Allah dünya həyatını, kimlərin gözəl və yaxşı davranışlarda olacağını sınamaq üçün yaratmışdır. Buna bağlı olaraq, Allah müxtəlif hikmətlərlə qullarından istədiyinə rəhmət edər, istədiyindən isə rəhmətini çəkib alar. İnsanların bu həqiqətin şüurunda olmaları və qarşılaşacaqları hər iki vəziyyətdə də Allaha olan bağlılıqlarından və itaətlərindən heç bir şey itirməmələri lazımdır. Məsələn, Allah bəzi insanları zənginliklə sınayır. Bəzən kasıb biri hər hansı bir vəsilə ilə böyük bir sərvətə sahib olduğunda, bu o adamın psixologiyasını və buna bağlı olaraq da ətrafındakı insanlara qarşı olan rəftarlarını və düşüncələrini kökdən dəyişdirə bilir. Bu insanlarda dəyişən ilk şey, hər fürsətdə özlərini ön plana çıxararaq, hər yerdə özlərindən təriflə bəhs edilməsini təmin etməyə çalışmaq olar. Çünki əldə etdikləri zənginlik səbəbiylə bir çox insanda olmayan bir xüsusiyyətə sahib olduqlarını düşünərlər. Allahın özlərinə nemət olaraq verdiyi şeyləri digər insanlara qarşı üstünlük və fərqlilik mövzusu halına gətirirlər. Etdikləri bütün bu mənasız hərəkətlərin altında nəfslərinin eqoistcə istəklərini həyata keçirmə hissi yatır. Sahib olduqlarını Allahın razılığını qazanmaq üçün istifadə etməyən bir kimsə, bunları yalnız öz nəfsini məmnun etmək üçün istifadə edəcək. Tərifdən xoşlanma, ya da digər insanlara qarşı öz-özünü tərifləmə; məhz bunlar nəfsi məmnun etməyə istiqamətli istəklərdir. Nəfs hər zaman bəyənilmək və öyünmək istəyər. Allahın razılığını qazanmaq məqsədi olmayan kəslər, yalnız digər insanların razılığını axtaracaq, bundan ötrü də əldə etdikləri və ya sahib olduqları hər şeylə öyünüb, qürur duyacaqlar. Axirəti heç düşünməyən bu insanlar üçün, əllərində olanı dünya həyatında bundan daha yaxşı bir şəkildə istifadə etmələrinin başqa bir yolu yoxdur.
Öyünmək, yalnız insanın sahib olduğu maddi zənginlikdən qaynaqlanmaz. İnsan, gözəlliyini, saçını, fiziki quruluşunu, müvəffəqiyyətini, qısacası ətrafındakı insanlardan nə mövzuda fərqli və üstün isə bunu öyünmə mövzusu halına gətirə bilir. Məsələn, uşağı keyfiyyətli bir universitetin yaxşı ixtisasını qazanmış bir ana üçün, bu vəziyyət əhəmiyyətli öyünmə mövzusudur. Etdiyi hər söhbətdə bu mövzunu dilə gətirərək, uşağının çəkdiyi çətinliklərdən, özünün ona verdiyi böyük dəstəkdən “təriflə” bəhs edər. Uşağının müvəffəqiyyətini bəhanə edərək, bu müvəffəqiyyətdən özünə də pay çıxartmağa çalışar. Təbii ki, uşağını dəstəkləmiş və ona hər mövzuda kömək etmiş ola bilər. Ancaq bunu digər insanlara bəhs etməsində təməl səbəb ümumiyyətlə, özündən “təriflə” bəhs edilməsini təmin etmək və təqdir toplamaqdır. Bunu etdiyində isə böyük bir zövq alar. Cahil cəmiyyətdə olduqca geniş yayılan bu davranış çox vaxt “qürur duymaq” adı altında da edilir. İnsanlar həqiqətdə lovğalanmaq məqsədi ilə etdikləri bu davranışın çirkinliyini bu şəkildə örtməyə çalışırlar. “Qürur duyuram” ya da “fəxr edirəm” kimi bəzi sözlərin arxasına sığınaraq səhv olan rəftarlarını məqbul bir zəminə oturtmağa çalışırlar. Halbuki bütün bunlar insanlara göstəriş etmə məqsədi güdən məqamlardır.
Cahil cəmiyyətdə geniş yayılan digər öyünmə mövzusu da “ev”lərdir. Yeni bir ev alan, bunu gözəl bir şəkildə döşəyən insanlar, dərhal yoldaşlarını çağırırlar, çünki evləri artıq sərgilənməyə layiq bir hala gəlmişdir. Evlərini başqalarına göstərərək öyünəcəkləri və təqdir toplayacaqları bir mühit meydana gətirmiş olurlar.
Bütün bunlar insanın sahib olduqlarını necə və nə üçün istifadə etməli olduğunu gərəyi kimi düşünməməsindən qaynaqlanan davranış pozuqluqlarıdır. Allah Quranda dünya həyatının bəzəklərini özləri üçün öyünmə mövzusu edən insanların necə bir son ilə qarşılacaqlarına dair Musa Peyğəmbərin qövmündən olan Qarun adlı bir adamı nümunə vermişdir. Allah, Qarunun yanına böyük bir “xəzinə verdiyini” ancaq bunun qarşılığında Qarunun “qürrələnib sevincə” qapıldığını bildirmişdir:
Həqiqətən, Qarun Musa ilə həmtayfa idi. Amma onlara qarşı yamanlıq edirdi. Biz ona elə xəzinələr vermişdik ki, onların açarlarını daşımaq bir dəstə qüvvətli adama ağır gəlirdi. Qövmü ona dedi:
Qarun qövmünün ona verdiyi nəsihətə diqqət etməyərək, bu zənginliyin özünə “sahib olduğu bilik” (Qəsas surəsi, 78) səbəbindən verildiyini söyləmiş və sahib olduqlarını qövmünə qarşı üstünlük və öyünmə mövzusu halına gətirmişdir. Qarunun qövmü bu zənginliyə etina edərək belə demişdir:
Qarun öz zinəti içində xalqının qarşısına çıxdı. Dünya həyatını arzulayanlar dedilər:
“Kaş ki, Qaruna verilənin bənzəri bizə də veriləydi! Həqiqətən, o, böyük qismət sahibidir”.
Qarunun başına gələn bu ibrət verici son, Qarun kimi düşünən və bu tip insanlara etina edən kəslərin, Allahın verdiyi nemətlərə nankorluq edərək öyünmənin Allah qatındakı qarşılığını görmələri baxımından olduqca əhəmiyyətlidir. Allah, Qarunun qarşılaşdığı sonu bir ayədə belə bildirmişdir:
Biz onu öz evi ilə birlikdə yerə batırdıq. Allaha qarşı ona kömək edə biləcək havadarları yox idi. Və özü də özünə kömək edə bilmədi.
Qarunun başına gələnləri görən xalq isə, insana ruzini verənin və alanın yalnız Allah olduğunu, Allaha qarşı nankorcasına davranmanın necə bir nəticə doğurduğunu çox yaxşı anlamışlar. Allah bu kəslərin Allahdan başqa bir güc olmadığını belə dilə gətirdiklərini bildirmişdir:
Dünən onun yerində olmağı arzulayanlar ertəsi gün deyirdilər:
“Ah, demək Allah Öz qullarından istədiyi kəs üçün ruzini artırar da, azaldar da. Əgər Allah bizə lütf etməsəydi, bizi də yerə batırardı. Ah, demək kafirlər nicat tapmayacaqlarmış!”
Qarun hekayəsindən də aydın olacağı kimi, insanlar Allahın özlərinə vermiş olduğu nemətləri, digər insanların rəğbətini qazanmaq üçün “öyünmə” mövzusu halına gətirdikləri halda, qarşılaşacaqları son Qarununkundan daha fərqli olmayacaq. Allah nankor əxlaq göstərən insanlara verdiyi nemətləri hər an geri ala bilər. Məsələn, bir insanın, müvəffəqiyyətiylə öyündüyü uşağı anidən pis nəticələr almağa başlaya bilər, ya da sahib olduğu gözəl eviylə öyünən birisi ani bir zəlzələ nəticəsində evini itirə bilər və ya bir müsadirə nəticəsində bütün qiymətli əşyalarını itirə bilər. Ancaq bu nöqtədə də bəzi insanlar bu yaşadıqlarını bir başqa yanlış baxış aspekti ilə qiymətləndirərlər. Başlarına gələn bütün bu hadisələri öz uydurduqları batil bir anlayış olan “bəd nəzərə” bağlayarlar. İrəli sürdükləri bu yanlış məntiqə görə, özlərinə insanların bəd nəzəri dəymiş və hər şeylərini buna görə itirmişlər. Bu batil inancları çəkdikləri əzabın və duyduqları narahatlığın şiddətini daha da artırar. Halbuki həqiqətdə nəzər deyə bir şey yoxdur. Başlarına gələn bu itki, Allahın onlara etdikləri səhvi görmələri üçün yaratdığı bir xəbərdarlıq ola bilər. Allah bir ayədə belə buyurur:
Onlar ildə bir və ya iki dəfə fəlakətə uğradıqlarını görmürlərmi? Yenə də tövbə etmir, ibrət almırlar.
Ancaq bu həqiqətin fərqində olmadıqları üçün yaşadıqları bu sıxıntılar daima təkrarlanır. Bu da onların bədbəxt bir dünyada yaşamalarına səbəb olur. Zərərini gördükləri halda, bu davranışlarına israrla davam etmələri, bu insanların içlərindəki “təqdir edilmə” və “bəyənilmə” istəklərinin böyüklüyünü ortaya qoyur. Allah Quranda bu kəslərin sahib olduqlarıyla öyünmə istəklərinin onları “özlərindən çıxardacaq” qədər güclü olduğunu bildirmişdir:
Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki, gömülməklə qəbirləri ziyarət etdiniz.
İnsanlardakı bu öyünmə psixologiyası o qədər güclüdür ki, yalnız təqdir görmək və tərif olunmaq məqsədiylə, heç etmədikləri bir şeyi etdiklərinə dair yalan söyləyərlər. Allah belə bir rəftarın qarşılığının əzab olacağını bildirərək bu insanları xəbərdar edir:
Törətdikləri əməllərdən fərəhlənən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kimsələrin əzabdan qurtulacaqlarını əsla güman etmə. Onlara acılı-ağrılı bir əzab hazırlanmışdır.
İnsanların sərgilədikləri bu pis davranış, özlərini olduğu qədər, bu kəslərin ətraflarındakı insanlarla olan əlaqələrinə də mənfi istiqamətdə təsir edir. Ümumiyyətlə, insanlar davamlı özünü tərifləməyə və isbat etməyə çalışan insanlarla birlikdə olmaqdan sıxıntı duyarlar. Bu vəziyyət zaman keçdikcə insanın ətrafıyla olan əlaqələrinin soyumasına hətta tək qalmasına səbəb ola bilər. Bu səbəblə, hər insan bu rəftar üzərində düşünməli və öz öyündüyü xüsusiyyətlər də daxil olmaq üzrə hər şeyin Allaha aid olduğu bir dünyada yaşadığını heç ağlından çıxarmamalıdır. Öyünmənin, istər özünə, istərsə də ətrafındakılara olan mənfi təsirlərini görməyə çalışmalı və Allaha verdiyi nemətlər üçün davamlı şükür edərək bu Qurandan kənar rəftardan özünü təmizləməlidir.