Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qurana edilən yanlış dəyərləndirmələrə Quran cavab verir: Mütəşabih ayələrlə möhkəm ayələri qarışdırmaq

Mündəricat
  1. Gi̇ri̇ş
  2. Qərəzlilik, pis niyyətlilik və səmimiyyətsizlik
  3. Mütəşabih ayələrlə möhkəm ayələri qarışdırmaq
  4. Bədiüzzaman Səid Nursinin mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
  5. Elmalılı Hamdi Yazırın mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
  6. Quranı şərh edə bilməmək
  7. Ərəbcə bilməmək
  8. Allah qatından bir ağıl və anlayışın verilməməsi
  9. Qürur və təkəbbür
  10. Quranı, Qurana və sünnəyə uyğun olmayan bidət və xurafatlarla şərh etməyə çalışmaq
  11. Quranın elmi ayələrini qavramamaq
  12. İçində yaşadığı quruluşun səhv meyarlarına görə Quranı şərh etmək
  13. Cənnətdə şərab içilməsi ilə əlaqədar ayələri səhv başa düşmək
  14. Şərab mövzusu ilə əlaqədar bir başqa yanlış şərh etmə
  15. “Donuz əti bugünkü sağlamlıq şərtlərində yeyilə bilər” yanılması
  16. Hekayələrdəki hikmətləri başa düşməmək
  17. Quranı digər ilahi kitabların oxşarı zənn etmə yanılması
  18. Qurandakı elmi həqiqətlərin qədim mədəniyyətlərin məlumatlarından tərtib olunduğu yanılması
  19. Quran ərəblərə endirilmişdir yanılması
  20. Allahın öz zatı üçün “biz” xitabından istifadə etməsini səhv şərh etmək
  21. Quranda verilən nümunələri başa düşməmək
  22. Qurandakı təkrarları başa düşməmək
  23. Quranın üslubunu başa düşməmək
  24. Altı gündə yaradılış mövzusu
  25. “Haman” adı haqqındakı ağıldankənar fərziyyələr
  26. Nuh tufanı haqqındakı ağıldankənar fərziyyələr
  27. Son söz

Qurandakı hökmlər, iman gətirənlər tərəfindən asanlıqla aydın olacaq və tətbiq oluna biləcək şəkildə açıq və sadə bir üslubla izah edilmişdir. Bunlara möhkəm ayələr adı verilir. Möhkəm ayələr, Quranda bildirildiyi kimi, “Kitabın anası” yəni əsasıdır. Möhkəm ayələr xaricində Quranın bir də mütəşabih ayələri vardır. Mütəşabih ayələr, müxtəlif təşbeh və bənzətməli izahatlar ehtiva edən ayələrdir. Mütəşabih ayələr, Quran haqqında məlumatı olmayan və ya pis niyyətli kəslər tərəfindən tamamilə səhv göstərilib, qeyri-mümkün mənalarda şərh oluna bilər. Bu vəziyyət Quranda belə açıqlanır:

Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər:

“Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər.

Al-i İmran surəsi, 7

Mütəşabih ayələrin mənaları Allah qatındadır. Tarixən Qurandakı mütəşabih ayələri müxtəlif səhv məqsədləri və istəkləri əsasında şərh edən azğın kəslər, məzhəb və cərəyanlar mövcud olmuşdur. Bunun fitnə olduğu və ancaq ürəklərində xəstəlik olan, yəni doğru yoldan sapan, imanını itirən kəslərin bu yola girdikləri ayədə bildirilmişdir. Həmçinin, ayədə, mütəşabih ayələrin şərhini ancaq Allahın bildiyi də ifadə edilmişdir. Allah istədiyinə bu ayələrin şərhiylə əlaqədar elm verə bilər. Ancaq iman gətirənlər özlərinə elm verilməyən mütəşabih ayələrin hamısına inanarlar, ürəklərində xəstəlik olanların və fitnə törədənlərin etdikləri kimi ayələr haqqında azğın şərhlər etməyə cəhd göstərməzlər.