Qurana edilən yanlış dəyərləndirmələrə Quran cavab verir: Quranın üslubunu başa düşməmək
Mündəricat
- Gi̇ri̇ş
- Qərəzlilik, pis niyyətlilik və səmimiyyətsizlik
- Mütəşabih ayələrlə möhkəm ayələri qarışdırmaq
- Bədiüzzaman Səid Nursinin mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
- Elmalılı Hamdi Yazırın mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
- Quranı şərh edə bilməmək
- Ərəbcə bilməmək
- Allah qatından bir ağıl və anlayışın verilməməsi
- Qürur və təkəbbür
- Quranı, Qurana və sünnəyə uyğun olmayan bidət və xurafatlarla şərh etməyə çalışmaq
- Quranın elmi ayələrini qavramamaq
- İçində yaşadığı quruluşun səhv meyarlarına görə Quranı şərh etmək
- Cənnətdə şərab içilməsi ilə əlaqədar ayələri səhv başa düşmək
- Şərab mövzusu ilə əlaqədar bir başqa yanlış şərh etmə
- “Donuz əti bugünkü sağlamlıq şərtlərində yeyilə bilər” yanılması
- Hekayələrdəki hikmətləri başa düşməmək
- Quranı digər ilahi kitabların oxşarı zənn etmə yanılması
- Qurandakı elmi həqiqətlərin qədim mədəniyyətlərin məlumatlarından tərtib olunduğu yanılması
- Quran ərəblərə endirilmişdir yanılması
- Allahın öz zatı üçün “biz” xitabından istifadə etməsini səhv şərh etmək
- Quranda verilən nümunələri başa düşməmək
- Qurandakı təkrarları başa düşməmək
- Quranın üslubunu başa düşməmək
- Altı gündə yaradılış mövzusu
- “Haman” adı haqqındakı ağıldankənar fərziyyələr
- Nuh tufanı haqqındakı ağıldankənar fərziyyələr
- Son söz

Qurandakı hər ayə Allahın sonsuz hikmətinin bir təcəllisi olduğu üçün ehtiva etdiyi hər mövzu, mümkün qədər ən dərin və ən mükəmməl şəkildə təsvir edilir. Bəzi yerlərdə bir mövzu ən ətraflı və təfərrüatlı şəkildə izah edilmiş, bəzi yerlərdə isə ən aydın, qısa və sadə izahatdan istifadə edilmişdir. Məsələn, bəzi ayələrdə möminlərin, mələklərin və ya başqa üçüncü şəxslərin çatdırılan sözləri və ya duaları bəzən hər hansı bir girişdən istifadə edilmədən birbaşa verilir. İman edənlər də bu sözlərin çatdırılmasındakı hikməti görər və başa düşərlər.
Necə ki, Qurandakı bu üslub bəzi ağlını işlətməyən kəslərin başa düşməkdə çətinlik çəkdikləri bir üslubdur. Quran Allahın sözü olduğuna görə onda başqalarının sözlərinin yer almasını öz aləmlərində ziddiyyətli bir vəziyyət olduğunu fikirləşirlər. Halbuki, bütün bu sözlər möminlər üçün bir dərs, nümunə və ibrət xüsusiyyəti daşıyar. Quranda mövcud olan bu ifadələri xəbər verən Allahdır. Bu səbəbdən hamısı Allahın sözüdür.
Məsələn, Quranın ilk surəsi olan Fatihə surəsinin son dörd ayəsi möminlərin duasıdır. Ayələr belədir:
Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik. Bizi doğru yola yönəlt Nemət bəxş etdiyin şəxslərin yoluna Qəzəbə uğramışların və azmışların yoluna yox!
Beləliklə, Allah möminlərin edə biləcəkləri ən gözəl duanı birbaşa Quranın əvvəlində xəbər vermişdir. Bu duanın əvvəlində, “aşağıdakı kimi dua edin” şəklində və ya buna bənzər bir giriş yer almaz, çünki vəziyyət olduqca aydındır. Oxşar bir başqa nümunə Bəqərə surəsinin son ayəsindəki möminlərin duasıdır. Ayədə möminlərin Allaha belə dua etdikləri xəbər verilir:
Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı xeyir yalnız onun özünə, qazandığı şərti də yalnız öz əleyhinədir.
“Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!”
Ağıl sahibi hər insan bu ayələrdə Allahın möminlər üçün nümunə verdiyi bir dua forması bəyan etdiyini asanlıqla görər və başa düşər, ona görə də dua edər. Ağlını işlətməyən isə bu incəliyi görə bilməz və asanlıqla şeytanın təlqinlərinə tabe olmuş olar.