Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quran elmə yol göstərir: Din ilə elm daim bir-birinə uyğunluq təşkil edir

Mündəricat
  1. Giriş
  2. Ağıllı dizayn, yəni yaradılış
  3. Din elmə təkan verir
  4. Din elmin düzgün istiqamətləndirilməsini təmin edir
  5. Din ilə elm daim bir-birinə uyğunluq təşkil edir
  6. Quranın elmi möcüzələri
  7. İman gətirmiş elm adamları
  8. Keçmişdə yaşamış iman gətirən elm adamları
  9. Keçmişdə yaşamış digər imanlı elm adamları
  10. Dövrümüzün imanlı elm adamları
  11. Müsəlman elm adamları
  12. Dövrümüzün digər imanlı elm adamları
  13. Nəticə
  14. Qeydlər

Materialistlər elm qarşısındakı məğlubiyyətlərini gizlətmək üçün hər zaman müxtəlif təbliğat üsullarını işə salırlar. Bunların önündə materialist mətbu orqanlarının əsas mövzusuna çevrilən “elm-din qarşıdurması” iddiası gəlir. Bu iddianı dilə gətirən mənbələrdə, dinin tarix boyu elmə qarşı olduğu, elmin ancaq din tərk edildikdə inkişaf edə biləcəyi kimi, həqiqətdənkənar hekayələr danışılır.

Əslində isə elm tarixinə bir az nəzər salmaq bütün bu iddiaların yalan olduğunu görmək üçün kifayət edir.

İslam tarixinə nəzər salsaq, Quranla birlikdə Orta Şərqə elmin də daxil olduğunu görərik. İslamdan əvvəlki dövrdə ərəblər cürbəcür batil inanclara və xurafata inanan, kainat və təbiət haqqında heç bir müşahidə aparmayan bir cəmiyyət olublar. Lakin İslamla birlikdə bu cəmiyyət mədəniləşmiş, biliyə qiymət vermiş və Quranın əmrlərinə uyaraq kainatı və təbiəti müşahidə etməyə başlamışlar. Sadəcə ərəblər deyil, iranlılar, türklər, şimali afrikalılar kimi bir çox cəmiyyətlər İslamiyyəti qəbul etməklə maariflənmişlər. Allahın Quranda insanlara öyrətdiyi kamillik və bilgilər, xüsusilə IX-X əsrlərdə böyük bir mədəniyyətin təşəkkül tapmasına yol açmışdır. Bu dövrdə yetişən çoxlu sayda müsəlman alimləri astronomiya, riyaziyyat, həndəsə, tibb kimi elm sahələrində çox əhəmiyyətli kəşflər etmişlər.

Elmi fəaliyyətlərin Avropaya ötürülməsində əsas yer tutan və müsəlman elm adamlarının çoxunun yetişdiyi Əndəlus, xüsusilə tibb sahəsində çox böyük yeniliklərin və irəliləyişlərin beşiyi olmuşdur. Müsəlman həkimlər təkcə bir sahədə peşəkarlaşmamışlar, xüsusilə farmokologiya, cərrahlıq, göz, doğuş, fiziologiya, bakteriologiya və gigiyena kimi çox geniş sahələrdə də ixtisaslaşmışdılar. Uzun illər tibbi əhəmiyyət daşıyan bitkiləri tədqiq edərək tibb tarixi və tibbi əhəmiyyətli bitkilər haqqında əsərlər yazmış İbn Cülcüln(?-992) ilə diaqnostika və müalicə sahəsində şöhrət qazanmış və bu gün də tanınan otuza yaxın əsəri olan tunisli həkim Əbu Cəfər İbn Cəzzarn(?-1009) tibb mövzusunda ən tanınmış elm adamları arasındadır. Abdullətif əl- Bağdadi (1162-1231) anatomiya sahəsindəki fəaliyyətləri ilə tanınır. Alt çənə və döş sümüyü kimi bədəndə bir çox sümüyün anatomiyası haqqında keçmişdə edilmiş xətaları düzəltmişdir. Bağdadinin «əl- İfadə vəl-İtibar» adlı əsərin müəllifi olmuş 1788-ci ildə təkmilləşdirilərək, latın, alman və fransız dillərinə tərcümə edilmişdir. «Məqalətün fi’l-Havas» adlı əsəri isə beş duyğu or anından bəhs edir.

Müsəlman anatomiyaçılar insan kəlləsindəki sümüklərin düzgün sayını və qulağın içində üç kiçik sümüyün olduğunu da müəyyən etmişlər. Anatomik fəaliyyətlərlə məşğul olan müsəlman elm adamlarının önündə İbn Sina (980-1037) gəlir. Hələ kiçik yaşlarında ədəbiyyat, riyaziyyat, həndəsə, fizika, təbiət elmləri və məntiq öyrənən İbn Sina sadəcə Şərqdə deyil, Qərbdə də tanınmışdır. Ən məşhur əsəri olan «əl-Qanun fit-Tibb» ərəbcə yazılmış və XII əsrdə latın dilinə tərcümə edilərək Avropa universitetlərində XVII əsrə qədər əsas dərs kitabı olaraq qəbul edilmiş və istifadə edilmişdir. Bundan başqa fəlsəfə və təbiət elmləri sahəsində yüzdən çox əsər yazmışdır. Əl-Qanunda bəhs edilən tibbi biliklərin böyük bir hissəsi bu gün də öz əhəmiyyətini itirməyib.

«İnsanların, heyvanların vəğdavarların da bu cür müxtəlif rəngləri vardır. Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar. Həqiqətən. Allah yenilməz qüvvət sahibidir, bağışlayandır!»

«Fatir» surəsi, 28

«Allah Özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətə boyun qoyaraq (haqqa tapınaraq) O qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər»

«Ali-İmran» surəsi, 18

1203-1283-cü illərdə yaşayan Zəkəriyya Qəzvini isə Aristotelin dövründən bəri davam edən beyin və ürəklə bağlı bir çox səhv fikirləri aradan qaldırmışdır. Ürək və beyinlə bağlı bilikləri bugünki biliklərimizə son dərəcə yaxındır.

Zəkəriyya Qəzvini. Həmdullah Müstəvfi əl-Qəzvinin(1281- 1350) və İbnun-Nəfisinnanatomiya sahəsindəki fəaliyyətləri müasir tibb elminin təməlini qoymuşdur. Bu elm adamları hələ XIII və XIV əsrlərdə ürək və ağciyərlər arasındakı əlaqəni, arterial damarların təmiz qan, venoz damarların isə çirkli qan daşıdığını, qanın ağciyərlərdə təmizləndiyini, ürəyə qayıdan təmiz qanın aorta tərəfindən beyinə və bədənin digər orqanlarına ötürüldüyünü göstərmişlər.

Əli bin İsanınn(?-1038) göz xəstəlikləri haqqında yazdığı üç cildlik «Təzkirətü’l-Kəhhalin fi’l Ayn» və «Əmraziha» adlı əsərlərinin birinci cildi tamamilə göz anatomiyasına həsr olunmuş və bir çox dəyərli məlumatlar verir. Bu əsər sonralar latın və alman dillərinə tərcümə edilmişdir.

Muhəmməd Əbu Bəkir Zəkəriyya Razi (865-925), Burhanəddin Nəfisn(?-1438), İsmail Cürcanin(?-1136), Qütbəddin Şirazi (1236-1310), Mansur bin Muhəmməd, Əbul Qasım Zöhrəvi astronomiya, riyaziyyat, tibb və anatomiya elmlərinin tarixində əhəmiyyətli yerləri olan müsəlman alimlərindən bəziləridir.

Tibb və anatomiya elmləri ilə yanaşı, bir çox başqa sahələrdə də müsəlman alimləri öz əhəmiyyətli töhfələrini vermişlər. XI əsrdə yaşamış Biruni Qalileydən 600 il əvvəl Yerin fırlandığını təsdiq etmiş, Nyutondan 700 il əvvəl Yerin diametrini hesablamışdır. XV əsrdə yaşamış Əli Quşçu Ayın ilk xəritəsini çəkmiş və bu gün Ayda bir əraziyə onun adı verilmişdir. Sabit bin Kurra İX əsrdə yaşamış və Nyutondan əsrlər əvvəl riyazi differensial funksiyanı kəşf etmişdir. X əsrdə yaşamış Bəttani ilk dəfə triqonometriyanı kəşf etmişdir. Onunla eyni əsrdə yaşamış Əbul Vəfa isə triqonometriyaya “sekant-kosekant” terminlərini gətirmişdir. Xarizmi IX əsrdə ilk cəbr kitabını yazmışdır. Məğribi bu gün “Paskal üçbucağı” kimi tanınan düsturu Paskaldan 600 il əvvəl tapmışdır. XI əsrdə yaşayan İbn Heysəm optika elminin banisidir. Rocer Bekon və Kepler onun əsərlərindən faydalanmışlar, Qaliley də onun əsərlərindən faydalanaraq teleskopu icad etmişdir. Kindi isə Eynşteyndən 1100 il əvvəl nisbi nisbilik nəzəriyyəsini irəli sürmüşdür. Pasterdən təxminən 400 il əvvəl yaşamış Ağşəm səd din ilk dəfə mikrobların varlığını kəşf etmişdir. Əli Bin Abbas X əsrdə yaşamış və ilk dəfə xərçəng əməliyyatını həyata keçirmişdir. Həmin dövrdə yaşamış İbn Cəssarncüzamın səbəb və müalicə üsullarını açıqlamışdır. Göründüyü kimi, bir neçəsinin adları sadalanan müsəlman alimləri müasir elmin təməlini qoyan əhəmiyyətli kəşflər etmişlər.

Biruni XI əsrdə yaşamış müsəlman elm adamıdır. O, Qalileydən 600 il əvvəl dünyanın hərəkət etdiyini sübut etmiş, Nyutondan 700 il əvvəl isə yer kürəsinin diametrini hesablamışdır.
Biruni XI əsrdə yaşamış müsəlman elm adamıdır. O, Qalileydən 600 il əvvəl dünyanın hərəkət etdiyini sübut etmiş, Nyutondan 700 il əvvəl isə yer kürəsinin diametrini hesablamışdır.
Əli Quşçu XV əsrdə Ayın ilk xəritəsini çəkmiş, bu gün Ayda bir yerə onun adı verilmişdir.
Əli Quşçu XV əsrdə Ayın ilk xəritəsini çəkmiş, bu gün Ayda bir yerə onun adı verilmişdir.

Qərb mədəniyyətinə baxdığımız zaman müasir elmin yaranmasının yenə Allaha iman üzərində qurulduğunu görərik. “Elmi çevriliş dövrü” kimi tanınan XVII əsr Allahın yaratdığı kainatı və təbiəti kəşf etmək məqsədilə araşdırma aparan elm adamları ilə zəngindir. Bu dövrdə İngiltərə, Fransa kimi ölkələrdə qurulan bütün elmi institutlar “Allahın qanunlarını kəşf edərək Onu tanımaq” məqsədi daşıyırdılar. Nyuton, Kepler, Kopernik, Bekon, Qaliley, Paskal, Boyl, Paley Kuvier kimi şəxslər elm dünyasına əhəmiyyətli töhfələr verən və eyni zamanda Allaha olan imanları ilə tanınan elm adamlarından sadəcə bir neçəsidir (Ətrafli məlumat üçün bax: İman gətirmiş elm adamları bölməsi)

Bu elm adamları Allaha inanan və bu inamdan irəli gələn şövq ilə elmi fəaliyyət göstərmiş şəxslərdir. Bu həqiqətin nümunələrindən biri XIX əsrin əvvəllərində İngiltərədə təşkil edilən və “Bridgewater Treaties” adı ilə tanınan silsilə əsərdir. Bir çox elm adamları müxtəlif elm sahlərində araşdırma aparmış və əldə etdikləri nəticələri “Allahın kainatda və təbiətdə yaratdığı ahəng və uyğunluğun dəlilləri” kimi qəbul etmişlər. Bu elm adamlarının istifadə etdikləri metod da “Allahı təbiətlə tanımaq” mənasını verən “Natural Theology” (Təbii İlahiyyat) məfhumu ilə ifadə edilmişdir.

“Bridgewater Treaties” daxil olan ən məşhur kitab dövrünün tanınmış elm adamı Uilyam Paley tərəfindən 1802-ci ildə çap edilən «Natural Theology: or, Evidences of the Existence and Attributes of the Deity, Collected from the Appearances of Nature» (Təbii İlahiyyat və ya təbiətdəki görünuşlərdən əsaslanaraq Allahın varlığının və Dəlillərinin Sübutları) adlı kitabdır. Paley bu kitabda olduqca hərtərəfli bir anatomik məlumat vermiş və canlıların orqanizmlərindəki “nizamlara” nümunələr vermişdir.

Daha sonra Paleyin əsərindən bəhrələnərək Kral Dərnəyinin adından bir açıqlama verilmişdir. Açıqlamada elm adamlarına aşağıdakı mövzularda araşdırma aparmaq tövsiyyə edilmişdir:

Allahın Qüdrəti, Ağlı və Gözəlliyi haqqında, Onun yaratmasını göstərən bütün dəlillər və ağıllı açıqlamalar. Məsələn, heyvanlar, bitkilər və ya metallar arasında Allahın yaratdıqlarının müxtəlifliyi və əmələ gəlməsi, həzmin və (qidanı) həll etmənin detalları, insanın qurduğu “dizayn” nümunələri və digər hər cür ağıllı arqument, qədim və müasir elm və sənət sahələri və bütün ədəbiyyat...

Allahın varlığının sübutlarını ortaya qoymağa səsləyən bu çağırışa bir çox elm adamları qoşulmuş və bir-birinin ardınca çox vacib elmi əsərlər çap edilmişdir. “Bridgesvater Treaties” traktatında çap edilən əsərlər və müəllifləri ilə aşağıdakılardır:

– Təbiətin insanın əxlaqi və intellektual quruluşuna olan ahəngi (Tomas Çalmers, 1833)

– Kimya, meteorologiya və həzm (Uilyam Praut, M.D., 1834)

– Heyvanların instinktləri, vərdişləri və keçmişi (Uilyam Kerbi, 1835)

– İnsan əli: bir dizayn nümunəsi (Çarlz Bell, 1837)

– Geologiya və Mineralogiya elmi (Din Baklənd, 1837)

– Təbiətin insanın fiziki quruluşuna olan ahəngi (C. Kidd, M.D., 1837)

– Astronomiya və Ümumi Fizika (Uilyam Vyuel, 1839)

– Heyvan və bitki fiziologiyası (P.M. Rocet, M.D., 1840)

“Bridgesvater Treaties” din ilə elm arasındakı uyğunluğu göstərən bir sıra nümunələrdən biridir. Bu əsərlərdən əvvəl və sonra edilmiş hələ bir çox elmi çalışmaların məqsədi Allahın yaratdığı kainatı tanımaq və bu yolla Onun ucalığını dərk etmək olmuşdur.

Elm dünyasının bu istiqamətdən dönməsi isə materialist fəlsəfənin bir sıra sosial və siyasi şərtlər nəticəsində XIX əsr Qərb mədəniyyətinə hakim olmasının bir nəticəsidir. Bu proses Darvinin təkamül nəzəriyyəsi ilə ən açıq şəkildə ifadə edilmiş və elm ilə dini, daha əvvəlki vəziyyətin tam əksinə olaraq, bir-birinə zidd iki bilik mənbəyi kimi göstərməyə başlamışdır.

İngilis tədqiqatçılar Maykl Beycent, Riçard Li və Henri Linkoln bunu belə izah edirlər:

«Darvindən bir əsr yarım əvvəl elm dindən ayrı deyildi; əksinə, onun bir hissəsiydi və son məqsədi ona xidmət etmək idi... Ancaq Darvinin dövründəki elm o vaxta qədər daşıdığı bu mənadan ayrıldı və özünü dinə qarşı mütləq bir rəqib və alternativ bir məfhum kimi qəbul etdirdi. Artıq bəşəriyyət bu ikisi arasında bir seçim etməyə məcbur ediləcəkdi».40

Ancaq bu gün din ilə elmin arasına salmaq istədikləri bu zorakı ayrılığı elm öz kəşfləri sayəsində təkzib edir. Din bizə kainatın yoxdan yaradıldığını öyrədir, elm isə bu həqiqətin dəlillərini tapır. Din bizə canlıları Allahın yaratdığını öyrədir, elm isə canlılar aləmində aşkar etdiyi nizamla bu həqiqətin dəlillərini ortaya qoyur. Maykl Denton «Nature’s Destiny» (Təbiətin Taleyi) adlı kitabında “bir vaxtlar ateizmin və skeptisizmin ən böyük müttəfiqi sayılan elm nəhayət ikinci minilliyi sona vurur və yaşadığımız bu dövrdə, bir zamanlar Nyutonun və onun tərəfdarlarının istədikləri kimi, antroposentrik inancın ən böyük müdafiəçisinə çevrilmişdir,”-deyir. Antroposentrik inanc dünyanı Allahın insanlar üçün yaratması inancıdır.

Elmin ortaya qoyduğu bu nəticə getdikcə daha çox elm adamlarının Allaha səmimi şəkildə inanmasına səbəb olur. Tanınmış biokimyaçı Maykl Behe “Yaradıcıya və ya təbiətin fövqündə bir gerçəkliyin varlığına inanan elm adamlarının sayı populyar media hekayələrində bəhs ediləndən daha çoxdur: əhalinin ümumi sayının 90%-ni təşkil edən inananların elm adamları barəsində fərqli olduqlarını düşünmələri üçün bir səbəb yoxdur,”42 deyərək bu həqiqəti ifadə edir.

Elmin gəldiyi bu nəticə qarşısında materialistlər bir sıra təzyiq mexanizmlərini nişə salaraq elm dünyasına hədə-qorxu gəlməyə çalışırlar.

Qərb ölkələrində bir elm adamının irəli getməsi, dosent, professor kimi elmi dərəcələr qazanması, elmi jurnallarda elmi işlərini dərc etdirməsi üçün bəzi standartlara əməl etməsi gərəkdir. Təkamül nəzəriyyəsini qeyd-şərtsiz qəbul etmək bir nömrəli standartdır. Buna görə də bəzi elm adamları əslində heç inanmadıqları darvinist nağılları qəbul edir və yaradılış dəlillərini diqqətdən kənar qoyurlar. ”Scientifik Amerikan” (Elmi Amerika) jurnalının sentyabr, 1999-cu il sayındakı «Scientists and Religion in America»n(Amerikada Alimlər və Din) adlı məqaləsində Vaşinqton Universitetinin sosioloqlarından Rodni Stark alimlərə edilən təzyiqi belə açıqlamışdır:

«200 ildir ”əgər alim olmaq istəyirsənsə, zehnin bütün dini zəncirlərdən azad olmalıdır” fikri satılır... Universitetlərdə dindar şəxslər susurlar və dinsiz olanlara üstünlük verilir. Yuxarı pillələrdə dinsizliyi mükafatlandırma sistemi mövcuddur».43

Materialistlərin dinə qarşı apardıqları bu sistemli mübarizənin digər nümunəsi də əvvəldə dediyimiz təbliğat üsullarıdır. “Din elmlə ziddiyyət təşkil edir” və ya “Elm materialist olmalıdır” kimi iddialar bu təbliğatların əsas ünsürləridir. İndi bu iddiaların nə üçün məntiqli və tutarlı tərəflərinin olmadığını nəzərdən keçirək.

Orta əsrlər kilsəsinin elm adamlarına qarşı münasibəti

Dinə qarşı olan kütlələr orta əsrlər kilsəsinin elmlə bağlı səhv görüşlərini və münasibəti tez-tez dinə qarşı bir silah kimi istifadə edirlər. Kilsənin Avropanı inkişafdan geri qoyduğu və səfalətə saldığı deyilir. Bu cəhdlərin arxasında duran səbəb isə orta əsrlər kilsəsinin dinlə əlaqələndirilməsi və dolayısı ilə, insanlara “əgər din gəlsə, orta əsr qaranlıqlarına gömülərik,”-deyilməsidir. Əslində isə gerçək din orta əsrlər kilsəsinin görüşləri və münasibətindən ibarət deyil.

Orta əsrlər kilsəsi İsa Peyğəmbərin bildirdiyi vəhydən uzaqlaşmış və dindənkənar bəzi fikirlər irəli sürmüşdür. Xüsusilə ruhanilər sinfi tərəfindən bəzi kütlələrin mənfəətləri naminə ilahi mənbədən tamamilə uzaqlaşaraq idarə edilən kilsənin görüşləri, şübhəsiz ki, elmə də zərər vermişdir. Ancaq bu tarixi həqiqət, əlbəttə, İslam dininə şamil edilə bilməz. Çünki İslam orta əsrlər kilsəsi kimi ruhani sinfinin xurafatlarına deyil, ancaq və ancaq Allahın sözü olan Qurana əsaslanır.

Mühafizəkar orta əsrlər kilsəsinin dindarlıqla heç bir əlaqəsi olmadığının bariz göstəricisi isə bu kilsə tərəfindən təzyiqlərə məruz qalmış Qaliley kimi elm adamlarının, əslində, son dərəcə dindar şəxslər olmasıdır. (Kitabın ikinci bölməsində bu elm adamlarının inamları ilə bağlı daha ətraflı məlumat veriləcək.) Bu nümunə də bir daha göstərir ki, sxolastik düşüncənin elmə tətbiq etdiyi təzyiq dindarlığın deyil, dinin təhrif edilməsinin bir nəticəsidir.

Quran isə Allahın vəhyidir və heç bir dəyişikliyə məruz qalmamışdır və bircə hərfi belə dəyişdirilməmişdir. Buna görə də Quranda ən kiçik bir ziddiyyət və ya xəta yoxdur. Allahın Quranda verdiyi məlumatlar elmi kəşflər ilə üst-üstə düşür. Hətta hələ bizim əsrdə aşkar edilmiş bir çox elmi həqiqətlər bundan 1400 il əvvəl Quranda insanlara xəbər verilmişdir. Bu, Quranın vacib bir möcüzəsidir və Allahın vəhyi olduğunun qəti dəlillərindən biridir. (Sonrakı bölmələrdə Quranda bildirilmiş elmi həqiqətlərin bəzilərindən bəhs ediləcək)

“Elm materialist olmalıdır” iddiası

Materialistlərin digər təbliğat vasitəsi “elm sadəcə maddəni tədqiq edir, ona görə də materialist olmalıdır,”- kimi şablon iddiadır.

Bu, əslində, bir az düşünən bir insanın dərhal anlayacağı bir kəlmə oyunundan başqa bir şey deyil. Elmin maddəni tədqiq etdiyi doğrudur, ancaq bu, “elm materialist olmalıdır” demək deyil. Çünki “maddəni tədqiq etmək” ilə “materialist olmaq” çox fərqli şeylərdir.

Maddəni tədqiq edərkən maddənin öz-özünə qədər çox böyük elm və dizayn olduğu nəticəsində meydana gəldiyi qənaətinə gəlirik. Bu elm və dizaynın dizaynerini görməsək də, şüurlu şəkildə meydana gətirildiyini anlayarıq. Məsələn, bizdən əvvəl bir insanın girib-girmədiyindən əmin olmadığımız bir mağara düşünək. Bu mağaraya girdikdə əgər mağaranın divarlarında çox böyük məharətlə çəkilmiş, heyranedici rəsmlər varsa, onda “bizdən əvvəl burada ağıllı bir varlıq olub, burada əsərlər yaradıb,”-deyə fikirləşərik. O ağıllı varlığı heç görməsək də, onun mövcudluğunu əsərlərindən anlayarıq.

Elm də elə bu üsullarla təbiəti tədqiq edir və təbiətdə əsla maddi cəhətdən açıqlamaq mümkün olmayan bir nizam olduğunun və onun maddənin fövqündə duran üstün bir Ağıl tərəfindən yaradıla bilən bir dizayn olduğunu ortaya çıxarır. Başqa sözlə, maddi dünyanın hər tərəfində Allahın mövcudluğunun və hakimiyyətinin açıq aşkar dəlillərini görür.

Materialistlərin mühafizəkar və fanatik yanaşmaları

Əlbəttə, müəyyən fikrə sahib olan hər kəs fikrinin elmi həqiqətlər nöqteyi-nəzərindən təsdiqlənib-təsdiqlənmədiyini yoxlamaqda və bununla bağlı elmi araşdırmalar aparmaqda sərbəstdir. Məsələn, bir insan irəli çıxıb dünyanın düz olduğunu iddia edə bilər və bu mövzuda araşdırma apara bilər. Ancaq əsas odur ki, bu şəxs qarşılaşdığı elmi nəticələri necə dəyərləndirəcək. Elmi faktlarda dünyanın kürə şəklində olması ilə bağlı saysız-hesabsız dəlillər ilə qarşılaşacaq. Belə olduqda, bu şəxs ədalətli davranmalı, həqiqəti qəbul etməli və əvvəlki iddiasından əl çəkməlidir.

Eyni vəziyyət materializmə də aiddir. Elm maddənin mütləq bir varlıq olmadığını, bir başlanğıcının olduğunu sübut etmişdir. Habelə maddədə fövqəladə bir dizayn olduğunu göstərmişdir. Maddəni tədqiq edən materialist elm adamları da nəzəriyyələrinin doğru olmadığını, həqiqətin isə inandıqlarının tam əksinə olduğuna şahid olublar.

Ancaq maraqlıdır ki, sözügedən şəxslər materializmə kor-koranə bağlanmış və bu “inamdan” vaz keçməmək üçün inad göstərirlər. Məşhur bir təkamülçü və materialist dünyagörüşlü Harvard Universitetinin genetika üzrə professoru Riçard Levontin bu fanatik materialist davranışı belə etiraf edir:

«Bizim materializmə bir inancımız var, bu. ”a priori”(əvvəlcədən qəbul edilmiş, doğru hesab edilmiş) bir inancdır. Bizi dünya haqqında materialist bir açıqlama verməyə məcbur edən şey elmin metodları və qanunları deyil. Əksinə, materializmə olan a priori bağlılığımız səbəbindən dünya haqqında materialist bir açıqlama verən araşdırma metodları və anlayışları quraşdırırıq. Materializm mütləq doğru olduğuna görə, ilahi bir açıqlamanın səhnəyə çıxmasına icazə verməməliyik».44

Levontin bütün materialistlərin düşüncə tərzini açıq şəkildə dilə gətirir. Bu ifadələrində də bildirdiyi kimi, materialistlər əvvəlcə materialist ideologiyanı mənimsəyir və sonra bu ideologiyanı təsdiqləyəcək məlumatlar axtarırlar. Yəni materializm elmi araşdırmalarla gəldikləri bir nəticə deyil, elmə qəbul etdirməyə çalışdıqları səhv bir mühakimədir.

Eyni vəziyyəti başqa bir təkamülçünün düşüncə tərzində də görmək olar. Tanınmış təkamülçü Robert Şapironun «Origins: A Sceptic’s Guide to Creation of Life on Earth» (Mənşələr: Bir skeptikin Yerdə həyatın yaradılışı ilə bağlı sorğu bələdçi) adlı kitabında təkamül nəzəriyyəsinə olan sədaqətini aşağıdakı kimi ifadə etmişdir:

«Onların arasında səni dinləyənlər də vardır. Lakin onu (Quranı) başa düşməsinlər deyə, onların ürəklərinə pərdə çəkdik, qulaqlarına da karlıq (ağırlıq) verdik. Onlar hər hansı bir möcüzə görsələr, yenə də ona inanmazlar, hətta yanına gəldikdə səninlə höcətləşərlər. Kafir olanlar isə:

"Bu, qədimlərdə olanların uydurduğu əfsanələrdən başqa bir şey deyildir!. - deyərlər»

«Ənam» surəsi, 25

«Gələcəkdə bir gün bütün məntiqli kimyəvi təcrübələr həyatın mümkün ola bilən mənşəyinin bütövlükdə səhv olduğunu göstərə bilər. Habelə yeni geoloji sübutlar dünyada həyatın birdən-birə əmələ gəlməsini göstərə bilər. Nəhayət bütün kainatı kəşf edərək başqa bir yerdə bir həyat izinə və ya həyata səbəb olacaq bir prosesə rast gəlməyə bilərik. Belə bir vəziyyətdə bir sıra elm adamları cavab tapmaq üçün dinə istinad edə bilərlər. Ancaq mən də daxil olmaqla, digərləri əldə olan daha az həqiqətə uyğun olan elmi açıqlamalar arasından mümkün olan birini seçib irəli sürmək üçün axtarmağa çalışacaqlar».45

Şapironun “elmi bir açıqlama axtarmağa davam edərik” deyərkən işarə etdiyi şey, əslində, “materialist açıqlamadır”. Materializmə olan bu kor-koranə bağlılıq Şapironu və onun kimi minlərlə insanı fanatik bir inkara sürükləyir. Əslində demək istədikləri şey “Nə dəlil görsək də, Allaha inanmayacağıq” cümləsidir.

Maraqlıdır, bu aldanış sadəcə dövrümüzdəki materialistlərə xas deyil. Allah özlərini inkar etməkdə inadkarlıq göstərən bu cür insanlar haqqında Quranda vacib məlumatlar verir. Məsələn, onlara göstərdiyi çoxlu möcüzə qarşısında Musa Peyğəmbərə belə deyən misirlilər müasir materialistlərlə eyni xarakterə sahibdirlər:

«Sən bizi ovsunlamaq üçün nə möcüzə (ayə) gətirsən də, sənə inanan deyilik!»

“Əraf” surəsi, 132

Allah başqa ayələrdə bu cür insanlardan belə söz açır:

«(Müşriklərin) içərisində səni dinləyənlər də vardır. Lakin onu başa düşməsinlər deyə onların ürəklərinə pərdə çəkdik, qulaqlarına da karlıq verdik. Onlar hər hansı bir möcüzə görsələr, yenə də ona inanmazlar. Hətta yanına gəldikdə səninlə höcətləşərlər. Kafir olanlar isə:

“Bu, qədimlərin əfsanələrindən (nağıllardan) başqa bir şey deyildir!” deyərlər».

Ənam surəsi, 25

«Allaha ürəkdən and içdilər ki, əgər onlara bir ayə gəlsə, ona mütləq inanacaqlar. De: “Ayələr ancaq Allahın yanındadır. Siz nədən bilirsiniz ki, onlara ayə (möcüzə) gəlsə də, yenə də iman gətirməyəcəklər! ”

Ənam surəsi, 109