Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allahın Yanında Bir Gün Dünyadakı Neçə Günə Bərabərdir?

Bu iddiada Qurandakı iki ayədə keçən zamana diqqət çəkilmişdir. Ayədə keçən müddətlər fərqli olduğu üçün ziddiyyət olduğu iddia edilməyə çalışılmışdır. Ayələr belədir:

وَيَسْتَعْجِلُونَكَ بِٱلْعَذَابِ وَلَن يُخْلِفَ ٱللَّهُ وَعْدَهُۥ وَإِنَّ يَوْمًا عِندَ رَبِّكَ كَأَلْفِ سَنَةٍ مِّمَّا تَعُدُّونَ

Həqiqətən, sənin Rəbbinin yanında bir gün, sizin saymaqda olduqlarınızdan min il kimidir. (22 Həcc surəsi – 47)

Burada Allah yanında bir günün insanların saymaqda olduğu min il kimi olduğu bildirilir. İkinci ayə belədir:

يُدَبِّرُ ٱلْأَمْرَ مِنَ ٱلسَّمَآءِ إِلَى ٱلْأَرْضِ ثُمَّ يَعْرُجُ إِلَيْهِ فِى يَوْمٍ كَانَ مِقْدَارُهُۥٓ أَلْفَ سَنَةٍ مِّمَّا تَعُدُّونَ

Göydən yerə hər işi O çevirib nizama salır. Sonra (işlər) sizin saymaqda olduğunuz min il müddətli bir gündə yenə Ona yüksəlir. (32 Səcdə surəsi, 5)

Burada bildirilən isə işlərin bizim saymaqda olduğumuz min il müddətli bir gündə Allaha yüksələcəyidir. Burada diqqət ediləcək məqam hadisəyə mövzu olan şeyin “iş”lər olmasıdır. Yəni yüksəldiyi deyilən “iş”lərdir. Üçüncü ayə isə belədir:

تَعْرُجُ ٱلْمَلَٰٓئِكَةُ وَٱلرُّوحُ إِلَيْهِ فِى يَوْمٍ كَانَ مِقْدَارُهُۥ خَمْسِينَ أَلْفَ سَنَةٍ

Mələklər və Ruh (Cəbrayıl), Ona, müddəti əlli min il olan bir gündə çıxa bilir. (70 Məaric surəsi, 4)

Burada isə “mələklərin və ruhun” Ona əlli min il müddətli bir gündə çıxa bildiyi bildirilir. İndi əvvəlki ayəyə diqqət etsəniz, yüksələn “iş”lərdir. Bunlar min il olan bir gündə çıxırlar. Son ayədə bəhs edilənlər isə yüksəlmə işini edənlər isə “mələklər və ruh”dur. Yəni iki fərqli müddətin söz mövzusu olması iki fərqli obyektdən qaynaqlanır. Birincisində yüksələn “iş”lərdir. İkincisində isə “mələklər” və “ruh”dur. Burada bunu soruşa bilərsiniz, bizim üçün bir gün necə işlər üçün min il və mələklər üçün 50 min il çəkir? Burada da zamanın nisbi olması ilə bağlı bir həqiqət gizlidir.

Nisbilik nəzəriyyəsi bizə zamanın da nisbi olduğunu deyir.

Bir cismin sürəti artdıqca onun üçün zaman yavaşlayır. Bu, nəzəri və təcrübi olaraq da sübut edilmiş bir həqiqətdir. Məhz buradakı ayələrdə sizin üçün 50 min il olan bir gündə çıxar ifadəsi ilə zamanın nisbiliyi izah edilir. İnsanlar üçün keçən müddət 50 min il ikən, fərqli vəziyyətdə, məsələn, son dərəcə yüksək sürətlə hərəkət edən biri üçün bu sadəcə bir gün olacaq. Mələklər 50 min il olan bir gündə çıxarkən, işlərin isə min il müddətli bir gündə çıxdığı ayələrdə bildirilir.

Allah yanında bir gün bizim saydığımız min il kimidir. Lakin mələklərlə bağlı ayədə isə fərqli bir şey izah edilir. Yüksək sürətlə hərəkət edildiyi düşünülsə, zamanın dünyaya görə daha da sürətlənəcəyi aydındır. Yəni iki ayədə fərqli şeylər izah edilir.

Burada vurğulamaq istədiyimiz məqam zamanın nisbi olduğunu göstərmək və hərəkət edənə görə zamanın yer üzündəki zamana görə fərqli işləyəcəyidir. Yoxsa mələklərin müəyyən bir istiqamətdə və 3 ölçülü kainatda hərəkət etməsi kimi bir iddia yoxdur. Fərqli bir ölçüdə və istiqamətdə də hərəkət edir ola bilərlər. Bir də burada mələklərin daim Allah Yanına çıxıb-çıxmadıqları soruşula bilər. Buna da Qədr surəsindəki ayələr cavab verir.

لَيْلَةُ ٱلْقَدْرِ خَيْرٌ مِّنْ أَلْفِ شَهْرٍ تَنَزَّلُ ٱلْمَلَٰٓئِكَةُ وَٱلرُّوحُ فِيهَا بِإِذْنِ رَبِّهِم مِّن كُلِّ أَمْرٍ

Qədr gecəsi min aydan daha xeyirlidir. Mələklər və ruh onda Rəblərinin izni ilə hər bir iş üçün enirlər. (97 Qədr surəsi, 3-4)

Bu ayədən anlaşılacağı kimi, mələklər və ruh bütün işlər üçün Qədr Gecəsi adlandırılan bir gecədə enmişlər. Daimi bir gediş-gəliş söz mövzusu deyil.