Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quran elmə yol göstərir: Ağıllı dizayn, yəni yaradılış

Mündəricat
  1. Giriş
  2. Ağıllı dizayn, yəni yaradılış
  3. Din elmə təkan verir
  4. Din elmin düzgün istiqamətləndirilməsini təmin edir
  5. Din ilə elm daim bir-birinə uyğunluq təşkil edir
  6. Quranın elmi möcüzələri
  7. İman gətirmiş elm adamları
  8. Keçmişdə yaşamış iman gətirən elm adamları
  9. Keçmişdə yaşamış digər imanlı elm adamları
  10. Dövrümüzün imanlı elm adamları
  11. Müsəlman elm adamları
  12. Dövrümüzün digər imanlı elm adamları
  13. Nəticə
  14. Qeydlər

Allahın yaratmaq üçün dizayn etməyə, yəni planlaşdıraraq yaratmağa ehtiyacı yoxdur.

Kitabın müxtəlif səhifələrində istifadə edilən “planlaşdırma” sözünün düzgün başa düşülməsi vacibdir. Allahın qüsursuz nizam-intizam qurması Rəbbimizin əvvəl planlaşdırdığı, sonra isə yaratdığı mənasına gəlmir. Bilmək lazımdır ki, yerlərin və göylərin Rəbbi olan Allahın yaratmaq üçün hər hansı bir “planlaşdırma” aparmağa ehtiyacı yoxdur. Allahın dizayn etməsi və yaratması eyni anda olur. Allah bu cür əksikliklərdən uzaqdır.

Allahın bir şeyin və ya bir işin olmasını dilədikdə onun olması üçün yalnız “Ol!” deməyi kifayətdir. Ayələrdə belə buyurulur:

«Bir şeyi istədiyi zaman buyruğu ona ancaq:

“Ol!” deməkdir. O da dərhal olar»

«Yasin» surəsi, 82

«Göyləri və yeri yaradan Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız:

“Ol!” deyər, o da dərhal olar»

«Bəqərə» surəsi, 117