Qulaqardına vurulan Quran hökmləri: Verilən borcu yazmaq
Mündəricat
- Giriş
- Allahı xatırlamaqda
- Elçiyə qəlbən hörmət bəsləmək
- Elçinin önünə keçməmək
- Elçinin yanında səsi qaldırmaq
- Çağırılmadan və icazə almadan elçinin evinə daxil olmaq
- Qəlbən heç bir şübhə duymadan elçinin sözlərinə itaət etmək
- Dinin hökmünü yerinə yetirməyi ticarət və ya əyləncədən üstün tutmamaq
- Üzrsüz əyləşməmək
- Etməyəcəyi şeyi deməmək
- İtirilənlərə görə məyus olmamaq və əldə edilənlərə görə öyünməmək
- Etdiyi əməllərə görə sevinib etmədikləri ilə öyünməmək
- Lağ etməmək, alçaldıcı və təhqiramiz ləqəblər qoymamaq
- Qəzəbi boğmaq
- Bir işi bitirdikdən sonra başqa işə başlamaq
- Əmin-amanlıq və qorxu xəbərini yaymamaq
- Fasiqin xəbərinə əsasən hərəkət etməmək
- Allahın ayələrinə qarşı mübarizə aparan insanlara sevgi bəsləməmək
- Məzəmmət edən adamın tənəsindən qorxmamaq
- Nəfsi təmizə çıxarmamaq
- Sevilən şeyləri Allah yolunda sərf etmək
- Bəyənilməyən bir şeyi Allah yolunda sərf etməmək
- İsraf etməmək
- Mal-dövləti özünü göstərmək xatirinə xərcləməmək
- Boş danışmamaq
- Boş və lüzumsuz şeylərdən üz çevirmək
- Namazda huşuda olmaq
- Quran oxunanda susaraq onu dinləmək
- Quran oxuyarkən şeytandan Allaha sığınmaq
- Xəsislik və həsəd hisslərindən uzaq olmaq
- Salam verildikdə eyni dərəcədə və ya daha üstün tərzdə almaq
- Evə daxil olanda salam vermək
- Özgə evlərə icazəsiz daxil olmamaq
- Şükür etmək
- Allahdan bağışlanma diləmək
- Əmanətə və əhdlərə xəyanət etməmək
- Əmanəti öz sahibinə qaytarmaq
- İşdə və gündəlik həyatda fərqli bir xarakter göstərmək
- Başqalarına nəsihət
- Verilən borcu yazmaq
- Allah və din əleyhinə danışılan yeri tərk etmək
- Allaha müəyyən olunmuş vaxtlarda şükür etmək və onu təsbih etmək
- Bir topluluğa bəslənən kinin ədalətsizliyə sövq etməməsi
- Müsəlmanları müjdələmək
- Minik vasitələrindən istifadə edərkən Allahın nemətlərini anmaq
- Qeyb barədə birmənalı və qətiyyətlə danışmamaq
- Bir məsələ barədə bilgiyə malik olmayıb, onu müdafiə etməmək (Bilmədiyi məsələni müdafiə etməmək)
- İnkarçıların var-dövlətinə və həyat tərzinə rəğbət bəsləməmək
- Bir şeyi unudan zaman Allahı zikr etmək
- Allahın rəhmindən ümidi üzməmək
- Yalan danışmamaq
- İbadətdə qətiyyətli olmaq
- İnsanlara xəbərdarlıq etmək
«Ey iman gətirənlər! Müəyyən müddətə bir-birinə borc verib aldıqda, onu yazın! Bunu aranızda bir nəfər katib ədalətlə yazsın! Katib gərək Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın, yazsın! Borclu olan şəxs borcunu söyləyərək (deyə-deyə) yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan (borcdan) bir şey əskiltməsin. Əgər borclu ağılsız və zəifdirsə, yaxud söyləməyə qadir deyilsə, o zaman gərək onun əvəzinə vəkili ədalətlə deyib yazdırsın. Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər iki kişi olmazsa, razı olduğunuz bir kişi ilə iki qadının şəhadəti kifayətdir. Əgər biri unudarsa, o birisi onun yadına salsın. Şahidlər dəvət olunduqları zaman boyun qaçırmasınlar. Az və ya çox olmasına baxmayaraq, borcu öz vaxtına qədər yazmağa ərinməyin! Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməniz üçün haqqa daha yaxındır. Lakin aranızda həmişə dövr edən aşkar ticarət zamanı onu yazmamağınız sizin üçün günah deyildir. Alış-veriş etdiyiniz vaxt şahid tutun! Ancaq katibə və şahidə zərər yetirilməsin. Əgər zərər yetirsəniz, əlbəttə, bu sizin üçün pis işdir. Allahdan qorxun! Allah sizə öyrədir. Allah bütün işləri biləndir!» («Bəqərə» surəsi, 282). Borc verən zaman onu yazmağın gərəkli olması bu ayədə olduqca açıq və müfəssəl şəkildə izah edilir. Buradakı ən mühüm məqam isə yaxınlıq, qohumluq, səmimiyyət, dostluq kimi anlayışları əsas götürərək, ayənin əmrini qulaqardına vurmamaqdır. Kimlər arasında olmasından və miqdarından asılı olmayaraq, ayə həmin hökmü tətbiq etməmək üçün heç bir istisna göstərməmişdir. Buna görə də əgər insan həqiqətən mömindirsə, bu ayənin hökmünə qeyd-şərtsiz boyun əyməlidir. Həqiqətən də ayədə bildirildiyi kimi, ədalətdən kənara çıxmamaq, irəlidə hər hansı bir şübhəyə, yanlış gümana və haqsızlığa yol verməmək üçün, bu, ən mühüm tədbirdir. Nəfslə bağlı olan tənbəllik kimi hallar da ayənin hökmünün yerinə yetirilməməsinə səbəb ola bilməz.