Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quran elmə yol göstərir: Din elmin düzgün istiqamətləndirilməsini təmin edir

Mündəricat
  1. Giriş
  2. Ağıllı dizayn, yəni yaradılış
  3. Din elmə təkan verir
  4. Din elmin düzgün istiqamətləndirilməsini təmin edir
  5. Din ilə elm daim bir-birinə uyğunluq təşkil edir
  6. Quranın elmi möcüzələri
  7. İman gətirmiş elm adamları
  8. Keçmişdə yaşamış iman gətirən elm adamları
  9. Keçmişdə yaşamış digər imanlı elm adamları
  10. Dövrümüzün imanlı elm adamları
  11. Müsəlman elm adamları
  12. Dövrümüzün digər imanlı elm adamları
  13. Nəticə
  14. Qeydlər

Elm yaşadığımız maddi dünyanın təcrübə və müşahidə yolu ilə tədqiqinə deyilir. Əlbəttə, elm bu tədqiqatları apararkən təcrübə və müşahidə yolu ilə əldə etdiyi faktlara əsaslanaraq və onları nəzərə alaraq, nəticə çıxaracaq. Lakin bununla bərabər, hər bir elm sahəsində araşdırmadan əvvəl qəbul edilən bəzi təməl şərtlər vardır. Bu şərtlərin hamısına ümumi olaraq “paradiqma” deyilir.

Bu təməl şərtlər aparılacaq elmi araşdırmaların “istiqamətini” müəyyən edir. Elmi araşdırmalardakı ilk addım “hipotez” (fərziyyə) müəyyənləşdirməkdir. Elm adamları tədqiq edəcəkləri mövzu haqqında əvvəlcə müəyyən bir hipotez irəli sürürlər. Daha sonra bu hipotez elmi faktlarla sınanır. Əgər aparılan təcrübə və müşahidələr hipotezi təsdiqləyərsə, “hipotez” “sübut edilmiş prinsip və ya qanun” adlandırılır. Əgər hipotez təkzib edilərsə, başqa ehtimallar sınanır və bu proses davam edir.

Diqqətlə baxılsa, bu prosesin ilk mərhələsi olan hipotezin müəyyənləşdirilməsi elm adamlarının qəbul etdiyi tamamilə yanlış görüş ilə əlaqədardır. Məsələn, elm adamları bu səhv görüşləri səbəbindən “maddənin hər hansı bir şüurlu nizamlama olmadan, öz-özünü nizamlamaq qabiliyyətinə malik olması” kimi bir hipotez irəli sürə bilərlər. Sonra da bu hipotezi təsdiq etmək üçün illərlə davam edən uzun araşdırmalar apara bilərlər. Amma maddənin belə bir xüsusiyyəti yoxdur və dolayısı ilə, bütün bu səylər uğursuzluqla nəticələnəcəkdir. Hətta əgər elm adamları bu hipotezdə çox israr etsələr, araşdırmalar illər, hətta nəsillər boyu davam edə bilər. Nəticədə isə ortaya çox böyük zaman və imkan itkisi çıxar. Əslində isə başlanğıcda “maddənin hər hansı bir şüurlu nizamlama olmadan öz-özünü nizamlaması mümkün deyil” fikri ilə başlasalar, buna əsaslanan elmi araşdırmalar da çox sürətli və dəqiq şəkildə irəliləyəcəkdir.

Diqqət edilərsə, bu cəhət, yəni hipotezi doğru müəyyən etmək elmi tapıntılardan fərqli bir mənbə tələb edir. Bu mənbəni doğru müəyyənləşdirmək isə çox vacibdir, çünki bir az əvvəl göstərdiyimiz misalda olduğu kimi, mənbənin yanlış müəyyən edilməsi elm dünyasının illər, onilliklər, hətta əsrlərin itirməsinə səbəb ola bilər.

Axtarılan bu mənbə məhz Allahın insanlara çatdırdığı vəhydir. Çünki Allah kainatın və bütün canlıların yaradıcısıdır və dolayısı ilə, bu mövzular haqqındakı ən doğru, mübahisəsiz məlumat Allahdan gələn məlumatdır. Belə ki, Allah Quranda bu mövzular haqqında bizə vacib məlumatlar verir. Bunlardan ən aydın olanlarını belə sıralaya bilərik:

Allah Kainatı yoxdan var etmişdir. Hər şey bir məqsədlə yaradılmışdır. Bu həqiqətin bir nəticəsi olaraq təbiətdə və bütün kainatda təsadüflərin əmələ gətirdiyi bir xaos deyil, yaradılmış qüsursuz bir nizam mövcuddur.

Maddi kainatın, xüsusilə də üzərində yaşadığımız Yerin bütün xüsusiyyətləri insan həyatına uyğun şəkildə yaradılmışdır. Ulduzların və planetlərin hərəkətlərində, yer üzünün formalarında, suyun ya da atmosferin xüsusiyyətlərində insanın yaşamasına şərait verən müəyyən bir məqsəd vardır.

Bütün canlı növlərini Allah yaratmışdır. Bundan əlavə, balarıları misalında bildirildiyi kimi, bu canlıların hərəkətləri də Allahdan gələn xüsusi bir ilhamla gerçəkləşir.

Bunlar Allahın Quran vasitəsilə bizə öyrətdiyi mütləq həqiqətlərdir. Bu həqiqətlərə əsaslanan bir elm anlayışı da, heç şübhəsiz, çox böyük uğur əldə edəcək, çox faydalı şəkildə bəşəriyyətə xidmət edəcəkdir. Belə ki, tarixdə bunun aşkar nümunələri vardır. IX – X əsrlərdə müsəlman dünyasında müşahidə olunan elmi tərəqqi məhz elmin yuxarıda sadalanan doğru təməllər üzərində qurulması sayəsində mümkün olmuşdur. Qərbdə də fizika, kimya, astronomiya, biologiya, paleontologiya kimi elm sahələrinin bütün qabaqcıl nümayəndələri Allahın varlığına inanan və Onun yaratdıqlarını tədqiq etmək məqsədi ilə araşdırma aparan böyük alimlərdir.

Eynşteyn insanların hədəflərini müəyyən edərkən dini həqiqətlərə istinad etməyin vacibliyini belə ifadə etmişdir:

«İnsanın həqiqi hədəfini din müəyyən edir. Ancaq hansı vasitələrə istinad edilməsinin vacibliyi məsələsində elmin də söyləyəcəyi şeylər var. Elm həqiqəti əksiksiz öyrənmək istəyənlər tərəfindən formalaşdırılıb müəyyən çərçivələrə salınır. Lakin yenə də bunun mənbəyində böyük ölçüdə din vardır. Mən dərin bir imana sahib olmayan hər hansı bir elm adamı təsəvvür edə bilmirəm.»6

Lakin XIX əsrin ortalarından etibarən elm dünyası bu İlahi təməldən uzaqlaşdırılmış və materialist fəlsəfənin təsiri altına düşmüşdür.

Materializm tarixi antik Yunanıstana qədər uzanan bir düşüncə tərzidir, maddənin mütləq varlığının tərəfindədir və Allahı inkar edir.

Materializm bu iddialarını elm dünyasına mərhələli şəkildə qəbul etdirmiş və XIX əsrin ikinci yarısından etibarən elmi araşdırmaların böyük hissəsi bu iddiaları dəstəkləməyə həsr edilmişdir. Bu məqsədlə kainatın sonsuzluqdan bəri mövcud olduğunu fərz edən “sonsuz kainat modeli”, həyatın təsadüflər nəticəsində əmələ gəldiyini irəli sürən Darvinin təkamül nəzəriyyəsi, insan zehninin beyindən ibarət olduğunu irəli sürən Freydin görüşləri və buna bənzər nəzəriyyələr ortaya atılmışdır.

Lakin bu gün geriyə dönüb baxdıgımız zaman materializmin bu iddialarının elmə sadəcə vaxt itkisi «qazandırdığını» görürük. Çünki bu iddiaların hər birini isbat etmək üçün on illər boyu bir çox alimlər səy göstərmiş, ancaq ortaya çıxan nəticələr bu iddiaların keçərsiz olduğunu göstərmişdir. Kəşflər eynilə Allahın Quranda xəbər verdiyi kimi kainatın yoxdan yaradıldığını, insan həyatını nəzərə alan bir məqsədə görə nizamlandığını, həyatın təsadüflər nəticəsində əmələ gəlməsinin və təkamül keçməsinin mümkünsüz olduğunu sübut etmişdir.

İndi isə bu həqiqətləri sıra ilə nəzərdən keçirək:

Materialistlərin “sonsuz kainat” fikirləri nəticəsində elmin itirdikləri

XX əsrin əvvəllərinədək materialistlərin hakim olduğu elm dünyasında yayılmış görüş kainatın sonsuz ölçülərə sahib olması, sonsuzluqdan bəri mövcud olması və sonsuzluğa qədər də mövcud olacağı şəklində idi. “Sabit kainat modeli” adı verilən bu inanca görə, kainatın başlanğıcı və sonu yox idi, kainat hədsiz sayda maddələrin tamı idi. Materialist fəlsəfənin əsasını təşkil edən bu görüş kainatın yaradıldığını da inkar edirdi.

Materializmə inanmış və ya bu fəlsəfənin təsirinə düşmüş çoxlu sayda elm adamları sözügedən “sonsuz kainat” modelini elmi fəaliyyətlərində əsas olaraq götürdülər. Astronomiya və fizika sahələrindəki bütün çalışmalar maddənin sonsuzluqdan bəri mövcud olduğu fərziyyəsinə əsaslanırdı. Qısaca desək, bir çox elm adamları uzun illər boyu boş yerə səy göstərmişdilər. Çünki elm çox keçmədən bu əfsanələri məhv edəcəkdi.

Sonsuz kainat modelinin səhv olduğunu görən və buna qarşı elmi alternativ gətirən ilk adam Belçikalı alim Corc Lematr oldu. Lematr rus alimi Aleksandr Fredmanın bəzi hesablamalarına əsaslanaraq, kainatın əslində bir başlanğıcı olduğunu və bu başlanğıcdan etibarən davamlı olaraq genişləndiyi nəzəriyyəsini irəli sürdü. Bundan başqa, bu başlanğıc anından qalan radiasiyanın müəyyən oluna biləcəyini də bildirdi.

Habl istifadə etdiyi nəhəng teleskobu ilə ulduzların həm bizdən, həm də birbirlərindən davamlı olaraq uzaqlaşdıqlarını kəşf etdi.
Habl istifadə etdiyi nəhəng teleskobu ilə ulduzların həm bizdən, həm də birbirlərindən davamlı olaraq uzaqlaşdıqlarını kəşf etdi.

Burada Corc Lematrın eyni zamanda bir din adamı olmasını da vurğulamaq lazımdır. Lematr “kainatı Allahın yoxdan yaratdığı”na ürəkdən inanırdı. Yəni elmə materialistərdən çox fərqli bir təməldən yanaşırdı.

Sonrakı illər Lematrın inandığı təməlin doğru olduğunu ortaya çıxaracaqdı. İlk dəfə amerikalı astronom Edvin Habl istifadə etdiyi nəhəng teleskopla ulduzların həm bizdən, həm də bir-birlərindən davamlı surətdə uzaqlaşdıqlarını kəşf etdi. Kainatda hər şey bir-birindən uzaqlaşırsa, bunun göstərdiyi tək bir nəticə vardı: Kainat genişlənməkdə idi, yəni materialistlərin iddia etdikləri kimi hərəkətsiz deyildi.

Kainatın sabit olmadığını əslində Albert Eynşteyn daha əvvəl nəzəri olaraq hesablamışdı. Lakin bu hesablamalar nəticəsində əldə etdiyi faktlar o dövrün sabit kainat modeli ilə uyğun gəlmədiyi üçün bu kəşfinin üzərində dayanmamış və bir kənara qoymuşdu. Eynşteyn sonralar bu hadisəni “karyerasının ən böyük xətası” adlandırmışdı.

Kainatın genişlənməsinin göstərdiyi daha bir vacib həqiqəti göstərirdi: kainat genişləndiyi səbəbindən, zaman ərzində geriyə doğru getdikdə kainatın tək bir nöqtədən genişlənməyə başladığı ortaya çıxırdı. Aparılan hesablamalar nəticəsində isə bu tək nöqtənin sıfır həcmə malik olması aydınlaşırdı. Elə kainat da bu nöqtənin partlaması nəticəsində ortaya çıxmışdı. Bu partlayışa “Big Bang”, yəni “Böyük Partlayış” adı verildi.

Əslində bu partlayan nöqtənin sıfır həcmə malik olması ifadəsi nəzəri olaraq istifadə edilir. Çünki sıfır həcm ifadəsinin qarşılığı “yoxluq” deməkdir. Yəni kainat yoxluqdan yaranmışdır. Ən doğru şəkildə ifadə etsək, “yoxdan yaradılmışdır”.

«Big Bang» nəzəriyyəsi yoxdan yaradılma həqiqətini açıq-aşkar göstərir. Lakin bu nəzəriyyənin qəbul edilməsi üçün elmi dəlillərinin də tapılması lazım idi. 1948-ci ildə Georgi Qamov kainatın böyük bir partlayışla əmələ gəldiyi halda, Lematrın da daha əvvəl bildirdiyi kimi, kainatda bu partlayışdan qalan radiasiyanın olmasının və bu radiasiyanın kainatın hər tərəfində bərabər miqdarda olması fərziyyəsini irəli sürdü.

Qamovun tapılması vacib olduğunu dediyi bu dəlil isə qısa müddətdə aşkar edildi. 1965-ci ildə Arno Penzias və Robert Uilson adlı iki tədqiqatçı bu radiasiyanın qalıqlarını kəşf etdilər. “Kosmik Fon Radiasiyası” adı verilən bu radiasiyanın kökü Yerdən deyil, kainatın hər yerinə dağılmış bir radiasiya idi. Beləliklə, uzun müddət kainatın hər yerindən bərabər ölçüdə alınan istilik dalğasının «Big Bang»-in ilk dövrlərindən qaldığı ortaya çıxdı. Penzias və Uilson bu kəşflərinə görə Nobel mükafatına layiq görüldülər.

Cobe peyki “Biq Bənq” in hipotezasının dəlillərini qısa vaxtda tapdı.
Cobe peyki “Biq Bənq” in hipotezasının dəlillərini qısa vaxtda tapdı.

1989-cu ildə isə Amerika Milli Kosmik Tədqiqatlar Mərkəzi NASA Kosmik Fon Radiasiyasını araşdırmaq üçün kosmosa «COBE» süni peykini göndərdi. Bu təkmilləşdirilmiş peykə yerləşdirilmiş həssas ötürücülər də Penzias və Uilsonun hesablamalarını bir neçə dəqiqə ərzində təsdiqlədilər.

Kainatın Allah tərəfindən “Big Bang” ilə yoxdan yaratdığının həmin bu dəlillərlə sübuta yetirildi materialist elm adamlarını çox çaşdırdı. Çünki illər boyu fəaliyyətlərinin, ortaya atdıqları fikirlərin, əsassız nəzəriyyələrinin bir-bir məhv olduğuna şahid oldular. Tanınmış ateist fəlsəfəçi Entoni Flyu bu barədə fikirlərini belə ifadə edir:

«Etirafın insan ruhuna xeyirli olduğunu söyləyirlər. Mən də bir etiraf edəcəyəm: «Big Bang» modeli bir ateist baxımından olduqca sıxıntı verəndir. Çünki elm dini mənbələr tərəfindən müdafiə edilən bir iddianı isbat etmişdir: kainatın bir başlanğıcı olduğu iddiasını. Mən hələ də ateizmə inanıram, amma bunu «Big Bang» qarşısında müdafiə etməyin o qədər də asan və rahat olmadığını etiraf etməliyəm».7 Bu nümunədən göründüyü kimi, materializmə kor-koranə inanan bəzi insanlar qarşılarına nə qədər çox elmi dəlillər çıxsa belə, bunu qəbul etmək istəmirlər. Hətta bu həqiqəti şəxsən özləri etiraf etsələr də, materializmə bağlılıqdan əl çəkə bilmirlər.

Bununla belə, bu gün bir vaxtlar Allahın varlığını inkar edən, ateist dünyagörüşünə inanan bir çox elm adamları kainatın sonsuz güc sahibi Allah tərəfindən yaradıldığını qəbul etmişdir. Məsələn, «Big Bang»-lə bağlı fəaliyyətləri ilə tanınan amerikalı alim Uilyam Leyn Kreyq bu barədə belə deyir:

«Əslində ”heçlikdən sadəcə heçlik çıxar” qanununa uyğun olaraq, «Big Bang»-in fövqəltəbii bir səbəbi olmalıdır. Partlayışdan əvvəlki təklik hər cür zaman-məkan məfhumlarının sona çatdığı hədd olduğuna görə, «Big Bang»-in fiziki bir səbəbi olması mümkünsüzdür. Əksinə Biq Bənqin səbəbinin fiziki fəza və zaman hüdüdlarından tamamilə kənar, kainatdan tamamilə müstəqil və ağlın dərk etməyəcəyi dərəcədə qüdrətli olması lazımdır. Üstəlik, bu səbəb özü müstəqil iradəsinə sahib olan şüurlu varlıq olmalıdır... Dolayısı ilə, kainatın mənbəyinin səbəbi kainatı sırf öz iradəsi ilə müəyyən bir zaman əvvəl var edən bir Taradıcıdır.8

«Big Bang» nəzəriyyəsinin bizə göstərdiyi əhəmiyyətli bir nəticə, əvvəldə də bildirdiyimiz kimi, İlahi biliklərə istinad edən bir elm anlayışının, kainatın sirlərini açmaqda son dərəcə uğurlu olmasıdır. Materialist fəlsəfəyə istinad edən elm adamları ortaya “sonsuz kainat” modelini atmışlar, ancaq bütün səylərinə baxmayaraq, bu nəzəriyyəni əsaslandıra bilməmişlər. Corc Lematrın dini mənbələrə əsaslanaraq irəli sürdüyü «Big Bang» nəzəriyyəsi isə elmin inkişafına təkan vermiş və kainatın həqiqi başlanğıcının başa düşülməsini təmin etmişdir. XX əsrin elm tarixinə baxdığımız zaman buna bənzər vəziyyətin digər sahələrdə də mövcud olduğunu görə bilərik.

“Kainatda Nizam Yoxdur” iddiası nəticəsində elmin itirdikləri

Materialistlər kainatın sonsuzluqdan bəri mövcud olduğunu müdafiə etdikləri kimi, kainatda bir məqsəd və nizam olmadığını da iddia etmişlər. Kainatdakı bütün nizam, ahəng və uyğunluğun sadəcə təsadüflərin nəticəsi olduğunu irəli sürmüşlər. Əvvəlki səhifələrdəki iddia da yenə XIX əsrin ikinci yarısından etibarən elm dünyasına hakim olmuş və elmi çalışmaları yönəltmişdir.

Məsələn, kainatda bir nizam olmadığını göstərə bilmək məqsədilə “xaos nəzəriyyəsi” adlı bir fərziyyə ortaya atılmışdır. Əvvəlki səhifələrdə də toxunduğumuz kimi, bu nəzəriyyədə xaosun (qarışıqlığın) içindən öz-özünə nizamlılıq əmələ gələcəyi iddia edilmiş və bu iddianı dəstəkləmək üçün saysız-hesabsız elmi çalışmalar edilmişdir. Riyazi hesablamalar, nəzəri fizika çalışmaları, fiziki təcrübələr və kimyəvi araşdırmalar daim “kainatın bir xaosun nəticəsi olduğu necə göstərilə bilər” sualına cavab almaq üçün davam etdirilmişdir.

Əslində isə aparılan hər yeni araşdırma, xaos və təsadüf onların fərziyyələrini daha keçərsiz etmiş və həqiqətdə kainatda çox böyük bir nizam olduğunu göstərmişdir. Xüsusilə 1960-cı illərdən etibarən aparılan araşdırmalar kainatdakı bütün fiziki qanunauyğunluqların insan həyatı üçün çox həssas bir şəkildə nizamlandığını ortaya qoyur. Araşdırmalar davam etdirildikcə, kainatdakı fizika, kimya və biologiya qanunlarının, cazibə qüvvəsi, elektromaqnitizm kimi əsas qüvvələrin, atomların və elementlərin quruluşlarının insan həyatı üçün ta ma - milə olması lazım olan şəkildə nizamlandıqları bir-bir aşkarlanmışdır.

Kompleks bir sistem görsək, dərhal bu sistemin şüurlu, ağlı olan bir şəxs tərəfindən hazırlandığını başa düşərik.
Kompleks bir sistem görsək, dərhal bu sistemin şüurlu, ağlı olan bir şəxs tərəfindən hazırlandığını başa düşərik.

Qərbin elm adamları bu gün bu fövqəladə nizamı “İnsani prinsip” (Anthropic Principle) adlandırırlar. Bu prinsip kainatdakı hər detalın insan həyatını nəzərə alan məqsəd naminə nizamlandığını dəstəkləmək mahiyyəti daşıyır.

Bu nəticə ilə birlikdə materialist fəlsəfənin elm dünyasına qəbul etdirdiyi “kainat içində heç bir məqsəd və məna olmayan bir maddələr yığınıdır, təsadüflərlə fəaliyyət göstərir” şəklində təlqinin həqiqətdə elmə zidd bir nağıl olduğu ortaya çıxmışdır. Məşhur molekulyar bioloq Maykl Denton «Nature’s Destiny: How the Laws of Biology Reveal Purpose in the Universe» (Təbiətin Taleyi: Biologiya qanunları Kainatdakı Məqsədi Necə Açıqlayır) adlı kitabında bu barədə belə şərh verir:

«XX əsr astronomiyasında ortaya çıxan yeni mənzərə keçdiyimiz dörd əsr ərzində elmi dairələrdə geniş surətdə qəbul edilən bir fərziyyəyə qarşı ciddi təzyiq göstərir. Bu fərziyyə həyatın kainat içində ortaya çıxmış təsadüfi və əhəmiyyətsiz bir məfhum olduğu düşüncəsidir... Müasir kosmologiya və fizika tərəfindən ortaya qoyulan dəlillər əslində XVII əsrdəki təbii teologiya müdafiəçilərinin axtardıqları, ancaq o dövrdəki elmin səviyyəsinə görə tapa bilmədikləri dəlillərdir».9

Bu şər də bəhs edilən “təbii teologiya müdafiəçiləri”, XVII və XVIII əsrlərdə yaşayan və elmi dəlillərə əsaslanaraq ateizmi keçərsiz etməyə və Allahın varlığını sübut etməyi hədəf almış dindar elm adamlarıdır. Ancaq yenə yuxarıdakı şər də bildirildiyi kimi, o dövrdə elmin səviyyəsinin zəif olması bu elm adamlarının açıqladıqları həqiqətlərə kifayət qədər dəlil gətirilməməsinə səbəb olmuş və bunun nəticəsində materializm ideologiyası XIX əsrdə elm dünyasında hakim olmuşdur. Əslində isə XX əsr elmi bu prosesi tərsinə çevirmiş və kainatı Allahın yaratdığını sübut edən açıq dəlilləri ortaya çıxarmışdır.

Burada diqqət edilməsi vacib olan cəhət isə “kainatda bir məqsəd və nizam yoxdur” şəklindəki materialist xurafatın elm dünyasına qazandırmış vaxt itkisidir. Bu xurafatı dəstəkləmək üçün ortaya atılmış bütün nəzəriyyələr, formullar, nəzəri fiziki çalışmalar, rizayi düsturlar və s. hər biri boş yerə sərf edilmiş səylərdir. Eynilə irqçi ideologiya II Dünya Müharibəsini qızışdıraraq insanlığı fəlakətə sürüklədiyi kimi, materialist ideologiya da heç nə uğrunda elm dünyasını qaranlığa sürükləmişdir.

Əslində isə əgər elm dünyası materializm xətası əvəzinə, kainatı Allahın yaratdığı həqiqətini təməl olaraq götürsəydi, elmi araşdırmalar da bu həqiqətə görə aparılmış olacaqdı.

Təkamül nəzəriyyəsini sübut etmək yolundakı ümidsiz səylərin nəticəsində elm dünyasının itirdikləri

Elmin yanlış təməllər üzərində qurulmasının ən açıq nümunəsini Darvinin təkamül nəzəriyyəsində görmək mümkündür. 140 il əvvəl elm dünyasına daxil olan bu nəzəriyyə əslində bütün elm tarixinin ən böyük xətası olmuşdur.

Təkamül nəzəriyyəsi həyatın təsadüflər nəticəsində bəzi cansız maddələrin birləşməsi nəticəsində əmələ gəldiyini iddia edir. Bu iddiaya görə təsadüfən əmələ gələn bu canlılar yenə təsadüflərin nəticəsində təkamül edərək başqa canlılara çevrilmişlər. Bu ssenarinin sübut edilməsi üçün bir əsr yarımdan çoxdur ki, böyük səy göstərilir, amma elmi dəlillər hər zaman nəzəriyyənin əleyhinə işləyir. Belə ki, əldə edilən bütün dəlillər təkamülün əsla olmadığını, canlıların bir-birinə mərhələli çevrilməsinin doğru olmadığı, bütün canlı növlərinin ayrı-ayrı və olduqları kimi yaradıldıqlarını göstərir.

Yenə də təkamülçülər bütün bu aşkar dəlillərə baxmayaraq təkamülü sübut etmək üçün saysız-hesabsız araşdırma və təcrübələr aparmaqda, sadəcə cəfəngiyyatdan və yalanlardan ibarət cildlərlə kitab yazmaqda, institutlar qurub, konfranslar keçirib, televiziya proqramları hazırlamaqda davam edirlər. Gerçək olmayan bir iddia üçün minlərlə elm adamlarının, külli miqdarda pul və imkanların hədər edilməsi insanlıq üçün böyük itkidir. Bütün bu zərərin əvəzinə, əgər bu imkanlar yerində istifadə edilsəydi, bu günə qədər elmdə çox faydalı sahələrdə çox vacib addımlar atılar və dəqiq nəticələr əldə edilə bilərdi.

Bəzi elm adamları və mütəfəkkirlər təkamülün nə qədər böyük bir xəta olduğunu görürlər. İngilis jurnalist və mütəfəkkir Malkolm Maqeric bu barədə belə deyir:

«Mən özüm təkamül nəzəriyyəsinin gələcəyin tarix kitablarındakı ən böyük rişxənd mövzularından biri olacağına inandım. Gələcək nəsillər bu qədər əsassız və qeyri-müəyyən bir fərziyyənin inanılmaz dərəcədə bir sadəlövhlüklə qəbul edilməsini heyrətlə qarşılayacaqlar».10

Skandinaviyalı alim Sören Lövtrup isə «Darwinism: The Refutation of a Myth» (Darvinizm: Bir Əfsanənin Təkzibi) adlı kitabında belə deyir:

«Düşünürəm ki, hər kəs elmin bütün sahələrinin yanlış bir nəzəriyyədən asılı hala gəlməsini çox böyük bir uğursuzluq kimi qəbul edəcəkdir. Biologiyada baş verən şey də elə budur. Uzun zamandır ki, insanlar təkamül mövzusunu darvinist anlayışlarla müzakirə edir, ”uyğunlaşma”, ”seçmə təzyiqi” və ya ”təbii seçmə” kimi anlayışlarla. Sonra da bu müzakirələrlə təbiət hadisələrinin açıqlanmasında töhfələrini vermiş hesab edirlər. Ancaq əslində heç bir töhfə verə bilmirlər... İnanıram ki, Darvinizm əfsanəsi bir gün elm tarixində ən böyük aldanma kimi tanınacaqdır».11

Bəzi təkamülçü elm adamları belə müdafiə etdikləri nəzəriyyənin həqiqətlərə uyğun gəlmədiyini hiss edir və bu vəziyyətə görə narahat olurlar. Təkamülçü elm adamı Pol R. Örliç “Science” (“Elm”) jurnalındakı müsahibəsində “bu günümüzdə təkamül nəzəriyyəsini bir ehkam olaraq əbədiləşdirmək müşahidə obyekti olan dünya haqqında daha qaneedici açıqlamalar verilməsinə əngəl olacaqdır,”12 - deyərək təkamül nəzəriyyəsinə olan kor-koranə inamın elmə verdiyi zərəri, dolayı yolla da olsa, qəbul edir.

İndi təkamül nəzəriyyəsinin elmə zidd olan iddialarının dəstəklənməsi uğrunda aparılan və həqiqətdə elmin sadəcə vaxt və imkan itkisinə səbəb olan mübarizələrini nəzərdən keçirək.

“Cansız Maddə Həyatı

Əmələ Gətirə Bilər” İddiasının Elmə Qazandırdığı İtkilər

Həyatın mənbəyi nədir? Bir quşu və ya bir zürafəni daşdan, sudan, torpaqdan, qısası, cansız maddədən nə ayırır?

Bu sualın cavabı tarixin qədim dövrlərindən bəri axtarılır. Bu mövzuda ortaya çıxan görüşlər isə iki fərqli təməldə toplanır. Birinci görüş canlılar ilə cansız maddə arasında çox incə bir sərhəd olduğunu, bu sərhədin asanlıqla keçilə bildiyi və cansız maddənin öz-özünə canlana biləcəyini müdafiə edir. Bu görüşə elmi dildə “abiogenesis” deyilir.

İkinci görüş isə həyat ilə cansız maddə arasında böyük və keçilməz sərhəd olduğunu qəbul edir. Cansız maddənin öz-özünə canlanması mümkün deyil və hər canlı ancaq başqa bir canlıdan doğulur. “Həyat həyatdan gələr” cümləsi ilə ifadə edilən bu görüş “biogenesis” adlanır.

Maraqlıdır ki, “abiogenesis” fikri materialist fəlsəfə ilə, “biogenesis” fikri isə dini mənbələrlə əlaqədardır. Materialist fəlsəfə əvvəldən bəri daim cansız maddənin canlana biləcəyini müdafiə etmişdir. Antik Yunanıstandakı mütəfəkkirlər bəsit canlıların cansız maddənin içindən davamlı şəkildə doğulduqlarına inanmışlar.

Bunun əksinə, İlahi mənbələr maddəyə həyat verənin sadəcə Allah olduğunu bildirir. Qurandakı ayələrdə belə buyurulur:

«Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan Allahdır. Budur Allah! Axı siz Ondan nə cür döndərilirsiniz?

Ənam surəsi, 95

«Göylərin və yerin hökmü Onun əlindədir. Dirildən də, öldürən də Odur. O, hər şeyə qadirdir».

Hədid surəsi, 2

İnsanların təbiət haqqında məlumatların çox məhdud olduğu orta əsrlərdə bəzi yanlış müşahidələr nəticəsində «abiogenesis»ə inam geniş yayılmışdı. Açıq şəraitdə qalan əti qurd basdığını görən insanlar qurdların ətin üzərində “öz-özündən” əmələ gəldiyini hesab etmişlər. Anbarlardakı siçanların da buğda qalaqlarının içindən öz-özünə əmələ gəldiyini zənn edirdilər. “Təsadüfi törəmə” (Spontaneous generation) kimi tanınan bu inanc XVII əsrə qədər geniş kütlələr tərəfindən qəbul edilmişdi.

Lakin iki alimin keçirdiyi təcrübələr “təsadüfi törəmə” inancını süquta uğratdı. Onlardan birincisi Fransisko Redi idi. 1668-ci ildə apardığı təcrübələrdə ətin üzərində əmələ gələn qurdların öz-özünə deyil, milçəklərin gətirib qoyduğu yumurtalardan çıxdığını sübut etdi. Bu vəziyyət qarşısında “Abiogenesis” fikrini müdafiə edənlər geri çəkildilər və qurd və ya qurbağa kimi daha böyük canlının deyil, gözlə görünməyən mikrobların cansız maddələrdən əmələ gəldiyini iddia etdilər. Müzakirələr iki əsrə qədər davam etdi. Nəhayət fransız bioloqu Lui Paster keçirdiyi silsilə təcrübələrlə mikrobların da cansız maddədən əmələ gəlməsinin mümkünsüz olduğunu sübut etdi. Paster əldə etdiyi nəticəni belə izah edirdi:

«Maddə öz-özünü təşkil edə bilərmi?... Xeyr, bu gün əldə olan məlumatlar mikroskopik canlıların belə dünyaya özlərinə bənzər canlı ataları olmadan gələ bilməyəcəklərini göstərir».13

Redi və Pasterin əhəmiyyətli bir xüsusiyyətləri vardı: Hər iki alim Allahın varlığına və bütün canlıları Onun yaratdığına inanırdı. «Abiogenesis» fikrinin cəfəngli olmasının başa düşülməsində də bu inamın böyük rolu vardı. Materialist fəlsəfədən təsirlənən elm adamları (Darvin, Hekel kimi təkamülçülər) «abiogenesis» fikrini israrla müdafiə edərkən, bu alimlər elmə düzgün təməldən yanaşdıqları üçün “biogenesis” həqiqətinin fərqinə vardılar.

Ancaq təkamülçülər bu aşkar həqiqətə qarşı çıxmağa davam etdilər. Materialist fəlsəfəyə olan kor-koranə bağlılıq onları bir əsr davam edəcək ümidsiz bir mübarizənin içinə saldı. Aleksandr Oparin və J.B. Haldan adlı iki materialist elm adamı “kimyəvi təkamül” anlayışını ortaya atdılar. Oparin və Haldana görə «abiogenesis» qısa zaman ərzində həyata keçmir, lakin uzun zaman nəticəsində bu mümkün ola bilərdi. Əslində, ən başda Termodinamikanın İkinci Qanunu olaraq bəzi əsas qanunlara zidd olan bu iddia elm dünyasına vaxt itkisi qazandıracaq qədər çıxılmaz bir vəziyyətə çevrildi.

Bu dövrdə bir çox elm adamları kimyəvi təkamül iddiasını əsaslandıracaq təcrübələr keçirməyə və ya yeni nəzəriyyələrlə bu iddianı dəstəkləməyə çalışdılar. Nəhəng laboratoriyalar, böyük institutlar, universitetlər bu iddianı dəstəkləmək üçün səfərbər edildi. Lakin bütün bu səylər uğursuzluqla nəticələndi.

Tanınmış təkamülçü və İohannes Qutenberq Universiteti nəzdində Biokimya İnstitutunun rəhbəri Professor Klaus Dose cansız maddələrin həyatı əmələ gətirdiyini sübuta yetirmək məqsədilə edilən bütün fəaliyyətlərin heç bir nəticə vermədiyini bu cür etiraf edir:

«Kimyəvi və molekulyar təkamül sahələrində həyatın mənbəyi mövzusunda otuz ildən artıq bir müddət ərzində keçirilən bütün təcrübələr həyatın mənşəyi sualına cavab tapmaq əvəzinə, problemin nə qədər böyük olduğunun dərk edilməsinə səbəb oldu. Hal-hazırda bu mövzudakı bütün nəzəriyyələr və təcrübələr ya bir dalanda bitir, ya da məlumatsızlıq etirafları ilə nəticələnir».14

Əgər elm dünyası materialist xurafat olan “abiogenesis” düşüncəsinə mübtəla olmasaydı, “kimyəvi təkamül” adı altında aparılan bütün bu məqsədsiz səylər bəlkə daha faydalı çalışmalara yönəldilə bilərdi. Elm dünyası həyatı Allahın yaratdığını və həyat vermək gücünə sadəcə Rəbbimizin sahib olduğunu bilərək hərəkət etsəydi, bununla zaman, pul və insan israfının qarşısı alına bilərdi. Belə olan təqdirdə, elm antik yunan əfsanələrini sübut etmək əvəzinə, bəşəriyyətə xeyir verəcək yeni kəşf və araşdırmalara yönələrdi.

Bu gün elm dünyası cansız maddələrin təsadüflər nəticəsində özözlərini nizamlayıb digər cansız maddələrlə birləşərək qüsursuz son dərəcə qarışıq olan bir hüceyrəni əmələ gətirə bilməyəcəyini göstərmişdir. Eyni şəkildə ətrafımızda gördüyümüz milyonlarla canlı növünün, təkamülçülərin iddia etdikləri kimi, təsadüfən birləşən hüceyrələrdən əmələ gəlməyəcəyi də açıq-aşkardır. Aydındır ki, bir gül, bir tovuzquşu, bir pələng, bir qarışqa, qısaca olaraq, heç bir canlı şüursuz atomların birləşərək əmələ gətirdiyi şüursuz hüceyrələrin iradəsi ilə mövcud olmamışdır.

Bu mövzular üzərində dərin araşdırmalar aparan bir elm adamı da şüursuz atomların qərar qəbul etməsi ilə ortaya çıxan bir varlıq deyil. Heç şübhə yoxdur ki, şüursuz atomların son dərəcə şüurlu bir insan meydana gətirməsi mümkünsüzdür.

Belə ki, Quranda həyatı bir “heçlikdən” Allahın yaratdığı, həyat verənin Allah olduğu, Ondan başqa heç bir varlığın “həyat vermək” gücünə malik olmadığı bundan min illər əvvəl göstərilmişdir.

Əgər elm Allahın insanlara bildirdiyi bu həqiqətlərə əsaslansaydı, bu qədər uzun müddət ərzində təkamülçülər tərəfindən nəticəsiz bir araşdırma ilə “vaxt keçirərək” zaman itirməzdi.

“Növlərin Təkamülü” iddiasını sübut etmək cəhdlərinin elmə qazandırdığı itki

Yer üzündə milyonlarla canlı növu var və bu canlı növləri bir-birlərindən bir çox cəhətlərinə görə fərqlənirlər. Atlar, quşlar, ilanlar, kəpənəklər, balıqlar, pişiklər, yarasalar, soxulcanlar, qarışqalar, fillər, ağcaqanadlar, arılar, delfinlər, dəniz ulduzları, meduzalar, dəvələr... Bu canlıların hər birinin fiziki xüsusiyyətləri, yaşadıqları mühit, ov üsulları, müdafiə taktikaları, qidalanma vərdişləri, çoxalmaları, qısaca olaraq, malik olduqları hər cür xüsusiyyətləri arasında böyük fərqlər vardır.

«Allah hər canlını bir sudan (nütfədən) yaratmışdır. Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir!»

«Nur» surəsi, 45

«Həqiqətən, göylərdə və yerdə möminlər üçün ibrətlər vardır! Sizin yaradılışı-nızda və yayıb səpələdiyi canlılarda tam yəqinliklə inananlar üçün əlamətlər var-dır» («Casiyə» surəsi, 3-4).
«Həqiqətən, göylərdə və yerdə möminlər üçün ibrətlər vardır! Sizin yaradılışı-nızda və yayıb səpələdiyi canlılarda tam yəqinliklə inananlar üçün əlamətlər var-dır» («Casiyə» surəsi, 3-4).

Bəs bu canlılar necə meydana çıxıblar?

Bu sual üzərində ağlını istifadə edərək düşünən hər kəs bütün canlıların qüsursuz yaradıldıqlarını anlayacaqdır. Hər bir dizayn onu quran dizaynerin varlığını göstərir. Canlılar da kainatdakı digər bütün dizayn nümunələri kimi Allahın varlığını sübut edir.

Belə ki, bu həqiqət bizə İslam dini yolu ilə bildirilmişdir.

Quranda bizlərə canlıların necə ortaya çıxdığını Allah açıqlamışdır: bütün canlı növlərini Rəbbimiz ayrı-ayrı yaratmışdır. Allah bənzərsiz dizaynı və sonsuz elmi ilə hər bir canlıya çox fərqli xüsusiyyətlər vermiş və insanlara sonsuz gücünü, ağlını və elmini tanıtmışdır. Canlıların yaradılışı ilə bağlı ayələrdən bir neçəsi belədir:

«Göyləri, yeri və oralara yayıb səpələdiyi canlıları yaratmağı Onun qüdrət nişanələrindəndir. Allah istədiyi vaxt onları bir yerə yığmağa qadirdir!»

Şura surəsi, 29

«Allah hər canlını bir sudan yaratdı. Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir!»

Nur surəsi, 45

«Allah gördüyünüz göyləri dirəksiz yaratmış, sizi yırğalamasın deyə, yerdə möhkəm durmuş dağlar bərqərar etmiş və ora cürbəcür heyvanlar səpələmişdir. Biz göydən yağış yağdırdıq və yerdə növbənöv gözəl bitkilər yetişdirdik. Bu, Allahın yaratdıqlarıdır. İndi siz də Mənə (Allahdan) başqalarının nə yaratdığını göstərin. Xeyr, zalımlar açıq-aşkar əyri yoldadırlar».

Loğman surəsi, 10-11

Bütün canlıların Allah tərəfindən yaradıldığına inanan Karl Linnaus canlıları ilk dəfə sinifləndirərək tədqiq etmiş, həmin sistemin qurucusu olmuşdur.
Bütün canlıların Allah tərəfindən yaradıldığına inanan Karl Linnaus canlıları ilk dəfə sinifləndirərək tədqiq etmiş, həmin sistemin qurucusu olmuşdur.

Bu yaradılış gerçəyi biologiya, anatomiya, paleontologiya kimi elm sahələrinin yaranmasında elm adamlarına kömək etmişdir. Canlıları ilk dəfə bir sinif halında tədqiq edən və “sistematikanın banisi” kimi tanınan Karl Linneus, fosil elminin və müqayisəli anatomiyanın banisi Corc Kuvier, genetika qanunlarını kəşf edərək genetika elminin əsasını qoyan Qreqor Mendel və ya “XIX əsr Amerikasının ən böyük bioloqu” hesab edilən Luis Aqassiz kimi böyük alimlər bütün canlı növlərini Allahın yaratdığını bilərək elmlə məşğul olmuşlar.

Ancaq Çarlz Darvinin ortaya atdığı təkamül nəzəriyyəsinin qəbul edilməsi ilə birlikdə elm dünyası “növlərin bir-birlərindən təkamül nəticəsində əmələ gəldiklərini sübut etmək” üçün cəhdlərə başlamışdı. Bu cəhd elm adamlarını bir çox nəticəsiz araşdırmaya yönəltmişdi. Dünyanın hər tərəfində aparılan fosil qazıntılarında həqiqətdə heç bir zaman mövcud olmayan keçid canlı fosilləri axtarılmağa başlandı. Növlərin təkamül vasitəsilə bir-birlərindən necə əmələ gəldikləri haqqında xəyali ssenarilər hazırlandı. Bu ssenarilər elmi jurnallarda yer tutdu, məktəblərdə gənclərə dərs kimi tədris edildi.

Təkamülçülərin elmlərini boş xəyallar üçün istifadə etdiklərini daha yaxşı başa düşmək üçün bu ssenarilərdən bir neçə nümunə göstərmək daha yaxşı olar. Məsələn, təkamülçü bir mənbədə sürünənlərin məməlilərə çevrilməsi haqqında belə bir hekayə nəql edir:

Soyuq ərazilərdə yaşayan bəzi sürünənlər bədənlərini isidən bir üsul əmələ gətirdilər... Pulcuqları getdikcə daha da sivriləşərək tüklərə çevrildi. Bu məqamda həyata keçən digər bir uyğunlaşma isə tərləmənin əmələ gəlməsi oldu: bu, canlıya lazım gəldikdə suyun buxarlanması nəticəsində bədənini soyutma imkanı verirdi. Bu zaman gözlənilmədən bəzi balalar qidalanmaq üçün analarının bədənindəki təri yalamağa başladılar. Bəzi tər vəziləri bu səbəblər getdikcə daha çox tər ifraz etməyə başladı və bu ifrazat sonda südə çevrildi. Beləliklə, bu ilk məməlilərin balaları həyata daha yaxşı başladılar.15

Bu təkamülçü iddianın doğruluğunun sübut edilməsi üçün tərin südə, pulcuğun isə tükə çevrilməsi kimi “mümkünsüz” hadisələrin elmi cəhətdən sübut edilməsi lazım gəlmiş və minlərlə elm adamlar bu dəfə də bu hekayəyə vaxt sərf etmişlər. Əslində isə bu çevrilmələrin heç biri mümkün deyil. Əvvəla, bir körpənin ehtiyacı olan hər şeyi tərkibində ehtiva edən ana südü yuxarıdakı iddiadakı kimi “tərin” təkamül keçirməsi ilə mümkün deyil. Çünki ana südü körpənin ehtiyacına görə xüsusi uyğunlaşdırılmış, hər mərhələdə müəyyən bir planlaşdırmaya əsasən nizamlanan maddədir. Bir körpənin ehtiyacı olan hər cür maddə məhz lazım olduğu vaxtda ana südündə yaranır. Məsələn, körpənin kaliuma ehtiyacı olduğu gün ana südünün tərkibində külli miqdarda kalium olur. Bu cür nizamlama körpənin inkişafına görə ehtiyacı olduğu digər bütün maddələrə də aiddir. Aydındır ki, bu cür möcüzəvi bir qida maddəsinin şüursuz təsadüflərlə əmələ gəlməsi mümkün deyil.

Eyni şəkildə yuxarıdakı iddianın digər hissəsi olan “sürünənlərin pulcuqlarının məməli tüklərinə təkamül nəticəsində çevrilməsi” hekayəsi də elmi faktlarla ziddiyyət təşkil edir. Pulcuqlar və tüklər bir-birindən tamamilə fərqli quruluşdadır:

1- Tüklər folikulyar quruluşa malikdir, yəni bir kisəciyin içində böyüyürlər. Pulcuqlar isə dərinin içindəki qatlardır. Bundan başqa, pulcuqların inkişaf, böyümə və tökülmə mərhələləri tüklərdən fərqlidir, bu cəhətlərilə bir-birlərinə əsla bənzəmirlər.

2- Tüklərin pulcuqlardan təkamül nəticəsində əmələ gəldiyinə dair heç bir dəlil yoxdur. Təkamülçülərin bu iddiaları ilə bağlı daşlaşmış qalıqlar olmadığı kimi, irəli sürəcək məntiqli mexanizm də yoxdur.

Sürünənlərin məməlilərə xəyali çevrilməsi ilə bağlı olaraq ortaya atılan elmdənkənar “hekayə” təkcə bu deyil. Hər təkamülçünün özünə xas bir “hekayəsi” vardır. Buna bənzər şəkildə dinozavrların təkamül keçərək quşlara çevrilməsi haqqında da bir çox xəyali ssenarilər qurulmuşdur. Bu ssenarilərdən birində dinozavrların ağcaqanadları qovarkən uçmağa başladıqlarından bəhs edilir. Digər ssenari isə dinozavrların ağacdan-ağaca tullanarkən qanad açıb uçduqlarını irəli sürür. Hər təkamülçünün xəyal gücü sayəsində uydurduğu bu ssenarilərin “sübut edilməsi” vəzifəsi isə elmin üzərinə düşür. Çoxlu elm adamları bu günə qədər dinozavrların qaçarkən və ya budaqdan-budağa tullanarkən necə uça biləcəyini araşdırmış, pulcuqların quş tükünə necə çevrildiyini sübut etmək üçün illərini sərf etmişlər. Tanınmış təkamülçü və ornitoloq Alan Fedussia da illərini bu mövzuya boş yerə sərf etmiş təkamülçü alimlərdən biridir. 25 ilini dinozavrlarla quşlar arasında əlaqənin olub-olmadığını tədqiq etməyə həsr etmiş Fedussia çalışmalarının sonunda bu etirafı etmişdir:

«25 il quşların kəllələrini tədqiq etdim və dinozavrlarla aralarında heç bir oxşarlıq tapmadım. Quşların dördayaqlılarıdan təkamül nəticəsində əmələ gəlməsi nəzəriyyəsi paleontologiya sahəsində XX əsrin ən böyük biabırçılığı olacaqdır».16

Quş tükləri sürünənlərin pulcuqlarından tamamilə fərqli quruluşlara malik olub quşların uçmalarına kömək edən olduqca qarışıq xüsusiyyətlərlə yaradılmışdır.
Quş tükləri sürünənlərin pulcuqlarından tamamilə fərqli quruluşlara malik olub quşların uçmalarına kömək edən olduqca qarışıq xüsusiyyətlərlə yaradılmışdır.

Təkamül ssenariləri bunlarla bitmir. Təkamülçü paleontoloq doktor Kolin Patersonun da etiraf etdiyi kimi, “Həyatın təbiəti haqqında hər biri digərindən xəyali olan bir çox ümidsiz hekayə vardır.”17 Təkamülçülər balina, delfin kimi dəniz məməlilərinin də dənizə girməyi xoşlayan ayıların təkamül keçməsi nəticəsində əmələ gəlməsi kimi fantastik bir fikir ortaya atmışlar. Bu ssenariyə təməl tapa bilmək üçün yarı ayı, yarı balina canlılar haqqında nəzəriyyələr irəli sürmüş, “yeriyən balinalar” haqqında hekayələr yazmışlar.

Əlbəttə, təkamülçülər istədikləri kimi xəyal qura bilər və istədikləri ssenarilərə inana bilərlər. Ancaq məsələ ondadır ki, ssenariləri “sübut etmək” üçün elmin imkanlarını və zamanını boş yerə hədər etmişlər. Başqa bir tanınmış təkamülçü alim Pier Paul Grassenin təkamül ssenariləri barədə bildirdiyi kimi, ”xəyal qurmağı qadağan edən qanun yoxdur, ancaq elm bu işə qarışdırılmalı deyil.”18

Nə qədər ki, elm Darvinizm kimi təməli səhv olan fərziyyələrdə istifadə olunacaq, bu cür nağılların ardınca qaçmağa davam edəcəkdir. Əslində isə əgər yaradılış gerçəyi qəbul edilsə, elmin qarşısını kəsən bütün bu nəticəsiz səylər aradan qalxacaqdır. Əvvəldə də bildirdiyimiz kimi, hər canlı növünü Allah ayrı-ayrı yaratmışdır. Hər birinin fiziki xüsusiyyətləri, qidalanma vərdişləri, ov üsulları, müdafiə taktikaları, balalarını böyütmələri və s. bir-birilə qüsursuz uyğunluq təşkil edir. Bu uyğunluğun təsadüfən əmələ gəldiyini irəli sürmək və sonra bunu sübut etməyə çalışmaq son dərəcə yersizdir. Çünki bu qüsursuzluq təsadüfən əmələ gələ bilməz, ancaq üstün bir Yaradan olan Rəbbimizin gücü və nəzarəti ilə yarana bilər. Dolayısı ilə, xəyal gücünün məhsulu olan hekayələr qurmaq əvəzinə mövcud olan sistemləri araşdırmaq, bu sistemlərdəki xüsusiyyətləri aşkara çıxarmaq elmə çox böyük töhfələr verəcəkdir. Hər şeydən vacib olanı isə budur ki, bu istiqamətdəki araşdırmalar insanı və bütün kainatı yoxdan yaradan üstün güc sahibi Allahı daha yaxşı tanımağımıza kömək edir.

Mutasiya problemi

Təkamül nəzəriyyəsinin elmin vaxtını alan iddialarından biri də “yararlı mutasiyalar” üçün aparılan ümidsiz araşdırmalardır. Neo-darvinizm “təkamül mexanizmi” olaraq iki məfhumu irəli sürür və bunlardan biri mutasiyalardır. Bu səbəbdən mutasiyaların canlılar üzərində faydalı təsir əmələ gətirəcəyini sübut etmək təkamül nəzəriyyəsi baxımından məcburidir. Ancaq təkamülçülərin iddialarının əksinə, mutasiyalar hər zaman zərərlidir və heç vaxt təkamül xarakterli bir təsirin olduğu müşahidə edilməmişdir.

Təkamülçülər milçək qovan dinozavrların ön ayaqlarının qanadlara çevrildiyini iddia edir, belə xəyali, hətta gülməli nəzəriyyələr ortaya atmaqdan çəkinmirlər.
Təkamülçülər milçək qovan dinozavrların ön ayaqlarının qanadlara çevrildiyini iddia edir, belə xəyali, hətta gülməli nəzəriyyələr ortaya atmaqdan çəkinmirlər.

Təkamülçülər isə israrla süni mutasiya nümunələri hazırlamış və yararlı mutasiyaları müşahidə etmək üçün on illərlə davam edən mübarizəyə qoşulmuşlar. Məsələn, meyvə milçəkləri üzərində çox sayda mutasiya təcrübəsi aparılmış və həmişə “genetik məlumatı təkmilləşdirən mutasiya”nın baş verəcəyi ümid edilmişdir. Nəticə isə tamamilə uğursuz alınmışdı. Təkamülçü alim Maykl Pitman illərlə davam edən və heç bir nəticə verməyən bu kimi mutasiya təcrübələri haqqında belə deyir:

«Bir çox genetikaçı meyvə milçəklərini nəsillər boyu saysız mutasiyalara uğratdılar. Bəs nəticədə süni bir təkamül ortaya çıxdı? Təəssüf ki, xeyr. Genetikaçıların yaratdıqları məxluqlardan sadəcə çox az qismi qidalandıqları şüşələrdən kənarda həyatlarını davam etdirə bildilər. Praktikada isə mutasiyaya uğradılmış bütün milçəklər ya öldülər, ya şikəst qaldılar, ya da qısır oldular».20

Tanınmış təkamülçü Qordon Teylor isə mutasiya təcrübələrinə 50 il vaxt itirildiyini belə ifadə edir:

«Əlli il milçəklər üzərində minlərlə təcrübə aparıldı, ancaq əsla yeni bir növün əmələ gəlməsi müşahidə edilmədi. Hətta tək bir ferment belə əmələ gəlmədi».21

Təkamülçülərin digər elmi mövzulardakı iddialarına baxıldıqda da, vəziyyət dəyişmir. Təkamülçülər Darvinizmi hər cür elmi kəşflərə baxmayaraq müdafiə edir, hətta sonra buna “elmi səbir” kimi don geydirərək gizlətməyə çalışırlar. Əslində isə göstərdikləri şey elmi səbir deyil, elmə qarşı inaddır.

Daşlaşmış qalıqlar problemi

Təkamül nəzəriyyəsinin elmə qazandırdığı vaxt itkisinin digər səbəbi paleontologiyanın (daşlaşmış qalıqları araşdıran elm) bu nəzəriyyəni sübut etmək üçün çıxılmaz bir vəziyyətə düşməsidir. Əlbəttə, dünya üzərindəki həyatın tarixini öyrənmək üçün paleontoloji araşdırmalara ehtiyac var. Ancaq təkamül nəzəriyyəsinin səhv baxışları daşlaşmış qalıqların araşdırmalarına mənfi təsir edir və elm adamlarını yanlış istiqamətə yönəldir. Xüsusilə “insanın əcdadı” mövzusunu araşdıran paleontoloqların bəziləri tamamilə çıxılmaz vəziyyətə düşmüşlər. Xəyali yarı meymun-yarı insan canlıları tapmaq üçün apardıqları bütün araşdırmalar nəticəsiz qalmışlar.

Bundan başqa bildirmək lazımdır ki, daşlaşmış qalıqların araşdırmaları çox çətin şəraitdə aparılır və böyük maliyyə imkanları tələb edir. Əsasən Afrika çölləri kimi sahələrdə onlarla adamdan ibarət araşdırma qruplarına aylarla yaşamaq üçün düşərgələrin qurulması, bu çətin şəraitdə, qızmar günəşin altında milyardlarla dollar tələb edən maliyyə dəstəyi ilə aparılan fəaliyyətlər son 1,5 əsrdir ki, heç bir nəticə verməmişdir.

Tanınmış təkamülçü fosil tədqiqatçısı Riçard Likey və tanınmış tədqiqatçı Rocer Luin bu nəticəsiz çalışmalar haqqında belə bir etiraf etmişlər:

Təəssüf ki, insanın təkamülü yolu bizə çox az və zəif ipucu verir: Daş alətlər, kəllə parçaları, bir ayaq sümüyü parçası, yarım çənə sümüyü, nadir hallarda bütöv bir kəllə sümüyü və təbii ki, çox sayda diş... Bir zaman atalarımızın yaşadığı, indi dərinliklərə gömülmüş süxurlarda tapa bildiklərimiz elə bunlardır... Əgər birisi məsələn, beş və ya bir milyon əvvəl yaşamış atalarımızın indiyə qədər tapılan bütün daşlaşmış qalıqlarını bir otağa toplamağa çalışsaydı, hamısını nümayiş etmək üçün sadəcə bir neçə böyük stol kifayət edərdi. Bundan da betəri odur ki, 15 və ya 6 milyon il əvvəl yaşamış hominedlərə aid daşlaşmış qalıqların tapıntılarını yerləşdirmək üçün çox da böyük olmayan bir ayaqqabı qutusu kifayət edəcək.22

Bütün bunlar “elm” adı altında istifadə edilən vaxt, məlumat, əmək, pul və imkan israfıdır. Bütün dünyada minlərlə universitet, elmi qurum və təşkilatlar, milyonlarla elm adamları, müəllimlər və tələbələr, laboratoriyalar, texniki işçi və texniki alətlər və daha saymaqla bitməyən imkanlar həqiqətdənkənar bir iddianın sübut edilməsi uğrunda səfərbər edilmişdir. Ancaq ortaya heç bir nəticə çıxmır, ələ keçən yeni tapıntılar təkamül iddiasının səhv olduğunu daha açıq göstərir.

Təkamülçü elm adamı S. J. Conz «Nature» (“Təbiət”) jurnalında yazdığı bir məqalədə paleoantropologiyanın, yəni insanın əcdadı ilə bağlı daşlaşmış qalıq araşdırmalarının düşdüyü çıxılmaz vəziyyəti belə izah edir:

«Paleoantropoloqlar fosil azlığını əsəbi halda gizlətməyə çalışırlar. Paleoantropologiya hələ də sadəcə bir fikir irəli sürərək tanınacaq tək elm sahəsi olmalıdır. Paleoantropologiyada bir fikrin qəbul edilməsi kimin daha yüksək səslə qışqırmasından asılıdır».23

“Təbiətdəki Qüsursuz Nizamı” inkar edənlərin elmə “qazandırdığı” itkilər

Təbiətdəki yaradılış gerçəyini, başqa sözlə, təbiətdəki “nizamı” qəbul etməmək, əslində elmi araşdırmaların qarşısını kəsir. Çünki təbiətdə bir nizamın olduğunu bilən bir alim bu nizamı və məqsədini araşdırmaq düşüncəsi ilə işə başlayar. Lakin bir təkamülçü bütün təbiəti məqsədsiz bir maddə yığını kimi gördüyü üçün eyni məqsədə xidmət etməyəcək.

Amerikalı riyaziyyatçı və filosof Uilyam Dembski təbiətdə bir “nizam” olduğunu müdafiə edən elm adamlarından biridir. Dembski təkamülçü görüşün təbiətdə bir məqsəd görməyərək elmi inkişafı ləngitdiyini açıqlayır. Buna misal olaraq təkamülçülərin DNT haqqında ortaya atdıqlar “junk DNT” (“boş DNT”) anlayışını göstərir (“boş DNT” təkamülçü elm adamlarının fərziyyəsinə görə tərkibində heç bir genetik məlumat olmayan və dolayısı ilə, heç bir funksiyası olmayan DNT hissələridir) Dembski belə deyir:

«Nizam anlayışı elmi inkişafı dayandırmayacaq. Əksinə, ənənəvi təkamülçü yanaşmaların elmi araşdırmalara balta vurduğu hissələrdə nizam anlayışı yeni araşdırmalara təkan verəcək. ”Boş DNT” anlayışına baxaq. Bu terminlə bir canlının genetik məlumatının uzun və məqsədsiz bir təkamül prosesinin məhsulu olduğu və dolayısı ilə, bu genetik məlumatın sadəcə bir qisminin orqanizm üçün yararlı olduğu düşünülür. Təkamülçü düşüncə tərzinə görə xeyli miqdarda yararsız DNT hissələri olmalıdır. Ancaq əgər canlıların nizamlandırıldıqlarını qəbul etsək, bu halda DNT-nin çox funksional olduğunu düşünəcəyik. Həqiqətən də, bəzi ən yeni kəşflər DNT-nin bəzi hissəslərin ”boş” olmasının qəbul edilməsi əslində bizim DNT haqqındakı məlumatımızın azlığından irəli gəlir. «Journal of Theoretical Biology» jurnalının son saylarından birində Con Bodnar ”eukariot hüceyrələrin genetik məlumatında kodlama funksiyası daşımayan (yəni ”boş”) DNT parçalarının həqiqətdə orqanizmin böyüməsini və inkişafını təmin edən bir növ «genetika dili kodlarını» bildirir. Nizam anlayışı elm adamlarını (canlılarda) funksiya axtarmağa yönəldir, təkamül isə bu cəhdə mane olur... Nizam anlayışını elmə daxil etmək elmi cəhdləri daha da artıracaq... Elmi inkişaf üçün indiyə qədər istifadə edilmiş bütün qavrayış vasitələri istifadə edilməkdə davam edəcək. Lakin nizam anlayışı bir elm adamına yeni qavrayış vasitəsi qazandırır. Yeni araşdırma mövzuları ortaya çıxarır. Çünki bir şeyin nizamlandığını bildiyimiz zaman necə yaradıldığını və məqsədinin nə olduğunu da tapmaq istəyirik».24

Göründüyü kimi, canlıların Allah tərəfindən yaradıldığını dərk edilməsi həm elm qarşısında yeni üfüqlər açır, həm də təbiətin daha düzgün dərk edilməsini təmin edir.

Lakin materialist elm adamları Allahın yaratmasını inkar etdikləri üçün təbiətdə yaşayan hər canlının təsadüflər nəticəsində əmələ gəldiyini iddia edirlər. Onlara görə, təsadüfən əmələ gələn kainatda “xətalı və ya lazımsız maddələrin” və ya “xətalı nizamlanmanın” olması son dərəcə təbiidir.

Bu səhv düşüncə tərzinin nəticəsi olaraq bu günə qədər bir çox elmi dəlillər səhv dəyərləndirilmiş və uzun illər boyu bir çox həqiqətlər ortaya çıxarılmamışdır. Məsələn, təbiətdə tapdığı bir quş tükünü nəzərdən keçirən materialist alim tükün asimmetrik quruluşuna baxaraq, “təsadüfən əmələ gəldiyi üçün” bu quruluşun nizamsız olduğunu düşünər və tükün asimmetrik quruluşunu tədqiq etməyi lazım bilməz.

Amma Allahın hər varlığı bir məqsədlə və qüsursuz bir nizamla yaratdığına iman gətirmiş bir alim üçün tükdəki asimmetrik quruluş mütləq tədqiq edilməsi vacib olan bir xüsusiyyətdir. Bu yöndə hərəkət edən bir alim quşların tüklərinin asimmetrik quruluşlarının quşların uçmağı üçün vacib olduğunu, simmetrik tük quruluşuna malik olan quşların isə uça bilmədiklərini çox qısa müddətdə görəcəkdir.

Buna bənzər misallara elm dünyasında tez-tez rast gəlmək olar. Məsələn, bal arılarını tədqiq edən elm adamları arasında da buna bənzər vəziyyət yaşanmışdır. Arıların pətəklərini neçə dərəcə bucaq altında birləşdirdiyini hesablayan bəzi elm adamları arıların istifadə etdikləri iki bucaq ölçüsünün ən mükəmməl nisbətdəki ölçülərdən 0,02 dərəcə maillilik göstərdiyini hesablamışlar, (aparılan hesablamalar zamanı bu bucaqları sıra ilə 109,28 və 70,32 dərəcə olaraq qurduqları müəyyən edilmişdir. Çox dəqiq hesablamalarla riyaziyyatçı Koniq bu məqsədə xidmət edən ən uyğun bucaqların 109,26 və 70,34 olmasının vacibliyini hesablamışdır.)

Mövzu ilə bağlı elm adamları arıların hesablamada kiçik səhv etdikləri nəticəsinə gəlmişlər, otland riyaziyyatçı Kolin Maklorin (1698-1746) isə bu açıqlamalarla kifayətlənməyib təcrübəni təkrar keçirmişdi və aldığı nəticə budur: Koniq və qrupu loqarifm cədvəlində edilən kiçik bir xəta səbəbilə 0,02 dərəcəlik fərq əmələ gətirəcək səhv hesablama aparmışdılar.25 Beləliklə, ən mükəmməl bucağı arıların doğru, elm adamlarının isə səhv hesabladıqları ortaya çıxmışdır!

Allahın bütün canlıları qüsursuz yaratdığını bilən bir insan heç vaxt təbiətdə rastlaşdığı bir xüsusiyyətdə xəta olduğunu düşünməz. Hər gördüyü xüsusiyyəti Allahın bir məqsədlə yaratdığını bilər.

Allahın qüsursuz yaratmasına inanmayan elm adamlarının üzləşdikləri xəta ilə bağlı digər bir misal yenə arılarla bağlıdır, 12 oktyabr 1996-cı il tarixli «New Scientist» jurnalında Ben Kristol tərəfindən yazılan məqalədə bal arılarının uçarkən bəzən lazımsız yerə artıq qanad çırpdıqları, bunun nəticəsində uçuşlarının faydasız olduğu qeyd olunmuşdu. Bu məqalədəki iddiaya görə, arılar bəzən daha az, bəzən də daha çox fasilələrlə qanad çırpırlar, lakin buna baxmayaraq, eyni sürətlə uçurlar və dolayısı ilə, çox qanad çırpdıqları zaman lazımsız yerə enerji itirirlər. Yazıçının fikrincə, bu bir nizam xətası idi.

Lakin Arizona Dövlət Universitetindən Jon Harisonun rəhbərliyi ilə bir araşdırma qrupu tədqiqat zamanı bal arılarının qanad çırpma tezliyi arasındakı fərqin son dərəcə vacib səbəblərini aşkar etdilər. Əldə etdikləri nəticələri isə «Science» jurnalında (1996, 274-cü cild, səh. 88) dərc etdirdilər. Bu tədqiqatçılar ətraf mühitdəki temperaturu dəyişdirərək arıların bədən temperaturunu, qanad çırpma nisbətini və metabolik nisbətini ölçdülər. Temperatur 20 dərəcədən 40 dərəcəyə yüksəldikcə, qanad çırpma tezliyi azalırdı. Aparılan tədqiqat nəticəsində məlum oldu ki, arılar isti günlərdə daha az tezlikdə, soyuq havalarda isə daha çox qanad çırpırlar. Bununla belə uçuş sürətində heç bir dəyişiklik müşahidə olunmurdu. Soyuq havalarda daha tez-tez qanad çırparaq əmələ gətirdikləri artıq enerji ilə bədənlərini və pətəklərini isidirdilər. Nəticədə, arıların qanadlarının iki ayrı vəzifə daşıdıqları məlum oldu: uçmaq və isinmək.

Quş tüklərini tədqiq edən imanlı elm adamı tüklərdəki hər xüsusiyyətin müəyyən yaradılış məqsədi daşıdığını bilərək araşdırmalarını buna əsasən istiqamətləndirir.
Quş tüklərini tədqiq edən imanlı elm adamı tüklərdəki hər xüsusiyyətin müəyyən yaradılış məqsədi daşıdığını bilərək araşdırmalarını buna əsasən istiqamətləndirir.
Arılar o qədər birgə hərəkət formalarına malikdirlər ki, elm adamları həmin canlıların hərəkətlərini yalnız müasir dövrdə kəşf etməyə başlamışlar.
Arılar o qədər birgə hərəkət formalarına malikdirlər ki, elm adamları həmin canlıların hərəkətlərini yalnız müasir dövrdə kəşf etməyə başlamışlar.

Allahın canlıları ayrı-ayrı, bu gün olduqları kimi əksiksiz və qüsursuz yaratdığına inanmayan təkamülçü elm adamlarının yanıldıqları mövzulardan biri də “kütləşmiş orqanlar” cəfəngiyyatıdır. Bütün canlıların keçmişdəki əcdadlarından təsadüflər nəticəsində törədiklərini müdafiə edən təkamülçülərə görə, insan orqanizmində əcdadlarından qalan, ancaq istifadə etmədikləri üçün zaman ərzində kütləşən “heç bir funksiyanı yerinə yetirməyən orqanlar” var. Allahın yaratmasına inanmayan elm adamları funksiyası olmadığını düşündükləri orqanlar mövzusunda da elmə zərər vermişlər. Çünki elm inkişaf etdikcə, funksiyasız hesab etdikləri bu orqanların, əslində, orqanizm üçün son dərəcə vacib olduqları məlum olmuşdur. Elmin inkişafını ləngidən bu mənfi rəyin nə dərəcədə səhv olduğunun nümunələrindən biri təkamülçülər tərəfindən müəyyən edilən uzun “kütləşmiş orqanlar” siyahısının getdikcə qısalmasıdır. Təkamülçü S. R. Skədinq «Evolutionary Theory» (Təkamül nəzəriyyəsi) jurnalında yazdığı “kütləşmiş orqanlar təkamülə dəlil ola bilərmi?» adlı məqaləsində bu həqiqəti belə ifadə edir:

«(Biologiya haqqında) məlumatımız artdıqca, kütləşmiş orqanlar siyahısı da getdikcə qısalır... Bir orqanın funksiyasız olması mümkün olmadığına və onsuz da kütləşmiş orqanlar iddiası elmi bir xüsusiyyət daşımadığına görə, ”kütləşmiş orqanların” təkamül nəzəriyyəsi lehinə hər hansı bir dəlil ola bilməyəcəyi qənaətinə gəlirəm».26

Kütləşmiş insan orqanları siyahısı 1895-ci ildə alman anatomiyaçı R.Viderşeym tərəfindən ortaya atılmışdı və kor bağırsaq, büzdüm sümüyü kimi təxminən 100 orqanı əhatə edirdi. Ancaq elm inkişaf etdikcə, Viderşeymin siyahısındakı orqanların sayı getdikcə azaldı və bu orqanların, əslində, çox vacib funksiyalarının olduğu öyrənildi. Məsələn, kütləşmiş orqan hesab edilən kor bağırsağın, əslində, orqanizmə daxil olan mikroblara qarşı mübarizə aparan limfa sisteminin bir hissəsi olduğu müəyyən edildi. Yenə eyni siyahıda yer alan badamcıq vəzilərinin isə boğazı infeksiyalardan qorumaqda vacib rol oynadığı kəşf edildi. Onurğa sütununun sonunda yerləşən büzdüm sümüyü çanaq sümüyü ətrafındakı sümüklərə dəstək olduğu və bəzi kiçik əzələlərin dayaq nöqtəsi olduğu, timus (çəngələbənzər) vəzinin T hüceyrələrini hərəkətə gətirərək bədənin müdafiə sistemini aktivləşdirməsi, epifiz vəzinin lazımlı hormonlar ifraz etməsi kimi hələ bir çox işə yaramadığı zənn edilən orqanların vacib funksiyaları müəyyən edildi. Darvin tərəfindən kütləşmiş orqan kimi göstərilən gözdəki aypara şəklindəki çıxıntının isə gözün təmizlənməsini və nəmlənməsini təmin etdiyi məlum oldu.

Bütün bu misallar bizə bir həqiqəti göstərir: Elmdə doğru və sürətli nəticə əldə etmək üçün çıxış nöqtəsi mütləq düzgün olmalıdır. Allah bütün varlıqları bir məqsəd üçün, qüsursuz və əksiksiz bir nizamla yaratmışdır. Dolayısı ilə, təbiəti tədqiq edən elm adamının hədəfi bütün varlıqlardakı bu qüsursuzluğun xüsusiyyətlərini ortaya çıxarmaq və hər qarşılaşdığı xüsusiyyətin hikmətlərini araşdırmaq olmalıdır.

“Boş yerə səy göstərdiyini” anlamağın təkamülçü və ateist elm adamlarına mənfi təsiri

Əslində həqiqətdən uzaq və nəticə gətirməyən bir iddia uğrunda araşdırma və çalışmalar aparmaq təkamülçü elm adamları üçün də son dərəcə yorucudur. Heç şübhə yoxdur ki, həyatlarını həsr etdikləri araşdırmaların əksəriyyərinin nəticəsiz olduğunu, fayda gətirmədiyini anladıqları zaman böyük ümidsizliyə düşürlər. Çünki elmi araşdırmalar aparmaq böyük fədakarlıq və intizam tələb edir. İllərlə bir laboratoriyada nəticə ala bilməyəcəyini bildiyi bir mövzuda təcrübə və ya müşahidələr aparmaq və sonda sübut etmək istədikləri iddianın tam əksinə olan tapıntılar əldə etmək, əlbəttə ki, bu elm adamlarına son dərəcə mənfi təsir edir.

Amerikalı biokimyaçı Maykl Behe Darvinizmin elmi əsassızlığından bəhs edən «Darwin’s Black Box: The Biochemical Challenge to Evolution» (Darvinin qara qutusu: Təkamülə qarşı biokimyəvi etiraz) adlı kitabında canlı hüceyrədə ortaya çıxan “nizam” həqiqəti qarşısında təkamülçü elm adamlarının yaşadıqları psixologiyanı belə izah edir:

«Son qırx il ərzində müasir biokimya hüceyrənin sirlərinin vacib hissəsini ortaya çıxardı. Bunun üçün sərf edilən əmək isə həqiqətən çox böyük idi. On minlərlə insan bu sirləri tapmaq üçün həyatlarını laboratoriyalardakı uzun çalışmalara həsr etdilər... Hüceyrəni araşdırmaq üçün göstərilən bütün bu cəhdlər çox açıq bir şəkildə, bağıraraq tək bir nəticəni söyləyirdi: ”Dizayn!” Bu nəticə o qədər aşkar idi ki, elm tarixindəki ən vacib kəşflərdən biri kimi qəbul edilməliydi... Bu zəfər on minlərlə insanın ”Evrika” qışqırıqları ilə bu böyük kəşfi bayram etmələrinə yol açmalıydı...»

Ancaq heç bir bayram olmadı, heç bir sevinc ifadə edilmədi. Əksinə, hüceyrədə kəşf edilən böyük qarışıqlığın qarşısında utandırıcı bir səssizlik hakim oldu. Mövzu cəmiyyət üçün açıqlandıqda, bir çox elm adamları buna görə narahat olmağa başlayır, əxsi dialoqlarda isə bir az rahat olurlar: əksəriyyəti kəşf etdikləri açıq həqiqəti qəbul edirlər, lakin sonra yerə baxıb başlarını yelləyir və heç nə baş verməmiş kimi davranırlar. Bəs nə üçün? Nə üçün elm dünyası kəşf etdiyi böyük həqiqətə sahib çıxmır? Nə üçün ortaya çıxan açıq dizayn ziyalı əlcəklərlə kənarından tutulur? Çünki şüurlu bir dizaynı qəbul etmək, istər-istəməz onlara Allahın varlığını qəbul etdirməyə vadar edir. Bəzi təkamülçülər elm dünyasının yaşadığı bu depressiyanı etiraf edirlər. İngiltərə Təbiət Tarixi Muzeyi rəhbərlərindən “Evolution” (“Təkamül”) kitabının müəllifi təkamülçü paleontoloq doktor Kolin Paterson Nyu-Yorkdakı Təbiət Tarixi Muzeyinin açılışında söylədiyi məşhur nitqində aşağıdakı tarixə düşmüş sözləri söyləmişdir:

«Sual budur: Mənə təkamüllə əlaqədar tək bir şey deyə bilərsinizmi? Həqiqətən doğru olan bir şey. Bu sualı bizim Təbiət Tarixi Muzeyindəki bütün geologiya qrupuna verdim və aldığım yeganə cavab sükut oldu... Sonradan bütün həyatımın təkamülün açıq bir həqiqət olduğuna inanaraq aldadılmaqla keçdiyini anladım».28

Təkamülçü elm adamlarının illərlə apardıqları tədqiqatların əksəriyyəti boşa çıxmışdır. Bu, bir çox elm adamının araşdırma həvəsini yox edən nəticədir.
Təkamülçü elm adamlarının illərlə apardıqları tədqiqatların əksəriyyəti boşa çıxmışdır. Bu, bir çox elm adamının araşdırma həvəsini yox edən nəticədir.

Paterson nitqinə belə davam etmişdir:

«Bu anti-təkamülçü düşüncə tərzində olmağımın səbəblərindən biri bunun üzərində 20 il çalışıb bu mövzuda heç nə aşkar edə bilməməyin yaratdığı təsirdir. Bir adamın bu qədər uzun bir müddət ərzində səhv istiqamətə yönəldildiyini öyrənmək onun üçün olduqca böyük şokdur.”29 Lund universitetinin professorlarından sayılan məşhur təkamülçü botanik N. Heribert Nilsson isə “təkamülü 40 ildən artıq davam edən bir təcrübə ilə sübut etmək təşəbbüslərim sonda uğursuzluqla nəticələndi”30 deyərək 40 ildən daha artıq müddətdə boş yerə vaxt itirdiyini etiraf edir. Bu şəxslərdən gətirilən nümunələr, həqiqətən də, elmin həqiqətdən kənar bir nəzəriyyənin ardınca qaçması ilə nələr itirdiyini göstərir. On illər boyu minlərlə elm adamlarının biliyi, vaxtı, enerjisi, əməyi, laboratoriyası, köməkçiləri və maliyyə mənbələri təkamül adlandırılan boş bir əfsanə uğrunda hədər edilmişdir.

Daha da maraqlı olanı budur ki, sadəcə dövrümüzdəki təkamülçülər deyil, təkamül nəzəriyyəsinin rəhbəri Çarlz Darvinin belə tez-tez “boş yerə vaxt sərf etdiyinə” və sonda “ümidlərinin puç olacağına” görə narahat olmuşdur.

Darvin bu barədə narahatlığını dostlarına yazdığı məktublarında və ya məqalələrində tez-tez dilə gətirmişdir.

Məsələn, təbiətdə öz nəzəriyyəsini sübut edəcək dəlillər tapa bilmədiyini belə qəbul etmişdir:

«Həqiqətən, təbiət tamamilə inadcıldır və mənim istədiklərimi etmir».31

Darvinin inamsızlığını etiraf etdiyi başqa bir cümləsi isə budur:

«Bu çalışmalarımı edərkən (Növlərin mənşəyi üçün apardığı çalışmalar) sərf etdiyim vaxta dəyib-dəymədiyinə şübhə edirəm».32

Göründüyü kimi, həqiqətlərə uyğun gəlməyən, sadəcə, ideoloji səbəblərdən müdafiə edilən bu nəzəriyyə müdafiəçilərinə də sıxıntı və ümidsizlik gətirir. Bütün bunlar elmə yanlış istiqamət verildiyinin labüd nəticələridir.

Təkamülçü saxtakarlıqların elmə qazandırdığı itkilər

Təkamülçülər nəzəriyyələrini sübut edən dəlilləri tapa bilmədikləri üçün dəfələrlə elmi kəşfləri yayındıraraq və ya saxtakarlıqlar edərək bəşəriyyəti aldatmışlar. Bu saxtakarlıqlar arasında ən məşhuru “Piltdaun Adamı” qalmaqalıdır. Təkamülçülər yaşadığını iddia etdikləri “yarı meymun-yarı insan” məxluqların daşlaşmış qalıqlarını tapa bilmədikləri üçün özləri belə bir daşlaşmış qalığı düzəltmişdilər. Bir oranqutan çənəsini insan kəlləsinə birləşdirərək müxtəlif kimyəvi maddələrlə qədimdən qalmış kimi bir görünüş verərək, bu kəlləni dünyanın ən məşhur muzeyində illərlə “insanın əcdadı” kimi nümayiş etdirmişlər. Bu saxtakarlığın elmə qazandırdığı itkini bir təkamülçü olmağına baxmayaraq F. Klark Hauell belə açıqlamışdır:

«Piltdaun Adamı insan kəlləsi və meymun çənəsindən ibarət bir məxluqdan başqa bir şey deyil. Bu qəsdən qurulmuş bir yalandır. Nə çənənin meymuna aid olduğunu, nə də kəllənin insana aid olduğunu qəbul etmədilər. Bunun əvəzinə bu hissələrin meymun və insan arasındakı dövrə aid tapıntılar olduğunu bəyan etdilər. 500.000 il əvvələ aid olduğunu söyləyərək buna bir ad qoydular (Eoantropus Dausoni və ya Daun adamı) və bu mövzu üzərində təxminən 500 kitab yazdılar. Paleontoloqlar bu kəşflə qırx beş il boyu vaxt keçirdilər».33

Saxtakarlığın müəllifi olan başqa bir təkamülçü Ernst Hekel isə həm etdiyi saxtakarlığı etiraf etmiş, həm də digər məsləkdaşlarının ideologiyaları uğrunda etdikləri əyrilikləri belə dilə gətirmişdir:

«Etdiyim bu saxtakarlıq etirafından sonra özümü biabır edilmiş və qınanılmış kimi görməliyəm. Lakin mənə təsəlli verən budur ki, mənimlə yanaşı günahkar yüzlərlə yoldaş, bir çox etibarlı müşahidəçi və məşhur bioloqlar vardır ki, onların çap etdirdikləri ən yaxşı biologiya kitablarında, tezislərində və jurnallarında mənim etdiyim qədər saxtakarlıqlar, qeyri-dəqiq məlumatlar, azçox təhrif edilmiş və sistemləşdirilərək yenidən qurulmuş şəkillər var».34

Aparılan müşahidələrin, təcrübələrin və araşdırmaların təkamülə uyğunlaşdırılmağa çalışılması, həqiqətlərin gizlədilməsi və ya dəyişdirilərək cəmiyyətə təqdim edilməsi, əlbəttə, elmi inkişafa əhəmiyyətli dərəcədə ziyan vurmuşdur. Təkamülçü yazıçı V.R. Tompson bu həqiqəti aşağıdakı sözlərilə, dolayı yolla da olsa, qəbul edir:

«Elmi tərəfdən qəbul edilməyəcək bir ehkamı müdafiə etmək üçün birləşən elm adamlarının çətinlikləri aradan qaldıraraq və tənqidləri gizlədərək insanların nəzərində inanclarını davam etdirmə cəhdi elmi cəhətdən anormal və arzuolunmaz bir vəziyyətdir».35

Mövzunun maraqlı tərəfi ondadır ki, təkamülçülər təkamülü sübut etmək üçün apardıqları tədqiqat və təcrübələri nəticəsində daim yaradılış gerçəyini dəstəkləyən dəlillər tapırlar.

Təkamülçülər istəməsə də, elmi kəşflər daim yaradılış gerçəyini təsdiq edir

Bu bölmənin əvvəlində də bildirildiyi kimi, elm yanlış ideologiyalar tərəfindən yönəldildikdə, vaxt, pul, əmək itkisi yaranır. XVIII əsrdən bəri elm əsasən materialistlərin hakimiyyəti altında qalmış və demək olar ki, bütün fəaliyyətlər materialist fəlsəfənin elmi tərəfdən sübutuna yönəldilmiş, materialist fəlsəfəni təkzib edən elmi dəlillər cəmiyyətə təhrif olunmuş halda təqdim edilmişdir.

Diqqətçəkən nəticə isə budur ki, təkamülçülər təkamülü sübut etmək üçün apardıqları araşdırma və təcrübələri nəticəsində daima yaradılışı təsdiqləyən dəlillər tapmışlar. Elm Allahın varlığına inananlar üçün çox asan və zəhmətsizdir. Çünki mövcud olan bir sistemi araşdırmaq və onunla bağlı dəlilləri axtarmaq elm adamları üçün bir çətinlik yaratmaz. Ancaq olmayan bir dəlili axtarmaq təkamülçülərin öz ifadələriylə “cansıxıcı” və “baş ağrıdıcıdır”.

Bu vəziyyətə ən açıq misallardan biri də Kambrien dövrünə aid paleontoloji tapıntılardır. Kambrien dövrü həyatın ilk izlərinə rast gəlinən və təxminən 550 milyon il əvvəlki dövrə verilən addır. Bu dövrdə mövcud olan canlıların hər biri son dərəcə mükəmməl sistemlərə malik olmuş mükəmməl canlılardır. Məsələn, tribolit adlandırılan və nəsli tükənmiş bir canlı növü olduqca qarışıq mürəkkəb göz quruluşuna malikdir, lupadan ibarət bu göz quruluşu indiki dövrdə yaşayan cırcırama kimi bəzi böcəklərin gözü ilə eynidir. Təkamülçülərin fikrincə, “baş ağrıdıcı” olan bu mürəkkəb quruluşa malik canlıların heç bir əcdadı olmadan birdənbirə bu təbəqələrdə ortaya çıxmalarıdır. Bu elmi tapıntılar açıq-aşkar Yaradılışı göstərir.

Kembri dövründə ortaya çıxan tribolitin daşlaşmış qalığı və malik olduğu pətək gözün xüsusiyyətləri onun yaradılışın dəlillərindəndir.
Kembri dövründə ortaya çıxan tribolitin daşlaşmış qalığı və malik olduğu pətək gözün xüsusiyyətləri onun yaradılışın dəlillərindəndir.

Tanınmış təkamülçü elm adamı, ingilis zooloq Riçard Doukins əldə etdikləri tapıntıların yaradılış gerçəyini təsdiqləməsi ilə bağlı belə deyir:

«...Kambrien təbəqələri əsasən onurğasızlar qruplarını tapdığımız ən yaşlı təbəqələrdir. Bunlar ilk dəfə meydana çıxdıqları vəziyyətdə olduqca təkamül keçirmiş bir şəkildədir. Sanki heç bir təkamül tarixi keçmədən o vəziyyətdəcə orada meydana gəliblər. Təbii ki, bu ani meydana çıxma yaradılışçıları olduqca məmnun edir».36

Paleontologiya mövsuzunda baş verən bu “nəticəsizlik” təkamülün ən böyük müəmmalarından biridir. Əvvəlcədən dediyimiz kimi, təkamülçü elm adamları on illərlə təkamülə dəlil kimi keçid formalarını (bir canlının digər canlıya çevrilmə mərhələləri) tapmağa çalışırlar. Ancaq belə canlılar yer üzündə heç zaman yaşamadıqları üçün əsla bir nəticə əldə edə bilməmişlər. Təkamülçülərin axtardıqları keçid formalarına aid daşlaşmış qalıqları heç cür tapa bilməmələrini təkamülçü paleontoloq Mark Çarneki belə izah edir:

«Nəzəriyyəni (təkamülü) sübut etmək qarşısındakı ən böyük əngəl hər zaman fosillər olmuşdur... Bu heç zaman Darvinin fərz etdiyi keçid formaların izlərini ortaya çıxarmır. Növlər birdənbirə əmələ gəlirlər və yenə birdən-birə yoxa çıxırlar və bu gözlənilməz vəziyyət növlərin Allah tərəfindən yaradıldığını dəstəkləyən yaradılışçı görüşü - bir daha sübut edir».37

Dövrümüzdə yaşayan cırcıramanın göz quruluşu da tapılan daşlaşmış trilobitin quruluşuna oxşayır.
Dövrümüzdə yaşayan cırcıramanın göz quruluşu da tapılan daşlaşmış trilobitin quruluşuna oxşayır.

Bəzi təkamülçülərin də etiraf etdikləri kimi təkamülə elmi dəstək axtaran çalışmaları boşa çıxır və müsbət nəticə vermirlər. Belə ki, təkamülçü elm adamlarının hər şeyin təsadüf nəticəsində əmələ gəlməsi iddiaları ilə bağlı hər araşdırma açıq-aşkar bir həqiqəti qarşılarına çıxarır: bütün canlıların qüsursuz şəkildə göylərin və yerin Rəbbi Allahın yaratdığı həqiqətini...

Nəticə

Ətrafımızda və yaşadığımız kainatda yaradılış gerçəyinə aid saysızhesabsız dəlillər vardır. Bir ağcaqanaddakı heyranedici sistem, bir tovuzquşunun qanadlarındakı möhtəşəm sənət, göz kimi mürəkkəb və mükəmməl bir orqan və daha milyonlarla varlıqları iman gətirmiş insanlar üçün Allahın varlığının və Onun üstün elminin və ağlının dəlilləridir. Yaradılış gerçəyini qəbul edən bir elm adamı da təbiəti bu düşüncə ilə tədqiq edərək, apardığı hər müşahidədən, keçirdiyi hər təcrübədən böyük zövq alacaq, yeni araşdırmalar üçün həvəsləndirici güc alacaqdır.

Təkamül kimi bir xurafata inanmaq və bunu elmi əsasları olmadan müdafiə etməyə çalışmaq elm adamlarına psixoloji cəhətdən sıxıntı verir. Kainatdakı ahəng və ya canlılardakı nizam onlar üçün böyük bir sıxıntı mənbəyidir. Darvinin aşağıdakı sözü həqiqətən, bütün təkamülçülərin ruhi vəziyyətini izah edir:

«Göz haqqında düşünmək çox vaxt məni nəzəriyyəmdən soyutdu. Amma özümü yavaş-yavaş bu problemə alışdırdım. İndilərdə də təbiətdəki bəzi aydın quruluşlar məni çox narahat edir. Məsələn, bir tovuzquşunun tüklərini görmək məni az qala dəli edir».38

Tovuzquşunun tükləri də, təbiətdəki bütün digər saysız-hesabsız yaradılış dəlilləri də təkamülçüləri daima narahat edirlər. Gördükləri açıq-aydın dəlillərə şəkildə göz yuman bu adamlarda, təbii ki, həqiqətlərə qarşı laqeydlik və bununla bağlı mühakimə pozğunluğu yaranır. Xristianlara səslənərək “əgər bir heykəlin sizlərə əl etdiyini görsəniz belə, bir möcüzə ilə qarşılaşdığınızı sanmayın...çox kiçik bir təsadüfdür, amma bəlkə də heykəlin sağ qolundakı atomların hamısı təsadüfən bir anda eyni tərəfə doğru hərəkət etmə meylində ola bilərlər,”-deyəcək qədər irəli gedən təkamülçü Riçard Doukins bu mühakimə pozğunluğunun tipik nümunəsidir.

Elmin inkişaf edə bilməsi üçün bu XIX əsrə aid bu qalıqlar bir kənara qoyulması və müasir düşüncəli və gördüyü həqiqəti qəbul etməkdən çəkinməyən elm adamları lazımdır.

Tovuzun tüklərinin "Darvini xəstə etməsi”nin səbəbi, həmin tüklərin açıq şəkildə üstün Yaradanın varlığını göstərməsidir.
Tovuzun tüklərinin "Darvini xəstə etməsi”nin səbəbi, həmin tüklərin açıq şəkildə üstün Yaradanın varlığını göstərməsidir.