Möminlərin xoşbəxtliyi: Giriş
Mündəricat
- Giriş
- Cahil Cəmiyyət Bədbəxtdir
- Etdikləri hər şey ehtiraslı “əyləncədir”
- Dünya üzərindəki hər şey “bəzəkdir”
- Sahib olduqları hər şey “öyünmə” mövzusudur
- Hər şeyə “çoxalma” ehtirasıyla bağlanarlar
- Allahdan başqa ilahlar qəbul etmişlər
- Yanlış qədər inancları vardır
- Bədbəxtliyin Səsi: Şeytan
- Şeytan ümidsizlik və çarəsizlik təlqini verir
- Şeytan duyğusallıq təlqini verir
- Şeytanın hiylələri zəifdir
- Xoşbəxtliyin Sirri: Allahın Rizası
- Əbədi Xoşbəxtlik Möminlərindir
- Allahın rəhməti və ehsanı ilə sevinərlər
- Allaha təslimiyyətləri çox güclüdür
- İbrahim Peyğəmbər
- Zəkəriyya Peyğəmbər
- Yusif Peyğəmbər və atası Yaqub Peyğəmbər
- İmanın Gətirdiyi Xoşbəxtlik və Qazandırdığı Gözəlliklər
- Güc qazandırar
- Şövq qazandırar
- Fiziki gözəllik və sağlamlıq qazandırar
- Hikmətlə baxan daxili göz qazandırar
- Sonsuz Xoşbəxtlik Məkanı: Cənnət
- Nəticə

İnsanların həyatları boyunca etmək istədikləri, reallaşdırmağı arzuladıqları birbirindən fərqli bir çox məqsədləri və planları vardır. İlk baxışda bir-birlərindən fərqli görünsə də, bu məqsədlər təməl bir nöqtədə birləşir. Bu təməl nöqtə, insanların yaşadıqları həyatdan mümkün ola biləcək ən çox mənfəəti əldə edərək, xoşbəxt və hüzurlu bir həyat yaşamalarıdır. Əldə edilən mənfəətlər nə qədər çox olsa, buna bağlı olaraq duyulacaq olan xoşbəxtlik və rahatlıq da o dərəcədə çox olacaq. Buna görə bütün insanlar fərqli yollar və üsullar izləyərək, bu ortaq məqsədə çatmağı hədəfləyir və bunun üçün ömürləri boyunca böyük bir səy göstərirlər. Ancaq Allahın razılığını axtaran və axirəti həqiqi yurd olaraq mənimsəyən saleh möminlərdən başqa insanlar, bütün bu istəklərini reallaşdırıb, hədəflərinə çatsalar da nəticə yenə dəyişmir. Bədbəxtlik və buna bağlı olaraq da sıxıntı dolu, darıxdırıcı bir həyat ...
Dövrümüzdə insanların böyük bir qismi heç cür həqiqi hüzuru tapa bilmədikləri üçün, o qədər cəhdə, çalışmağa və yorğunluğa baxmayaraq heç cür xoşbəxt olmadıqlarından şikayət edirlər. Belə bir nəticə ilə qarşılaşmalarının səbəbi isə, insanların xoşbəxtliyi yanlış yerdə, yanlış insanlardan tapacaqlarına inanmış olmalarıdır. Bəziləri üçün xoşbəxtlik əldə edəcəyi maddi zənginlikdir; beləcə pulunu istədiyi kimi xərcləyəcək, əldə etmək istədiyi şeylərə sahib ola biləcək və hər ötən gün bir əvvəlkinə görə daha çox şey sərf edə biləcək. Bu insanlar üçün xərcləmək, bütün gözəllikləri və zövqləri dadmaq həyatlarının ən böyük xoşbəxtlik qaynağıdır. Bu istəkləri isə dibsiz bir quyu kimidir; heç bir zaman sonu gəlməz. Bunun nəticəsində də ortaya əldə etdikləri heç bir şeydən məmnun olmayan, həmişə daha çoxunu, daha yaxşısını istəyən və bunun sayəsində xoşbəxt olub daha rahat bir həyat yaşaya biləcəklərini zənn edən insanlar çıxar. Ancaq bu səyləri onlara yalnız müvəqqəti bir xoşbəxtlik qazandırar.
Allah Quranda “Kafirlər Odun qarşısına gətiriləcəkləri gün onlara deyiləcəkdir: “Siz dünya həyatınızda pak nemətlərinizi sərf edib qurtardınız və onlardan zövq aldınız. Bu gün isə siz yer üzündə haqsız olaraq təkəbbür göstərdiyinizə və asi olduğunuza görə alçaldıcı əzabla cəzalandırılacaqsınız!”“ (Əhqaf surəsi, 20) ayəsiylə, insanların dünya həyatında acgözlük və nankorluqla əldə etdikləri bu saxta xoşbəxtliyi, axirətdə sonsuz bir bədbəxtliyə çevirəcəyini bildirmişdir.
Bəzi insanlar üçünsə xoşbəxtlik, hər kəs tərəfindən tanınmaq, hər kəsin sevdiyi, bəyəndiyi, arxasından qaçdığı bir insan olmaqdır. Hər kəs ona oxsamağa çalışaraq onu təqlid edəcək, etdiyi hər şey ilə insanların heyranlığını qazanacaqdır. Bunu nə qədər çox bacarar, insanların gözünə nə qədər girər, nə qədər diqqətlərini çəkərsə, özünü o dərəcə xoşbəxt hiss edəcək.

Bəzisi üçün də xoşbəxtlik, yaşadığı sıxıntılı və cansıxıcı həyatdan bir az olsun xilas olmaq, problemlərini unutmaqdır. Buna bağlı olaraq, xoşbəxt ola bilmək üçün həyatında bəzi “dəyişikliklər” etməlidir. Qeyri-adi olmalı, fərqli geyinməli, qısacası “marjinal” bir həyat sürərək, fərqli olan hər şeyi sınaqdan keçirər. Ya da fərqli yerlər görməli, gəzməli, yeni insanlar tanımalıdır. Ətrafındakı insanların diqqətini nə qədər üzərinə toplayarsa. özünü o cür fərqli görəcək, bu da ona böyük bir zövq verəcək. Bu şəkildə hərəkət edərək həyatına rəng qatacağını və yaşadığı bədbəxtlikdən xilas olacağını zənn edər. Bu səbəbdən bu insanlar üçün xoşbəxtlik, “dəyişiklik” və ya “fərqli olmaq” deməkdir.
Ancaq bütün bu insanların əldə etdikləri xoşbəxtliklər saxta və keçicidir. Sadəcə yaşanılan o ana məxsusdur; bu an bitdiyində hiss edilən xoşbəxtlik da sona çatar və insan yenə köhnə cansıxıcı və çətin həyatına geri dönər. Dəyişən bir şey yoxdur; insan özünü yalnız qısa bir müddət üçün rahatlaşdırmışdır. Bu müddət istər bir gün, istər bir ay, istər bir il olsun, insanlar xoşbəxtliyin sirrini bilmədikləri üçün, əldə etdikləri nəticə həmişə eynidir. Allah, həyatları boyunca Allahı və axirəti unudaraq, tamamilə öz istək və ehtiraslarına görə yaşayan bu insanların vəziyyətini “Onların məsəli zülmət gecədə od qalayan kimsənin məsəlinə bənzər. Alov onun ətrafındakıları işıqlandırdığı zaman Allah onların nurunu aparar, özlərini də heç bir şey görə bilməyəcəkləri zülmətlər içərisində buraxar.” (Bəqərə surəsi, 17) ayəsiylə xəbər verir. Allah, ayələrindən uzaq həyat yaşayan bu insanların “görə bilməyəcəkləri zülmətlər içərisində qalacaqlarını” bildirmişdir. İnsanlar özlərini yaradan Allahın əmrlərinə əməl etmədikləri və özlərini yaradan Rəbbimizi unudaraq yaşadıqları üçün, Allah onların xoşbəxtliyə çatma səylərini hər dəfə boşa çıxarır. Peyğəmbərimiz dünyanın müvəqqəti bir qazanc təmin etdiyini, həqiqi qazanc təmin etmənin axirətə yönəlməklə olduğunu xatırlatmışdır:
“Ey insanlar! Dünya qabaqcadan verilən bir metadır. Yaxşı da, pis də ondan nəsibini alar. Axirət isə sadiq bir vəddir. Orada Qadir olan Məlik hökm edər. Haqq yerini tapar. Batil isə məhv olar. Ey insanlar, axirət övladı olun, dünya uşağı olmayın. Çünki övlad anaya tabedir. (Yəni dünya uşağı olsanız, dünya kimi məhv olmaya layiq olarsınız.) Allahdan qorxu üzərinə əməl edin. Bilin ki, əməlləriniz sizinlə üzləşəcəkdir. Və yenə sizlər mütləq Allaha mülaki olacaqsınız (qovuşacaqsınız). Kim zərrə qədər yaxşı iş görsə, onu görəcək və kim də zərrə qədər pis iş görsə, onu görəcək. “ Məhz bu rəhbərdə həqiqi xoşbəxtliyin qaynağının nə olduğunu, harada, hansı şəraitdə həqiqətən xoşbəxt və hüzurlu oluna biləcəyini Quran ayələri əsasında izah edəcəyik.
Ancaq bundan əvvəl, Allahın Quran ilə bildirdiyi həqiqətlərdən və Quran əxlaqından uzaq bir həyat sürdükləri üçün “cahil cəmiyyət” olaraq adlandırılan insanların, həmişə çətinlik və bədbəxtlik içində olmalarının səbəblərini qısaca təhlil edək.