya həyatında xoşbəxt və rahat edir, həm də Allahın rizasını daha çox qazanmalarını təmin edəcək olan şövqlərini artırır. Bu sevinc və xoşbəxtlik, cahil insanların iman etmədikcə əsla çata bilməyəcəkləri və təqlid edə bilməyəcəkləri bir sevincdir. Çünki bu Allahın yalnız möminlərə hiss etdirdiyi və Allahın rizasını, rəhmətini və sonsuz cənnətini ümid etmənin verdiyi xoşbəxtlik və rahatlıqdır. Allah Quranda yalnız möminlərə aid olan bu neməti belə müjdələyir:

Allah, Onun rizasını arayan şəxsləri bu Kitabla əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir.

Maidə surəsi, 16

Cahil insanlar isə Allahın rizasının, alına biləcək bütün qarşılıqlardan, əldə edilə biləcək bütün dünya mənafelərinin ən gözəli və ən qiymətlisi olduğunun şüurunda deyildirlər. Bu səbəblə, həyatları boyunca Allahın rizasını qazanmanın özlərinə gətirəcəyi qalıcı xoşbəxtlik və sevincdən məhrum bir şəkildə yaşayarlar.