Quran elmə yol göstərir: Giriş
Mündəricat
- Giriş
- Ağıllı dizayn, yəni yaradılış
- Din elmə təkan verir
- Din elmin düzgün istiqamətləndirilməsini təmin edir
- Din ilə elm daim bir-birinə uyğunluq təşkil edir
- Quranın elmi möcüzələri
- İman gətirmiş elm adamları
- Keçmişdə yaşamış iman gətirən elm adamları
- Keçmişdə yaşamış digər imanlı elm adamları
- Dövrümüzün imanlı elm adamları
- Müsəlman elm adamları
- Dövrümüzün digər imanlı elm adamları
- Nəticə
- Qeydlər
Quranda insanlar göylərin, yerin, dağların, ulduzların, bitkilərin, toxumların, heyvanların, gecə ilə gündüzün əmələ gəlməsi, öz doğuluşu, yağışın və yaradılmış daha bir çox məxluq haqqında düşünməyə və bu yaradılanları tədqiq etməyə dəvət edilir. Bunları nəzərdən keçirən insan isə bütün varlıqlarda Allahın yaratma sənətini görəcək, beləliklə, özünü və bütün kainatı yoxdan yaradan Rəbbimizi tanıyacaq.
Kainatı və içindəki bütün varlıqları tədqiq etməyin və Allahın yaratma sənətini kəşf edərək insanlara açıqlamağın yollarından biri isə «elmdir». Dolayısı ilə din, elmi Allahın yaratma sənətindəki detallara yetişməkdə bir yol kimi qəbul edir və bu səbəbdən elmə həvəsləndirir.
Din elmi araşdırmalara təşviq etdiyi kimi İslam dinindəki həqiqətlərə əsaslanaraq istiqamətləndirilən elmi araşdırmalar da çox sürətli və dəqiq nəticələr verir. Çünki din kainatın və canlı həyatın necə əmələ gəlməsi ilə bağlı suala ən doğru və ən dəqiq cavabı verir. Dolayısı ilə, doğru nöqtədən başlayaraq aparılan araşdırmalar kainatın və canlıların əmələ gəlməsinə aid sirləri ən qısa zamanda ən az əmək və enerji sərf edərək aşkara çıxaracaqdır. XX əsrin ən böyük alimlərindən biri olduğu qəbul edilən Albert Eynşteynin də dediyi kimi “dinsiz elm şikəstdir”, yəni dinin yol göstərmədiyi elm irəliləyə bilməz, dəqiq nəticələr əldə etməsi çox vaxt alar və hətta çox vaxt nəticə əldə etmək mümkün olmaz.
Bu həqiqəti görə bilməyən materialist ideologiyaya malik elm adamları tərəfindən aparılan elmi çalışmaların isə xüsusilə son iki əsrdir insanlara nə qədər vaxt israf etdirdiyi, bu yolda aparılan çalışmaların böyük hissəsinin hədər olduğu və sərf edilən trilyonlarla vəsaitin necə havaya sovrulduğu göz qabağındadır.
Elə buna görə də, insanların qəti şəkildə bilmələri vacib olan bir həqiqət vardır. Elm ancaq Allahın sonsuz qüdrətini, kainatdakı yaradılış dəlillərini araşdırmaq məqsədini güdür və bu məqsəd üçün çalışarsa, doğru nəticələr əldə edə bilər. Yolu düzgün müəyyən edilsə, yəni doğru istiqamətləndirilsə, elmin əsl məqsədinə ən qısa müddətdə çatması təmin edilə bilər.
