Bir Müsəlman Neçə Nəfərə Bərabərdir? Ənfal Surəsi, 65 və 66-cı Ayələrdəki Ziddiyyət İddiasına Cavab
Ənfal surəsindəki iki fərqli ayədə səbr edən şəxslərin kafirlərdən fərqi saylarda şəxsləri məğlub edə biləcəyini söyləyir. İki ayədə fərqli nisbətlərin söylənməsindən yola çıxaraq bu iki ayə arasında bir ziddiyyət olduğu iddia edilir. Lakin ayələr diqqətlə oxunarsa iki ayə arasında bəzi fərqliliyə görə bu fərqli nisbətlərin söyləndiyi anlaşılacaqdır. Bu mövzudakı iddialara dəlil kimi istifadə edilən iki ayə belədir:
Ey Peyğəmbər, möminləri döyüşə qarşı hazırlayıb-təşviq et. Əgər içinizdə səbr edən iyirmi (nəfər) olarsa, iki yüz (nəfəri) məğlub edə bilərlər. Və əgər içinizdən yüz (səbirli nəfər) olarsa, kafirlərdən minini məğlub edər. Çünki onlar (həqiqəti) qavramayan bir camaatdır. (8 Ənfal Surəsi – 65)
İndi, Allah sizdən (yükünüzü) yüngülləşdirdi və sizdə bir zəiflik olduğunu bildi. Sizdən yüz səbirli (nəfər) olarsa, (onların) iki yüzünü darmadağın edər; əgər sizdən min (nəfər) olarsa, Allahın izni ilə (onların) iki minini məğlub edər. Allah səbr edənlərlə bərabərdir. (8 Ənfal Surəsi – 66)
İki ayə diqqətlə oxunduqda fərqli iki vəziyyətdən söz edildiyi anlaşılacaqdır. 65.ayədə bir Müsəlman şəxsin inkar edən 10 nəfərə bərabər olduğu bildirilir. Bu şəxslərin zəifliksiz olmaları halında bu nisbət keçərlidir. Bu eyni zamanda, qəti inancın qələbəyə təsirinin ifadəsidir. Lakin 66. ayədə isə zəiflik halında olanlar üçün fərqli bir vəziyyət bildirilir. Zəiflik halında olan yüz nəfərin, iki yüz nəfəri məğlub edəcəyi bildirilir. İki ayə arasında bir ziddiyyət və ya bir-birinin hökmünü ləğv etməsi deyə bir şey söz mövzusu deyil. Zəiflik olmaması halında 65. ayədəki hökmlər keçərli ikən, zəiflik halında isə 66. ayədəki hökmlər keçərlidir.
Burada diqqət ediləcək digər bir nöqtə də 66. ayədə söylənən “bildi” ifadəsi türk dilində işləndiyi kimi zamanla öyrənərək bildi mənasında deyil. Allah üçün belə bir şey söz mövzusu deyil. Allah ilk andan etibarən hər şeyi bilir, bir proses nəticəsində öyrənmir. Allah insanlar ilk yaradıldığı an hər şeyi bilmişdir. İlk ayədə normal vəziyyətdə zəifliksiz olanların vəziyyətini açıqlayarkən, sonradan zəiflikdə olma vəziyyətini bildiyi üçün onlar üçün də ayrı bir nisbət bildirmişdir.