Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qurana edilən yanlış dəyərləndirmələrə Quran cavab verir: Quranın elmi ayələrini qavramamaq

Mündəricat
  1. Gi̇ri̇ş
  2. Qərəzlilik, pis niyyətlilik və səmimiyyətsizlik
  3. Mütəşabih ayələrlə möhkəm ayələri qarışdırmaq
  4. Bədiüzzaman Səid Nursinin mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
  5. Elmalılı Hamdi Yazırın mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
  6. Quranı şərh edə bilməmək
  7. Ərəbcə bilməmək
  8. Allah qatından bir ağıl və anlayışın verilməməsi
  9. Qürur və təkəbbür
  10. Quranı, Qurana və sünnəyə uyğun olmayan bidət və xurafatlarla şərh etməyə çalışmaq
  11. Quranın elmi ayələrini qavramamaq
  12. İçində yaşadığı quruluşun səhv meyarlarına görə Quranı şərh etmək
  13. Cənnətdə şərab içilməsi ilə əlaqədar ayələri səhv başa düşmək
  14. Şərab mövzusu ilə əlaqədar bir başqa yanlış şərh etmə
  15. “Donuz əti bugünkü sağlamlıq şərtlərində yeyilə bilər” yanılması
  16. Hekayələrdəki hikmətləri başa düşməmək
  17. Quranı digər ilahi kitabların oxşarı zənn etmə yanılması
  18. Qurandakı elmi həqiqətlərin qədim mədəniyyətlərin məlumatlarından tərtib olunduğu yanılması
  19. Quran ərəblərə endirilmişdir yanılması
  20. Allahın öz zatı üçün “biz” xitabından istifadə etməsini səhv şərh etmək
  21. Quranda verilən nümunələri başa düşməmək
  22. Qurandakı təkrarları başa düşməmək
  23. Quranın üslubunu başa düşməmək
  24. Altı gündə yaradılış mövzusu
  25. “Haman” adı haqqındakı ağıldankənar fərziyyələr
  26. Nuh tufanı haqqındakı ağıldankənar fərziyyələr
  27. Son söz

Quranda bir çox elmi həqiqətə aydın və ya dolayı olaraq işarə edilir. Kainatın meydana gəlişindən insanın yaradılış mərhələlərinə, yağışın meydana gəlməsindən qitələrin hərəkətinə qədər bir çox mövzudan Quranda, Allahın yaratmasındakı üstünlüyün və bənzərsizliyin nümunəsi olaraq bəhs edilir. Ancaq Quran əlbəttə ki, bir elm kitabı deyildir. Quranda çox vaxt açıq və dəqiq bir üslubla bəhs edilən elmi mövzular bəzən də bənzətmələr, işarələr, üstüörtülü izahatlarla müzakirə edilər. Elmi mövzular və inkişafları haqqında çox məlumatı və təməli olmayan, incə bir qavrayışdan uzaq bəzi ön mühakiməli kəslər isə bu cür ayələrin hikmətini qavramadıqlarına görə öz aləmlərində Qurana bəzi etirazlar edirlər.

Halbuki, bu gün 21-ci əsrin insanı, Quranda diqqət çəkilən bir çox elmi həqiqətin, ən son texnologiyanın müşahidə, təcrübə məlumatları ilə möcüzəvi bir şəkildə təsdiqləndiyinə şahid olmuşdur. Belə ki, etibarsızlıqları hələ son iki əsrdə aydın olan xurafatlar yüzlərlə ildir ki, elm dünyasına hakim olduğu halda, Quranda, 1400 il əvvəldən indiki vaxtda təsbit edilmiş və sübut edilmiş elmi həqiqətlərə diqqət çəkilmişdir. Böyük Partlayış, kainatın genişlənməsi, zamanın nisbi olması, qitələrin hərəkət etməsi və s. kimi bir çox elmi mövzu, hələ Quranın endirildiyi zaman 1400 il əvvəldən xəbər verilmişdir. (Ətraflı məlumat üçün bkz. Kuran Mucizeleri, Harun Yahya) Bu elmi ayələrin sirri əsrlər boyu bunları oxuyan müsəlmanlar üçün gizli qalmışdır. Lakin müsəlmanlar Quranın Allahdan gələn bir haqq olduğuna heç bir şübhəyə düşmədən inandıqları üçün hələ şərhini edə bilmədikləri bu ayələrin də haqq olduğuna və bir çox sirr və hikmət ehtiva etdiyinə iman gətirmişlər. Yəni ağlını istifadə edən və dərin düşünmə qabiliyyətinə sahib olan insanlar üçün hər ayə, Allahın sonsuz elminin bir hissəsidir. Yalnız hələ sirri açılmamış, şərhi insanlara bildirilməmişdir. Bu cür ayələr möminlər üçün bir şövq və həyəcan mənbəyi olar. Allahın sonsuz elmi ilə hər şeyi əhatə etdiyini hiss etmələrini təmin edər. Mövcud elm və texnologiya səviyyəsiylə hələ izah edilməmiş ayələri etiraz mövzusu halına gətirmək isə pis niyyətli kəslərin bir xüsusiyyətidir. Quranda bu kəslərdən belə bəhs edilir:

Nəhayət haqq-hesab yerinə gəldikləri zaman Allah deyər:

“Ayələrimi başa düşmədiyiniz halda, onları yalanmı saydınız? Bəs siz nə iş görürdünüz?”

Nəml surəsi, 84

Qurana qərəzliklə yaxınlaşan belə bir kimsənin, məqsədi onsuz da öz aləmində Quranda ziddiyyət axtarmaq olduğundan, həmin anda ağlının kəsmədiyi, məlumatının çatmadığı hər hansı bir ayəni, öz zəif ağlına görə Quranın ziddiyyəti zənn edər. Halbuki, Quranda, endirildiyindən bəri yüzlərlə ildir ki, mənası gizlənmiş və ancaq indiki vaxtda aydın olmuş elmi ayələr olduğu kimi, daha sonrakı tarixlərdə aydın olacaq, bu gün hələ mənası aydın olmamış elmi ayələr də ola bilər. Məsələn, Quranda maddə nəqli və qoxu nəqli ola biləcəyinə işarə edilir. Müasir dövrün texnologiyası ilə hələ mümkün olmasa da bu iki mövzu, elm-fantastikanın gündəmində, gələcəyin texnologiyası olaraq çoxdan özünə yer tutmuşdur. Bunlarla əlaqədar Qurandakı ayələr belədir:

Süleyman dedi: “Ey əyanlar! Onlar müti olaraq yanıma gəlməmiş hansınız onun taxtını mənə gətirə bilər?”

Cinlərdən çox qüvvətli birisi dedi: “Sən məclisdən qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!”

Kitabdan xəbəri olan bir başqa kimsə isə belə dedi:

“Mən onu sənə bir göz qırpımında gətirərəm!” Süleyman taxtı yanında hazır durmuş görən kimi dedi: “Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görək şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nankor olsa, bilsin ki, həqiqətən, Rəbbim onun şükrünə möhtac deyildir, Səxavətlidir!”.

Nəml surəsi, 38-40

Karvan Misir torpağından ayrılanda ataları dedi:

“Mən, həqiqətən də, Yusifin qoxusunu hiss edirəm. Bircə məni ağılsız saymayaydınız”.

Yusif surəsi, 94

Qiyamətə qədər qüvvədə qalacaq, bütün dövrləri əhatə edən üstün bir elmin gizli olduğu Quranın bəzi ayələrinin verdiyi mənaları bugünkü elmin səviyyəsi ilə başa düşə bilməmək çox təbiidir. Müasir dövrümüzün elm və texnologiyası hələ yetərli səviyyəyə çatmamışdır, elm inkişaf etdikcə Quran ayələrindəki elmi həqiqətlərə işarə edən “qatlanmış mənalar” daha da yaxşı aydın olur.