Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quran elmə yol göstərir: Din elmə təkan verir

Mündəricat
  1. Giriş
  2. Ağıllı dizayn, yəni yaradılış
  3. Din elmə təkan verir
  4. Din elmin düzgün istiqamətləndirilməsini təmin edir
  5. Din ilə elm daim bir-birinə uyğunluq təşkil edir
  6. Quranın elmi möcüzələri
  7. İman gətirmiş elm adamları
  8. Keçmişdə yaşamış iman gətirən elm adamları
  9. Keçmişdə yaşamış digər imanlı elm adamları
  10. Dövrümüzün imanlı elm adamları
  11. Müsəlman elm adamları
  12. Dövrümüzün digər imanlı elm adamları
  13. Nəticə
  14. Qeydlər

İslam dini ağıl və vicdan dinidir. İnsan ağlı ilə Allahın bildirdiyi həqiqətləri görür və vicdanını istifadə edərək gördüklərindən nəticə çıxarır. Məsələn, ağıl və vicdan sahibi olan bir insan heç bir məlumatı olmasa da, məhdud biliyə malik olmasına baxmayaraq, kainatdakı hər hansı bir varlığın xüsusiyyətlərini nəzərdən keçirərək onu üstün bir Ağıl, Elm və Güc sahibinin yaratdığını anlayar. Dünyada həyatın meydana gəlməsi üçün vacib olan minlərlə şərtdən bir neçəsini görməsi də Yerin insanların yaşaya bilməsi üçün xüsusi yaradılmış planet olduğunu başa düşməsinə kifayət edər. Ağıl və vicdan sahibi olan bu insan dünyanın təsadüfən əmələ gəldiyi iddiasının məntiqsiz olduğunu asanlıqla anlayar. Qısaca desək, ağlını və vicdanını istifadə edərək düşünən hər insan Allahın varlığının dəlillərini aşkar şəkildə görə bilər. Allah bu insanlar haqqında bir ayədə belə xəbər verir:

«O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünərlər:

“Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!”

«Ali-İmran» surəsi, 191

Bu səbəbdən Allah Quranda insanları onları əhatə edən yaradılış dəlilləri üzərində düşünməyə və tədqiq etməyə çağırır. Bütün kainatda mövcud olan sistemləri, canlı və cansız varlıqları nəzərdən keçirən, gördükləri üzərində düşünən və araşdıran hər insan Allahın üstün ağlını, elmini və sonsuz gücünü tanımağa başlayacaqdır. Allahın insanları üzərində düşünməyə çağırdığı mövzulardan bəziləri ayələrdə belə bildirilir:

«Məgər onlar başlarının üstündəki göyə baxıb onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?! Eləcə də yeri necə döşədiyimizi, orada möhkəm duran dağlar yaratdığımızı, hər cür gözəl növdən (meyvə) yetişdirdiyimizi görmürlərmi?! Bütün bunları Rəbbinə tərəf dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və öyüd-nəsihət olsun deyə etdik. Biz göydən bərəkətli su endirdik, sonra onunla həm bağlar və biçilən taxıl dənələri, həm də tumurcuqları bir-birinin üstünə düzülmüş, hündür xurma ağacları yetişdirdik»

«Qaf» surəsi, 6-10

Düşünən, ağıl və vicdan sahibi hər insan üçün kainatda ali bir Yaradan olan Allahın mövcudluğunun dəlilləri aydın görünür.

«Yeddi göyü qat-qat yaradan da Odur. Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb bax, heç orada bir yarıq görə bilərsənmi?!»

«Mülk» surəsi, 3

«Elə isə insan nədən yaradıldığına bir baxsın!»

«Tariq» surəsi, 5

«Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır? Göyə baxmırlar ki, necə ucaldılmışdır? Dağlara baxmırlar ki, necə dikəldilmişdir?»

«Ğaşiyə» surəsi, 17-20

Yuxarıdakı ayələrdən də göründüyü kimi, Allah insanları göy üzü, yağış, bitkilər, heyvanlar, doğuluş, coğrafi xüsusiyyətlər kimi mövzularda araşdırma aparmağa və tədqiq etməyə çağırır. Bütün bu varlıqları tədqiq etməyin və araşdırmağın yollarından biri isə, əvvəldə də bildirdiyimiz kimi, elmdir. Elmi araşdırmalar nəticəsində əldə edilən məlumatlar insanlara yaradılışın sirlərini, Allahın sonsuz elmini, ağlını və gücünü tanıdırlar. Tarix boyu bəşəriyyətə böyük xidmətlər göstərən elm adamlarının əksəriyyətinin Allaha inanan dindar kəslər olmasının səbəbi də budur: elmin Allahın qüdrətini təqdir etməyin bir yolu olması...

«O, göyləri və yeri yoxdan yaradandır»

«Şura» surəsi, 11

Allaha inam elm adamlarına böyük bir şövq və həyəcan verir

Yuxarıda da bəhs etdiyimiz kimi, din elmə həvəsləndirir, elmlə məşğul olan ağıl və vicdan sahibləri Allahın varlığının dəlillərinə çox yaxından şahid olduqları üçün eyni zamanda güclü bir imana da malik olurlar. Çünki bu insanlar hər tədqiqatda, hər yeni kəşfdə Allahın yaratdığı mükəmməl bir sistem, qüsursuz bir detal ilə qarşılaşırlar.

Məsələn, gözü tədqiq edən bir elm adamı təkcə insan gözündəki kompleks sistemi görərək, bunun əsla təsadüflərlə, mərhələli şəkildə meydana gələ bilməyəcəyini anlayar. Bir az da nəzərdən keçirəndə gözü təşkil edən hər detalın möcüzəvi bir yaradılışa malik olduğuna şahid olar. Gözün bir-birinə uyğun onlarla ayrı-ayrı hissədən ibarət olduğunu görər və onu yaratmış Allaha olan heyranlığı qat-qat artar.

Eyni şəkildə kainatı tədqiq edən bir elm adamı özünü bir anda minlərlə möcüzəvi ta raz lıqla qarşı-qarşıya görər.

Hüdudlarını müəyyən etməyin mümkün olmadığı ucsuz-bucaqsız fəzada yerləşən milyardlarla qalaktika və bu qalaktikalardakı milyardlarla ulduzun böyük ahəng içində mövcud olması ona böyük araşdırma şövqü verər.

Bunların nəticəsində iman sahibi bir insan elmi araşdırmalar aparmaq və kainatın sirlərini öyrənmək üçün son dərəcə istəkli və qərarlı olur. Dövrümüzün ən böyük dühası kimi qəbul edilən Albert Eynşteyn bir yazısında iman gətirən elm adamlarının dindən aldıqları bu həvəsləndirici gücü belə bildirmişdir:

”Kainatla bağlı dini hissin elmi araşdırmaların ən güclü və ən köklü səbəbi olduğu qənaətindəyəm. Şübhəsiz ki, bu hissi elmi təfəkkürü ilə ilk olaraq birləşdirənlər ən qüvvətli şəkildə duyublar. Kainatın quruluşunu elmi və ağıllı şəkildə anlamaq insana ən dərin iman duyğusu verir. İllərlə fasilədən sonra qavradıqları kainat anlayışı Kepler və Nyutona bu cür dərin duyğular vermişdir. Elmi araşdırmaların yalnız praktiki sahəsi ilə kifayətlənənlər bu mövzuda hər zaman hər yerdə yanlış açıqlamalar vermişlər. Lakin bu duyğu və ilham həyatlarını tamamilə elmi araşdırmalara həsr etmiş insanların qəlblərinə dolar və məhz bu cür insanlar min bir çətinliyə baxmayaraq araşdırmalarına davam edərlər. Onlar bu qüvvəti din duyğusundan alarlar. Bir müasirimiz çox doğru olaraq belə demişdir: Bizim materialist dövrümüzdə ən dərin din hissini pozitiv elm yolunu ilk araşdıranlar duyublar.”1 İohan Kepler Yaradanın əsərlərindəki ləzzəti almaq üçün elmlə maraqlandığını, tarixin ən böyük elm adamlarından biri sayılan İsaak Nyuton isə elmi araşdırmalar aparmasının səbəbinin Allahı tapıb tanımaq istəyi olduğunu söyləmişdir.

Bu sözlər dünya tarixinin ən tanınmış elm adamlarından sadəcə bir neçəsinə aiddir. Bu adamlar və sonrakı bölmələrdə nəzərdən keçirəcəyimiz onlar kimi daha yüzlərlə elm adamı kainatı tədqiq edərək, Allahın varlığına iman gətirən, Allahın ehtişamla yaratdığı qanunlardan və hadisələrdən təsirlənərək daha çox şey kəşf etmək istəyən şəxslərdir.

Göründüyü kimi, Allahın kainatı necə yaratdığını görmək istəyi tarixdə bir çox elm adamlarının ən böyük motivasiya mənbəyi olmuşdur. Çünki kainatın və canlıların yaradıldıqlarını qavrayan bir insan eyni zamanda bu yaradılışda bir məqsəd olduğunu da anlayır. Məqsəd isə təbii ki, məna əmələ gətirir. Bu mənanı qavraya bilmək, dəlillərini tapmaq, detallarını tədqiq etmək istəyi elmi çalışmalara böyük bir güc qazandırır. Eyni zamanda əgər kainatın və canlıların yaradıldığı həqiqəti inkar edilsə, bu məna da ortadan qalxacaqdır. Məsələn, materialist fəlsəfəyə və darvinizmə inanan bir elm adamı kainatda heç bir məqsəd olmadığını, hər şeyin boş təsadüflərin məhsulu olduğunu zənn edəcəkdir. Bu halda kainatı və canlıları araşdırmağın da həqiqi mənası qalmaz. Eynşteyn bu həqiqəti “din duyğusu itərsə, elm ilhamı olmayan bir təcrübəyə dönər”2 - kimi ifadə etmişdir.

Bu halda bir elm adamının hədəfə alacağı yeganə məqsəd etdiyi bir kəşflə məşhurlaşmaq, tarixə düşmək və ya çox pul qazanmaqdır. Bu hədəflər isə onu səmimiyyətdən və elmi dürüstlükdən ayıra bilər. Məsələn, elmi kəşflərə əsaslanaraq gəldiyi bir nəticənin elm dünyasında hakim olan görüşə zidd olduğuna görə ad-sanını itirmək, qınanmaq, alçaldılmaq kimi təşvişlərə düşərək, onu gizlətmək məcburiyyətində qalar.

Təkamül nəzəriyyəsinin uzun müddət elm dünyasında qəbul edilməsi bu səmimiyyətsizliyin bir nümunəsidir. Əslində elmi faktlarla qarşılaşan bir çox elm adamları təkamül nəzəriyyəsinin həyatı açıqlamaqda aciz olduğunu görür, anlayır lakin sırf təzyiqlərə məruz qalmamaq səbəbindən bunu dilə gətirmirlər. İngilis fiziki H. S. Lipson bu barədə belə deyir:

«Canlılar haqqında Darvinin bildiyindən çox artığını bilirik. Məsələn, sinirlərin necə fəaliyyət göstərdiyini bilirik və məncə, hər sinir elektrik mühəndisliyi baxımından bir şah əsəridir. Bizim orqanizmimizdə bunlar milyardlarladır... Bu halda mənim ağlıma gələn kəlmə “dizayn”dır. Amma bioloq məsləkdaşlarımın bu kəlmədən heç xoşu gəlmir.»3

Yaradılışı ifadə edən “dizayn” kəlməsinin sırf bu kəlməni xoşlamadıqları üçün elmi ədəbiyyatdan çıxarılmasını istəyirlər, çoxlu sayda elm adamları da bu ehkamçı dünyagörüşünə boyun əyirlər. Lipson bu həqiqəti belə açıqlayır:

«Əslində təkamül bir növ ”elmi din” halına düşmüşdür: demək olar ki, bütün elm adamları bunu qəbul etmiş və bir çoxu onunla uyğun gəlməsi üçün müşahidələrini təhrif etməyə belə hazırdırlar».4

Bu ziddiyyətli vəziyyət XIX əsrin ortalarından etibarən elm dünyasına hakım olmağa başlayan “dinsiz elm” aldanışının bir nəticəsidir. Eynşteynin bildirdiyi kimi, “dinsiz elm şikəstdır”5. Buna görə də bu aldanış həm elm dünyasını yanlış hədəflərə yönəltmiş, həm də bu hədəflərin yanlışlığını görmələrinə baxmayaraq, laqeyd qalan elm adamlarını ortaya çıxarmışdır. Bu iki təsirdən birincisini sonrakı səhifələrdə ətraflı nəzərdən keçirəcəyik.

İman Gətirən Elm Adamlarının Xidmət Şövqü

Allahın varlığına və böyüklüyünə iman gətirmiş elm adamlarının dünyaya aid məqam, mövqe, şöhrət və ya pul kimi həvəsləri olmadığı üçün elmi araşdırmalarda göstərdikləri cəhdləri də son dərəcə səmimi olur. Bu insanlar bilirlər ki, kainatla bağlı kəşf etdikləri hər sirr bütün insanlara Allahı tanıdacaq, insanlara Allahın sonsuz gücünü və elmini göstərəcəkdir. İnsanlara Allahın varlığını anlatmaq, yaradılış gerçəyini tanıtmaq iman gətirən bir insan üçün, şübhəsiz, vacib bir ibadətdir.

Elə bu səmimi düşüncələrə sahib olan imanlı elm adamları bütün həyatları boyu böyük bir şövqlə kainatdakı qanunları, təbiətdəki möcüzəvi sistemləri, canlılardakı qüsursuz mexanizmləri, ağıllı davranışları kəşf etmək üçün vacib çalışmalar edərlər. Etdikləri çalışmalardan da son dərəcə faydalı nəticələr alar, böyük irəliləyişlər əldə edərlər. Bu yolda çətinliklərlə qarşılaşmaq onları geri çəkilməyə vadar etməz və ya insanlardan bir qarşılıq görməsələr də, həvəslərini itirməzlər. Çünki onlar etdikləri ilə məhz Allahın razılığını qazanmaq məqsədi güdürlər.

Elmin dindən uzaq qalmaqla inkişaf edəcəyini zənn edənlər isə, şübhəsiz, çox yanılırlar. Hər şeydən əvvəl Allaha iman gətirməyən kəslər imanın verdiyi mənəvi şövqü yaşaya bilməzlər. Bəlkə əvvəldə böyük bir həyəcanla başladıqları elmi araşdırmalar bir müddət sonra onlara adi və monoton hadisələr kimi görünməyə başlayacaq. Bu cür düşünən insanların həyatdakı məqsədləri qısa zamanda ərzində dünya həyatına bağlı mənfəətləri əldə etməkdən ibarətdir. Buna görə də bu insanlar pul, mövqe, şöhrət, etibar kimi dünyəvi həvəslər naminə çalışmalar aparırlar. Məsələn, bu şəkildə düşünən və universitetdə karyera qurmaq istəyən bir elm adamı ancaq özünü daha üstün bir mövqeyə çıxaracaq sahələrdə çalışmalar aparar. İnsanlara fayda verə biləcəyini düşündüyü bir məsələ olsa belə, öz mənfəəti baxımından heç nə qazanmayacağı bir sahədə araşdırma aparmaz. Qarşısına araşdırma aparacağı iki mövzu çıxarsa, bu ikisi arasında hansının ona daha çox maddi gəlir, etibar və mövqe qazandıracağını götür-qoy edər və digərinin insanlar üçün daha faydalı bir nəticəyə gətirib çıxaracağını bilsə belə, o mövzudan uzaqlaşacaqdır. Qısası, bu cür insanlar onlara mənfəət verməyən insanlara fayda verməyə, onlara xidmət etməyə çalışmazlar. Mənfəət əldə etmək məsələsi ortadan qalxarsa, onların çalışmaq üçün əzmləri də yox olar.

Allaha iman edən bir insanın yaşadığı şövq və həyəcan hissi isə sadəcə elm sahəsində deyil, incəsənət, mədəniyyət kimi daha bir çox fəaliyyət sahələrində insanlara geniş imkanlar açar və əsla tükənmədən, hətta daha da artaraq davam edər.