Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quran elmə yol göstərir: Müsəlman elm adamları

Mündəricat
  1. Giriş
  2. Ağıllı dizayn, yəni yaradılış
  3. Din elmə təkan verir
  4. Din elmin düzgün istiqamətləndirilməsini təmin edir
  5. Din ilə elm daim bir-birinə uyğunluq təşkil edir
  6. Quranın elmi möcüzələri
  7. İman gətirmiş elm adamları
  8. Keçmişdə yaşamış iman gətirən elm adamları
  9. Keçmişdə yaşamış digər imanlı elm adamları
  10. Dövrümüzün imanlı elm adamları
  11. Müsəlman elm adamları
  12. Dövrümüzün digər imanlı elm adamları
  13. Nəticə
  14. Qeydlər

Elm tarixinə nəzər saldıqda kəşflər etmiş, elmin inkişafına böyük tövhələr vermiş elm adamlarının böyük əksəriyyətinin güclü Allah imanına sahib olduğu görünür. Allaha olan imanın elmin inkişafa səbəb olduğunun ən diqqət çəkən nümunələrinə isə İslam tarixində rast gəlmək mümkündür. İslam əxlaqı ilə böyüyən, bütün həyatını və elmi fəaliyyətini Quran ayələri əsasında quran müsəlman alimlərinin bu gün əldə olunan yüksək mədəniyyətə çox böyük xidmətləri olmuşdur.

İslam əxlaqının yayılması ilə müsəlman elm adamlarının böyük əksəriyyəti müasir elmin təməli olan kəşflər etmişlər. Belə ki, İslam tarixinə baxdıqda, Quran əxlaqı ilə birlikdə Orta Şərq coğrafiyasına elmin də daxil olduğunu görürük.

Müsəlman elm adamları hər şeydən əvvəl Qərbdə Roma və Şərqdə başda Çin olmaqla, digər dövlətlərdə müşahidə olunan elmi və texnoloji yenilikləri əsas götürmüş və vacib mənbələri tərcümə etmişlər. Bu məlumat toplusunun içindən imani və texniki cəhətdən yanlış və tutarsız şeyləri çıxararaq, onları özlərinə fayda verəcək vəziyyətə salmışlar. Bu çalışmalardan sonra əldə etdikləri bilikləri dəyərləndirib şərh edərək elm və texnologiyaya xidmət göstərməyə başlamışlar.

VIII əsrdə başlayan və XV əsrə qədər davam edən müddət ərzində müsəlman alimləri dəqiq elmlər, tibb, astronomiya, riyaziyyat və kimya kimi bir çox sahələrdə mühüm nəticələr əldə etmiş, qısa zamanda mədəniyyət sahəsində özlərini dünyaya tanıtmışlar. “İslamın Qızıl Əsri” və “İslam İntibahı” adlandırılan bu dövrdə müsəlman alimlər kəşfləri ilə bir çox sahələrdə elmin inkişafına öz töhfələrini vermiş, beləliklə, özlərindən sonra gələn alimlərə yol göstərmişlər. Hauard R. Törner “Orta əsr İslamında elm” adlı kitabında bu dövr haqqında bunları demişdir:

«Müsəlman sənətkarlar və elm adamları, şahzadələr və işçilər birlikdə bütün qitələrdəki cəmiyyətlərə birbaşa və dolayı yolla təsir edən tayı-bərabəri olmayan bir mədəniyyət qurmuşdular».175

“Beytül Hikmə (Müdriklik Evi)” və Müsəlman alimlərinin dünya tarixinə təsiri

Müsəlmanlar VII-VIII əsrlərdə etdikləri fəthləri nəticəsində dünyada o günə qədər bənzəri olmayan böyük imperiya qurmuşdular. VIII əsrdə Abbasi xəlifəsi imperiyanın paytaxtını Şamdan Bağdada köçürmüş və Qərb dünyasında “Müdriklik Evi” adı ilə tanınan «Beytül-Hikmə»nin əsasını qoymuşdur. «Beytül Hikmə» müsəlman alimlərinin fəaliyyətləri nəticəsində elm, fəlsəfə, tibb və təhsil kimi sahələrdə dünya səviyyəsində tayı-bərabəri olmayan elm mərkəzinə çevrilmişdi. Qədim Roma, Çin, Hindistan, İraq, Misir, Şimali Afrika, Yunanıstan və Bizans sivilizasiyalarına aid bir çox elmi əsərlər «Beytül-Hikmədə» ərəb dilinə tərcümə edilmiş və müsəlman alimləri bu əsərlərdəki məlumatları təkmilləşdirərək dövrümüzdəki bir çox elm sahələrinin banisi və tətbiqatzısı olmuşlar. Elm tarixində bu əsrlər «Ərəb Elmi» kimi tanınır, çünki bu dövr boyu ərəb dili dünya səviyyəsində elmin ana dili kimi qəbul edilmişdir. Bundan başqa 756-cı ildə Cənubi İspaniyada Əndəlusda qurulan Əndəlus Əməvi dövlətində müsəlman elm adamları tərəfindən aparılan elm və sənət sahəsində çalışmalar da dünya elm və sənət tarixinə əhəmiyyətli töhfələr vermişdir.

Beytül-Hikmə müsəlman alimlərin fəaliyyətləri nəticəsində beynəlxalq elm mərkəzinə çevrilmişdir.
Beytül-Hikmə müsəlman alimlərin fəaliyyətləri nəticəsində beynəlxalq elm mərkəzinə çevrilmişdir.

Bu barədə Robert Brifolt “Bəşəriyyətin İnkişafı” adlı kitabında bunları yazmışdır:

«Dövrümüzdəki elmin ərəb elminə olan borcu heyrətamiz kəşflər və ya çevriliş mahiyyəti daşıyan nəzəriyyələrdən ibarət deyil: elm ərəb mədəniyyətinə bundan daha artığınıvarlığını borcludur. Antik dövrlərdə dünya bizim gördüyümüz şəkli ilə elmdən əvvəlki bir vəziyyətdəydi. Yunanların astronomiya və riyaziyyatı heç zaman tam şəkildə yunan mədəniyyətinin iqliminə alışmamış, gəlmə elm sahələriydi. Yunanlar sistemləşdirmiş, ümumiləşdirmiş və nəzəriyyə halına gətirmişdilər, ancaq səbirli tədqiqat yolları, düzgün məlumatların toplanması, elmi metodların qeydləri, hərtərəfli və uzun müşahidələr, eksperimental sorğu kimi anlayışlar yunanlara tamamilə yad anlayışlar idi.,...) Yeni bir sorğu ruhunun, yeni tədqiqat metodlarının, təcrübə, müşahidə, ölçmə metodlarının, riyaziyyatın yunanlara məlum olmayan şəkildə təkmilləşdirilməsinin nəticəsi kimi Avropada bizim elm dediyimiz şey ortaya çıxmışdır. Bu ruh və bu metodlar Qərb dünyasına ərəblər tərəfindən gətirilmişdir».176

Brifolt həmin kitabın başqa bölməsində İslam mədəniyyətinin Avropaya verdiyi töhfəni də belə dilə gətirmişdir:

«Elm ərəb mədəniyyətinin müasir dünyaya verdiyi ən əhəmiyyətli töhfəsidir, lakin meyvələrinin yetişməsi bir az yavaş baş vermişdir. Məğribi mədəniyyətinin qaranlığa çökməsindən sonra onun həyata gətirdiyi nə əngin bütün qüvvətilə ayağa qalxması çox uzun çəkmədi. Avropanı yenidən həyata qaytaran elm deyil. İslam mədəniyyətinin gətirdiyi nur, avropalıların həyatını yenidən işıqlandırmışdır».177

Elm tarixinin banilərindən sayılan Corc Sarton isə müsəlmanların elm tarixinə olan xidmətlərini “Orta əsrlərin ən əsas uğuru təcrübə ruhunun ortaya çıxmasıdır və bu, əslində, XII əsrə qədər müsəlmanlar sayəsində olmuşdur” sözlərilə ifadə etmişdir.178 Oliver Cozef Loc “Elmin Qabaqcılları” adlı əsərində İslamiyyətin yayılmasından sonra ərəblərin elm tarixində üzərlərinə götürdükləri həyati rolları ilə bağlı bunları yazmışdır:

«Qədim və yeni elm arasındakı yeganə təsirli əlaqə ərəblər tərəfindən qurulmuşdur. Qaranlıq dövrlər Avropanın elm tarixində mütləq boşluq kimi qarşımıza çıxır və min ildən artıq bir müddət ərzində Ərəbistandan başqa heç bir yerdə zox mühüm alim yoxdur».179

Quranın işığında elmə yönələrək dövrümüzə qədər gəlib çatan uğurlar əldə etmiş müsəlman elm adamlarından bəziləri aşağıdakılardır:

Cabir bin Hayyan (721-805)

Qərb elm dünyasında “Geber” adlandırılan və ən çox tanınan müsəlman alimlərindən biri olan Cabir bin Hayyan Qərb elm dünyasında hər kəs tərəfindən “kimyanın atası, banisi” kimi qəbul edilir.180 Belə ki, kimya kəlməsinin ingiliscə qarşılığı olan “alchemy” sözü də Cabir bin Hayyanın çalışmalarının nəticəsi kimi ərəbcə “əl-kimya” sözündən əmələ gəlmişdir.

Kimyanın atası kimi tanınan Cabir bin Hayyan.
Kimyanın atası kimi tanınan Cabir bin Hayyan.

Cabir bin Hayyan atom bombasının düzəldilməsindən 1000 il əvvəl atomun parçalana biləcəyini və nəticədə, böyük bir gücün əmələ gələcəyini ilk dəfə söyləyən elm adamıdır. Bu barədə Hayyanın sözləri belədir:

”Maddənin ən kiçik hissəsi olan ”cüz-əlyətəcəzza”da (atom) çox enerji var. Yunan alimlərinin iddia etdiyi kimi, bunun parçalana bilmədiyini demək olmaz. O da parçalana bilər. Parçalandıqda da elə bir güc (enerji) meydana gələr ki, Bağdadın altını üstünə çevirə bilər. Bu, Allahu Təalanın qüdrət nişanıdır.”181

Cabir bin Hayyan kimya elminin həm nəzəri, həm də praktiki sahədə böyük irəliləyişlər əldə etməsinə yardımçı olmuşdur. Dünyada ilk kimya laboratoriyasını quran alim kimi tarixə düşmüşdür. Vacib kimyəvi maddələrin sintezini açıqlamış, bir çox kimyəvi maddələri müəyyən edərək, dövrümüzdə istifadə edilən ərəbcə adlarını vermişdir.182 Kimya elmində istifadə edilən həssas ölçmə alətləri düzəldərək kristallaşma, distillə, kalsinasiya, sublimasiya kimi kimyəvi üsulları kimya elminə gətirmişdir.183 Sulfat turşusu və nitrat turşusu kimi bir çox turşularla yanaşı, natrium karbonat və kaliumu da tapmışdır.184 Alovda yanmayan kağız emalını həyata keçirərək müxtəlif metalların istifadəyə yararlı hala salınması, poladın təkmilləşdirilməsi, su keçirməyən parçaların laklanması, paslanmanın qarşısının alınması üçün qızıl suyuna çəkilmə, boyaların və yağların alınması kimi sahələrdə bir çox kəşflər etmişdir.185 Cabir bin Hayyan təkcə kimya deyil, tibb, astronomiya, məntiq, fəlsəfə, fizika, mexanika kimi elm sahələrində də fəaliyyət göstərərək, bunlarla bağlı əsərlər yazmışdır. Cabir bin Hayyanın başda kimya olmaqla, tibb, fizika, astronomiya və fəlsəfə kimi elm sahələrində təxminən 200-500 əsər qələmə aldığı məlumdur. Ancaq bu əsərlərin bir çoxu sonradan itmişdir, sadəcə 27-si latın və alman dillərində Nürnberq, Frankfurt və Strasburqda 1473-1710-cu illər arasında çap edilmişdir.

Əl-Xarəzmi (780-850)

Dövrünün ən böyük alimlərindən biri olan Əbu Abdullah Muhamməd bin Musa əl-Xarəzmi Qərb elm dünyasında dərin izlər qoymuş riyaziyyatçı, astronom və coğrafişünasdır. Xarəzmi ömrünün böyük bir hissəsini Bağdaddakı «Beytül-Hikmədə» keçirmişdir. Cəbr və alqoritm elminin banisi və bu elmlərə ad verən İslam alimi olmuşdur.186 Xarəzminin adı Avropada latınca «Alkho - rismi» kimi tələffüz edildiyi üçün, tapdığı metoda “alqoritm” adı verilmişdir.187 Xarəzmi cəbr sahəsində ilk əsəri olan “Kitabul Muxtəsər fi Həsabil Cəbri Muqabələ”nin (“Cəbr və Müqayisə Hesabları”) müəllifidir. Əsər bu cümlə ilə başlayır:

«Alqoritm belə deyir: Rəbbimiz və qoruyucumuz olan Allaha həmd və səna olsun». Xarəzmi Şərqin elm dünyasında cəbr elmi ilə bağlı ilk əsər yazan şəxsdir. Bu elm sahəsi daha əvvəllər çox az işlənmiş və ona həndəsədən fərqli bir elm kimi baxılmağa başlanmışdır. Birinci dərəcəli tənliklərin həlli mümkün olmuş, lakin ikinci dərəcəli tənliklərin kökü hələ anlaşılmaz qalmışdı. Xarəzmi ikinci kitabı olan “əl-Cəbr vəl Muqabələ” ilə ikinci dərəcəli tənliklərin həlli yolunu sistemli şəkildə göstərən ilk şəxsdir. Xarəzmi əsərində göstərdiyi üsulları bir müəllim istedadı ilə açıqlamış və bu qaydaları həndəsi yolla sübut etmişdir.

Astronomiya, riyaziyyat və coğrafiya kimi elm sahələrində fəaliyyətləri ilə Qərb elm dünyasında dərin izlər qoymuş Əbu Abdullah Muhamməd bin Musa ƏlXarəzmi.
Astronomiya, riyaziyyat və coğrafiya kimi elm sahələrində fəaliyyətləri ilə Qərb elm dünyasında dərin izlər qoymuş Əbu Abdullah Muhamməd bin Musa ƏlXarəzmi.

Orijinalı Oksford Universitetində saxlanılan bu kitabda dünyada ilk dəfə olaraq onluq say sistemini açıqlamış və üstəlik ilk dəfə olaraq, tənlik qurma üsulu ilə məsələni həll etmə yollarını göstərmişdir. Bundan başqa, sözügedən kitabında daha əvvəl məlum olmayan bir çox yeni terminlər istifadə edilmişdir: kvadratın kök dərəcəsi, tək, tək say kimi.188 Xarəzminin bu əsəri riyaziyyat elminin tarixi baxımından çox əhəmiyyətli irəliləyişin başlanğıcı olmuş və 600 ildən çox müddət ərzində riyaziyyatın tədrisi üçün təməl hesab olunmuşdur. Rocer Bekon, Fibonaççi kimi alimlər onun əsərini heyranlıqla tədqiq etmiş və öz dərslərində bu əsərdən faydalanmışlar. 1500-cü illərin sonlarına (1598-1599) qədər cəbr elmində tək mənbə Xarəzminin bu əsəridir.

Riyaziyyatla bərabər müxtəlif rəsədxanalarda fəaliyyət göstərən Xarəzmi astronomiya və coğrafiya elmlərində də əsərlər yazmışdır. Günəş saatları və saatlar haqqında əsərləri vardır.189 Xarəzmi Yer kürəsinin bir dərəcəlik meridian uzunluğunu da ölçmüşdür.

Sabit Bin Kurra (821-901)

Sabit bin Kurra riyaziyyat, astronomiya və tibb sahələrində mütəxəssis olan İslam alimlərindən biridir. Dövründə bütün bu sahələrdə çox böyük irəliləyişlərə səbəb olmuş, xüsusilə həndəsə və cəbr sahəsində yeniliklərə imza atmışdır.190 Sabit bin Kurranın həndəsə elminə verdiyi tövhələrini Şərq sivilizasiyalarını öyrənən alimlərdən Corc Rivuar “Cəbrin həndəsəyə tətbiqinə görə müsəlmanlara borcluyuq. Bu da 900-cu ildə vəfat etmiş Sabit bin Kurranın əsəridir,”- sözlərilə açıqlamışdır.

Qəndilli rəsədxanasının arxivində saxlanılan bu əlyazma əsər müsəlman alimlərinin astrologiya sahəsindəki fəaliyyətlərini işıqlandırır.
Qəndilli rəsədxanasının arxivində saxlanılan bu əlyazma əsər müsəlman alimlərinin astrologiya sahəsindəki fəaliyyətlərini işıqlandırır.
Müsəlman alimləri bir çox sahələrdə hatırı sayılır çalışmalara imza atmışlar.
Müsəlman alimləri bir çox sahələrdə hatırı sayılır çalışmalara imza atmışlar.

Riyaziyyat, astronomiya, astrologiya, tibb və tərcümə ilə maraqlanan Sabit bin Kurranın 79 əsərinin olduğu məlumdur. Bunlardan 21-i tibb, 2-si musiqi, qalan 25 əsər isə riyaziyyat və fəlsəfə ilə bağlıdır.

Sabit bin Kurra sinus teoremini kəşf etmiş və bunu astronomiyaya tətbiq etmişdir. Bundan başqa Pifaqor teoreminin ümumi isbatını vermişdir.191 Dünyanın çevrəsini 360 meridiana bölünmüş qəbul edərək ekvatorun uzunluğunu hesablayan və buna bağlı olaraq Yerin radiusunu tapan İslam alimidir.192 Sabit bin Kurra Evklidin biliklərindən istifadə edərək cəbr sahəsində daha çox ümumi düsturların həllini göstərməyə başlamışdır. Karl B. Boyer “Riyaziyyatçıların tarixi” kitabında bu mahir riyaziyyatçı haqqında bunları demişdir:

«B.e. IX əsri müsəlman riyaziyyatçıların qızıl əsri olmuşdur. Əsrin birinci yarısına Xarəzmi, ikinci yarısına Sabit bin Kurra möhür vurmuşdular. Xarəzmi ilə Evklid ”banilər” kimi bir-birinə bənzəyirlər. Sabit bin Kurra isə Pappus kimi ali riyaziyyat şərhçisidir..»193

Fərqani (IX əsr)

Doqquzuncu əsrdə yaşamış ekliptik mailliliyini və Günəşin də hərəkət etdiyini kəşf edən böyük astronomiya və riyaziyyat alimidir. Türküstanın Fərqanə bölgəsindən olan Fərqani astronomiya, riyaziyyat, coğrafiya və mexanika sahələrində təcrübəyə əsaslanan tədqiqatlar aparmışdır.194 Göy cisimlərinin hərəkətlərini tədqiq etmiş və lar aparmışdır. Ptolomeyin astronomiya elmində qəbul edilmiş iddiaları haqqında əkssəda doğuran şərhlər yazmışdır. Kainatın və planetlərin həcmi və birbirləri arasındakı məsafələri araşdırmışdır. Araşdırmaları nəticəsində apardığı hesablamalar Qərb astronomiyasında Kopernikə qədər dəyişməz ölçülər kimi qəbul edilərək, yüz illərlə istifadə edilmişdir.

Fərqaninin araşdırmaları nəticəsində ilk dəfə Günəşin də bir orbitinin olduğu və öz oxu ətrafında qərbdən şərqə doğru fırlandığı aşkar edilmişdir. Bundan başqa 41 il davam edən astronomiya tədqiqatları nəticəsində en dairələri arasındakı məsafəni də müəyyən edilmişdir.195 Fərqaninin ən diqqətçəkən çalışmalarından biri isə Günəş tutulmasını əvvəlcədən müəyyən etmək üçün kəşf etdiyi üsuldur. Fərqani 842-ci ildə bu üsulla Günəş tutulmasını əvvəlcədən müəyyən etmişdir.196 Fərqaninin astronomiya ilə bağlı dövrümüzə gəlib çatan 6 əsərindən ən əhəmiyyətlisi “Cəvami əl-İlmi əl-Nücum vəl-Hərəkat əl- Səmaviyyə” (“Astronomiya və göy cisimlərinin hərəkətlərinin prinsipləri”)dir. Göy cisimlərinin hərəkəti ilə bağlı olan bu astronomiya kitabının əlyazma nüsxələri Oksford, Paris, Qahirə və Amerikanın Prinston Universiteti kitabxanasında saxlanılır.

Astronomiya, riyaziyyat, coğrafiya və mexanika sahələrindəki fəaliyyətləri bu elm sahələrinin inkişaf etməsinə və əsaslarının güclənməsinə səbəb olmuşdur. O dövrdə bütün türküstanlı alimlər və avropalı elm adamlarının əsərlərində Fərqaninin təsiri görünür. Latın dilinə tərcümə edilən əsərləri əsrlərlə Avropa universitetlərində dərslik kimi istifadə edilmişdir. Qərb dünyasında «Alfraganus» adı ilə tanınan Fərqaninin Yerin çevrəsi ilə bağlı tapdığı qiymət (təxminən 40.253.700 metr) Xristofor Kolumbun Atlantik okeanını keçərək Hindistana çatmaq fikrini həyata keçirməsində cəsarətləndirici rol oynamışdır. Kolumb bu barədə belə deyir:

«Səyahətlərim arasında Lissabondan Qvineyaya olan marşrutu diqqətli şəkildə müşahidə etdim və hər bir dərəcə üçün Alfraganusun qiyməti olan 56 2/3 millik qiyməti tapdım. Bu ölçməyə etibar etməliyik».197

əl-Bəttani (859-929)

Riyaziyyat, astronomiya və coğrafiya alimi Bəttaninin, xüsusilə astronomiya sahəsində bir çox əhəmiyyətli kəşfləri var. Qərbdə «Albategnius» kimi tanınan Bəttani bu gün belə dünyanın ən məşhur 20 astronomundan biri kimi qəbul edilir. Bəttani 877-ci ildə qurduğu rəsədxanada Günəş, Ay və planetlərin hərəkətlərini tədqiq etmiş, bu müşahidələrin hamısını «Zic-i sabi» adlı astronomiya kataloqunda toplamışdır. Sözügedən katalaoq bu mövzuda yazılmış ən böyük və hərtərəflli əsərdir.

Məşhur astronom özündən beş əsr sonra yaşamış Kopernikin 23° 35’ kimi hesabladığı Yerin ekliptik mailliliyini 23° kimi hesablamış, dövrümüzdə məlum olan bucaq qiymətini yarım dəqiqəlik bir fərqlə müəyyən etməyi bacarmışdır. Bundan başqa, bir Günəş ilinin 365 gün, 5 saat, 46 dəqiqə və 24 saniyədən ibarət olduğunu tapmışdır. Bu kəşf dövrümüzün hesablamalarına son dərəcə yaxındır. Günəşin təpə nöqtəsindəki uzunluq dairəsinin Ptolomeyin kəşfindən bəri 16° 47’ artdığını da kəşf etmişdir. Bu nəticə Günəşin orbit hərəkətlərini və bərabər zamanlılıqda kiçik fərqlərin meydana gəldiyini göstərən əhəmiyyətli kəşfdir.

Bəttani dövrünün ən böyük astronom və riyaziyyatçılarından biridir.
Bəttani dövrünün ən böyük astronom və riyaziyyatçılarından biridir.

Riyaziyyat sahəsində yunan xordası əvəzinə sinuslardan istifadə edən ilk şəxsdir. Yeni triqonometriyanın həqiqi banisi kimi qəbul edilən Bəttani fəaliyyətlərində sferik triqonometriya sahəsində ixtisaslaşmış, düz bucaqları tədqiq edərək sinus, kosinus, tangens, kotangens, sekant və kosekant anlayışlarını ortaya qoymuşdur.198 Astronomiya və triqonometriya ilə bağlı çoxlu əsərləri var. Astronomiya sahəsindəki fəaliyyətləri İntibaha qədər Avropada iz qoymuş, astronomiya və triqonometriyadakı kəşfləri bu elmlərin inkişafına kömək etmişdir.199 Əsərləri latın dilinə tərcümə edilən ilk müsəlman alimlərindən sayılan Bəttani elmi fəaliyyətlərini əsl məqsədini bu əsas üzərində qurmuşdur:

«İnsan Allahın varlığını, birliyini, qüdrətini və əsərlərinin mükəmməlliyini başda astronomiya olmaqla, elmlərin vasitəsilə öyrənə bilər. Məsələn, bu görünən ulduzlar, üstündə yaşadığımız bu Yer və Yerin hərəkətləri Allahın varlıq və birliyinin açıq dəlilidir».200

Əbul Qasım Zöhrəvi (936-1013)

Cərrahiyyənin müstəqil elmə çevrilməsi əndəluslu Zöhrəvinin sayəsində olmuşdur. Zöhrəvi öz dövrünə qədər başqalarının bacarmadığı cərrahiyyə əməliyyatları aparmış, metodlar və alətlər kəşf etmişdir. Zöhrəvi o dövrün ən çox və ən ciddi şəkildə tibb elmi ilə məşğul olan həkimi kimi qəbul edilir. Şöhrətinin yayılmasına kömək edən ən vacib amil məşhur əsəri “Əl- Təsrif” olmuşdur. İki cilddən və otuz bölmədən ibarət olan bu kitab doqquz yüz səhifəlik bir əsər olub, əsl adı “Əl- Təsrif Limən Acizə ari it Tə’lif”dir. Bu əsər Qərbdə istifadə edilən standard ensiklopediya olmuşdur. “Əl-Təsrif” cərrahiyyə alətlərinin təriflərilə bərabər bu alətlərin şəkillərinin də təsvir edildiyi ilk kitabdır. Sayı 200-ə çatan bu cərrahiyyə alətlərinin bir çoxu daha əvvəl heç bir əməliyyatda istifadə edilməmiş yeni alətlərdir. Zöhrəvinin tibb elmi ilə bağlı uğurlarından bəziləri bunlardır:

Zöhrəvi ölü dölün çıxarılması və amputasiya (orqanların kəsilməsi) daxil olmaqla, bir çox həssas əməliyyatları daha da təkmilləşdirmişdir.201 Dövrünün cərrahiyyə ilə bağlı biliklərini ümumiləşdirmiş, təcrübə üçün canlı heyvanlar üzərində əməliyyatlar keçirilməsi kimi yeni fikir və üsulları tibb dünyasına gətirmişdir.

Tarixdə hemofiliyanı (qanın laxtalanma səviyyəsinin aşağı olduğu ciddi qan xəstəliyi) ilk dəfə açıqlayan həkim Zöhrəvidir.202 Çanaq sümüyü sınıqlarını ilk dəfə müalicə edən şəxsdir.203 Böyrək daşlarının necə xaric ediləcəyini də ilk dəfə Zöhrəvi təsbit etmişdir.

Burun ətini təmizləyib çıxarmaq üçün ilk dəfə “senanin” adlandırılan orijinal alət düzəltmişdir.

İlk dəfə yırtıq əməliyyatını həyata keçirmiş, əməliyyatlarında özünə xas anesteziya metodlarından istifadə etmişdir.

Zöhrəvi çürük dişlərin qırılmadan çəkilə bilməsi üçün qurğuşunla doldurulub çəkilməsi fikrini irəli sürən ilk həkim kimi tanınır.

Əməliyyatlar zamanı lazım olan alətləri özünə xas metodla mikroblardan təmizləyərək istifadə etmişdir. Bu təmizliyi «maddəus-safra» adlandırılan maddə vasitəsilə etmişdir. Dövrümüzdə aparılan araşdırmalar bu maddənin bakteriyaları məhv edən xüsusiyyətə malik olduğunu göstərmişdir.

Yanda Zöhrəvinin “ƏlTəsrif Limən Acizə ari it Tə’lif” əsərinin latın dilində tərcüməsindən bir səhifə göstərilir. Zöhrəvi tibb sahəsində çox həssas və zərif alətlər icad edərək istifadə etmişdir.
Yanda Zöhrəvinin “ƏlTəsrif Limən Acizə ari it Tə’lif” əsərinin latın dilində tərcüməsindən bir səhifə göstərilir. Zöhrəvi tibb sahəsində çox həssas və zərif alətlər icad edərək istifadə etmişdir.

Zöhrəvinin heyvan bağırsağından yaraları tikmək üçün ilk dəfə istifadə etməsi qərb elm adamları tərəfindən qəbul edilmişdir. Bugünki müasir steril paketlərin içindəki bağırsaq lifləri Zöhrəvidən dövrümüzə gəlib çatmışdır.204 Donald Kempbelin fikrincə, “Avropa alimlərinin Zöhrəvi ilə bağlı diqqətini çəkən şey doğuşda dölü asanlıqla çıxarmasıdır. Onun üsulu Qalenin metodunu kölgədə qoyaraq Avropada beş yüz il üstünlüyünü qorumuş və xristian Avropasında cərrahiyyə standartlarının inkişaf etdirməsinə yardımçı olmuşdur.”205

İbn Heysəm (965-1040)

Orta əsrlərdə yetişən ən böyük İslam fiziki İbn Heysəmdir. İbn Heysəmin işıqla bağlı “Kitab-ül-Mənazır” (Optikanın Xəzinəsi) adlı əsəri latın dilinə tərcümə edilmiş və Qərbdə Rocer Bekon kimi fiziklərin araşdırmalarına təsir etmişdir. Qədimdə işığın gözdən çıxaraq əşyaya çatması ilə görmənin əmələ gəldiyini fikirləşirdilərsə, Heysəm, tam əksinə, işığın əşyadan bizə çatdığını sübut etmişdir. Görmənin fiziki açıqlamasını ilk dəfə İbn Heysəm vermişdir. Bundan başqa riyaziyyatçı və filisof olan İbn Heysəm yüzdən çox əsər yazmış və dövrünün bütün elm sahələrində böyük avtoritet kimi qəbul edilmişdir.206

Biruni (973-1051)

İslam dünyasında X-XI əsrlərin ən böyük elm və din alimi sayılan Biruni dünya elm tarixində dövrünün ən böyük astronomu, riyaziyyatçısı, etnoqrafı, tarixçisi və filosofu olmuşdur. Əsərləri bu gün hələ də Qərb elm dünyasında mənbə kimi istifadə edilir. YUNESKO-nun 25 dildə çap etdirdiyi «Courier» jurnalı 1974-cü il iyun sayının üz qabığında “1000 il əvvəl Orta Asiyada yaşayan beynəlxalq düha Biruni: astronom, tarixçi, botanik, əczaçılıq mütəxəssisi, geoloq, şair, mütəfəkkir, riyaziyyatçı, coğrafiyaşünas və humanist” ifadələrinə yer vermişdir.

Yaşadığı əsrə “Biruni əsri” deyilməsinə səbəb olan və yaşadığı dövrdən əsrlər sonra da əsərlərindən fayda götürülən Biruni yalnız İslam aləmində deyil, bütün dünyada iz qoymuşdur.207 Əslən türk olan Biruni türklərin İslamı qəbul etməsi nəticəsində bu mədəniyyətin çox geniş ərazilərə yayılması ilə bəşəriyyətin, xüsusilə elm sahəsində böyük qazanclar əldə etdiyini bildirmişdir.

Yerin cazibə qüvvəsi qanununun ingilis alimi Nyuton tərəfindən kəşf edildiyi qəbul edilsə də, bu mövzuda ilk dəfə tədqiqat aparan Birunidir. Bundan başqa dövrümüzdə müzakirə edilən quru hissələrinin şimala doğru sürüşməsi fikrini 9 əsr yarım əvvəl dilə gətirmişdir. Yaşadığı dövrdə Ümid burnunun varlığından ilk dəfə danışan Biruni Şimali Asiya və Şimali Avropa haqqında da hərtərəfli məlumatlar vermiş, bundan başqa Xristofor Kolumbdan beş əsr əvvəl Amerika qitəsindən və Yaponiyadan bəhs etmişdir.208 Astronomiya sahəsindəki fəaliyyətlərinə 995-ci ildə Günəşin və planetlərin meylliyini hesablayaraq başlamışdır. İşığın sürətinin səsə nisbətən son dərəcə böyük olduğunu qeyd etmişdir.209 Biruni triqonometriyada kosinus teoremi kimi tanınan əlaqəni ilk dəfə ortaya qoymuş, həndəsəni botanikaya tətbiq etmiş, quşlarla bağlı çox orijinal faktlar müəyyən etmiş və çox fərqli sahələrdə bir çox kitablar yazmışdır.

Biruni təbiət və dəqiq elmlər sahəsində dövrünün ən böyük alimlərindən biridir.
Biruni təbiət və dəqiq elmlər sahəsində dövrünün ən böyük alimlərindən biridir.

İşığın səsdən daha sürətli olduğunu kəşf etmişdir. İsti su ilə qaynar su arasındakı fərqləri aşkar etdiyi kimi istiliyin metallar üzərində genişləndirici təsirini də kəşf etmişdir.210 “Kitabül-Cəmahir fi Mərifətül-Cəvahir” (Cövhərlərin xüsusiyyətlərinə dair) adlı əsərində 23 bərk cisimlə 6 mayenin çəkilərini bugünki dəyərlərinə çox yaxın şəkildə hesablamışdır.211 Biruni izafi (nisbi) sıxlıqları mahruti alət adlandırdığı və ən qədim piktonometr (sıxlıq ölçmə aləti) adlandırılan alətlə müəyyən etmişdir. Göy üzü və yer səthinin müxtəlif xüsusiyyətlərini, en və uzunluq dairələrini, qitə və dənizləri göstərmək üçün yeddi metr diametri olan kürə düzəltmişdir. Bu fəaliyyəti ilə tarixdə Yeri kürə üzərində xəritəyə salan ilk alim adını qazanmışdır.212 “Nihayətül-Əmakin” (Məkanların sonları) adlı əsəri coğrafiyadan geologiya və geodeziyaya (yer kürəsinin formasının müəyyən edilməsi və yer üzünü ölçmə fəaliyyətləri) qədər müxtəlif sahələri əhatə etmişdir.213 Biruninin astronomiya sahəsindəki ən vacib əsəri isə “əl-Qanunül-Məsudi” (Məsudi Qanunlar) adlı ensiklopediyasıdır. Bu əsərdə bir çox yeni kəşflərlə bərabər, triqonometriyaya aid bölmədə vardır. Ptolomey və Aristotelin qaydalarına qarşı çıxaraq, Yerin sabit deyil, fırlanan bir kütlə olduğunu irəli sürən Biruni, elm tarixçilərinə görə, müasir astronomiyanın təməlini qoymuşdur.

Biruninin Allaha imanı

Biruni Buxara kitabxanasında İbn Sina ilə tanış olmuş, bir-birlərinin biliklərindən faydalanmışdılar. Buxara alimləri sağlam bilik mübadiləsi ənənəsinə malik idilər. Bildiklərini digərlərindən gizlətməz, paylaşmağı sevərdilər.214 Biruni cəbr, geometriya və coğrafiya sahələri ilə bağlı Qurandan bir ayə demiş, ayədə bəhs edilən mövzunu şərh etmiş, elmlə dini birləşdirmiş, elmi öyrənməkdə məqsədinin Allahı tanımaq və həqiqəti tapmaq olduğunu söyləmişdir. Əsərləri hələ də Qərb elm dünyasında mənbə əsər kimi istifadə edilir.

Yanda Biruninin fəaliyyətlərindən bir neçə nümunə göstərilir.
Yanda Biruninin fəaliyyətlərindən bir neçə nümunə göstərilir.

Biruni “Yer üzü və ulduzlar haqqında qanun” adlı kitabında ulduz və planetlərin kürə şəklində olduqlarını sübut etmiş, Yerin Günəş ətrafında, Ayın da Yerin ətrafında dövr etdiyini sübut edərək, Qərb elm adamlarından 6 əsr əvvəl bu həqiqətləri açıqlamışdı.215 Yerin diametrini öz adı ilə tanınan məşhur bir qanun ilə hesablamağı bacaran Biruni Yerin radiusunu ancaq 14 kilometrlik fərq ilə tapmışdır.216 Biruninin Hindistan haqqında çox dəyərli məlumatlar verən “Hindistan tarixi” adlı kitabı bütün Qərb dillərinə tərcümə edilmiş, coğrafiya və tarix alimləri üçün əvəzedilməz mənbə olmuşdur. Hindistanda olduğu dövrdə bir çox ərəb dilində olan mənbələri sanskrit dilinə, sanskrit dilindəki bəzi kitabları da ərəb dilinə tərcümə edərək, İslam və hind sivilizasiyaları arasındakı ilk mədəniyyət körpüsünü qurmuşdur.217 Biruni ayələrdəki hikmətlərə istinad edərək elmi fəaliyyət göstərmişdir Allah Qurandakı bir çox ayələrdə iman həqiqətlərinin əhəmiyyətinə diqqət çəkir. Fatir surəsindəki ayələrdə iman həqiqətlərindən nümunələr verilərək belə bildirilir:

«Məgər Allahın göydən yağmur yağdırdığını görmürsənmi?! Sonra Biz onunla növbənöv meyvələr yetişdirdik və dağlarda müxtəlif rəngli-ağ, qırmızı, tünd qara yollar peyda etdik. İnsanların, heyvanların və davarların da bu cür müxtəlif rəngləri vardır. Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar. Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, bağışlayandır!»

“Fatir” surəsi, 27-28

Biruni də ayələrdəki hikmətlərə istinad edərək elmi həqiqətləri əldə etmişdir. Məsələn, Yerin şimalında Günəşin aylarla çıxmadığını, çıxdığı zaman da batmadığını bu ayə ilə açıqlamışdır:

«Nəhayət, günəşin çıxdığı yerə çatdıqda onu bir qövm üzərinə doğan gördü ki, onlardan ötrü ona (günəşə) qarşı heç bir sipər yaratmamışdıq»

“Kəhf” surəsi, 90

Biruni bunu bir lampanın önünə Yeri təmsil edən bir kürə qoyub fırladaraq göstərmişdir.218 Biruni kitabı üçün ona bir filin ağırlığında qızıl və cəvahirat göndərən Sultan Məsuda hədiyyəsini geri göndərərək, “Bu kitabı sərvət üçün deyil, elm üçün yazmışam,” demişdir.219

İbn Sina (980-1037)

Dünyadakı bütün elmi dairələr tərəfindən dünyanın gəlib-keçən ən dəyərli alimlərindən biri kimi qəbul edilən İbn Sina, hələ 18 yaşında ikən dövrünün bütün elmlərini öyrənmişdir. Tibbdə şah əsəri kimi qəbul edilən və qısaca “əl-Qanun” kimi tanınan “əl-Qanun fit-Tibb” (Tibb qanunu) adlı əsəri fiziologiya, hifzüsihhə (sağlamlığı qoruma), müalicə və farmakologiya (dərmanlarla bağlı elm sahəsi) bölmələrinə ayrılmışdır. Beş cildlik, təxminən bir milyon sözdən ibarət böyük tibb ensiklopediyası olan bu əsər istər məzmunu, istərsə də hazırlanma tərzi baxımından əsrlərlə tibb ədəbiyyatına yol göstərmişdir. XIII əsrdən etibarən Avropa universitetlərində dərslik kimi istifadə edilərək, o dövrün Fransasının məşhur tibb fakültələri olan Montpellier və Loven Universitetlərində də əsas dərslik olmuşdur. Özündən sonra yeni tibbin yaranmasına qədər türk, ərəb, fars və müxtəlif qərb dillərində yazılan əsərlərin istinad etdikləri mənbə hesab edilmişdir. “əl-Qanun”da bəhs edilən tibbi biliklərin böyük bir hissəsi bu gün də üz dəyərini qoruyur.

Böyük həkim kimi tanınan İbn Sinanın qaraciyər, ağciyər, ürək və beyin ilə bağlı məlumatlarının yer aldığı fəaliyyəti göstərilir.
Böyük həkim kimi tanınan İbn Sinanın qaraciyər, ağciyər, ürək və beyin ilə bağlı məlumatlarının yer aldığı fəaliyyəti göstərilir.
Sağda İbn Sinanın XV əsrdə yazdığı bir əlyazmasındakı əczaxana miniaturü görünür. Aşağıda isə İbn Sinanı işləyərkən göstərən bir rəsm verilir.
Sağda İbn Sinanın XV əsrdə yazdığı bir əlyazmasındakı əczaxana miniaturü görünür. Aşağıda isə İbn Sinanı işləyərkən göstərən bir rəsm verilir.

Dövrümüzün tibbinə işıq tutan fikirləri ilə İbn Sina Qərb dünyasında «Avisena» adı ilə tanınan İbn Sina tibb dünyasında ilk dəfə olaraq tibb və cərrahiyyəni iki ayrı sahə kimi ayırmışdır. Bundan başqa cərrahi müalicənin insanın sağlam həyat keçirməsi üçün anatomiyanın əhəmiyyətini vurğulamış və həyati təhlükənin çox yüksək olması ilə bağlı üstünlük verilməyən cərrahi müalicə ilə bağlı nümunələr verərək, əməliyyatlarda istifadə ediləcək alətləri tövsiyə etmişdir.

Tibblə bağlı əsərləri tədqiq edildikdə İbn Sinanın dövrümüzün tibb dünyası üçün belə əsas olan bir çox fikrə sahib olduğunu görmək olar. Hətta tibbi araşdırmalarında bəzi xəstəliklərin yoluxmasında gözlə görünməyən bir cür varlıqların təsirləri olduqlarını, yəni “mikrobların” mövcudluğundan və bu bilinməyən varlıqlardan əsərlərində bəhs etmişdir. Dəri altına ilk dəfə iynə vuran, əməliyyatlarda narkozu ilk dəfə tətbiq edən, mədə və bağırsaq xəstəliklərini elmi cəhətdən tədqiq edən, ruhi vəziyyətlərin həzm sisteminə təsirini müəyyən edən, sifət iflicinin səbəblərini ilk dəfə tapan, mədə və bağırsaq qurdlarını, tənəffüs sistemini ilk dəfə müəyyən edən həkim İbn Sina olmuşdur.220

Böyük Həkim

Riyaziyyat, astronomiya, həndəsə sahələrində geniş tədqiqatlar aparan, “Böyük həkim” kimi qəbul edilən İbn Sina əksəriyyəti fizika, astronomiya və fəlsəfə kimi elm sahələrinə aid olan 150-ə yaxın əsər yazmışdır. İsaak Nyutondan 500 il əvvəl fizika dinamikasının ilk qanununu “Şəfa” adlı 18 cildlik ensiklopediyasında açıqlayan İbn Sinanın fəaliyyətləri tibblə bərabər, riyaziyyat, fizika, metafizika, teologiya, iqtisadiyyat, siyasət və musiqi sahələrini də əhatə edir.221 İbn Sina fəlsəfə sahəsində də istər şərq, istərsə də qərb filosoflarına təsir etmişdir. Əsərləri XII əsrdə latın dilinə tərcümə edilmiş və bundan sonra bütün dünyaya yayılmışdır. İbn Sinanın əsərləri təxminən 8 əsr boyu dünya kitabxanalarının baş guşələrində yer almışdır.222

Hazini (1100-1160)

XII əsrdə Türküstanda yaşamış astronom və fizik Hazini, xüsusilə yerin cazibə qüvvəsi və tərəzilərlə bağlı fəaliyyətləri ilə tanınır.223 Hazini Nyutondan 500 il əvvəl “hər cismi yer kürəsinin mərkəzinə doğru çəkən bir güc olduğunu” söyləmişdir.224 Rocer Bekondan yüz il əvvəl Yerin mərkəzinə doğru yaxınlaşdıqca suyun sıxlaşdığı fikrini irəli sürmüşdür. Mayelərin sıxlığını və hərarətini ölçmək üçün aerometrdən istifadə edən ilk şəxsdir.225 Bundan başqa, bir çox İslam şəhələrində qiblənin necə müəyyən ediləcəyi barədə çalışmışdır. Hazini işığın sınma prinsiplərini də tədqiq etmiş və göy üzü ilə təmas edən günəş şüalarının Yerə birbaşa, dümdüz deyil, sınaraq çatdığını müəyyən etmişdir.

Rəsmdə Hazininin cisimlərin havadakı çəkilərini hesablamaq üçün düzəltdiyi beş gözlü hikmət tərəzisinin şəkli.
Rəsmdə Hazininin cisimlərin havadakı çəkilərini hesablamaq üçün düzəltdiyi beş gözlü hikmət tərəzisinin şəkli.

Hazini kimyəvi maddələrin sıxlıq və xüsusi çəkilərini ölçmək üçün icad etdiyi həssas tərəzilərlə kimya elminin inkişafına yardımçı olmuşdur. “Kitab Mizanü’l Hikmə” (Müdriklik ölçüsü) adlı əsərində su tərəzisini bir ölçmə aləti kimi tanıtmışdır. İcad etdiyi bu tərəziyə “əlmizanü’l cami” (toplayan tərəzi) adını vermişdir. Bu tərəzi ilə apardığı sıxlıq və çəki hesablamaları dövrümüzün texnologiyasından istifadə etməklə aparılan hesablamaları olduqca yaxındır.226 Hazini “Zic’i Sanacari” (Ulduz kataloqu) adlı əsərində ulduzlar və planetlərlə bağlı məlumatlara və Səlcuqilər dövlətinin en və uzunluq dairələrinə də yer vermişdir. “Risalə fi’l-Alət” (Alətlər haqqında məlumat) adlı kitabçasında isə müşahidə alətlərindən bəhs edir.

İbn Rüşd (1126-1198)

Qərb dünyasında «Averos» adı ilə tanınan əndəluslu fəlsəfə, fiqh, riyaziyyat və tibb alimidir. Ən məşhur fəlsəfi əsəri “Təhafüt-ül təhafüt”dür (Ziddiyyətlərin ziddiyyətləri). Aristotelin düşüncə sistemini İslam ilə əlaqələndirməyə çalışmışdır. Qərbdə Aristotelin elmi mirasının yenidən kəşf edilməsi, İbn Rüşdün əsərlərinin XII əsrin əvvəllərində latın dilinə tərcümə edilməsi ilə nəticələnmiş və əsərləri əsrlər boyu şərq və qərb düşüncə tərzinə təsir etmişdir.

Tibb, riyaziyyat, fəlsəfə və fiqh alimi İbn Rüşd.
Tibb, riyaziyyat, fəlsəfə və fiqh alimi İbn Rüşd.

Kitabları on cild şəklində İtaliyada çap edilmiş və həm İtaliya, həm də Fransa universitetlərində dərslik kimi istifadə edilmişdir.227 İnsan orqanizmini “yaradılış etibarilə Allahın fövqəladə əsəri”228 kimi görən İbn Rüşd “tədqiq edilmək üçün orqanizmin kəsilib hissələrə ayrılması imanı qüvvətləndirir” demişdir.229 Neyrologiya sahəsində İbn Rüşd parkinson xəstəliyinin varlığını və fotoreseptor xüsusiyyətlərinin gözün tor qişasına aid olduğunu irəli sürmüşdür.230 Fizika sahəsində isə İbn Rüşd qüvvəni “maddi bir varlığın kinetik vəziyyətini dəyişdirməkdə işin görülmə sürəti” kimi tərif edən və ölçən ilk şəxsdir. Bundan əlavə, “qüvvənin təsiri və ölçüsünün maddi baxımdan davamlı bir kütlənin kinetik vəziyyətindəki dəyişiklik” olduğunu iddia edən ilk şəxs də İbn Rüşddür.231

Cəzəri (1136-1206)

Qərb mənbələrinin “Dövrünün zirvəsinə qalxmış müsəlman mühəndis” kimi tərif etdiyi Cəzəri Şərqi Anadoluda Diyarbakır Artuklu sarayında 32 il baş mühəndis olmuşdur. Burada elmi fəaliyyətlər göstərən Cəzəri eyni zamanda xəbərləşmə, nəzarət, müvazinət qurma və nizamlama elmi olan kibernetika elminin ilk banisidir.232 Zaman ərzində təkmilləşərək kompüterlərin ortaya çıxmasına imkan yaradan bu elm sahəsi insanlarda və cihazlarda məlumat mübadiləsi, nəzarəti və müvazinətin vəziyyətini tədqiq edir.233 Cəzərinin çox saylı icadları bu gün də heyrətamiz keyfiyyətlərə malikdir.

Cəzəri su saatları, avtomatik nəzarət qurğuları, fəvvarələr, qan toplama qabları, şifrəli qıfıllar və robotlar kimi praktik və estetik bir çox qurğuların dizaynını verən və bunların necə həyata keçiriləcəyini izah edən “Əl-Cami bəynə’l-İlm və’l-aməlin-nafi fi sinaati’l hiyəl” (Cihaz hazırlanmasında faydalı məlumatlar və tətbiqlər) adlı kitabın müəllifidir. Əsərdə yer alan bütün şəkilləri özü çəkmiş və rəngləmişdir. XX əsrin başlanğıcından etibarən Qərb dünyasında böyük maraqla qarşılanan bu əsər 1974-cü ildə “Al Jazari’s Book of Knowledge of İngenious Mechanical Devices” (Əl Cəzərinin mahir mexaniki cihazlar haqqında məlumat kitabı) adı altında Donald R. Rill tərəfindən ingilis dilinə tərcümə edilmişdir. Kitabın tərcüməsinə ön söz yazan məşhur elm tarixçisi prof. Uayt Cr, bir çox kəşfin Leonardo da Vinçi və digərlərindən çox əvvəl Cəzəri tərəfindən edildiyini bildirir. Kibernetika elmindən istifadə etməklə düzəltdiyi mükəmməl cihazlara bənzər icadlara Cəzərinin vəfatından ancaq 200-350 il sonra başqa əsərlərdə rast gəlinir.

Cəzəri Qərb mənbələrində “Dövrünün zirvəsinə yüksəlmiş müsəlman mühəndis” kimi tərif edilir.
Cəzəri Qərb mənbələrində “Dövrünün zirvəsinə yüksəlmiş müsəlman mühəndis” kimi tərif edilir.

Cəzərinin dünya şöhrətli əsərində avtomatik cihazlar, robot fillər, öz-özünə oxuyan tovuz quşları, avtomatik saatlar, ələ su tökən robot insan və mühəndisliklə bağlı bir çox cihazların düzəldilməsi və işləməsi haqqında məlumatlar verilmişdir. Kitabda 50 cihazın ətraflı dizaynı çertyojları ilə birgə verilmişdir. Bu alətlərin 6-sı su saatı, 4-ü parafinli saat, 6-sı uzunlüləkli dolça, 7-si əyləncə məqsədilə istifadə edilən müxtəlif səslər çıxaran avtomat cihazlar, 3-ü dəstəmaz almaq üçün istifadə edilən avtomat cihaz, 4-ü qan alma qabı, 6-sı fəvvarə, 4-ü özü səs çıxaran cihaz, 5-ci suyu yuxarı çıxaran cihaz, 2-si qıfıl, 1-ci bucaq ölçən, 1-i qayıq su saatı və Amid şəhərinin qapısıdır. Cəzəri bu cihazlarda istifadə edilən xüsusi hissələri də çox dəqiqliklə hazırlamışdır.

İbn Baytar (1199-1248)

Botanika, tibb və əczaçılıq elmlərində xüsusi yeri olan İbn Baytar orta əsrlərin ən böyük botaniki və əczaçısı kimi tanınır. Tibb ensiklopediyası, “Qəribə fillər”, “Diskorides parafrazı”, “Dərmanlar və qidalar ensiklopediya”sını yazmışdır. İbn Baytar həyatı boyu etdiyi səfərlərdə şəfalı otlarla bağlı dərin məlumatlar toplamışdır. Bu məlumatları “Baytarnamə” kimi də tanınan “Dərmanlar və qidalar ensiklopediyası”nda toplamışdır. Bu əsərdə 200-ü əvvəllər məlum olmayan, habelə digər alternativ bitkilərin əvəzinə istifadə edilə biləcək cəmi 1400 bitkilərin müalicəvi əhəmiyyətindən bəhs etmişdir. Tamamilə müasir metodlarla qələmə aldığı bu kitabda hansı dərmanların düzəldilə biləcəyini izah edən İbn Baytar bunları əlifba sırası ilə tərtib etmişdir. Dərmanların adlarının ərəb, yunan, fars və ispan dillərində qarşılığını vermişdir.234 Avropanın intibah dövründə avstriyalı şərqşünas Zonteymer Baytarın “Dərmanlar və qidalar ensiklopediyası”nı latın dilinə tərcümə etmişdir. Bu kitab XIX əsrə qədər Qərb universitetlərində mənbə kimi istifadə edilmişdir.

Nəsirəddin Tusi (1200-1273)

Nəsirəddin Tusi mühəndislik və kosmosla bağlı fəaliyyətlərə yeniliklər gətirən, triqonometriyanı müstəqil elm sahəsinə çevirərək inkişaf etdirən böyük riyaziyyatçıdır. Evklidin “Prinsiplər” adlı 13 cildlik kitabını şərh və mühakimə etmişdir.

Nəsirəddin Tusi və bir əlyazma əsəri.
Nəsirəddin Tusi və bir əlyazma əsəri.

Nəsirəddin Tusi bəzi mühəndislik məsələlərini cəbr yolu ilə, bəzi cəbr məsələlərini də mühəndislik üsulu ilə həll edərək, riyaziyyatda yeni sistemlər meydana gətirmişdi. Riyaziyyat sahəsində “Hərəkətli kürə”, “Kürənin açılması” və “Cəbr və müqayisə” kimi kitablar yazmışdır.235 Tusinin Marağada qurduğu rəsədxana qısa zaman ərzində İslam dünyasının ən böyük və ən məşhur rəsədxanalarından birinə çevrilmişdir.236 Zaman keçdikcə dünya tarixinin ən böyük və ən məşhur rəsədxanalarından biri kimi qəbul edilmişdir.

Tusi Ptolomeyin “Magesty” adlı kitabını şərh edərək kainat üçün yeni və daha bəsit bir nəzəriyyə irəli sürmüş, bu fəaliyyəti ilə də Kopernikin uğurlarına zəmin hazırlamışdır. Fizika, mühəndislik və kosmosla bağlı fəaliyyətlərində göstərdiyi yeniliklər bəşəriyyətin bu sahələrdə inkişafına yardımçı olmuşdur. Onun nəzəriyyə və sübutları dövrümüzdə də riyaziyyatçıların təqdirinə səbəb olmuşdur. Nəsirəddin Tusinin triqonometriya ilə bağlı kitabı Qərb dünyasında latın, fransız və ingilis dillərinə tərcümə edilmiş və bir çox alimlər bu kitaba əsaslanaraq yeni teoremlər irəli sürmüşlər.

Amerikalı şərqşünas Corc Sarton Nəsirəddin Tusi haqqında belə demişdir: “Tusi ən böyük müsəlman alimi və riyaziyyatçılarından biridir.”237

Əl-Qəzvini (1203-1283)

Böyük coğrafişünas və yerşünas Zəkəriyya bin Muhamməd Qəzvini on beş illik fəaliyyəti nəticəsində “Əcaib əl-məxluqat və qara’ib əl-mövcudat” (Əcaib məxluqlar və qəribə varlıqlar) adlı kitab hazırlamışdır. Bu kitab fars, türk və fransız dillərinə tərcümə edilmişdir. Kitab iki əsas bölmədən ibarətdir. Birinci bölmədə göy cisimləri və kosmosla bağlı məlumatlar verilir, göy cisimlərinin yer və zamana görə mövqelərindən bəhs edilirdi. İkinci bölmədə isə yer kürəsi ilə bağlı əsas məlumatlar, yer üzünün geoloji quruluşu, minerallar, bitki və heyvanlardan danışılırdı. Alman tədqiqatçı Karl Brokelmanın “İslam mədəniyyətinin ən dəyərli kosmoqrafiyası” adlandırdığı Qəzvininin kosmoqrafiyası İslam dünyasında ən çox oxunan əsərlərdən biri idi (Kosmoqrafiya kosmologiyanın riyaziyyat və fizikanın yalnız əsas anlayışlarından faydalanaraq ən əhəmiyyətləri hadisələrdən bəhs edən elm qoludur).

Zəkəriyya bin Muhamməd Qəzvininin əsərindən bir səhifə.
Zəkəriyya bin Muhamməd Qəzvininin əsərindən bir səhifə.

“Əcaib əl-məxluqat” adlı əsərin xüsusiyyəti Allahın birliyi və yaradılışın birliyi əsasında yazılmasıdır. Kainat mütləq gerçək olan Allahın təcəllisidir. Allahın “Ol” əmri kainatdakı hər şeyin bir anda var olmasını və yaradılmış canlıların öz aralarında qarşılıqlı əlaqədə olmalarını təmin etmişdir. İslama görə, insan Allahın yaratmasındakı hikməti olduqca yaxşı şəkildə anlamalıdır. Qəzvini insanın Allahın xariqüladə və hikmətli yaratmasını tədqiq etmək, heyrətlə bunun üzərində düşünmək və bunu anlamaq üçün özü üçün mümkün olan və ən yüksək səviyyədə çalışmağın vacibliyini qeyd etmişdir. Bu şəkildə insan həm bu dünya, həm də axirətin gözəlliklərini qazanacaqdır.238 Qəzvini Şərqdə və Qərbdə keçmiş alimlərin bilmədikləri bir çox həqiqətləri aşkar etməyi bacarmışdı. Kosmos və coğrafiya sahələri ilə məşğul olan bir çox alimlər XVI-XVII əsrlərə qədər bu kitabdan istifadə etmişlər.239 Qəzvininin ən son kitabı “Ölkələrin izləri və insanların xəbərləri” isə bir növ bəşəriyyət tarixidir.

İbn Nəfis (1213-1288)

XIII əsrdə elmdə mühüm nailiyyətlərə möhürünü vurmuş başqa bir alim İbn Nəfis adı ilə tanınan Əlaəddin Əli əbil-Hazam əl- Qureyşidir.240 “Mücəzül-Qanun” adlı məşhur əsərində İbn Nəfis bir çox tibbi açıqlamalar etmişdir. Əsərində, xüsusilə ürəyin və tənəffüs yollarının anatomiyasını tədqiq edərək ağciyərlərin quruluşunu və funksiyasını aşkar etmiş, kapilyarların varlığını sübut etmişdir.241 Əsərin ən əsas xüsusiyyəti İbn Nəfisin kiçik qan dövranını XVI əsrdə Mişel Servetusdan 3 əsr əvvəl eynilə onu kimi təsvir etməsidir. O dövrə qədər klassik inanc anatomiyada septumun (bir orqanın iki ayrı bölməsini bir-birindən ayıran ayırıcı pərdə və ya divar) keçirici olduğunu düşünürdü. İbn Nəfis isə septumun keçirici olmadığı fikrini irəli sürmüşdür. Belə ki, sonrakı əsrlərdə septumun keçirici olmadığı müşahidələrlə sübut edilmişdir.242 İbn Nəfis, şübhəsiz, bu əhəmiyyətli kəşfi ilə tibb tarixinin ən böyük şəxsiyyətlərndən olmuşdur. Bundan başqa, İbn Nəfis gözün quruluşu ilə görmə hadisəsini tədqiq edərək, bunu müasir şəkildə aşkar etmişdir.

İbn Batuta (1303-1378)

Böyük səyyah olan Batuta səyahət etdiyi yerlərdə yaşadığı və gördüyü hər şeyi dəftərinə qeyd etmişdir.

Batuta iki il ərzində üç qitəyə etdiyi səyahətdə gördüklərini qələmə almışdır. Onun səyahətlərində toplanan məlumatlar Marko Polonun səyahətində əldə edilənlərdən qat-qat artıqdır. Batutanın ölümündən 500 il sonra şərqşünaslar onun səyahətləri ilə maraqlanmağa başlamış və kitabını latın, ingilis, fransız və alman dillərinə tərcümə edərək hadisələri şərh etmişlər.

İbn Xaldun (1331-1406)

İbn Haldun sosiologiyanın banisi qəbul edilir. Təcrübələri və öyrəndikləri nəticəsində 5 ay qədər qısa müddətdə yazdığı “Ta ri - xin əhəmiyyəti haqqında mü qəd - di mə” adlı əsəri yalnız so sio - logiyanın deyil, bütün sosial elmlərin əsasını qoyan kitab olmuşdur.

Sosiolgiyaya dair dünyanın ən tanınmış kitablarından birinə çevrilərək “İbn Xaldunun müqəddiməsi” kimi tarixə düşmüşdür. Bu kitabda bəşəriyyət tarixinə təsir edən sosial həqiqətlərdən bəhs edilir.243 İlk həqiqət “tarix filosofu” kimi qəbul edilən İbn Xaldun tarix fəlsəfəsini ilk dəfə olaraq tarixi hadisələrə əsaslandırmışdır.

Sosiologiyanın banisi kimi tanınan İbn Xaldun.
Sosiologiyanın banisi kimi tanınan İbn Xaldun.

Qadızadəi Rumi (1337-1421)

Riyaziyyat, astronomiya və fiqh alimi Kadızade-i Rumi Səmərqənddə Əmir Teymurun nəvəsi Uluq bəyin müəllimi olmuşdur.244 Uluq bəy də müəllimi Qadizadəyə böyük dəyər verib, onun üçün mədrəsə və rəsədxana tikdirmişdir. Qadızadəi Rumi bu rəsədxanada apardığı müşahidələr nəticəsində qədim yunan alimlərinin əldə etdiyi bir çox məlumatların səhv olduğunu müəyyən etmişdi. Astronomik cədvəllərin yenidən tərtib edilməsi ilə ciddi məşğul olmuşdu. Buna görə də Qadızadədən dövrünün ən ciddi və əsl astronomu kimi bəhs edilir.

Qadızadəi Ruminin ən diqqətçəkən fəaliyyətlərindən biri də sinus 1-i hesablamasıdır.245 “Risalə fi istixrac il-cəyb dərəcə vahidə” (Birinci dərəcədən çıxarma haqqında risalə), “Şərh-i əşkal ut-təsis” (Eşkal ut-təsis açıqlaması), “Muxtəsər fil hisab” (Hesabın xülasəsi) kimi əhəmiyyətli əsərləri vardır. Fəthullah Şirvani və Ali Kuşçu (Əli Quşçu) kimi məşhur alimlər də Qadızadəi Ruminin tələbələrindəndir.

Mahmud Şirvani (1375-1450)

Osmanlı tibbinin ilk həkimlərindən biri kimi qəbul edilən Şirvani yaşadığı dövrdə 11 əsər qələmə almış və bütün əsərlərini dövrünün dövlət xadimlərinə ithaf etmişdir.246 Fateh Sultan Mehmetə ithaf edilən son əsəri və əsərləri arasında ən əhəmiyyətlisi olan “Murşid” Osmanlı tibbində göz xəstəliklərinə aid ən böyük əsər kimi tanınır.247 Yazdığı başqa bir əsər “Tuhfəi Muradi” isə ehtiva etdiyi məlumatlara görə Anadoluda yazılan ilk tibb əsərləri siyahısına salınmışdır. Kitab əslində qiymətli daşlardan bəhs etsə də, bu daşların tibbdə istifadəsini izah etdiyinə görə tarixçilər tərəfindən tibb kitabı kimi qəbul edilir.248 Şirvaninin əsərlərinin 4-ü ərəb, 6-sı türk dilində qələmə alınmışdır. İlkin dövr Osmanlı tibbində bu qədər yaradıcı ikinci tibb yazıçısı yoxdur.249

Solda XVII əsrə aid astronomiya fəaliyyətlərini əks etdirən bir Osmanlı miniatürü, aşağıda isə Qəndilli rəsədxanasının arxivlərində saxlanılan bir əlyazma əsər görünür.
Solda XVII əsrə aid astronomiya fəaliyyətlərini əks etdirən bir Osmanlı miniatürü, aşağıda isə Qəndilli rəsədxanasının arxivlərində saxlanılan bir əlyazma əsər görünür.

Şəfaəddin Sabunçuoğlu (1386-1470)

Əsərləri ilə Osmanlı dövründə tibb elminin inkişaf etməsində töhfələri olmuşdur. Sabunçuoğlunun türkcə yazdığı ilk cərrahiyyə kitabı olan “Cərrahiyyət əl-haniyyə” cərrahi əməliyyatları ilk dəfə miniatürlə göstərdiyi üçün tibb tarixində çox məşhur olmuşdur.250 Zöhrəvinin kitabını təkmilləşdirərək yazdığı “Kitabül Təsrif”də alətlərlə bərabər əməliyyatların necə aparıldığını göstərən şəkillər də vardır. Dərmanlarla bağlı olan “Mücərrəbnamə” adlı əsəri də var.251

Ağşəmsəddin (1389-1459)

Tibb, astronomiya, biologiya və riyaziyyat kimi elm sahələrində dövrünün məşhur elm adamı olmuşdur. Tibb ilə bağlı türkcə yazdığı “Maddətül həyat” (Həyat maddəsi) və ərəbcə yazdığı “Həll-i müşkilat” (Çətinliklərin həlli) və “Risalət-ün nuriyə” (Nur risaləsi) adlı kitabları məşhur əsərlərindəndir.252 Maddət-ül həyat adlı əsərində “Xəstləliklərin insanlarda bir-bir ortaya çıxdığını düşünmək səhvdir. Xəstəliklər insandan insana yoluxma yolu ilə keçir. Bu yoluxma gözlə görünməyəcək qədər kiçik, ancaq canlı toxumlar vasitəsilə olur,”-deyərək bundan beş yüz il əvvəl mikrobu tərif etmişdir.253 Pasterin texniki alətlərlə Ağşəmsəddindən dörd əsr sonra gəldiyi nəticəni dünyaya ilk dəfə xəbər verən Ağşəmsəddin sərətan (xərçəng) xəstəliyi ilə də məşğul olmuşdur.

Sultan II Murad və II Mehmetə yaxınlığı ilə tanınan Ağşəmsəddinin hazırladığı dərmanlarla sarayda və saray ətrafında bir çox xəstələrini sağaltdığı məlumdur. Ağşəmsəddinin son dərəcə əhəmiyyətli iki böyük tibbi əsəri hələ də tibbi ədəbiyyatda əhəmiyyətini qoruyub saxlayır.

Uluq bəy (1393-1449)

Xüsusilə astronomiya və riyaziyyat elmlərində fəaliyyət göstərən Uluq bəy gənc yaşına baxmayaraq yaşadığı dövrdə elmi fəaliyyətlərə əhəmiyyət vermiş və 1417-ci ildə astronomiya sahəsində fəaliyyətlərini genişləndirmək üçün mədrəsə tikdirmişdir.

Əl Kaşi (onluq kəsri kəşf edən müsəlman riyaziyyatçı254 və Kadızade-i Rumi kimi dövrünün ən məşhur elm adamlarını bu mədrəsədə toplayan Uluq bəyin səkkizdə on kəsrə qədər doğru olan dəqiq sinus və kosinus cədvəlləri və sferik triqonometriya formulları ilə bağlı çalışmaları vardır.

Qərb elm adamlarının “XV əsrin ən böyük astronomu” kimi qəbul etdikləri Uluq bəy astronomiya sahəsində fəaliyyətlərinin əsasını təşkil edən triqonometriya elmi sahəsində geniş fəaliyyət göstərmiş və böyük əsəri “Uluq bəy Zici”ni yazmışdır. Ptolomeydən sonra ilk ətraflı ulduz cədvəli olan “Uluq bəyin ulduzlar cədvəli” XVII əsrə qədər astronomik fəaliyyətlərin mənbəyi olmuşdur. Bu əsərdə 1022 ulduzun adı və mövqeyi göstərilmişdir. Con Qrivz bu kitabın bir hissəsini 1648-ci ildə Oksfordda çap etdirmişdir. İki il sonra Londonda birinci bölməsi çap edilmiş, sonra ikinci dəfə nəşr edilmiş və 1665-ci ildə latın dilinə tərcümə edilmişdir. Daha sonra əsər bütövlükdə fransız dilinə tərcümə edilmişdir.255 Bundan başqa Səmərqənd rəsədxanasındakı tədqiqatlar o dövrə qədər qəti şəkildə qəbul edilən Ptolomeyin hesablamalarındakı bəzi səhvləri də ortaya çıxarmışdır.256 Rəsədxanadakı müşahidələr nəticəsində əldə edilən faktlar Uluq bəyi olduqca doğru şəkildə ilə bir ilin uzunluğunu 365 gün, 5 saat, 49 dəqiqə, 15 saniyə olaraq hesablamasını təmin etmişdir. Uluq bəyin elm dünyasına digər xidmətləri isə Günəş, Ay və planetlərlə bağlı əldə etdiyi faktlardır.257 Qərb elm dünyası Uluq bəyə “XV əsr astronomu” adını layiq görmüş, Beynəlxalq Astronomiya Dərnəyi də Ay səthindəki bir kraterə onun adını vermişdir.258

Dövrünün ən tanınmış astronomlarından biri olan Uluq bəy.
Dövrünün ən tanınmış astronomlarından biri olan Uluq bəy.

Ali Kuşçu (Əli Quşçu) (1403-1474)

Türk-İslam dünyasının astronomiya və riyaziyyat alimləri arasında ərsəyə gətirdiyi əsərlərilə böyük şöhrət qazanmış Ali Kuşçu astronomiyanın qabaqcıl alimlərindən biri olaraq qəbul edilir. Xüsusilə bu iki sahədə dövrünün sərhədlərini aşacaq qədər əhəmiyyətli təlim və təhsil sahələrində fəaliyyətləri olmuşdur.

Fateh Külliyyəsində bir günəş saatı düzəldən Ali Kuşçu İstanbulun en və uzunluq dairəsinin dərəcəsini müəyyən etmişdir.259 Ayın ilk xəritəsini tərtib edən Kuşçunun adı dövrümüzdə Aydakı bir əraziyə verilmişdir.

Ali Kuşçunun astronomiya ilə bağlı ən böyük əsərlərindən biri “Risalə-i fil Heyə”dir (Astronomiya risaləsi).260 Riyaziyyat və astronomiya sahəsində dərin iz qoyan bu əsərdə göy cisimlərinin Yerdən uzaqlıqlarına qədər bütün elmi təfərrüatı vardır. Fars dilində yazılmış, sonra isə ərəb dilinə tərcümə edilmiş, Qərb elminin Türkiyəyə daxil olmasından sonra da astronomiya sahəsində üstünlük verilən bir kitab olmuşdur.

Ayın ilk xəritəsini tərtib edən məşhur Osmanlı astronomu Ali Kuşçu.
Ayın ilk xəritəsini tərtib edən məşhur Osmanlı astronomu Ali Kuşçu.

Riyaziyyat sahəsindəki böyük əsəri “Risalə-i hisab”dır (Arifmetika risaləsi). Bundan başqa, dövrünün ən qabaqcıl riyaziyyat məlumatlarını ehtiva edən “Şərhi zic-i Uluq bəy” (Uluq bəyin ulduz kataloqu) adlı əsəri xidmətləri ilə şöhrət qazanmışdır.261 “Risalətül-fəthiyyə” adlı əsəri isə XIX əsrdə İstanbul Mühəndisxanəsində (İstanbul Texniki Universiteti) dərslik kimi istifadə edilmişdir. Bu əsərdə göy cisimlərinin Yerdən uzaqlıqlarına yer vermiş, bundan başqa, Yerin xəritəsini də kitabının sonuna əlavə etmişdir. Burada Yer kürəsinin oxunun mailliliyini 23° 30’ 17” kimi müəyyən etmişdir. Bu, dövrümüzün müasir astronomik rəqəmlərinə (23° 27’) olduqca yaxın bir qiymətdir.

Molla Lütfi (?-1495)

XV əsrin məşhur riyaziyyatçılarından sayılan Molla Lütfi “Təzifülməzbəh” (Mehrab daşının iki mislinin tapılması haqqında) adlı kitabında kvadrat və kubun tərifləri, tərəflərin və üzlərinin hasili və ikinci qüvvətə yüksəldilməsi kimi həndəsi mövzulardan bəhs etmiş və məşhur Delos məsələsini tədqiq etmişdir.262

Mukbilzadə Mümin (XV əsr)

Osmanlı dövrünün önəmli alimlərdən biri də II Murad dövründə yetişmiş və iki əhəmiyyətli əsər yazmış Mukbilzadə Mümindir. Mümin göz xəstəlikləri mövzusu ilə xüsusi olaraq maraqlanan Şirvani ilə birlikdə ilk Osmanlı həkimlərindəndir.

Yazıçının ilk əsəri padşaha ithaf edilmiş “Zahire-i Muradiyə”dir. İkinci əsəri “Miftahün-nur” və «Hazainüs-sürur» da eyni şəkildə padşaha ithaf edilmiş əhəmiyyətli tibb kitabıdır. Kitabda diaqnoz və sağlamlıq haqqında ümumi şəkildə bəhs edildikdən sonra, göz xəstəliklərinə dair təfərrüatlar izah edilir.263 Bu önəmli əsərdə baş və kəllə quruluşu və xəstəlikləri, göz xəstəlikləri, göz qapağı narahatlıqları, konyuktivit (göz qapağı selikliki qişasının iltihabı) və gözün buynuz qişasının iltihabı kimi xəstəliklərin ətraflı şəkildə tərifi verilir, xəstəliklərin qarşısının alınması üçün tədbirlər və çarələr izah edilir.264 Osmanlılarda bütün Daruşşəfa vəqflərindəki həkim siyahılarında Mukbilzadə Müminin adının mütləq olması dövrünün son dərəcə önəmli həkimi olduğunu sübut edir, eyni zamanda o dövrdə göz xəstəliklərinə verilən diqqəti də əks etdirir.

Mirim Çələbi (?-1525)

Əsl adı Mahmud bin Mehmed olan Mirim Çələbi XVI əsr Osmanlı Türkiyəsinin ən qabaqcıl astronom və riyaziyyatçılarındandır. İstanbulda doğulmuş, mədrəsələrdə oxumuş və Bəyazidin şahzadəliyi dövründə müəllimlik etmiş və vacib vəzifələrdə çalışmışdır. Ali Kuşçudan sonra Osmanlı dövründə həndəsənin inkişafı üçün ən çox çalışan şəxs Mirim Çələbi olmuşdur. Riyaziyyata və astronomiyaya dair bir çox əsərlər yazmış, “Şifaəl-əsqam və dəvəl-aləm” və “Kitab əl-taalim fit-tibb” adlı iki ərəbcə əsəri Osmanlı tibbinin inkişafında böyük rol oynamışdır.

Kadızadə və Ali Kuşçunun nəvəsi olan Çələbinin ən böyük əsərlərindən biri “Uluq bəyin zici”nə “Düsturül-aməl” və “Tashihül-cədvəl” (İşin prinsipi və cədvəlin düzəldilməsi) adlı farsca yazdığı şərhdir.265 Yazıçı əsərdə mövzuları müxtəlif yollarla izah etmiş, məsələn, 1 dərəcəlik əyri xəttin sinusunu hesablamaq üçün çox anlaşıqlı şəkildə 5 müxtəlif həll yolunu göstərmişdir.

Riyaziyyat və astronomiya ilə bağlı bir çox risaləsi vardır. Mirim Çələbi Osmanlı dövlətində astronomiya və riyaziyyat elmlərinin inkişaf etməsi üçün ən çox çalışan müsəlman alimlərdəndir.

Seydi Əli bin Hüseyn (1498-1563)

Seydi Əli Rəis kimi tanınan Seydi Əli bin Hüseyn bir çox dəniz səfərində, xüsusilə müharibələrdə iştirak etmiş, sonra Barbaros Xeyrəddin Paşanın xidmətində qulluq etmiş, astronomiya sahəsində mütəxəssis və böyük dənizçi olmuşdur.266 Seydi Əli Rəisin dəniz astronomiyası və coğrafiyasını həqiqətən çox yaxşı bilən alim olduğunu göstərən ən əhəmiyyətli əsəri “Kitabül- Muhit”dir. Əsərdə istiqaməti müəyyən etmə, zaman hesabı, təqvim, Günəş və Ay zamanları, kompas bölmələri, müxtəlif adaların və məşhur limanları qütb ulduzuna hündürlükləri, astronomiyaya aid bəzi məlumatları, küləklər, hərəkət yolları, böyük fırtınalar və bunlara qarşı görüləcək tədbirlər kimi vacib mövzular yer alır. Mövzulardan da məlum olduğu kimi, “Muhit” son dərəcə elmi və vacib əsərdir.267 Seydi Əli Rəis eyni zamanda Ali Kuşçunun məşhur əsəri “Fəthiyyə”ni “Xülasatül-Heyə” adı altında tərcümə etmiş və əlavələr etmişdir. Göyləri sayarkən astronomiya terminləri istifadə etmiş, aləmin mərkəzinin yerin mərkəzi olduğunu və ağır cisimlərin yerin mərkəzinə doğru düşdüklərini əlavə etmişdir.268 Yazıçı digər əsəri “Mirati-kainat”da isə Günəşin hündürlüyü və ulduzların yerləri, qiblənin və günorta vaxtının müəyyən edilməsi, dairə çevrələrinin, sinus, xorda və tangenslərin tapılması və qarşı tərəfinə keçmək mümkün olmayan çayın enini ölçmə üsulu kimi mövzularda məlumat verir. Sahəsinə dair bir çox vacib biliklər vermiş və özündən sonra çox dəyərli əsərlər qoymuş üstün bir dənizçi və astronomdur.269

Takiyüddin (1521-1585)

XVI əsrin ən böyük astronomlarında biridir. Dövlətdən vəzifə almaq üçün Qahirədən İstanbula gəlmiş, riyaziyyat elmindəki ustalığına görə Sultana tanıdılmış və onun böyük yardımı ilə rəsədxana qurmuşdur. İstanbul rəsədxanasını quran Takiyüddin göy cisimləri ilə bağlı ölçmə aparmaq üçün istifadə etdiyi doqquz mahir alət düzəltmiş və bunlar XVI əsrin ən mükəmməl müşahidə cihazları olmuşdur. Bu cihazlardan biri olan “libnə” ulduzların meridiandan keçmələrini müşahidə etmək üçün istifadə edilən divar saatıdır. Bu alətlə o dövrdə göy cisimlərinin ekvatorial koordinatlarının hesablanması mümkün olmuşdur.

Takiyüddinin ən əhəmiyyətli əsəri “Sidrətül-müntəha”dır. Bu əsərdə Günəşin parametrləri üç müşahidə nöqtəsi üsulundan istifadə etməklə hesablanmışdır. Takiyüddin Tayko Brahe və Kopernikdən başqa dünyada bu üsulu istifadə edən üçüncü şəxsdir. Oxşar nəticələrə gəlmələrinə baxmayaraq Takiyüddinin Günəşin parametrləri ilə bağlı hesablamaları XVI əsrdəki ən doğru hesablamalar kimi tarixə düşmüşdür.

Takiyüddin əsərlərində “saatlardan” astronomik alət kimi bəhs etmişdir.271 Bu saatların ən əsas xüsusiyyəti dəqiq şəkildə dəqiqə və saniyəni hesablamasıdır. Avropada dəqiqə və saniyəni göstərən saatın düzəldilmə tarixi Takiyüddinin bu mexanizmdən bəhs etməsi ilə eyni dövrə təsadüf edir.

Takiyüddin “Xaridətüd-dürər və Fəridətül-fikr” (İncilər topluluğu və görüşlərin incisi) adlı kiçik bir zicində onluq kəsrləri istifadə etmiş və bu barədə məlumat vermişdir. Başqa sözlə, onluq kəsrlər Avropaya məlum olmasından çox əvvəl Takiyüddin tərəfindən sadəcə tanıdılmamış, hətta istifadə də edilmişdir.272 Takiyüddinin optika sahəsindəki fəaliyyətləri də optika elminin təməl biliklərini təşkil etmişdir. Optika elmində əldə etdiyi yüksək səviyyə XVII əsrə qədər Qərbdə aktuallığını qoruyan mübahisələrlə paralel davam etmişdir.273 Bütün bunları nəzərə alaraq Takiyüddinin dünyada “ilk”ləri həyata keçirən alimlərdən biri olduğu açıq şəkildə görünür.

Katib Çələbi (1609-1657)

İstanbullu Katib Çələbi həm elmlə məşğul olmuş, həm də dövlət xadimlərinin uşaqlarına xüsusi dərs vermişdir. Ərəb, fars, latın dillərini bilən Katib Çələbinin əsərləri bir çox xarici dillərə tərcümə edilmişdir. Ən vacib əsəri olan “Kəşfüz-Zünun” 10000 İslam yazıçısının 14500 əsərini bir-bir sadalayan biblioqrafiya lüğətidir. Türkcə yazılmış coğrafiya kitablarının ən önəmlisi olan “Cihannüma”, çox dəyərli Osmanlı tarixi kitabı olan “Fəzləkə”, Türk-Osmanlı dənizçilik tarixini əks etdirən “Tuhfətül-Kibar” və dünya tarixindən bəhs edən “Təqvimüt-Təvarih” çox məşhur əsərlərindəndir.274 Coğrafiya və astronomiya sahəsindəki “Cihannüma” adlı əsərində Yerdəki 5 qitəni 6 yerə bölmüş və hər biri haqqında ümumi məlumatlar vermişdir. (Avropa, Asiya, Amerika, Avstraliya və Qütb əraziləri). Əsərdə Yerin kürə şəklində olduğunun sübutu üçün müxtəlif dəlillər göstərilmiş və Yaponiyadan Ərzuruma qədər bilinən bütün bitkilər və heyvanlar haqqında məlumat verilmişdir. “Cihannüma” eyni zamanda Osmanlıların üç qitədəki hakimiyyəti, şəhər və qəsəbələri haqqında heç bir yerdə olmayan dəyərli məlumatları ehtiva edən ilk və yeganə sistemli coğrafiya kitabıdır.275

Hazərfan Əhməd Çələbi (XVII əsr)

Quşların uçuşunu tədqiq edərək hazırladığı qanadların davamlılıq dərəcəsini ölçmək üçün Qalata qülləsindən özünü havaya buraxaraq qanadlarını hərəkət etdirən Əhməd Çələbi boğazı keçmiş və Üsküdar tərəfdə enmişdir. Özü düzəltdiyi qanadlar ilə uçmağı bacaran ilk insanlardan biri olması və hərtərəfli biliyinə görə xalq arasında “1000 elm” mənasını verən “Hazərfan” ləqəbilə tanınır.

Hazərfan Əhməd Çələbi bugünki hava nəqliyyatı vasitələrinin bəsit formasını hazırlamış və türk aeronavtika tarixinin vacib simalarından olmuşdur.276

Nəticə

Bu bölmədə elmi sahədə bir-birindən dəyərli fəaliyyətlərindən bəhs etdiyimiz müsəlman elm adamlarının ortaq xüsusiyyəti Uca Rəbbimizin sonsuz elminin dəlillərini tədqiq edib, Onun qüdrətini daha yaxşı dərk etmək üçün çalışmalarıdır. Sadəcə bir qisminə yer verə bildiyimiz bu elm adamları yalnız elmi fəaliyyətlə kifayətlənməmiş, kainatdakı dəlilləri gördükcə Allah qorxuları artmış və insanlara Allahın mütləq varlığını tanıtmaq üçün çalışmalarını böyük bir şövqlə davam etdirmişlər. Elmin müsəlman qabaqcılları Uca Rəbbimizin yaratdığı möhtəşəm mexanizmləri isbatlayarkən eyni zamanda təbiəti ilahiləşdirən (Allahı tənzih edirik) batil dinləri də yox etmək məqsədini güdmüşlər. Quran ayələrində yer alan məlumatları tədqiq etmiş, onların sirlərini kəşf etmək üçün elmdən doğru şəkildə istifadə etmişlər. Quranın elmə yol göstərdiyini nümunə götürərək bu araşdırmalar nəticəsində əldə etdikləri elmi tapıntıları bütün insanlara təqdim etmişlər. Müsəlman elm adamlarının liderliyi dövrümüzdə bütün müsəlmanlara nümunə olmalıdır. Bu, Rəbbimizin yaradılış dəlillərini bütün insanların geniş şəkildə bilməsinə və Allahın izni ilə din əxlaqının yayılmasında müsbət irəliləyişlərə yardımçı olacaqdır.

Müsəlman elm adamlarının ortaq xüsusiyyəti Allahın yaratdıqlarını tədqiq edib Onun sonsuz gücünü, qüdrətini və elmini insanlara təqdim etmək üçün çalışmalıdır.
Müsəlman elm adamlarının ortaq xüsusiyyəti Allahın yaratdıqlarını tədqiq edib Onun sonsuz gücünü, qüdrətini və elmini insanlara təqdim etmək üçün çalışmalıdır.