Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qulaqardına vurulan Quran hökmləri: Allahdan bağışlanma diləmək

Mündəricat
  1. Giriş
  2. Allahı xatırlamaqda
  3. Elçiyə qəlbən hörmət bəsləmək
  4. Elçinin önünə keçməmək
  5. Elçinin yanında səsi qaldırmaq
  6. Çağırılmadan və icazə almadan elçinin evinə daxil olmaq
  7. Qəlbən heç bir şübhə duymadan elçinin sözlərinə itaət etmək
  8. Dinin hökmünü yerinə yetirməyi ticarət və ya əyləncədən üstün tutmamaq
  9. Üzrsüz əyləşməmək
  10. Etməyəcəyi şeyi deməmək
  11. İtirilənlərə görə məyus olmamaq və əldə edilənlərə görə öyünməmək
  12. Etdiyi əməllərə görə sevinib etmədikləri ilə öyünməmək
  13. Lağ etməmək, alçaldıcı və təhqiramiz ləqəblər qoymamaq
  14. Qəzəbi boğmaq
  15. Bir işi bitirdikdən sonra başqa işə başlamaq
  16. Əmin-amanlıq və qorxu xəbərini yaymamaq
  17. Fasiqin xəbərinə əsasən hərəkət etməmək
  18. Allahın ayələrinə qarşı mübarizə aparan insanlara sevgi bəsləməmək
  19. Məzəmmət edən adamın tənəsindən qorxmamaq
  20. Nəfsi təmizə çıxarmamaq
  21. Sevilən şeyləri Allah yolunda sərf etmək
  22. Bəyənilməyən bir şeyi Allah yolunda sərf etməmək
  23. İsraf etməmək
  24. Mal-dövləti özünü göstərmək xatirinə xərcləməmək
  25. Boş danışmamaq
  26. Boş və lüzumsuz şeylərdən üz çevirmək
  27. Namazda huşuda olmaq
  28. Quran oxunanda susaraq onu dinləmək
  29. Quran oxuyarkən şeytandan Allaha sığınmaq
  30. Xəsislik və həsəd hisslərindən uzaq olmaq
  31. Salam verildikdə eyni dərəcədə və ya daha üstün tərzdə almaq
  32. Evə daxil olanda salam vermək
  33. Özgə evlərə icazəsiz daxil olmamaq
  34. Şükür etmək
  35. Allahdan bağışlanma diləmək
  36. Əmanətə və əhdlərə xəyanət etməmək
  37. Əmanəti öz sahibinə qaytarmaq
  38. İşdə və gündəlik həyatda fərqli bir xarakter göstərmək
  39. Başqalarına nəsihət
  40. Verilən borcu yazmaq
  41. Allah və din əleyhinə danışılan yeri tərk etmək
  42. Allaha müəyyən olunmuş vaxtlarda şükür etmək və onu təsbih etmək
  43. Bir topluluğa bəslənən kinin ədalətsizliyə sövq etməməsi
  44. Müsəlmanları müjdələmək
  45. Minik vasitələrindən istifadə edərkən Allahın nemətlərini anmaq
  46. Qeyb barədə birmənalı və qətiyyətlə danışmamaq
  47. Bir məsələ barədə bilgiyə malik olmayıb, onu müdafiə etməmək (Bilmədiyi məsələni müdafiə etməmək)
  48. İnkarçıların var-dövlətinə və həyat tərzinə rəğbət bəsləməmək
  49. Bir şeyi unudan zaman Allahı zikr etmək
  50. Allahın rəhmindən ümidi üzməmək
  51. Yalan danışmamaq
  52. İbadətdə qətiyyətli olmaq
  53. İnsanlara xəbərdarlıq etmək

Bir ayədə belə bildirilir:

«Əgər Allah insanları günahlarına, haqsızlıqlarına görə cəzalandırsaydı, yer üzündə heç bir canlı sağ qoymazdı. Lakin Allah onlara müəyyən müddət möhlət verər. Əcəlləri gəlib çatdıqda isə bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərlər»

«Nəhl» surəsi, 61

Ayədə bildirildiyinə görə, insanlar zülmləri səbəbindən imtahana çəkildikləri zaman yer üzündə heç bir canlı kənarda qalmayacaq. Aydındır ki, bura iman gətirənlər də daxildir. Belə olan halda heç bir mömin özünü xətasız və günahsız hesab edə bilməz. İman gətirənlər də gün ərzində bilərəkdən və ya bilməyərəkdən bir çox səhvlərə yol verə bilərlər. Ağlının, imanının, şüurunun dərəcəsinə görə həmin səhv və günahlar da artıb-azala bilər. Lakin heç bir insan səhv iş görməyəcəyinə əmin ola bilməz. Özünü qüsursuz və ideal hesab etmək özlüyündə müxtəlif günahlara səbəb olacaq səhv düşüncədir. Quranda belə bir qüsursuzluq iddiasının fironlara xas anlayış olduğu bildirilir. Mömin insan imanı və bundan irəli gələn şüuru da artdıqca özünü günahsız hesab etməyə deyil, öz səhv və günahlarını daha yaxşı dərk etməyə başlayır. Yaşadığı şəraiti daha yaxşı dərk etdiyi, Allah qorxusu daha çox artdığı üçün, bir tərəfdən, səhvlərini düzəltməyə, onları təkrarlamamağa çalışır digər tərəfdən isə istəyərəkdən və ya istəməyərəkdən etdiyi günahlar üçün daim Allahdan bağışlanmasını diləyir. Şüurlu bir möminin göstərəcəyi davranış da elə budur. Bundan əlavə, bağışlanma diləmək bütün möminlərə fərz qılınmışdır:

«Və Rəbbinizdən bağışlanmağınızı diləyəsiniz. Sonra Ona tövbə edin ki, müəyyən bir müddət sizə yaxşı gün-güzəran versin və hər bir əməl sahibinə mükafatını ehsan buyursun. Əgər üz döndərsəniz, bilin ki, mən böyük günün sizə üz verəcək əzabından qorxuram»

«Hud» surəsi, 3

Bu ayədən həmçinin o da məlum olur ki, Allahdan bağışlanma diləmək nemətlərin verilməsinə səbəb olacaq. Bir çox Quran ayələrində peyğəmbərlərin müxtəlif səbəblərdən Allahdan bağışlanma diləmələrindən bəhs edilir. Həmin anda hər hansı bir günahı etmiş olsalar da, Allahın əzabını xatırladıqları zaman və ya Allahın bir imtahanı ilə qarşılaşdıqları zaman peyğəmbərlərin dərhal Allahdan bağışlanma dilədiklərini görürük. Bir ayədə də Peyğəmbərimizin insanların axın-axın dinə gəldiklərini görəndə Allaha şükür edib bağışlanma diləməsi bildirilir. Başqa bir ayədə isə cənnətə daxil olan möminlərin mədh edilən xüsusiyyətləri arasında onların Allahdan bağışlanma diləmələrindən bəhs edilir:

«Səhərlər isə Allahdan bağışlanmalarını diləyirdilər»

«Zariyat» surəsi, 18

Məlum olduğu kimi, bağışlanma diləmək həmin anda günah iş görüb-görməməkdən asılı deyil. Bağışlanma diləmək möminin qulluğunu, Allah qarşısındakı acizliyini, Onun yardımı olmadan hətta günahdan uzaq olmasının da mümkün olmadığını dilinə gətirməsidir. Onun bağışlanma diləməyə əhəmiyyət verməməsinin əsasında öz acizliyinin, qüsurunun, günahlarının fərqində olmamaq kimi qəflət və şüursuzluq dayanır. Bunun təbii nəticəsi olaraq da insanın qəlbi qatılaşır və vaxt keçdikcə, o, öz nəfsini ilahiləşdirib şeytan əlaməti olan xudbinlik və özündən razı bir vəziyyətə düşür. Özündən razılıq isə Quranda da bildirildiyi kimi, insanları azğınlaşdırır, onları şeytanın əsgərlərinə çevirir:

«(O bütlər) onlara heç bir kömək edə bilməzlər. Onlar özləri isə bütlər üçün hazır əsgərlərdir»

«Yasin» surəsi, 75