Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qurana edilən yanlış dəyərləndirmələrə Quran cavab verir: Bədiüzzaman Səid Nursinin mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri

Mündəricat
  1. Gi̇ri̇ş
  2. Qərəzlilik, pis niyyətlilik və səmimiyyətsizlik
  3. Mütəşabih ayələrlə möhkəm ayələri qarışdırmaq
  4. Bədiüzzaman Səid Nursinin mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
  5. Elmalılı Hamdi Yazırın mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
  6. Quranı şərh edə bilməmək
  7. Ərəbcə bilməmək
  8. Allah qatından bir ağıl və anlayışın verilməməsi
  9. Qürur və təkəbbür
  10. Quranı, Qurana və sünnəyə uyğun olmayan bidət və xurafatlarla şərh etməyə çalışmaq
  11. Quranın elmi ayələrini qavramamaq
  12. İçində yaşadığı quruluşun səhv meyarlarına görə Quranı şərh etmək
  13. Cənnətdə şərab içilməsi ilə əlaqədar ayələri səhv başa düşmək
  14. Şərab mövzusu ilə əlaqədar bir başqa yanlış şərh etmə
  15. “Donuz əti bugünkü sağlamlıq şərtlərində yeyilə bilər” yanılması
  16. Hekayələrdəki hikmətləri başa düşməmək
  17. Quranı digər ilahi kitabların oxşarı zənn etmə yanılması
  18. Qurandakı elmi həqiqətlərin qədim mədəniyyətlərin məlumatlarından tərtib olunduğu yanılması
  19. Quran ərəblərə endirilmişdir yanılması
  20. Allahın öz zatı üçün “biz” xitabından istifadə etməsini səhv şərh etmək
  21. Quranda verilən nümunələri başa düşməmək
  22. Qurandakı təkrarları başa düşməmək
  23. Quranın üslubunu başa düşməmək
  24. Altı gündə yaradılış mövzusu
  25. “Haman” adı haqqındakı ağıldankənar fərziyyələr
  26. Nuh tufanı haqqındakı ağıldankənar fərziyyələr
  27. Son söz

Bədiüzzaman Səid Nursi, ayələrdəki mütəşabih mənaları ağacın yerin altındakı görünməyən köklərinə bənzədir və bu şərhlərin sonsuz hikmət sahibi olan Rəbbimizin insanlara böyük bir lütfü olduğunu deyir:

Quranın ayələrinin iç-içə girmiş dairələr halında geniş olan mənaları vardır. Bunlar bir-biri ilə kəsişən deyil, mərkəzləri eyni olan dairələrdir. Eynilə durğun bir hovuza atılan daşın ətrafında get-gedə genişlənən halqaların meydana gəlməsi kimidir. Əsl mərkəzi məna sarih (açıq) məna olub, digərləri genişləyən məqsədlər vəziyyətindədir. Yaxud onlar ağacın genişləyən halqaları kimidirlər. Ağac nə qədər geniş gövdəli olarsa, o qədər dəyərli olar. Bir ağaca kənardan baxdığımızda onun gövdəsini və budaqlarını görərik. Halbuki, dərində onun qalın kökləri, daha dərində isə minlərlə nazik kökləri vardır. Quran ayələrinin də səthi (görünüşə görə), dərinliyi, kökləri və nazik damarları vardır. (Mektubat, 502) Bədiüzzamanın da dediyi kimi Qurandakı və hədislərdəki bu üstüörtülü izahatlar çox müxtəlif formalarda izah edilə bilər, İslam alimləri tərəfindən şərh edilə bilər. Bədiüzzaman Səid Nursinin ən çox əhəmiyyət verdiyi mövzulardan biri, ayə və hədislərdəki bənzətmələrin insanlara müxtəlif formalarda izah edilməsidir. Risalə-i Nurlarda həm ayələr təfərrüatlı olaraq təfsir edilir, həm də hədislər müxtəlif formalarda izah edilir. Hətta Səid Nursi tək bir hədisi bəzən 15-20 fərqli formada təfsir edər. Bədiüzzamanın bu sözləri mütəşabih elmi cəhətdən əhəmiyyətlidir:

... Lakin hədisin Quran kimi mütəşabihatı (üstüörtülü, bir çox mənanı verən izahatlar ehtiva edən ifadələr) var, ancaq havas (qabaqcıllar, seçilmişlər) onların mənalarını tapa bilər. (Mektubat, 513)

Mütəşabihat belə incə və müşkül (çətin) istiarələrin (metaforası, bir sözün mənasını gücləndirmək üçün başqa mənada istifadə etmək) bir hissəsidir. Çünki mütəşabihat, incə həqiqətlərə sürətlərdir (varlığın görünən istiqamətidir). (İşaretü-l İcaz, 170) Bədiüzzaman Səid Nursi bu sözləri ilə Quran ayələrinin və hədislərin İslam alimləri tərəfindən müxtəlif formalarda şərh edilməsinin nə qədər əhəmiyyətli və lazımlı bir vəzifə olduğuna diqqət çəkir. Bədiüzzaman Risalə-i Nurlarda mütəşabih ayə və hədislərin başa düşülməsi mövzusunda İslam alimlərinin üzərinə çox əhəmiyyətli vəzifələr düşdüyünə teztez diqqət çəkir. Bədiüzzaman “Məktubat”da yer alan aşağıdakı sözündə, Quran ayələrinin iç-içə girmiş, pilləli mənaları olduğunu deyir və bu ifadələrin İslam alimləri, təfsirçilər və arif kəslər tərəfindən şərh edilməli olduğunu ifadə edir:

Quran-ı Hakimin cümlələri bir mənaya mühasir (əhatə edən, bürüyən) deyildir. Bəlkə nəvi bəşərin ümumi təbəqələrinə (müxtəlif insan siniflərinin hamısına) xitab etdiyi üçün hər təbəqəyə qarşı bir təzəmmun edən (əhatə edən, ehtiva edən) bir külli (bütün) hökmündədir. Bəyan olunan (şərh edilən) mənalar, o külli kaidənin cüziyatları (bir tamın hissələri)

hökmündədir. Hər bir təfsirçi, hər bir arif, o küllidən bir cüzi zikr edir. Ya kəşfinə, ya dəlilinə, yaxud xislətinə (feyz alınan yol) istinad edib (təvəkkül edib), bir mənanı seçir... Bunlar ümumən murad və məqsud (niyyət edilən, istənilən) ola bilər və onun həqiqi və məcazi mənalarıdır. (Mektubat, 315)

Bədiüzzamanın da ifadə etdiyi kimi üstüörtülü mənada olan ayə və hədislər İslam alimlərinin və digər elm sahibi kəslərin şərhiylə yeni bir məna kəsb edir, ancaq hər bir məna bir tamın parçaları olaraq qəbul edilir.

Bədiüzzaman Səid Nursi bir sözündə Quran ayələrində gələcəyə və elmi tərəqqiyə dair bir çox işarələrin də olduğunu deyir. Rəbbimizin bu işarələri üstüörtülü şəkildə bildirdiyini, ancaq İslam alimlərinin şərhləriylə tam olaraq şərh edilə biləcəyini ifadə edir:

Quranın bu bənzər ifadələrdən istifadə etməsindəki hikməti başa düşdüm. Lakin insanları tövhidə irşad məqsədi güdərkən, kainatdakı həqiqətlərə də işarə etməsi lazım deyildimi? Quran əhli-təhqiqi (alimlər) həqiqətə çatdırmaq üçün, karine (işarələr) və əmarələr (əlamətlər) qoymuşdur. Məsələn, dünyanın fırlandığını aydın şəkildə bildirməməklə bərabər, başqa ayələrdə kürə şəklində olub, fırlandığına dair işarələr vardır. ... Əlfaz-i Quraniyə (Quranın sözləri) elə bir tərzdə yazılmışdır ki, hər bir kəlamın, hər bir sözün, hər bir hərfin və hətta bəzən bir sükutun çox vücuhu (üzü) vardır. Hər bir həmsöhbətinə ayrı bir qapıdan payını verər. (Sözler, 355)

Bədiüzzamanın da ifadə etdiyi kimi Quran ayələrində yer alan elmi möcüzələrin böyük bir hissəsi üstüörtülü izahatlarla təsvir edilir. Bu möcüzələrin şərhi isə İslam alimləri tərəfindən aparılır, beləcə ancaq indiki vaxtda meydana gələn bir çox elmi inkişafın müasir dövrümüzdən 1400 il əvvəl Quranda ifadə edildiyi aydın olur.