Qurana görə qadın əsla döyülməz
“Onları çıxarın” ya da “ayrılın” ifadəsini əksər tərcüməçilər “döyün” deyə tərcümə etmişlər. Dilimizə “döyün” deyə çevirdikləri “darabe” sözü Quranda 58 yerdə keçir və kontekstinə görə fərqli mənalara gəlir.
Səyahət etmək, çölə çıxarmaq: (Bəqərə surəsi, 273; Ali-İmran surəsi, 156; Nisa surəsi, 101)
Vurmaq: (Bəqərə surəsi, 60 və 73; Əraf surəsi, 160; Ənfal surəsi, 12; Taha surəsi, 77; Saffat surəsi, 93)
Döymək: (Ənfal surəsi, 50; Muhəmməd surəsi, 27)
Nümunə Vermək: (İbrahim surəsi, 24 və 45; Nəhl surəsi, 75, 76 və 112; Kəhf surəsi, 32 və 45)
Uzaq Tutmaq/Ayırmaq: (Zuxruf surəsi, 5)
Məhkum Olmaq: (Bəqərə surəsi, 61)
Bağlamaq, Vurmaq: (Ənfal surəsi, 12; Kəhf surəsi, 11)
Örtmək: (Nur surəsi, 31)
Açıqlamaq: (Rəd surəsi, 17)
kimi bir çox mənaların hamısı Qurandakı “darabe” sözünə yüklənmişdir.
Keçmiş tərcüməçilərin demək olar ki, hamısının “o qadınları döyün” deyə tərcümə etdikləri ayədəki “darabe” sözünü bəziləri yumşaldaraq “bir az döyün” , “ağrıtmadan döyün” deyə tərcümə etmişlər, Qurandan kənar mənbələrdən əsaslandırmalar təqdim etmişlər. Halbuki Quranın ərəbcəsində “ağrıtmadan döyün” deyə bir məna yoxdur. Əgər “darabe” sözü “ağrıtmadan bir az döyün” mənasına gəlirsə, eyni “darabe” sözü, eyni formada, Ənfal surəsinin 12-ci ayəsində “Heç ağrıtmadan barmaqlarını doğrayın” ya da “Heç ağrıtmadan boyunlarını vurun” mənasına gəlsin. Bəli, ayədə “o qadınları darb edin” deyilir. Lakin bu, o qadınları döyünmü, yatırınmı, göndərinmi, ayrılınmı, yollayınmı, doğrayınmı, örtünmü, yoxsa nümunə göstərinmi mənasına gəlir?
Ərəbcədə kitab darb etmək kitab nəşr etmək deməkdir. Ərəbcədə “Darb-ül evvel” ifadəsi ilk məxluqlar mənasına gəlir. Ərəbcədə iki insanın darblaşması onların dalaşması mənasına gəlmir. Əksinə, bir-birləri ilə ortaq olub bir müəssisə qurmaları mənasına gəlir. Birinin öz pulunu darb etdiyi, digərinin də yalnız əməyini darb etdiyi ortaqlıqlara ərəbcədə darblaşma (Mudaraba) adı verilir. Elə isə Quranın bu ayəsində keçən “o qadınları darb edin” cümləsi necə olur ki, “döyün” demək ola bilər? Ərəbcədə kitab darb etmək bir kitabı kötəkləmək, döymək deməkdirmi ki, bir qadını darb etmək “o qadını döyün” mənasına gəlsin? Ərəbcə çadır darb etmək çadır qurmaq mənasına gəlir, çadırı döymək yox. (Dilçi Cengiz Özakıncı’nın Dünden Bugüne Türklerde, Din ve Dil, adlı əsəri mövzuları elmi şəkildə işıqlandırır. Otopsi Yay.)
Bundan əlavə, yenə bəzi ateistlər tərəfindən tez-tez dilə gətirilən mövzulardan biri də “darabe” felinin vurma mənasından başqa istifadə oluna bilməsi üçün yanına bir hərfi-cər alması lazım olduğu şəklindədir. Halbuki Quranda çoxlu nümunə var ki, darabe feli hərfi-cər almadan işlənmişdir və bu işlənmələr döymə mənasına gəlmir. Quranda 14:24-45, 16:75-76, 16:112, 13:17 və daha çox sayda ayədə hərfi-cər olmadan işlənən “darabe” sözü əsasən “nümunə vermə” mənasında işlənir. Əgər biz 13:17 ayəsini də, -bir qismin iddia etdiyi kimi- hərfi-cər olmadığı üçün “döymə” kimi götürsək, ayənin mənası “Allah haqqı və batili belə döyür” şəklində olacaq. Nəticə olaraq darabe feli hərfi-cər almadan da döymə mənasından başqa işlənə bilər. 4:34 ayəsindəki işlənməsi də bu şəkildədir. Bundan əlavə, ayədə itaət kimi keçən hissə طوع könüldən gələn, istəyərək itaət mənasına gəlir. Kötək zoru ilə olan itaət könüldən gələn itaət ola bilməz
İşin ən acı və maraqlı tərəfi də, Quran ayəsini “döyün” deyə tərcümə edənlər dərhal altına qeyd düşərək “Peyğəmbərimiz həyat yoldaşlarından heç birini döyməmişdir, ümmətinə də döyməməyi tövsiyə edir” deyə Allah ilə Peyğəmbərin arasını ayırmaq istəmişlər. “Allah ilə Peyğəmbərlərin arasını ayırmaq istəyənlərə acı bir əzab hazırlanmışdır.” (bax. Nisa surəsi, 150-151) Guya Allah qadını “döyün” deyir, Peyğəmbər də “döyməyin” deyir. Üstəlik belə söyləyənlər cahil ya da mövhumatçı insanlar deyil, adı-sanı bəlli alimlərimizdir. Bu dərəcədə təhlükəli və ziddiyyətli bir yol tutan tərcüməçilərin vəziyyətini Allaha həvalə etməkdən başqa ediləcək bir şey yoxdur. Allah bağışlasın. Ayədə “qadınları döyün” mənası deyil, “qadınları çıxarın” ifadəsi var.