Qurana edilən yanlış dəyərləndirmələrə Quran cavab verir: Qürur və təkəbbür
Mündəricat
- Gi̇ri̇ş
- Qərəzlilik, pis niyyətlilik və səmimiyyətsizlik
- Mütəşabih ayələrlə möhkəm ayələri qarışdırmaq
- Bədiüzzaman Səid Nursinin mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
- Elmalılı Hamdi Yazırın mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
- Quranı şərh edə bilməmək
- Ərəbcə bilməmək
- Allah qatından bir ağıl və anlayışın verilməməsi
- Qürur və təkəbbür
- Quranı, Qurana və sünnəyə uyğun olmayan bidət və xurafatlarla şərh etməyə çalışmaq
- Quranın elmi ayələrini qavramamaq
- İçində yaşadığı quruluşun səhv meyarlarına görə Quranı şərh etmək
- Cənnətdə şərab içilməsi ilə əlaqədar ayələri səhv başa düşmək
- Şərab mövzusu ilə əlaqədar bir başqa yanlış şərh etmə
- “Donuz əti bugünkü sağlamlıq şərtlərində yeyilə bilər” yanılması
- Hekayələrdəki hikmətləri başa düşməmək
- Quranı digər ilahi kitabların oxşarı zənn etmə yanılması
- Qurandakı elmi həqiqətlərin qədim mədəniyyətlərin məlumatlarından tərtib olunduğu yanılması
- Quran ərəblərə endirilmişdir yanılması
- Allahın öz zatı üçün “biz” xitabından istifadə etməsini səhv şərh etmək
- Quranda verilən nümunələri başa düşməmək
- Qurandakı təkrarları başa düşməmək
- Quranın üslubunu başa düşməmək
- Altı gündə yaradılış mövzusu
- “Haman” adı haqqındakı ağıldankənar fərziyyələr
- Nuh tufanı haqqındakı ağıldankənar fərziyyələr
- Son söz
Adamın qürurlu olması da Quranı başa düşməsi üçün çox böyük bir maneədir. Çünki qürurlu bir insan özünü hər kəsdən üstün gördüyü üçün, Qurana lazım olan təvazökarlıq və qulluq şüuru üzrə yaxınlaşa bilməz. Quranda özünə qulluğunu, acizliyini, sahib olduğu hər şeyi və hər xüsusiyyəti Allahın verdiyini xatırladan ayələri görməyə səbir edə bilməz. Öyüd almağa, Allahın əmrlərinə qarşı boyun əyməyə, qadağalarına riayət etməyə, təslimiyyətli davranmağa yanaşa bilməz. Bunları təkəbbürlüyünə və qüruruna sıxışdıra bilməz. Bütün bunlardan ötəri də Quranı, təkəbbürlü və qürurlu olan şəxsiyyəti üçün bir mane olaraq görər. Onu təkzib edə bilmək üçün var gücüylə mübarizə aparar, ayələr haqqında bacardığı qədər mübahisə edər. Təkəbbürlənənlərin ayələri başa düşə bilməyəcəkləri Quranda belə xəbər verilmişdir:
Haqsız olaraq yer üzündə təkəbbürlük göstərənləri ayələrimdən uzaqlaşdıracağam. Onlar bütün möcüzələri görsələr də onlara inanmazlar. Onlar doğru yolu görsələr, ora yönəlməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bu ona görədir ki, onlar ayələrimizi inkar edir və onlara məhəl qoymurdular.
Rəbbinin ayələri yadına salınarkən onlardan üz döndərən, əvvəlcə öz əlləri ilə etdikləri günahlarını unudan adamdan daha zalım kim ola bilər? Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən onları doğru yola çağırsan da, onlar heç vaxt doğru yola gəlməzlər.
Qürurlu bir insan, öz ağlını, mədəniyyətini, elmini hər kəsdən üstün görər. Buna görə də sahib olduğu akademik karyera, mədəniyyət, informasiya kimi xüsusiyyətlər, haqqında danışılan adamın Qurandan hərtərəfli uzaqlaşmasına səbəb olar. Elm adamı və ya aydın bir insan olaraq görünüb də Quran haqqında ağılsız iddialar irəli sürənlərin bu vəziyyəti də, qürurun, hər kim olursa olsun Quranı başa düşməyi əngəlləyən canlı bir nümunədir. Bu cür insanların vəziyyəti ayələrdə belə təsvir edilir:
Həqiqətən, özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəklərində böyüklük iddiasından başqa bir şey yoxdur. Onlar heç vaxt buna çatmayacaqlar. Sən Allaha sığın! Həqiqətən, O, Eşidəndir, Görəndir.
O, Allahın ona oxunan ayələrini eşidir və sonra, sanki onları eşitməmiş kimi təkəbbür göstərərək inadkarlıq edir. Beləsini ağrılı-acılı bir əzabla müjdələ!.
Bütün bu ayələrdən, Quranı doğru başa düşə bilmək üçün təkəbbürlənməyən, təvazökar, Allaha tam təslim olmuş, boyun əyən, Uca Allahın sonsuz qüdrəti qarşısında bir “heç” olduğunun şüurunda olan quruluşa sahib olmaq lazım olduğu aydın olur.