Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qulaqardına vurulan Quran hökmləri: Sevilən şeyləri Allah yolunda sərf etmək

Mündəricat
  1. Giriş
  2. Allahı xatırlamaqda
  3. Elçiyə qəlbən hörmət bəsləmək
  4. Elçinin önünə keçməmək
  5. Elçinin yanında səsi qaldırmaq
  6. Çağırılmadan və icazə almadan elçinin evinə daxil olmaq
  7. Qəlbən heç bir şübhə duymadan elçinin sözlərinə itaət etmək
  8. Dinin hökmünü yerinə yetirməyi ticarət və ya əyləncədən üstün tutmamaq
  9. Üzrsüz əyləşməmək
  10. Etməyəcəyi şeyi deməmək
  11. İtirilənlərə görə məyus olmamaq və əldə edilənlərə görə öyünməmək
  12. Etdiyi əməllərə görə sevinib etmədikləri ilə öyünməmək
  13. Lağ etməmək, alçaldıcı və təhqiramiz ləqəblər qoymamaq
  14. Qəzəbi boğmaq
  15. Bir işi bitirdikdən sonra başqa işə başlamaq
  16. Əmin-amanlıq və qorxu xəbərini yaymamaq
  17. Fasiqin xəbərinə əsasən hərəkət etməmək
  18. Allahın ayələrinə qarşı mübarizə aparan insanlara sevgi bəsləməmək
  19. Məzəmmət edən adamın tənəsindən qorxmamaq
  20. Nəfsi təmizə çıxarmamaq
  21. Sevilən şeyləri Allah yolunda sərf etmək
  22. Bəyənilməyən bir şeyi Allah yolunda sərf etməmək
  23. İsraf etməmək
  24. Mal-dövləti özünü göstərmək xatirinə xərcləməmək
  25. Boş danışmamaq
  26. Boş və lüzumsuz şeylərdən üz çevirmək
  27. Namazda huşuda olmaq
  28. Quran oxunanda susaraq onu dinləmək
  29. Quran oxuyarkən şeytandan Allaha sığınmaq
  30. Xəsislik və həsəd hisslərindən uzaq olmaq
  31. Salam verildikdə eyni dərəcədə və ya daha üstün tərzdə almaq
  32. Evə daxil olanda salam vermək
  33. Özgə evlərə icazəsiz daxil olmamaq
  34. Şükür etmək
  35. Allahdan bağışlanma diləmək
  36. Əmanətə və əhdlərə xəyanət etməmək
  37. Əmanəti öz sahibinə qaytarmaq
  38. İşdə və gündəlik həyatda fərqli bir xarakter göstərmək
  39. Başqalarına nəsihət
  40. Verilən borcu yazmaq
  41. Allah və din əleyhinə danışılan yeri tərk etmək
  42. Allaha müəyyən olunmuş vaxtlarda şükür etmək və onu təsbih etmək
  43. Bir topluluğa bəslənən kinin ədalətsizliyə sövq etməməsi
  44. Müsəlmanları müjdələmək
  45. Minik vasitələrindən istifadə edərkən Allahın nemətlərini anmaq
  46. Qeyb barədə birmənalı və qətiyyətlə danışmamaq
  47. Bir məsələ barədə bilgiyə malik olmayıb, onu müdafiə etməmək (Bilmədiyi məsələni müdafiə etməmək)
  48. İnkarçıların var-dövlətinə və həyat tərzinə rəğbət bəsləməmək
  49. Bir şeyi unudan zaman Allahı zikr etmək
  50. Allahın rəhmindən ümidi üzməmək
  51. Yalan danışmamaq
  52. İbadətdə qətiyyətli olmaq
  53. İnsanlara xəbərdarlıq etmək

Səmimi və ixlaslı şəkildə, Allahın rizasından kənar heç bir məqsəd və əvəz güdmədən infak etmək, yəni Allah yolunda mal-dövlət sərf etmək imanın göstəricisidir. Allah yolunda mal-dövlət sərf edən möminlər bir çox ayələrdə mədh edilmiş və müjdələnmişlər. Lakin «Ali-İmran» surəsinin 92-ci ayəsində Allah yolunda mal-dövlət sərf etməklə bağlı çox incə və mühüm bir meyar verilmişdir:

«Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmazsınız». Ayədə belə buyrulur:

«Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah xərclədiyiniz hər bir şeyi biləndir!»

«Ali-İmran» surəsi, 92

İnsanın bir adama və ya bir şeyə verdiyi dəyər onu əldə etmək üçün fəda etdiklərinin ölçüsü ilə düz mütənasibdir. Əgər insan bəzi şeyləri fəda etmirsə, deməli, həmin şeylər onun üçün qiymətlidir. Heç nə Allahın rizasından və rəhmətindən daha qiymətli olmadığı üçün əsl mömin bütün bunları əldə etmək üçün malik olduğu hər bir şeyi haqq yolunda verə bilər. Bunu etməməsi onun sevgi və bağlılıq hissi duyduğu bəzi dünyəvi şeyləri Allahın razılığından üstün tutması anlamına gələ bilər. Bu halda da ayənin bildirdiyi kimi, əsla yaxşılığa çatmaz. Ola bilər ki, bir insan Allah yolunda çox şey sərf etsin, böyük xidmətlər göstərsin, daim ibadət etsin və yaxşı dini biliyə sahib olsun. Lakin lazım olduğu zaman sevdiyi bir şeydən ayrıla və onu Allah yolunda sərf edə bilmirsə, bu, imanla əlaqəli olan zəiflik və çox böyük qəbahətdir. Çünki həmin şeyi Allah rizasından üstün tutur. Onun əməli nə olursa-olsun, bu insan işin məğzini dərk etməmiş, əvvəlcədən yaxşı işlər gördüyünü güman etdiyi bütün əməlləri heç olmuşdur. Əvvəlki fəsillərdə sevginin yalnız Allaha duyulması, sevilən digər şeylərin və insanların isə yalnız Allahın təcəllası olduğu üçün Allahın da onları sevməsi səbəbindən Allahın razılığını əldə etməkdən ötrü sevilməli olduqlarını qeyd etmişdik. Allahın dərgahında qəbul edilən yeganə sevgi forması da elə budur. Belə olan halda insan onsuz da sevdiyi, sahib olduğu şeyləri həmişə və heç tərəddüd etmədən sevərək fəda edir. Onun sevgisi Allah üçün olduğundan heç bir şey də itirmir. Çünki hər bir yer Allahındır. Allah insana onun şah damarından daha yaxındır. Mömin heç bir şey itirmədiyi kimi Allahın dilədiyi tərzdə davrandığı üçün Allahın daha böyük sevgi və ikramına nail olur. Əlindən gedən hər hansı bir şey üçün məyus olmaz, əksinə, daha çox sevinər. Əsl mömin davranışı da elə budur. Halbuki insan sevdiyi şeyi və ya insanı Allahla əlaqəsi olmayan ayrı bir varlıq kimi sevirsə, onları Allaha şərik qoşmuş, büt halına gətirmiş sayılır. O, kəs həmin şeyi Allah yolunda sərf etmək lazım olduğu zaman, Allahın əmrlərinə tabe olub bunu edərsə, o, öz cahilliyi və hərisliyi ucbatından içinə düşdüyü bu şirkdən Allahın diləməsi ilə təmizlənə bilər. Sonda da müsbət nəticə əldə edib Allahın rəhmətini qazanar.