Körpənin Süddən Kəsilməsi Otuz Ay, Yoxsa İki İl?
Əhqaf surəsinin 15-ci ayəsində insanın ana bətnində daşınması və süddən kəsilmə müddətinin cəmi otuz ay olduğu bildirilirkən , Loğman surəsinin 14-cü ayəsində isə süddən ayrılma müddətinin iki il içində olduğu keçir. Əvvəlcə ayələri yazaq……
Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Anası onu zəhmətlə daşıyır, zəhmətlə doğur. Ana bətnində daşınması ilə süddən kəsilməsi otuz ay sürür… (Əhqaf surəsi, 15)
Biz insana ata-anasını tövsiyə etdik. Anası onu böyük çətinliklə daşıyır. Süddən kəsilməsi iki AMEYN ( il ) içində olur. Mənə və ata-anana təşəkkür etməlisən. Dönüş Mənədir. (Loğman surəsi, 14)
Loğman 14-ə görə süddən kəsilməsi iki il içində deyilməsinə baxmayaraq, Quran əleyhdarları bunu sanki iki tam il kimi təhrif edərək hesablayıb, sonra da, madam ki iki il ( 24 ay) süddən kəsilmə müddəti var, ana bətnində keçən müddətlə bunu toplasaq 24 + 9 = 33 ay etməlidir. Bu da Əhqaf 15-də keçən süddən kəsilmə müddəti olan 30 aydan fərqli bir müddətdir, deməli, Quranda ziddiyyət var deyərək bir iddia irəli sürürlər.
Bəs bu iddialarında haqlıdırlarmı?… Təbii ki, yox. Allahın vəhy etdiyi mətndə ziddiyyət olmayacağı aydındır. Aparılan hesablamanın yanlış olduğu onsuz da çox aydındır. Loğman surəsində keçən ‘iki il içində’ ifadəsini iki tam il kimi götürdükləri üçün hesablama tamamilə yanlış olur…Halbuki başqa bir Quran ayəsi ilə bu məlumatları eyni anda düşündükdə çox maraqlı bir Quran möcüzəsi ilə qarşılaşırıq.
Quran müxaliflərinin Quranda ziddiyyət tapmağa çalışarkən bizə möcüzəvi quran ayələrini tapmaq və anlamaq imkanı verdiklərindən xəbərləri olmur təbii..
Söhbət gedən ayə Bəqərə 233….belədir.
Analar övladlarını – əmizdirməni tamamlamaq istəyən kəslər üçün – tam iki HAVL (dövr – il yox) əmizdirirlər. Anaların yeməklərini və geyimlərini örfə uyğun şəkildə hazırlamaq uşağın atasının üzərinədir. Heç bir mənlik yaradılış imkanından kənar bir şeylə yükümlü tutula bilməz. Ana uşağı ucbatından, uşağın atası da öz uşağı ucbatından zərərə salınmasın. Varis üçün də eyni prinsip tətbiq olunur. Əgər ata-ana qarşılıqlı razılaşma və məsləhətləşmə nəticəsində uşağı süddən kəsmək istəsələr, onlara günah yoxdur. Övladlarınızı süd anasına əmizdirtmək istəsəniz, örfə uyğun olaraq müəyyən etdiyiniz haqqı gözəl şəkildə təslim etmək şərti ilə, bunu etməyinizdə bir günah yoxdur. Allahdan qorxun və bilin ki, Allah etdiklərinizi ən yaxşı şəkildə görür.
Bəqərə 233-də havl (dövr) keçərkən, Loğman 14-də keçən, amma bütün məallarda İL kimi tərcümə edilərkən diqqət çəkməyən bir vəziyyət ortaya çıxır.HAVL sözü türkcədə dövr mənasına gəlir. Tərəvəzlər üçün dövr, tərəvəzin əkilməsindən məhsul verməsinə qədər keçən müddətdir. Ağaclar üçün dövr, çiçək verməsindən meyvəsinin yetişməsinə qədər keçən müddət. Ay üçün dövr, bir bədirlənmiş aydan digər bədirlənmiş aya qədər keçən zaman. Günəş üçün dövr, ilin ən uzun günündən digər ilin ən uzun gününə qədər keçən zaman, yəni bir il… İnsan üçün dövr (HAVL) qadının hamilə olmasından doğuşuna qədər keçən zamandır. Bu da Günəş təqviminə görə orta hesabla 9 ay 10 gün, qəməri təqvimə görə 10 aydır.
İki havl = 10×2 = 20 ay (qəməri ay) = əmizdirmə müddəti
Buna 10 ay (qəməri ay) olan hamiləlik müddətini əlavə etsək, 30 ay edir.
Diqqət etsəniz, bəqərə 233-də “analar övladlarını İKİ TAM HAVL/İKİ DÖVR əmizdirirlər” deyərkən, Loğman 14-də “süddən kəsilməsi iki il içində olur” deyir.
Ateist qruplarda zaman-zaman rast gəlinən bu iddia da digərləri kimi əsassız və xoş niyyətdən məhrumdur və yalnız Quran tədqiqatçılarının mətndə Allahın yaratma sənətini və böyük ağlı daha aydın görmələrinə səbəb olmaq kimi xeyirli bir nəticə doğurmaqdan başqa bir təsiri olmur.