Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Möminlərin xoşbəxtliyi: Dünya üzərindəki hər şey “bəzəkdir”

Mündəricat
  1. Giriş
  2. Cahil Cəmiyyət Bədbəxtdir
  3. Etdikləri hər şey ehtiraslı “əyləncədir”
  4. Dünya üzərindəki hər şey “bəzəkdir”
  5. Sahib olduqları hər şey “öyünmə” mövzusudur
  6. Hər şeyə “çoxalma” ehtirasıyla bağlanarlar
  7. Allahdan başqa ilahlar qəbul etmişlər
  8. Yanlış qədər inancları vardır
  9. Bədbəxtliyin Səsi: Şeytan
  10. Şeytan ümidsizlik və çarəsizlik təlqini verir
  11. Şeytan duyğusallıq təlqini verir
  12. Şeytanın hiylələri zəifdir
  13. Xoşbəxtliyin Sirri: Allahın Rizası
  14. Əbədi Xoşbəxtlik Möminlərindir
  15. Allahın rəhməti və ehsanı ilə sevinərlər
  16. Allaha təslimiyyətləri çox güclüdür
  17. İbrahim Peyğəmbər
  18. Zəkəriyya Peyğəmbər
  19. Yusif Peyğəmbər və atası Yaqub Peyğəmbər
  20. İmanın Gətirdiyi Xoşbəxtlik və Qazandırdığı Gözəlliklər
  21. Güc qazandırar
  22. Şövq qazandırar
  23. Fiziki gözəllik və sağlamlıq qazandırar
  24. Hikmətlə baxan daxili göz qazandırar
  25. Sonsuz Xoşbəxtlik Məkanı: Cənnət
  26. Nəticə

Dünya üzərindəki hər şeyin bir “bəzək” xüsusiyyətində olduğunu izah etməyə başlamazdan əvvəl, mövzunun daha yaxşı başa düşülməsi üçün bir müqayisə edək.

İki ev düşünün, bunlardan birinin içində heç bir əşya olmasın, qapıları və pəncərələri qoyulmamış, divarları boyanmamış, lazım olan heç bir baxım olmasın və təmir edilməmiş olsun. Digər evin içində isə bir-birindən gözəl estetik divan-kreslo, stol-stullar, xalçalar, mebellər olsun. Divarları ən gözəl rənglərdə boyanmış, bütün baxım və təmiri əksiksiz edilmiş olsun, balkonundan çox gözəl bir mənzərə görünsün, içində hər cür rahatlıq və lüks olsun.

Bu iki ev haqqında daha ətraflı bir məlumata sahib olmayan insanlar, ilk baxışda ikinci evi daha cazibədar görə bilərlər. İçindəki bəzəklər, bir an üçün bu insanları yanılda bilər. Amma əgər bu bəzəklərin insanların sınanmaq üçün xüsusi olaraq bu evə yerləşdirildiyini və həqiqətdə özlərini bir şəkildə zərərə aparacağını biləcək olsalar əlbəttə daha ağıllı bir qərar verəcək və seçimlərini daha cazibədar görünən evdən ötrü istifadə etməyəcəklər. Eyni şəkildə, bir parça əmək verdikləri təqdirdə digər evin özləri üçün çox daha cazibədar və eyni zamanda da qalıcı bir gözəlliyə çevriləcəyini biləcək olsalar da, seçimlərini ilk evdən ötrü istifadə edərlər.

Məhz eyni bu ev nümunəsində olduğu kimi Allah dünya həyatını da xüsusi olaraq insanların xoşuna gələcək bəzəklərlə birlikdə yaratmışdır. Amma əslində bu Allahın sınağıdır. Bu bəzəklər insanı çaşdırmamalıdır; hamısı müvəqqəti və aldadıcıdır. Allah dünya həyatının insanlara cazibədar gələcək şəkildə yaradılmasının bir hikmətini Quranda bu sözlərlə açıqlayır:

Biz yer üzündə olan bütün şeyləri ona bəzək etdik ki, insanlardan hansının əməlcə daha gözəl olduğunu sınaqdan keçirək.

Kəhf surəsi, 7

Dünya üzərində olan hər şey, Allahın insanları sınamaq üçün yaratdığı və Allahın rizasını qazanmağa səbəb olacaq nemətlərdir. Hər insan ətrafında gördüyü və ya sahib olduğu bütün bu nemətlərin özünə verilmə səbəbinin, yalnız Allahın bir sınağı olduğunu unutmamalıdır. Sahib olduğu və ya olacağı hər şeylə Allahın razılığını qazanacaq gözəl davranışlar etməlidir. İnsanın həqiqi həyatı axirətdəki həyatıdır və əsl qalıcı olan Allahın saleh qullarına orada verəcəyi nemətlərdir. Allah bir başqa ayəsində dünya həyatına aid hər şeyin bir “bəzək” olduğunu və insanların bu həqiqəti anlaya bilmələri üçün ağıllarından istifadə etmələri lazım olduğunu bu şəkildə nəsihət etmişdir:

Sizə verilən hər şey ancaq dünya həyatının keçici zövqü və onun bərbəzəyidir. Allah yanında olanlar isə daha xeyirli və daha sürəklidir. Məgər başa düşmürsünüz?

Qəsas surəsi, 60

Vicdanlarından istifadə etmədikləri üçün həqiqətləri görə biləcək ağıldan məhrum qalan insanlar, dünya üzərindəki bu metaların bəzəyinə və bunların cazibədarlığına qapılarlar. Bu kəslərin cazibədarlığına ən çox aldandıqları mövzuların başında isə malları və uşaqları gəlir. İstədikləri zənginliyə çatdıqlarında, ya da sağlam və gözəl uşaqları olduğunda böyük bir hüzura və sevincə qovuşacaqlarını zənn edirlər. Ancaq bu məqsədlərini reallaşdırdıqlarında yaşadıqları şey yenə bədbəxtlik və sıxıntı olur. Hər gün eyni işlərlə məşğul olmaqdan həyatları cansıxıcı hala gəlir. İçinə düşdükləri bu sonsuz dövr onları həyatlarından bezdirər. İlk əvvəl hər şeyin çox gözəl və zövqlü bir şəkildə davam edəcəyini güman edərlər. Ancaq qısa bir müddət sonra bunların özlərini nə qədər bezdirdiyini, bütün vaxtlarını aldığının fərqinə varmağa başlayarlar. Duyduqları yorğunluq, çətinlik və peşmanlıq bütün danışıqlarına və rəftarlarına da əks olunar. Bədbəxtlikləri hər hallarından aydın olar. Əldə edilən zənginlikdə də vəziyyət eynidir. İnsan, sahib olduğu pulunu və malını özünə zövq verəcəyini sandığı fəaliyyətlərdə istifadə edir. Bütün pulunu bu məqsəd üçün ağılsızcasına xərcləyib israf edər. Bütün bunların özünə dinclik gətirməsini gözləyərkən davamlı olaraq ziyana uğrayar, çətinliyi və əzabı hər dəfə daha da artar. Bu insanların bu vəziyyətə düşmələrinin səbəbi isə dünya həyatının bərbəzəyinə aldanmaları və bu səbəbdən yalnız bunları əldə etməyə çalışmalarıdır. Bütün bu çətinlikləri, Allahın aşağıdakı ayəsi ilə bildirdiyi həqiqəti gözardı edərək yaşamalarından qaynaqlanır:

Var-dövlət və övladlar dünya həyatının bərbəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab və ümid baxımından daha əfzəldir.

Kəhf surəsi, 46

Bu insanlar Allahın insanlara vermiş olduğu nemətlərin sadəcə cazibədar yəni aldadıcı tərəfini görür və buna aldanırlar. Bunun nəticəsində də həqiqəti görmələri çətinləşir. Sonsuz axirət həyatını düşünmədikləri üçün yalnız “Əgər siz dünya həyatını və onun bərbəzəyini istəyirsinizsə” (Əhzab surəsi, 28). Həqiqi məqsədlərindən xəbərsiz bir şəkildə yaşadıqları üçün “korluq içində çaşqınlıqla gəzən” insanlar halına gəlirlər. Allah onların bu vəziyyətini Quranda bu şəkildə bildirir:

Həqiqətən, Axirətə iman gətirməyənlərin bəd əməllərini onlara yaxşı kimi göstərdik. Odur ki, onlar azğınlıqları üzündən heç nə anlamadan yer üzündə veyllənirlər.

Nəml surəsi, 4

İnsanların həyatları boyunca sahib olmaq istədikləri və bu məqsədlə böyük bir səy və əzmlə çalışdıqları hər şey əslində yaşadıqları bu həyatın bəzəkləridir. Dünya üzərindəki hər şey insana ilk baxışda çox cazibədar və gözəl görünə bilər. Və bütün bunlar insanlar üçün bir nemətdir. Ancaq unudulmamalıdır ki, dünya həyatı insanlar üçün bir sınaqdır. İnsanın əsl məqsədi bütün bu gözəllikləri bizə verən Rəbbimizə qulluq etmək, Ona ən gözəl şəkildə şükür etməkdir. Əksinə, insanın bu həqiqəti unudaraq bu bəzəklərin arxasından getməsi, bunları həyatının əsl məqsədi halına gətirməsi, insanı dünyada və axirətdə böyük bir hüsrana aparacaq.