Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quran elmə yol göstərir: Quranın elmi möcüzələri

Mündəricat
  1. Giriş
  2. Ağıllı dizayn, yəni yaradılış
  3. Din elmə təkan verir
  4. Din elmin düzgün istiqamətləndirilməsini təmin edir
  5. Din ilə elm daim bir-birinə uyğunluq təşkil edir
  6. Quranın elmi möcüzələri
  7. İman gətirmiş elm adamları
  8. Keçmişdə yaşamış iman gətirən elm adamları
  9. Keçmişdə yaşamış digər imanlı elm adamları
  10. Dövrümüzün imanlı elm adamları
  11. Müsəlman elm adamları
  12. Dövrümüzün digər imanlı elm adamları
  13. Nəticə
  14. Qeydlər

Quranın tayı-bərabəri olmayan üslubu və üstün hikməti onun Allahın sözü olduğunun qəti dəlilidir. Bununla bərabər Quranın Allah Qatından endirildiyini sübut edən çoxlu möcüzəvi xüsusiyyətləri vardır. Bu xüsusiyyətlərdən biri XX əsrin texnologiyası ilə aşkara çıxarılan elmi həqiqətlərin 1400 il əvvəl Quranda bildirilməsidir.

Əlbəttə, Quran bir elm kitabı deyil. Lakin müxtəlif ayələrində son dərəcə ətraflı və hikmətli yolla bildirilən bəzi elmi həqiqətlər ancaq XX əsrin texnologiyası ilə kəşf edilmişdir. Quranın endirildiyi dövrdə elmi cəhətdən ispatlanması mümkün olmayan bu məlumatlar dövrümüzdəki insanlara Quranın Allahın sözü olduğunu bir daha sübut edir.

Quranın elmi möcüzəsini anlamaq üçün əvvəlcə bu İlahi Kitabın nazil edildiyi dövrdəki elmin səviyyəsinə nəzər salmaq lazımdır.

Quranın nazil edildiyi əsrdə ərəb cəmiyyəti elmi mövzularda çoxlu xurafata və batil inanca sahib idi. Kainatı və təbiəti tədqiq edən texnologiyaya sahib olmayan ərəblər nəsildən-nəslə ötürülən əfsanələrə inanırdılar. Məsələn, göy üzünün dağların köməyilə yuxarıda dayandığını düşünürdülər. Bu inanca görə, dünya düz idi və iki tərəfində də yüksək dağlar var idi. Bu dağların isə hər birinin bir dirək kimi göy qübbəsini yuxarıda saxladığını düşünürdülər.

Amma ərəb cəmiyyətinin bütün bu batil inancları Allahın bildirdiyi ayələrlə birlikdə aradan qalxdı. Məsələn, bu ayə göyün dağların köməyilə yüksəklikdə dayandığı inancının doğru olmadığını bildirir:

«Gördüyünüz göyləri dirəksiz olaraq yüksəldən... məhz Allahdır»

“Rad” surəsi, 2

Buna bənzər daha çox mövzuda o dövrün heç bir insanının bilmədiyi vacib məlumatlar Quranda verilmişdi.

İnsanların astronomiya, fizika və ya biologiya haqqında çox az bilikləri olduğu bir dövrdə nazil edilən Quranda kainatın yaradılışından insanın yaranmasına, atmosferin quruluşundan, yer üzündəki qanunauyğunluqlara qədər çox mövzuda dəqiq və düzgün məlumatlar vardı.

İndi Qurandakı bu elmi möcüzələrdən bir neçəsinə nəzər salaq.

«Göyləri, dayaqsız olaraq yüksəldən Allahdır!» «Rəd» surəsi, 2.

Kainatın yaranması

Qurani-Kərimdə kainatın yaranması belə açıqlanır:

«O, göyləri və yeri yoxdan var edəndir»

«Ənam» surəsi, 101

Allahın Quranda verdiyi bu məlumat müasir elmi kəşflərilə tamamilə üst-üstə düşür. Bu gün astrofizikanın gəldiyi dəqiq nəticə bütün kainatın maddə və zaman ölçülərilə birlikdə sıfır anında böyük bir partlayışla əmələ gəlməsidir. “Böyük Partlayış”, orijinal adı ilə “Big Bang” nəzəriyyəsi bütün kainatın təxminən 15 milyard il əvvəl tək bir nöqtənin partlaması ilə yoxluqdan meydana gəldiyini sübut etmişdir. Böyük Partlayış nəzəriyyəsi bu gün kainatın əmələ gəlməsi və başlanğıcı mövzusunda bütün elmi dairələr tərəfindən ortaq şəkildə qəbul edilən elmi açıqlamadır.

«Big Bang» («Biq Bənq»)dən əvvəl maddə deyilən bir şey yox idi. Maddənin, enerjinin, hətta zamanın belə mövcud olmadığı, tamamilə metafizik şəkildə qəbul edilən bir yoxluq şəraitində maddə, enerji və zaman yaradılmışdır. Müasir fizikanın aşkar etdiyi bu böyük həqiqəti Allah Quranda bizə 1400 il əvvəl xəbər verir.

Kainatın genişlənməsi

14 əsr əvvəl astronomiya elminin hələ inkişaf etmədiyi bir dövrdə nazil edilən Qurani-Kərimdə kainatın genişləndiyi belə xəbər verilir:

«Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik».

“Zariyat” surəsi, 47

Ayədəki “göy” kəlməsi Quranın bir çox yerində «kosmos» və «kainat» mənasında işlədilir. Burada da bu mənadadır. Yəni Allah Quranda kainatın genişləndiyini bildirmişdir. Elmin bu gün gəldiyi nəticə də budur.

Əsrimizin əvvəllərinədək elm dünyasında hakim olan yeganə fikir “Kainatın sabit bir quruluşa malik olması və sonsuzdan bəri mövcud olması”ndan ibarət idi. Lakin dövrümüzdə texnologiyanın köməyilə həyata keçirilən araşdırma, müşahidə və hesablamalar kainatın bir başlanğıcı olduğunu və davamlı şəkildə “genişləndiyini” aşkar etmişdi.

Rus fiziki Aleksandr Fredmann və belçikalı astrofizik Corc Lematr XX əsrin əvvəllərində kainatın daima hərəkət halında olduğunu və genişləndiyini nəzəri cəhətdən hesablamışdılar.

Bu həqiqət 1929-cu ildə müşahidələr yolu ilə də sübuta yetirilmişdi. Amerikalı astronom Edvin Habl nəhəng teleskopla göy üzünü tədqiq edərkən ulduzların və qalaktikaların davamlı olaraq bir-birindən uzaqlaşdıqlarını kəşf etmişdi. Hər şeyin bir-birindən davamlı olaraq uzaqlaşdığı kainat isə davamlı olaraq “genişlənən” kainat demək idi. Kainatın genişlənməkdə olduğu sonrakı illərdə aparılan müşahidələrlə də dəqiqləşdirilmişdi.

Lakin bu həqiqət hələ heç bir insana məlum olmadığı zaman Quranda açıqlanmışdı. Çünki Quran bütün kainatın yaradıcısı və hakimi olan Allahın sözüdür.

Orbitlər

Allah Quranda Günəş və Ay haqqında məlumat verərkən hər birinin müəyyən bir orbitinin olduğunu da bildirmişdir:

«Gecəni və gündüzü də, Günəşi və Ayı da yaradan Odur. Onların hər biri (özünəməxsus) bir göydə üzür».

Ənbiya surəsi, 33

Günəşin sabit olmadığı, müəyyən bir orbitdə hərəkət etdiyi başqa bir ayədə belə bildirilir:

«Günəş də özü üçün müəyyən olunmuş yerdə seyr edər. Bu, yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir».

Yasin surəsi, 38

Quranda bildirilən bu həqiqətlər dövrümüzdəki astronomik müşahidələrlə aşkar edilmişdir. Astronomiya mütəxəssislərinin hesablamalarına görə, Günəş «Solar Apex» adlandırılan bir orbit boyu Veqa ulduzu istiqamətində saatda 720 min kilometrlik sürətlə hərəkət edir. Bu hesablamaya görə, Günəş gündə 17 milyon 280 min km yol qət edir. Günəşlə birlikdə onun cazibə qüvvəsində olan bütün planetlər və peyklər də eyni məsafəni qət edirlər. Bundan başqa, kainatdakı bütün ulduzlar da buna bənzər şəkildə planlı bir hərəkətə malikdirlər.

Bütün kainatın bu şəkildə orbitlərinin müəyyən edilməsini Allah yenə Quranda belə xəbər verir:

«(Cürbəcür ulduz) yolları olan göyə and olsun ki...»

“Zariyat” surəsi, 7

Kainatda təqribən 200 milyard qalaktika mövcuddur və hər qalaktikada təxminən 200 milyard ulduz vardır. Bu ulduzların çoxunun planetləri, bu planetlərin də peykləri vardır. Bütün bu göy cisimləri çox dəqiq müəyyən edilmiş orbitlərə malikdir və milyon illərdir ki, hər biri öz orbitində digərləri ilə qüsursuz bir uyğunluq və nizam içində hərəkət edir. Bunlardan başqa çoxlu quyruqlu ulduzlar vardır ki, onlar da müəyyən edilmiş orbitlər boyu hərəkət edirlər.

Kainatdakı orbitlər sadəcə göy cisimlərinə aid deyil. Qalaktikalar da heyrətamiz sürətlə planlı və dəqiq orbitlər üzərində hərəkət edirlər. Bu cür hərəkət etdikləri zaman heç bir göy cismi ilə toqquşmur, yolları kəsişmir. Belə ki, bəzi qalaktikaların bir-birlərinə toxunmadan birbirlərinin içindən keçdiyi müşahidə olunmuşdur.

Əlbəttə, Quranın endirildiyi dövrdə bəşəriyyət günümüzdəki kimi kosmosu milyon kilometrlərlə məsafəyə qədər müşahidə edən teleskoplara, inkişaf etmiş müşahidə texnologiyalarına, müasir fiziki və astronomik məlumatlara sahib deyildi. Dolayısı ilə, kainatın, ayədə də bildirildiyi kimi, “(cürbəcür ulduz) yolları olduğu”nu o dövrdə elmi cəhətdən müəyyənləşdirmək mümkünsüz idi. Yalnız o dövrdə endirilmiş Qurani-Kərimdə bu həqiqət bizə açıq şəkildə xəbər verilmişdir, ona görə ki Quran Allahın sözüdür.

Qoruyucu tavan

Quranda Allah göy üzünün maraqlı bir xüsusiyyətinə bu cür diqqət çəkir:

«Göyü qorunub saxlanılan bir tavan etdik. Halbuki (kafirlər) ayələrimizdən üz döndərirlər».

Ənbiya surəsi, 32

Göy üzünün bu xüsusiyyəti XX əsrdəki elmi tədqiqatlarla sübut edilmişdir.

Yer kürəsini hər tərəfdən əhatə edən atmosfer həyatın davam etməsi üçün son dərəcə həyati funksiyalar yerinə yetirir. Dünyaya yaxınlaşan irili-xırdalı çoxlu sayda meteoriti əridərək məhv edir və onların yer üzünə düşərək canlılara böyük zərərlər verməsinin qarşısını alır.

Bu təmsili şəkildən aydın olduğu kimi kametlər dünyamız üçün çox mühüm təhlükə mənbəyidir. Lakin Allah qüsursuz yaradılışı ilə atmosferi qoruyucu tavan etmişdir.
Bu təmsili şəkildən aydın olduğu kimi kametlər dünyamız üçün çox mühüm təhlükə mənbəyidir. Lakin Allah qüsursuz yaradılışı ilə atmosferi qoruyucu tavan etmişdir.

Bununla bərabər, atmosfer kosmosdan gələn və canlılar üçün zərərli şüaları da filtirdən keçirir. Maraqlıdır ki, atmosfer sadəcə zərərsiz miqdarda olan şüaları, yəni işığı, infraqırmızı şüaları və radiodalğaları keçirir. Çünki bunlar həyat üçün lazım olan şüalardır. Atmosferin müəyyən miqdarda keçirdiyi ultrabənövşəyi şüalar bitkilərdə fotosintez prosesi üçün və dolayısı ilə, bütün canlıların həyatda qalması baxımından böyük əhəmiyyət daşıyırlar. Günəş tərəfindən yayılan güclü ultrabənövşəyi şüaların çox hissəsi atmosferin ozon təbəqəsində süzülür və Yer üzünə həyat üçün lazımlı olan az qismi çatır.

Atmosferin qoruyucu xüsusiyyəti bununla bitmir. Yer kosmosun təqribən -270 dərəcəlik dondurucu soyuğundan yenə atmosferin köməyilə qorunur.

Yeri zərərli təsirlərdən qoruyan təkcə atmosfer deyil. Atmosferlə bərabər “Van Allen qurşaqları” adlandırılan və dünyanın maqnit sahəsində əmələ gələn bir təbəqə də planetimizə gələn zərərli şüalara qarşı bir qalxan vəzifəsi daşıyır. Günəşdən və digər ulduzlardan davamlı şəkildə yayılan bu şüalar insanlar üçün öldürücü təsirə malikdirlər. Xüsusilə Günəşdə tez-tez meydana gələn və “partlayış” adlandırılan enerji partlayışları “Van Allen qurşaqları” olmasa, dünyadakı bütün həyatı məhv edəcək gücdədir.

Keçən illərdə baş verən bir partlayışda əmələ gələn enerjinin Xirosimaya atılan atom bombasından 100 milyard dəfə çox gücə malik olduğu müəyyən edilmişdir. Partlayışdan 58 saat sonra kompasların əqrəblərində həddindən artıq hərəkətlər müşahidə edilmiş, Yerin atmosferinin 250 km yüksəkliyində temperaturun sıçrayışla 2500" C-yə qalxmışdır.

Qısaca desək, Yerin üzərində onu əhatə edən və xarici təhlükələrə qarşı qoruyan mükəmməl bir sistem işləyir. Göyün bu qoruyucu qalxan xüsusiyyətini Allah əsrlər əvvəl Quranda bizə bildirmişdir.

Geri qaytaran göy

Qurani-Kərimdə Tariq surəsinin 11-ci ayəsində göy üzünün “geri qaytaran” xüsusiyyətindən bəhs edilir.

«And olsun qaytarıb endirən səmaya...»

“Tariq” surəsi, 11

Ayədə “qaytaran” kimi tərcümə edilən kəlmə “geri qaytaran” və ya “geri dövr etdirən” mənasını verir.

Maraqlıdır ki, göy üzünün Quranda bildirilən bu xüsusiyyəti Quranın endirilməsindən əsrlər sonra elmi cəhətdən müəyyən edilmişdir.

Məlumdur ki, Yeri əhatə edən atmosfer bir neçə təbəqədən ibarətdir. Hər təbəqənin həyatın qorunmasına xidmət edən vacib bir vəzifəsi vardır. Tədqiq edildiyi zaman hər təbəqənin buraya düşən maddə və ya şüaları kosmosa və ya yer üzünə geri qaytarmaq xüsusiyyətlərə malik olduğu müəyyən edilmişdir.

Məsələn, 13-15 km yüksəklikdəki troposfer yer üzündən qalxan su bu arının qatılaşaraq yağışa dönərək geri qayıtmasını təmin edir.

25 km yüksəklikdəki ozonosfer kosmosdan gələn radiasiya və zərərli ultrabənövşəyi şüaları əks etdirərək, yer üzünə çatmadan kosmosa geri qayıtmasını təmin edir.

İonosfer təbəqəsi də yer üzündən yayımlanan radiodalğaları bir peyk kimi yer üzünün fərqli bölgələrinə geri əks etdirərək, simsiz telefonların, radio və televiziya yayımlarının uzaq məsafələrdən seyr edilməsini təmin edir.

Atmosferin manyetosfer təbəqəsi isə Günəşdən və digər ulduzlardan yayılan zərərli radioaktiv hissəcikləri yer üzünə çatmadan kosmosa geri qaytarır.

Atmosferin təbəqələri

Quran ayələrində Allahın kainat haqqında verdiyi məlumatlardan biri də göy üzünün yeddi qatdan ibarət şəkildə nizamlanmasıdır:

«Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur! O, hər şeyi biləndir!»

“Bəqərə” surəsi, 29

«Sonra Allah tüstü halında olan göyə üz tutdu... Allah onları (səmaları) yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi. O, hər bir göyün işini özünə vəhy edib bildirdi...»

“Fussilət” surəsi, 11-12

Quranda göy kəlməsi bütün kainatı ifadə etmək üçün istifadə edildiyi kimi, Yerin üzərindəki səmanı ifadə etmək üçün də işlədilir. Kəlmənin bu mənasını götürdükdə Yer üzərindəki səmanın, başqa sözlə, atmosferin 7 qatdan ibarət olduğu nəticəsi çıxır.

Belə ki, bu gün Yerin atmosferinin üst-üstə düzülmüş fərqli təbəqələrdən meydana gəldiyi məlumdur. Üstəlik ayədə bildirildiyi kimi tam yeddi əsas təbəqədən...

Elm adamları atmosferin bir çox təbəqədən əmələ gəldiyini kəşf etdilər. Təbəqələr təzyiqləri və onları əmələ gətirən qazların birləşməsi kimi aydın fiziki xüsusiyyətlərlə bir-birlərindən fərqlənirlər... Atmosferin Yerə ən yaxın təbəqəsi “TROPOSFER”dir. Atmosferin ümumi kütləsinin 90%-ni təşkil edir... Troposferin üzərindəki təbəqə “STRATOSFER”dir... Stratosferdə ultrabənövşəyi şüaların udulduğu təbəqəyə “OZONOSFER” deyilir... Stratosferin Tüzərindəki Ttəbəqə F“MEZOSFER”Tadlanır... Mezosferin üzərində “TERMOSFER”Tyerləşir... İonlaşmış qazlar Termosferin içindəki “IONOSFER” adlı təbəqəni əmələ gətirirlər... Yerin atmosferinin ən üstdəki təbəqəsi 450 km-dən 960 km-dək uzanır. Bu təbəqəyə “EKZOSFER” deyilir.46

Bu mənbədə bildirilən təbəqələri saydıqda atmosferin, ayədə bildirildiyi kimi, tam 7 təbəqədən ibarət olduğunu görürük:

1- TROPOSFER 2- STRATOSFER 3- OZONOSFER 4- MEZOSFER 5- TERMOSFER 6- İONOSFER 7- EKZOSFER Bu mövzuyla bağlı digər əhəmiyyətli möcüzə də Fussilət surəsinin 12-ci ayəsindəki “hər bir göyün işini özünə vəhy edib bildirdi” cümləsi ilə bildirilir. Yəni Allahın hər təbəqəyə müəyyən bir vəzifə təyin etdiyi xəbər verilir. Həqiqətən, əvvəlki bölmələrdə ndə gördüyümüz kimi, yuxarıda sadaladığımız təbəqələrin hər biri insanların və yer üzündəki bütün canlıların xeyri baxımından çox həyati vəzifələr daşıyırlar. Yağışların əmələ gəlməsindən zərərli şüaların qarşısının alınmasına, radiodalğaların əks etdirilməsindən meteoritlərin zərərsizləşdirilməsə qədər hər təbəqənin özünə aid müəyyən bir vəzifəsi vardır.

XX əsr texnologiyası olmadan əldə edilməsi mümkün olmayan bu məlumatların 1400 il əvvəl nazil olunan Qurani-Kərimdə açıq şəkildə bildirilməsi isə çox böyük möcüzədir.

Dağların vəzifəsi

Quranda dağların vacib geoloji vəzifəsinə diqqət çəkilir:

«Yer onları silkələməsin deyə, orada möhkəm (durmuş) dağlar yaratdıq...»

Ənbiya surəsi, 31

Diqqət edilsə, dağların yer üzündəki silkələnmələrin qarşısını alan bir xüsusiyyəti olduğu xəbər verilir.

Quran endirildiyi dövrdə heç bir insan tərəfindən bilinməyən bu həqiqət müasir geologiyanın kəşfləri nəticəsində məlum olmuşdur. Geoloji kəşflərə görə, dağlar yer qabığını əmələ gətirən çox böyük təbəqələrin hərəkətləri və toqquşmaları nəticəsində meydana gəlir.

İki təbəqə toqquşduğu zaman daha dözümlü olanı digərinin altına girir. Üstdə qalan təbəqə qalxır və dağları əmələ gətirir. Altda qalan təbəqə isə yerin altında hərəkət edərək aşağıya doğru dərin bir uzunluq əmələ gətirir. Yəni dağların yerin üstündə gördüyümüz hissələri qədər yerin altına doğru hərəkət edən kökləri də var.

Bu şəkildə dağlar yerin təbəqələrinin birləşmə nöqtələrində yerin üstünə və yerin altına doğru uzanaraq bu təbəqələri bir-birinə bərkidir. Bu yolla yer qabığını sabit hala gətirərək maqma təbəqəsi üzərində və ya öz təbəqələri arasında sürüşmənin qarşısını alır. Qısaca desək, dağları taxtaları birləşdirən mismarlara bənzədə bilərik.

Başqa bir ayədə Allah dağları bu vəzifəsinə görə “dirəklərə” bənzədərək belə bildirir:

«Məgər Biz yeri döşək etmədikmi?! Dağları da dirək?!»

Nəbə surəsi, 6-7

Dağların bu sabitləşdirici xüsusiyyəti elmi ədəbiyyatda “izostasiya” termini ilə ifadə olunur. İzostasiyanın mənası belədir:

«İzostasiya: Geologiyada dağların yer səthinin altında əmələ gətirdikləri yerin cazibə qüvvəsi sayəsində yer qabığının ümumi müvazinətinin təmin edilməsidir».47

Göründüyü kimi, müasir geoloji və seysmik tədqiqatlar nəticəsində kəşf edilmiş dağların çox vacib bir vəzifəsi əsrlər əvvəl endirilmiş Qurani-Kərimdə Allahın mövcudluğunu sübut edən üstün hikmətin bir nümunəsi olaraq bildirilmişdir. Başqa bir ayədə isə belə buyurulur:

«Allah gördüyünüz göyləri dirəksiz yaratmış, sizi yırğalamasın deyə...»

“Loğman” surəsi, 10

«Məgər Biz yeri döşək etmədikmi?! Dağları da dirək?!»

Nəbə surəsi, 6-7

Barmaq izi

Quranda insanları ölümdən sonra diriltməyin Allah üçün çox asan olduğu bildirilərkən, insanların, xüsusilə barmaq uclarına diqqət çəkilir:

«Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?! Bəli. Biz onun barmaqlarının uclarını da düzəltməyə qadirik!»

Qiyamət surəsi, 3-4

Barmaq uclarının vurğulanması son dərəcə hikmətlidir. Çünki bütün insanların barmaq izləri tamamilə özlərinə aiddir. Dünyada yaşayan hər insanın barmaq izi digərininkindən fərqlidir. Habelə tarix boyu yaşamış insanlarınkı da bir-birlərindən fərqlidir.

Elə buna görə barmaq izi hər kəsin özünə xas olan çox vacib bir “şəxsiyyət vəsiqəsi” hesab edilir və bütün dünyada bu məqsədlə istifadə olunur.

Ancaq burada vacib olan şey barmaq izinin ancaq XIX əsrin sonlarında kəşf edilməsidir. Bundan əvvəl insanlar barmaq izlərini heç bir xüsusiyyəti və mənası olmayan cizgilər olaraq hesab etmişlər. Lakin Quranda o dövrdə heç kimin diqqətini çəkməyən barmaq izləri vurğulanır və bu izlərin ancaq dövrümüzdə məlum olan əhəmiyyətinə diqqət çəkilir.

Dağların hərəkət etməsi

Bir ayədə dağların göründükləri kimi sabit olmadığı, davamlı olaraq hərəkət etdikləri bildirilir:

«Dağlara baxıb onları donmuş zənn edərsən, halbuki onlar bulud keçən kimi keçib gedərlər».

“Nəml” surəsi, 88

Dağların hərəkəti üzərində yerləşdikləri yer qabığının hərəkətindən qaynaqlanır. Yer qabığı özündən daha qalın olan mantiya təbəqəsi üzərində bir növ üzərək hərəkət edir. İlk dəfə bu əsrin əvvəllərində Alfred Vegener adlı alman alimi yer üzündəki qitələrin dünyanın ilk dövrlərində bitişik olduqlarını, sonradan müxtəlif istiqamətlərdə hərəkət edərək bir-birindən ayrılıb uzaqlaşdıqlarını bildirmişdi.

Lakin geoloqlar Vegenerin haqlı olduğunu onun ölümündən 50 il sonra, yəni 1980-ci sübut edə bildilər. Vegenerin 1915-ci ildə dərc etdirdiyi bir məqalədə bildirdiyi kimi, yer üzündəki quru hissələr təxminən 500 milyon il əvvəl bir-birlərinə bitişik idilər və Pangeya adlandırılan bu böyük quru hissə cənub qütbünü əhatə edirdi.

Təxminən 180 milyon il əvvəl Pangeya iki hissəyə bölündü. Müxtəlif istiqamətlərdə hərəkət edən bu iki nəhəng qitədən biri Afrika, Avstraliya, Antarktida və Hindistanı da əhatə edən Qondvana oldu. Digəri isə Avropa, Şimali Amerika və Hindistansız Asiyadan ibarət olan Lavraziya idi. Bu parçalanmadan sonra təxminən 150 milyon il ərzində müxtəlif vaxtlarda Qondvana və Lavraziya daha kiçik hissələrə parçalandılar.

Pangeyanın parçalanması ilə əmələ gələn bu qitələr davamlı olaraq quru və dəniz arasındakı sərhədi, dəyişdirərək, ildə bir neçə santimetr sürətlə Yer səthində sürüşürlər.

XX əsrin əvvəllərində aparılan geoloji tədqiqatlar nəticəsində kəşf edilən yer qabığının bu hərəkəti elmi mənbələrdə belə açıqlanır:

«Yer qabığı və üst mantiyadan ibarət 100 km qalınlığındakı yer səthi ”təbəqə” adlandırılan hissələrdən əmələ gəlmişdir. Yer səthini əmələ gətirən altı böyük təbəqə və çoxlu sayda kiçik təbəqə vardır. ”Təbəqə tektonikası” adlandırılan nəzəriyyəyə görə, bu təbəqələr qitələri və okean dibini də özüylə birlikdə apararaq yer üzərində hərəkət edirlər... Qitələrin hərəkətinin ildə 1-5 sm olduğu hesablanmışdır. Təbəqələr bu şəkildə hərəkət etdikcə, dünyanın coğrafiyasında dəyişikliklər meydana gəlir. Məsələn, Atlantik okeanı hər il bir az daha genişlənir».48

Burada bir vacib cəhət xüsusi qeyd edilməlidir: Allah dağların hərəkətini ayədə ”keçib getmə” kimi bildirmişdir. Belə ki, elm adamlarının bu gün həmin hərəkət üçün istifadə etdikləri ingiliscə termin də ”Continental Drift”, yəni ”qitələrin sürüşməsi”adlanır.49

Elmin yeni kəşf etdiyi bu elmi həqiqətin Quranda bildirilməsi, şübhəsiz ki, Quranın möcüzələrindən biridir.

Mayalandırıcı küləklər

Quranın bir ayəsində küləklərin “mayalandırma” xüsusiyyətinə və bunun nəticəsində yağışın yaranmasına diqqət çəkilir:

«Biz (buludla) yüklənmiş külək göndərdik, göydən yağmur endirib sizə su verdik».

“Hicr” surəsi, 22

Ayədə yağışın yaranmasındakı ilk mərhələnin küləklər olduğuna diqqət çəkilir. Əslində bu əsrin əvvəllərinə qədər küləklə yağışın yağması arasında bir əlaqənin olması məlum deyildi. Küləklərin yağışın əmələ gəlməsində vacib “aşılayıcı” rol oynadıqları müasir meteoroloji çalışmalarla aşkar edilmişdi.

Küləklərin bu mayalama xüsusiyyəti belə baş verir:

Okeanların və dənizlərin səthində köpüklənmə nəticəsində hər an saysız-hesabsız hava qovuqcuğu əmələ gəlir. Bu qovuqcuqlar partladıqları zaman millimetrin 100-də biri nisbətində minlərlə hissəciklərini havaya sıçradırlar. “Aerizol” adlandırılan bu hissəciklər küləklər vasitəsilə qurudan gələn tozlarla qarışaraq, atmosferin üst təbəqələrinə aparılırlar. Küləklərin bu şəkildə yüksəklərə daşıdığı hissəciklər burada su buxarı ilə birləşirlər. Su buxarı da bu hissəciklərin ətrafına toplaşaraq dolğunlaşır və su damcılarına çevrilirlər. Bu su damcıları əvvəl birləşərək buludları əmələ gətirir, bir müddət sonra da yağış kimi yer üzünə enirlər.

Göründüyü kimi, küləklər havada sərbəst halda olan su buxarını dənizlərdən daşıdıqları hissəciklərlə “mayalandırır” və beləliklə də, yağış buludlarının yaranmasını təmin edirlər.

Əgər küləklərin bu xüsusiyyəti olmasaydı, yüksək atmosferdə su damcıları yaranmazdı və yağış deyə bir şey də olmazdı.

Burada əsas cəhət budur ki, küləklərin yağışın əmələ gəlməsində oynadıqları bu həlledici rolu əsrlər əvvəl Quran ayəsində bildirilmişdir. Həm də insanların təbiət hadisələri haqqında heç bir məlumata malik olmadıqları bir dövrdə...

Yağışdakı ölçü

Quranda yağış haqqında verilən digər bir məlumat isə yağışın müəyyən bir ölçü ilə yağdırılmasıdır. Zuxruf surəsində belə buyurulur:

«O Allah ki, göydən bir qədər su endirdi. Biz onunla ölü bir məmləkəti dirildirik. Siz də (qiyamət günü dirildilib qəbirlərinizdən) belə çıxardılacaqsınız».

“Zuxruf” surəsi, 11

Yağışdakı bu ölçü də yenə dövrümüzdəki araşdırmalarla müəyyən edilmişdir. Hesablamalara görə, yer üzündən bir saniyədə 16 milyon ton su buxarlanır. Bu miqdarda su buxarı bir ildə 513 trilyon ton suya çatır. Bu, eyni zamanda Yerə yağan yağışın miqdarıdır. Yəni su davamlı olaraq bir tarazlıqda, “bir ölçüylə” dövr edir. Yer üzündəki həyatın davam etməsi də bu su dövriyyəsi sayəsində təmin edilir. İnsan sahib olduğu bütün texnoloji imkanlardan istifadə etsə də, bu dövriyyəni əsla süni surətdə həyata keçirə bilməz.

Su yer üzündə daim müəyyən nizamda hərəkət edir. Dünyadakı həyatın davam etməsi də suyun bu dövranı nəticəsində mümkün olur.
Su yer üzündə daim müəyyən nizamda hərəkət edir. Dünyadakı həyatın davam etməsi də suyun bu dövranı nəticəsində mümkün olur.

Əgər bu miqdarda kiçik bir dəyişiklik baş versə, qısa bir müddət sonra böyük ekoloji natarazlıq yaranar və bu da həyata son qoyar. Lakin heç zaman belə olmur: yağış Quranda da bildirildiyi kimi, yer üzünə hər il eyni miqdarda yağmaqda davam edir.

Dənizlərin bir-birinə qarışmaması

Dənizlərin tədqiqatçılar tərəfindən çox yaxın keçmişdə müəyyənləşdirilən bir xüsusiyyəti Quranın aşağıdakı ayəsində belə bildirilir:

«İki dənizi O qovuşdurdu. Amma onların arasında maneə vardır, bir-birinə qarışmazlar»

“Rəhman” surəsi, 19-20

Dənizlərin ayədə bildirilən bu xüsusiyyəti okeanoloqlar tərəfindən bir müddət əvvəl kəşf edilmişdir. “Səth daralması” adlandırılan fiziki bir qüvvə səbəbindən qonşu dənizlərin sularının qarışmadığı ortaya çıxmışdır. Dənizlərin fərqli sıxlıqlarından qaynaqlanan səth daralması sanki bir divar kimi suların bir-birinə qarışmasına mane olur.

Əlbəttə, maraqlı odur ki, insanların nə fizikadan, nə səth daralmasından, nə də okeanologiya elmindən xəbərdar olmadıqları bir dövrdə, bu həqiqət Quranda bildirilmişdir.

Uşağın cinsiyyəti

Yaxın dövrlərə qədər insanlar uşağın cinsiyyətinin ananın hüceyrələri tərəfindən müəyyən edildiyini düşünürdülər və ya ana ilə atadan gələn hüceyrələrin birlikdə cinsiyyəti müəyyən etdiklərini zənn edirdilər. Ancaq Quranda bu barədə fərqli məlumat verilmiş və erkəklikdişiliyin “bətnə tökülən nütfədən” yaradıldığı bildirilmişdir:

Allahın Quranda verdiyi bu məlumatın doğruluğu genetika və mikrobiologiya kimi elmlərin inkişafı ilə elmi tərəfdən də sübut edilmişdi. Cinsiyyətin tamamilə kişidən gələn sperma hüceyrələri tərəfindən müəyyən edildiyi, qadının isə bu işdə heç bir rolu olmadığı məlum olmuşdu.

Cinsin müəyyənləşməsindəki səbəb xromosomlardır.
Cinsin müəyyənləşməsindəki səbəb xromosomlardır.

«Hər bir cütü erkək və dişi yaradan Odur – nütfədən (döl yatağına) axıb tökülərkən...»

“Nəcm” surəsi, 45-46

Şəkildə bətnə tökülən sperma görünür...
Şəkildə bətnə tökülən sperma görünür...

Cinsiyyətin müəyyən edilməsində əsas amil xromosomlardır. İnsan quruluşunu müəyyən edən 46 xromosomdan ikisi cinsiyyət xromosomu adlanır. Bu iki xromosom kişidə XY, qadında isə XX kimidir. Bunun səbəbi xromosomların bu hərflərə bənzədilməsidir. Y xromosomu kişi, X xromosomu isə qadın genlərini daşıyır.

Bir insanın əmələ gəlməsi kişi və qadında cütlər halında yerləşən bu xromosomlardan bir dənəsinin birləşməsilə başlayır. Qadında yumurtalığın mayalanması ərəfəsində iki yerə bölünən hüceyrənin hər iki hissəsi də X xromosomunu daşıyır. Kişidə iki yerə ayrılan hüceyrə X və Y xromosomları daşıyan iki fərqli sperma əmələ gətirir. Əgər qadındakı X xromosomu kişidəki X xromosomu daşıyan sperma ilə birləşərsə, doğulacaq uşaq qız olacaqdır. Əgər Y xromosomu daşıyan sperma ilə birləşsə, onda doğulacaq uşaq oğlan olacaq.

Yəni doğulacaq uşağın cinsiyyəti kişidəki xromosomların hansının qadının yumurtası ilə birləşəcəyindən asılıdır.

Şübhəsiz, genetika elmi meydana gələnədək, yəni XX əsrə qədər bunların heç biri məlum deyildi. Əksinə, çox xalqlar arasında doğulacaq uşağın cinsiyyətinin qadın orqanizmi tərəfindən müəyyən edildiyinə inanırdılar. Hətta bu səbəbdən qız uşağı dünyaya gətirən qadınları qınayırdılar.

Lakin Quranda insanlara genlərin kəşfindən 13 əsr əvvəl bu batil inancı təkzib edən bir məlumat verilmiş, cinsiyyətin mənşəyinin qadın deyil, kişidən gələn nütfə olduğu bildirilmişdir.

«Yoxdan yaradan Rəbbinin adı ilə oxu! O insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!» («Ələq» surəsi, 1-3).
«Yoxdan yaradan Rəbbinin adı ilə oxu! O insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!» («Ələq» surəsi, 1-3).

Bətndən asılıb qalan “Ələq”

Allahın insanın yaradılması haqqında verdiyi məlumatları tədqiq etməyə davam etdikdə, yenə çox vacib elmi möcüzələrlə qarşılaşırıq.

Kişidən gələn sperma və qadındakı yumurta birləşdikdə doğulacaq uşağın ilk özəyi əmələ gəlir. Biologiyada “ziqot” adlanan bu tək hüceyrə vaxt itirmədən bölünərək çoxalır və getdikcə kiçik bir “ət parçası” halına gəlir.

Ancaq «ziqot» boşluqda böyümür, bətn divarından asılıb qalır. Malik olduğu çıxıntıları vasitəsilə torpağa yerləşən köklər kimi buraya yapışır. Bu köklər vasitəsilə inkişafı üçün ehtiyacı olduğu maddələri ananın orqanizmindən əmə bilir.

Elə burada çox əhəmiyyətli bir Quran möcüzəsi ortaya çıxır. Allah Quranda ana bətninə yapışaraq böyüməyə başlayan «ziqotdan» bəhs edərkən “ələq” kəlməsini işlədir.

“Ələq” kəlməsinin ərəb dilindən tərcümədə mənası “bir yerdən asılıb qalan şey” deməkdir. Hətta bu kəlmə dəriyə yapışaraq oradan qan soran zəlilər üçün də işlədilir.

Şübhəsiz, ana bətnində böyüyən «ziqotun» bu xüsusiyyətinə işarə edən bir kəlmənin istifadə edilməsi Quranı aləmlərin Rəbbi Allahın nazil etdiyini bir daha sübut edir.

Sümüklərin əzələ ilə örtülməsi

Quran ayələrində bildirilən digər bir vacib məlumat insanın ana bətnindəki inkişaf mərhələləridir. Ayələrdə ana bətnində əvvəl sümüklərin əmələ gəldiyi, daha sonra isə əzələlərin yaranaraq bu sümükləri örtdüyü xəbər verilir:

«Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdük və daha sonra onu bambaşqa bir məxluq olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər uludur!»

“Muminun” surəsi, 14

«Sonra sümükləri ətlə örtdük...»

«Muminun» surəsi, 14

Ana bətnindəki inkişafı tədqiq edən elm sahəsi embriologiyadır. Embriologiya sahəsində yaxın dövrə qədər sümüklərlə əzələlərin birlikdə əmələ gələrək inkişaf etdiyini düşünürdülər. Buna görə də bəziləri uzun müddət bu ayələrin elmə zidd olduğunu iddia etmişdir. Lakin qabaqcıl texnologiyaların köməyilə aparılan mikroskopik tədqiqatlar Quranda bildirilənlərin tamamilə doğru olduğunu sübuta yetirmişdir.

Bu mikroskopik tədqiqatlar göstərir ki, ana bətnində eynilə ayələrdə tərif edildiyi kimi bir proses baş verir. Əvvəlcə, rüşeymdəki qığırdaq toxuma sümüyə çevrilir. Daha sonra isə əzələ hüceyrələri sümüklərin ətrafındakı toxumadan ayrılaraq birləşir və bu sümükləri örtür.

Bu, “Developinq Human”, yəni “İnkişaf edən insan” adlı elmi jurnalda belə izah edilir:

«6-cı həftədə qığırdaqlaşmanın davamı kimi ilk sümükləşmə körpücük sümüyündə baş verir. 7-ci həftənin sonunda uzun sümüklərdə də sümükləşmə başlayır. Sümüklər əmələ gəlməyə davam edərkən əzələ hüceyrələri sümüyü əhatə edən toxumadan ayrılaraq əzələ kütləsini əmələ gətirirlər. Əzələ toxuması bu şəkildə sümüyün ətrafında ön və arxa əzələ qruplarına ayrılır.50

Qısaca olaraq, insanın Quranda tərif edilən inkişaf mərhələləri müasir embriologiyanın kəşflərilə tamamilə üst-üstə düşür.

Uşağın ana bətnindəki üç inkişaf mərhələsi

Quranda insanın ana bətnində üç mərhələli bir yaradılışla yaradıldığı bildirilir:

«O sizi analarınızın bətnində üç zülmət içində yaranışdan-yaranışa salaraq yaradır. Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur. Ondan başqa heç bir tanrı yoxdur. Elə isə necə döndərilirsiniz?»

«Zumər» surəsi, 6

Diqqət etsək, ayədə insanın ana bətnində bir-birindən fərqli üç ayrı inkişaf mərhələsi keçməklə yaradıldığına işarə edilir.

Həqiqətən də bu gün müasir biologiya uşağın ana bətnindəki embrioloji inkişafının üç fərqli mərhələdə baş verdiyini ortaya qoymuşdur. Bu gün tibb fakültəsində dərslik kimi istifadə edilən bütün embriologiya kitablarında adı çəkilən mövzu ən əsas biliklər arasındadır. Məsələn, embriologiya haqqında əsas mənbələrdən biri sayılan “Beyzik Human Embrioloci” (Əsas insan embriologiyası) adlı mənbədə bu həqiqət belə ifadə edilir:

”Ana bətnindəki həyat 3 mərhələdən ibarətdir: pre-embrionik (ilk 2,5 həftə), embrionik (8-ci həftənin sonuna qədər) və fetal (8-ci həftədən doğuşa qədərİ”.51

Tibbi dildə “trimester”, yəni “üç dövr” adlandırılan bu mərhələlər uşağın fərqli inkişaf mərhələləridir. Bu üç inkişaf mərhələsinin əsas xüsusiyyətləri bu cürdür:

Daha çox “1-ci trimester” adlanan bu ilk mərhələdə «ziqot» bölünərək çoxalır, bir hüceyrə kütləsinə döndükdən sonra özünü bətn divarına yapışdırır. Hüceyrələr çoxalmağa davam edərkən 3-cü təbəqə halında təşkil edilirlər.

“2-ci trimester” kimi də adlandırılan ikinci mərhələ cəmi 5,5 həftə davam edir və bu müddət ərzində canlı “rüşeym” adlandırılır. Bu mərhələdə hüceyrə təbəqələrindən bədənin əsas orqan və sistemləri əmələ gəlir.

Hamiləliyin “3-cü trimesteri” adlandırılan mərhələdə rüşeym artıq “fetus” adlandırılır. Bu mərhələ hamiləliyin səkkizinci həftəsindən etibarən başlayır və doğuşa qədər davam edir. Əvvəlki mərhələdən fərqli cəhəti üzü, əlləri və ayaqları ilə seçilən, insanın xarici görünüşünə malik bir canlı olmasıdır. Mərhələnin əvvəlində 3 sm boyunda olmasına baxmayaraq, bütün orqanları əmələ gəlmişdir. Bu 30 həftəlik mərhələnin xüsusiyyəti doğuş həftəsinə qədər fetusda böyümə və ölçülərdə dəyişmədir.

Ana bətnindəki inkişaf ilə bağlı bu məlumatlar ancaq müasir texnoloji cihazlar vasitəsilə aparılan müşahidələr nəticəsində əldə edilmişdir. Ancaq göründüyü kimi bu məlumatlar da bir çox digər elmi həqiqətlər kimi möcüzəvi bir şəkildə Quran ayələrində xəbər verilmişdir.

«Biz insana ata-anasına (yaxşılıq etməyi) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq:) "Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!»

«Loğman» surəsi, 14

Bəşəriyyətin tibb sahəsində hər hansı bir ətraflı məlumata sahib olmadığı bir dövrdə Quranda bu qədər müfəssəl və doğru məlumatların verilməsi, əlbəttə, Quranın Allah Kəlamı olduğunun açıq bir dəlilidir.

Ana südü

Ana südü uşağın qidaya olan ehtiyacını tamamilə təmin etmək və uşağı mümkün infeksiyalara qarşı qorumaq üçün Allahın yaratdığı tayı-bərabəri olmayan bir qidadır. Dövrümüzdəki texnologiya ilə hazırlanan uşaq qidaları belə bu möcüzəvi qidanı əvəz etmir.

Ana südünün uşağa olan faydaları getdikcə daha çox müəyyən edilir. Elmin ana südü ilə bağlı kəşf etdiyi həqiqətlərdən biri isə uşağın ana südü ilə 2 il boyu qidalanmasının son dərəcə faydalı olmasıdır. Elmin yeni kəşf etdiyi bu vacib məlumatı Allah bizə “... Onun (süddən) ayrılması iki il ərzindədir...” ayəsi ilə 14 əsr əvvəl bildirmişdir.

Nəticə

Nəzərdən keçirdiyimiz bütün məlumatlar bizə açıq şəkildə bir həqiqəti göstərir. Quran elə bir kitabdır ki, burada verilən xəbərlərin hamısı doğru çıxmış, o dövrdə heç bir insana məlum olmayan həqiqətlər ayələrdə xəbər verilmişdir. Əlbəttə, bu, Quranın insan sözü olmadığının açıq-aşkar sübutudur. Quran hər şeyi yoxdan var edən və elmi ilə bütün varlıqları əhatə edən Uca Allahın sözüdür.

Allah bir ayədə Quranla bağlı belə buyurur:

«Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar»

“Nisa” surəsi, 82

Quranda heç bir ziddiyyət olmadığı kimi, burada verilən hər məlumat getdikcə bu İlahi Kitabın yeni möcüzələrini ortaya qoyur. İnsanın üzərinə düşən şey isə Allahın göndərdiyi bu İlahi Kitaba sarılmaq və onu özünə yol göstəricisi olaraq qəbul etməkdir. Allah bir ayəsində bizlərə belə buyurur:

«Bu, nazil etdiyimiz (Quran) mübarək bir kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə, sizə rəhm edilsin!»

«Ənam» surəsi, 155