Allah cəzalandırmaqda tələsməyəndirmi, hesabı sürətlə görəndirmi?
Dünyada edilən zülm və haqsızlıqlara Allah nə üçün müdaxilə etmir, Allah cəzalandırmaqda tələsməyəndirmi, Hesabı sürətlə görəndirmi? Ayələr arasında ziddiyyət varmı?
Ənam surəsinin 165-ci ayəsində izah edilən Allahın cəzalandırmaqda tələsdiyi ifadəsi ilə, Nisa surəsinin 12-ci ayəsindəki Allahın “HALİM” sifəti arasında bir ziddiyyət olduğunu iddia edən bəzi ateist yazıların müxtəlif yazılarına xüsusilə virtual müzakirə mühitlərində rast gəlinir.
Ateistlərə görə Allahın Halim sifətinin məzmunu ilə digər ayə arasında uyğunsuzluq var. Çünki Halim sifətinin mənaları arasında ‘’ cəzalandırmaqda tələsməyən, tövbə üçün müddət verən ‘’kimi mənalar var. Allahın kəlamı Quranda əsla ziddiyyət olmadığına görə bu iki ayənin doğru mənalandırılması necədir, indi ona baxaq…
Ənam surəsi 165-ci ayə;
Ve huvellezî cealekum halâifel ardı ve rafea ba’dakum fevka ba’dın deracâtin li yebluvekum fî mâ âtâkum, inne rabbeke serîul ikâbi ve innehu le gafûrun rahîm(rahîmun).
1. ve huve ellezî : və odur ki, o
2. ceale-kum : sizi etdi, yaratdı
3. halâife el ardı : arzın, yer üzünün xəlifələri
4. ve rafea : və ucaltdı
5. ba’da-kum : bəzinizi, bir qisminizi
6. fevka : üstündə, üstünə
7. ba’dın : bəzisi, bir qismi
8. deracâtin : dərəcələr
9. li yebluve-kum : sizi imtahan etmək üçün
10. fî mâ : şeylərlə, şeylər haqqında (barəsində)
11. âtâ-kum, : sizə verdi
12. inne : mütləq
13. rabbe-ke : sənin Rəbbin
14. serîu : sürətli, tez olan
15. el ikâbi : ikâb, cəza
16. ve inne-hu : və mütləq ki, o
17. le gafûrun : mütləq məğfirət edən
18. rahîmun : rəhmət nuru göndərən
Məalı :Sizi yer üzündə əvvəlkilərə xələf edən Odur. Verdiyi nemətlərlə sizi sınamaq üçün bəzinizi bəziniz üzərində dərəcələrlə ucaltmışdır. Rəbbin cəza verdikdə çox sürətli verir. Amma O, həqiqətən çox əfv edən, çox mərhəmətlidir.
—————————————————————–
Nisa surəsi 12-ci ayənin əlaqəli hissəsi…
75. min allâhi : Allahdan, Allah tərəfindən
76. ve allâhu : və Allah
77. alîmun : alim, ən yaxşı bilən
78. halîmun : halîm
Əlaqəli hissənin məalı :……. Allahdan bir tövsiyədir bu. Allah Alîmdir, Halîmdir.
——————————————————————-
Halim adı ilə Allah tövbələri qəbul edir və günahların bir qismini bağışlaya bilər, hörmət göstərməyi bilməyənlərin kobudluğu və üsyankarların azğınlıqları Onu qəzəbləndirmir, tələsməyə sövq etmir, çox səbirli, günahkarlara qəzəb etməsi Onu təlaşa salmayan, hər işi lazım olan ölçüdə edən deməkdir. Allahın halîm olması cahillər tərəfindən baş verənlərdən xəbərsizlik, bəsirəti bağlı olanlar tərəfindən də görməzlik kimi yozulur. Halbuki Halim sifəti yalnız bu dünyada təcəlli edir.
Ənam surəsinin 165-ci ayəsində isə artıq axirət ölçüsündən bəhs edilir və orada Allah hesabı tez görən və cəzalandırandır.Allahın Halim sifətini lazımınca mənalandıra bilməyən bəzi şəxslərin, dünyada bu qədər zülm, haqsızlıq, işgəncə və s. varkən nə üçün müdaxilə etmir, nə üçün mane olmur şəklindəki yersiz tənqidlərinin cavabı da bu vəziyyəti anlamaqdan keçir.
Allah dünyada olan hər vəziyyətin TAM əvəzini axirət ölçüsündə verəcək. Çünki Allah Adildir. Ədalət anlayışının yaradıcısı da Odur…Deməli, ilk ayədə Allahın axirətdə cəzalandırmasının çox sürətli olduğu izah edilmişdir. Nisa surəsinin 12.ayəsində də izah edilən Halim sifəti isə bu dünyaya yönəlmişdir. İki ayə arasında da ziddiyyət yoxdur. Onsuz da Fatir surəsinin 45-ci ayəsində izah edilən də məhz budur…
ALLAH insanları etdikləri üzündən cəzalandırsaydı, yer üzündə heç bir məxluq buraxmazdı. Lakin onları müəyyən bir müddətə qədər təxirə salır. Nə vaxt ki, müddətləri bitir, məhz o zaman ALLAH qullarının (hesabını) görür. …. (Fatir surəsi, 45)