Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qulaqardına vurulan Quran hökmləri: Məzəmmət edən adamın tənəsindən qorxmamaq

Mündəricat
  1. Giriş
  2. Allahı xatırlamaqda
  3. Elçiyə qəlbən hörmət bəsləmək
  4. Elçinin önünə keçməmək
  5. Elçinin yanında səsi qaldırmaq
  6. Çağırılmadan və icazə almadan elçinin evinə daxil olmaq
  7. Qəlbən heç bir şübhə duymadan elçinin sözlərinə itaət etmək
  8. Dinin hökmünü yerinə yetirməyi ticarət və ya əyləncədən üstün tutmamaq
  9. Üzrsüz əyləşməmək
  10. Etməyəcəyi şeyi deməmək
  11. İtirilənlərə görə məyus olmamaq və əldə edilənlərə görə öyünməmək
  12. Etdiyi əməllərə görə sevinib etmədikləri ilə öyünməmək
  13. Lağ etməmək, alçaldıcı və təhqiramiz ləqəblər qoymamaq
  14. Qəzəbi boğmaq
  15. Bir işi bitirdikdən sonra başqa işə başlamaq
  16. Əmin-amanlıq və qorxu xəbərini yaymamaq
  17. Fasiqin xəbərinə əsasən hərəkət etməmək
  18. Allahın ayələrinə qarşı mübarizə aparan insanlara sevgi bəsləməmək
  19. Məzəmmət edən adamın tənəsindən qorxmamaq
  20. Nəfsi təmizə çıxarmamaq
  21. Sevilən şeyləri Allah yolunda sərf etmək
  22. Bəyənilməyən bir şeyi Allah yolunda sərf etməmək
  23. İsraf etməmək
  24. Mal-dövləti özünü göstərmək xatirinə xərcləməmək
  25. Boş danışmamaq
  26. Boş və lüzumsuz şeylərdən üz çevirmək
  27. Namazda huşuda olmaq
  28. Quran oxunanda susaraq onu dinləmək
  29. Quran oxuyarkən şeytandan Allaha sığınmaq
  30. Xəsislik və həsəd hisslərindən uzaq olmaq
  31. Salam verildikdə eyni dərəcədə və ya daha üstün tərzdə almaq
  32. Evə daxil olanda salam vermək
  33. Özgə evlərə icazəsiz daxil olmamaq
  34. Şükür etmək
  35. Allahdan bağışlanma diləmək
  36. Əmanətə və əhdlərə xəyanət etməmək
  37. Əmanəti öz sahibinə qaytarmaq
  38. İşdə və gündəlik həyatda fərqli bir xarakter göstərmək
  39. Başqalarına nəsihət
  40. Verilən borcu yazmaq
  41. Allah və din əleyhinə danışılan yeri tərk etmək
  42. Allaha müəyyən olunmuş vaxtlarda şükür etmək və onu təsbih etmək
  43. Bir topluluğa bəslənən kinin ədalətsizliyə sövq etməməsi
  44. Müsəlmanları müjdələmək
  45. Minik vasitələrindən istifadə edərkən Allahın nemətlərini anmaq
  46. Qeyb barədə birmənalı və qətiyyətlə danışmamaq
  47. Bir məsələ barədə bilgiyə malik olmayıb, onu müdafiə etməmək (Bilmədiyi məsələni müdafiə etməmək)
  48. İnkarçıların var-dövlətinə və həyat tərzinə rəğbət bəsləməmək
  49. Bir şeyi unudan zaman Allahı zikr etmək
  50. Allahın rəhmindən ümidi üzməmək
  51. Yalan danışmamaq
  52. İbadətdə qətiyyətli olmaq
  53. İnsanlara xəbərdarlıq etmək

Hər bir dövrdə Allaha qulluq edən, Onun əmrlərini yerinə yetirən, insanların deyil, yalnız Allahın rizasını qazanmağa çalışan insanlar, yaşadıqları cəmiyyətlər tərəfindən mənfi münasibətə məruz qalmışlar. Onlar dini inkar edənlərin rəhbər tutduqları azğın həyat tərzini və fəlsəfəsini rədd etdiklərinə, Quranda tərif edilən ideal modeli mənimsədiklərinə görə müxtəlif təzyiqlərlə üzləşmişlər. İnkarçı toplumun təzyiqləri daha çox fiziki işgəncələr və əzab-əziyyətlər formasında olur. Möminlərin yaxınları tərəfindən isə onlara qarşı əks tədbirlər görülür, mənəvi təzyiq göstərilir və məzəmmət edilir. Lakin Allaha tamamilə sığınan və sarsılmaz imana sahib olan möminlər bu təzyiq və məzəmmətlər qarşısında öz dinlərindən azca da olsa, geri çəkilməmişlər. Bunun müqabilində də Allahın kömək və dəstəyini qazanaraq inkarçılar üzərində zəfər əldə etmişlər.

İslamı yaşayan mömin hər dəfə bu cür fiziki təzyiqlərlə qarşılaşmaya bilər. Lakin Allahın əmrlərini yerinə yetirməkdə və kafirlərin batil düşüncə sistemini darmadağın etməkdə nümayiş etdirdiyi əzmkarlığı səbəbindən ətrafında olan insanlar tərəfindən müxtəlif məzəmmətlərə məruz qala bilər. Amma həmin insanlar qısa müddət ərzində bu cür təzyiqlər qarşısında sarsılmayan, güclü iradəyə sahib olan, Allaha güclü inamı olan möminləri yollarından azdıra bilməyəcəklərini dərk edirlər. Möminlər onlara təzyiq edənlərdən deyil, yalnız Allahdan qorxurlar. Hətta tam əksinə, onlara təzyiq edən insanlarda vahimə hissi yaradırlar. Belə təzyiqlər möminləri daha da möhkəmləndirir. Məzəmmət edən adamın tənə və məzəmmətindən qorxmaq Allaha şərik qoşmaq deməkdir. Çünki Allah ayələrində «yalnız Ondan qorxulmasının lazım olduğunu» bildirir. Belə bir insan İslama deyil, yalnız özünə zərər yetirir. Allah məzəmmət edənin məzəmmətindən qorxmayan və aşağıdakı ayədə qeyd olunan yüksək xüsusiyyətlərə malik olan möminləri misal gətirir:

«Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, bilsin ki, Allah onun yerinə elə bir tayfa gətirər ki, Allah onları, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar. Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (lütfü ilə) genişdir, biləndir!»

«Maidə» surəsi, 54