Quranda Ərəb Coğrafiyasına Aid Olmayan Heyvan və Meyvə Adları Nə Üçün Keçmir?

Allahın kəlamı Quranda ziddiyyət axtaran insanların ən sadə mövzularda belə səmimi olmayan bəzi iddialar irəli sürməsinə nümunə ola biləcək daha bir iddia… “Quran həqiqətən yalnız endiyi Ərəb coğrafiyasında olan heyvanlardan və yalnız o coğrafiyada yetişən bitki və meyvələrdən bəhs edir.”.
Qurani-Kərimdə adı keçən heyvanlardan bəziləri (donuz kimi) haramları izah etmək üçün zikr edilmişdir, bəziləri insan oğlunun bir sıra çirkin davranışlarını vəsf etmək üçün istifadə olunmuşdur (Eşşək, it və qarğa kimi), bəziləri də (Dəvə, milçək, ağcaqanad və hörümçək kimi) Allahın ayələri üzərində təfəkkür üçün izah edilmişdir və bəzisi də (at kimi) heyvanları tərifləmək üçün zikr edilmişdir.
Quranın bəzi surələrinin adı heyvan adını daşıyır:
Bəqərə (inək) surəsi,
Nəhl (arı) surəsi,
Ənkəbut (hörümçək) surəsi,
Nəml (qarışqa) surəsi,
Fil surəsi.
Bu surələr adlarını ehtiva etdikləri mövzulara görə alır. Məsələn, Bəqərə surəsi adını İsrail oğullarının kəsdiyi inəyə görə alır. Ənam surəsindəki Ənam isə qoyun, keçi, dəvə, iribuynuzlu mal-qara və camış cinslərini bir arada ifadə edən bir sözdür.
Əncir, üzüm, nar, xurma, zeytun, bal, soğan, sarımsaq, acur və s. kimi Ərəbistan coğrafiyasında bilinən yeməklər də Quranın müxtəlif ayələrində, müxtəlif mövzularda nümunə və təsvirlər üçün istifadə olunmuşdur….
Bəs Quranda ziddiyyət axtaran kəslərin sualı nədir?…
Nə üçün onsuz da ərəblərin yaşadığı coğrafiyada bilinən heyvan və yemək adları Quranda keçir, amma məsələn, o coğrafiyada bilinməyən yemiş, qarpız və s. kimi meyvələr və ya balina və ya pinqvin kimi heyvan adları keçmir?
Bu sualın cavabı isə…
Bu, həqiqətən heç də məqbul və səmimi bir sual deyil. Hz. Məhəmməd dövründə özünün karvanlarla tez-tez Məkkədən kənara ticarət məqsədilə çıxıb müxtəlif coğrafiyalara səyahət etdiyi məlumdur. Əgər Quranda Ərəb coğrafiyasında bilinməyən heyvan və bitki adları keçsəydi, bu vəziyyət Peyğəmbərin bu yerlərdə gördüyü və ya digər tacirlərdən eşitdiyi bu adları Qurana haşa yazdığı, bu şəkildə ərəblər üzərində bu məlumatlardan özü üçün imtiyazlı bir yer qazandığı iftirasına məruz qalacaqdı. Bu məlumatların ilk mərhələdə təbliğ etdiyi ərəblər arasında da baş qarışıqlığına səbəb olacağı aydındır…
Quranda Ərəb coğrafiyasında olmayan heyvan və bitki adlarının keçməməsi deyil, bunların yazılmış olması ziddiyyət və məqbul bir sualın mövzusu olardı. Buna görə bu sual yalnız baş qarışıqlığına yol açmağa yönəlmiş, dayanaqdan uzaq və məntiqsiz bir sualdır. Allahın vəhy etdiyi Kitabda əsla ziddiyyət olmaz.
Əgər Quranda tam əksi olsaydı, səmimiyyətdən uzaq bu sualı verən kəslər 1400 il əvvəl Ərəbistanda insanlar yemiş, qarpız kimi yeməkləri, balina və ya pinqvin kimi heyvanları haradan bilsin. Quranda həm o dövrdə, həm də sonrakı dövrlərdə bütün insanlar tərəfindən bilinəcək heyvanların nümunə verilməsi lazım deyildimi? deyə soruşacaqlarına əmin ola bilərsiniz.
Quran ilahi bir vəhydir və Quranda keçən canlıların hamısı həm o dövrdə, həm də qiyamətə qədər bütün insanların biləcəyi və növlərinin də tükənmə ehtimalı demək olar ki olmayan canlılardır. Ağıllı olan budur…