Qurana edilən yanlış dəyərləndirmələrə Quran cavab verir: “Haman” adı haqqındakı ağıldankənar fərziyyələr
Mündəricat
- Gi̇ri̇ş
- Qərəzlilik, pis niyyətlilik və səmimiyyətsizlik
- Mütəşabih ayələrlə möhkəm ayələri qarışdırmaq
- Bədiüzzaman Səid Nursinin mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
- Elmalılı Hamdi Yazırın mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
- Quranı şərh edə bilməmək
- Ərəbcə bilməmək
- Allah qatından bir ağıl və anlayışın verilməməsi
- Qürur və təkəbbür
- Quranı, Qurana və sünnəyə uyğun olmayan bidət və xurafatlarla şərh etməyə çalışmaq
- Quranın elmi ayələrini qavramamaq
- İçində yaşadığı quruluşun səhv meyarlarına görə Quranı şərh etmək
- Cənnətdə şərab içilməsi ilə əlaqədar ayələri səhv başa düşmək
- Şərab mövzusu ilə əlaqədar bir başqa yanlış şərh etmə
- “Donuz əti bugünkü sağlamlıq şərtlərində yeyilə bilər” yanılması
- Hekayələrdəki hikmətləri başa düşməmək
- Quranı digər ilahi kitabların oxşarı zənn etmə yanılması
- Qurandakı elmi həqiqətlərin qədim mədəniyyətlərin məlumatlarından tərtib olunduğu yanılması
- Quran ərəblərə endirilmişdir yanılması
- Allahın öz zatı üçün “biz” xitabından istifadə etməsini səhv şərh etmək
- Quranda verilən nümunələri başa düşməmək
- Qurandakı təkrarları başa düşməmək
- Quranın üslubunu başa düşməmək
- Altı gündə yaradılış mövzusu
- “Haman” adı haqqındakı ağıldankənar fərziyyələr
- Nuh tufanı haqqındakı ağıldankənar fərziyyələr
- Son söz
Quranda öz aləmlərində ziddiyyət tapmağa cəhd edənlərin irəli sürdükləri iddialardan biri də, ayələrdə Fironun adamlarından biri olaraq keçən “Haman” haqqındadır. Tövratda hz. Musanın həyatını izah edən hissədə, Hamanın adı heç keçmir. Lakin Haman adı İncildə hz. Musadan təxminən 1100 il sonra yaşamış və yəhudilərə zülm etmiş bir Babil kralının köməkçisi olaraq keçir.
Öz zəif ağıllarına görə Quranı Peyğəmbərimiz (s.ə.v)-in Tövrat və İncilə baxaraq yazdığını iddia edənlər, Peyğəmbərimiz hz. Məhəmməd (s.ə.v)-in bu kitablarda bəhs edilən bəzi mövzuları Qurana səhv köçürdüyü kimi bir cəfəngiyatı irəli sürürlər.
Halbuki, bu iddianın tamamilə əsassız olduğu Misir heroqlifinin bundan təxminən 200 il əvvəl açılıb, Köhnə Misir kitabələrində “Haman” adının tapılması ilə məlum olmuşdur. O vaxta qədər Köhnə Misir dilində yazılmış kitabələr və yazıların oxunması mümkün deyildi. Köhnə Misir dili heroqlifləri və əsrlər ərzində bu dil varlığını davam etdirdi. Lakin IIIII əsrlərdə xristianlığın yayılması və mədəni təsiriylə Misir, dinini olduğu kimi dilini də unutdu, yazılarda heroqlif istifadəsi azaldı və sona çatdı. Heroqlif yazısından istifadə olunduğu məlum olan ən son tarix 394-cü ilə aid bir kitabədir. Bundan sonra bu dil unuduldu və bu dildə yazılmış yazıları oxuya bilən və başa düşən heç kim qalmadı. Belə ki, bundan təxminən iki əsr əvvələ qədər...
Köhnə Misir heroqlifləri 1799-cu ildə, Rosetta Stone adı verilən eradan əvvəl 196 tarixinə aid bir kitabənin tapılmasıyla həll edildi. Bu lövhənin xüsusiyyəti üç müxtəlif yazı ilə belə ki, heroqlif, demotik (heroqliflərin əl yazısı forması) və Yunan dilləri ilə yazılmış olması idi. Yunan dilindəki mətnin köməyi ilə lövhədəki Köhnə Misir yazısı aydınlaşdırılmasına cəhd göstərildi. Lövhənin tam aydınlaşdırılması, Jean-François Champollion adlı bir fransız tərəfindən başa çatdırıldı. Beləcə unudulan bir dil və bu dilin izah etdiyi tarix aydınlanmış oldu. Beləliklə, Köhnə Misir sivilizasiyası, onların dinləri və ictimai həyatları haqqında bir çox şey öyrənildi.
Heroqlifin aydınlaşdırılması ilə mövzumuzu da maraqlandıran çox əhəmiyyətli bir məlumata daha çatılmış oldu: “Haman” adı həqiqətən də Misir kitabələrində keçirdi. Vyanadakı Hof muzeyində olan bir abidə üzərində bu addan danışılırdı. Eyni kitabədə Hamanın Firona olan yaxınlığı da qeyd olunurdu. (Walter Wreszinski, Aegyptische Inschriften aus dem K.K. Hof Museum in Wien, 1906, J C Hinrichsche Buchhandlung)
Bütün kitabələrə əsaslanaraq hazırlanan, Yeni Krallıqdakı Kişilər lüğətində isə Hamandan “Karxanalarda işləyənlərin başçısı” olaraq bəhs edilir. (Hermann Ranke, Die Ägyptischen Personennamen, Verzeichnis der Namen, Verlag Von J J Augustin in Glückstadt, Band I,1935, Band II, 1952)
Həqiqətən də məlum olan nəticə möcüzəvi bir həqiqəti ifadə edir. Haman Qurana qarşı çıxanların əksinə, Quranda bildirildiyi kimi hz. Musanın dövründə Misirdə yaşayan bir adamdır və Quranda bəhs edildiyi kimi Firona yaxın və tikinti işləriylə məşğuldur. Necə ki, Quranda, Fironun qüllə tikmə işini Hamandan istəməsini xəbər verən ayə də bu arxeoloji tapıntılarla tam bir uyğunluq təşkil edir:
Firon dedi: “Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir məbud tanımıram. Ey Haman! Mənim üçün palçığın üzərində od qala və bir qüllə düzəlt ki, Musanın məbudunun yanına qalxım. Mən, həqiqətən də, onu yalançılardan hesab edirəm.
Nəticədə, Köhnə Misir abidələrində Hamanın adının aşkarlanması Quran əleyhində bəzi ağıldankənar iddialar gətirənlərin bir iddiasını da puç etməklə bərabər Quranın həqiqətən Allah Qatından göndərildiyini yenə də təsdiq edir. Çünki Quran Peyğəmbərimiz (s.ə.v)-in dövründə çatdırılması və həll edilməsi mümkün olmayan bir tarixi məlumatı möcüzəvi şəkildə bizə çatdırır.