Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qulaqardına vurulan Quran hökmləri: İşdə və gündəlik həyatda fərqli bir xarakter göstərmək

Mündəricat
  1. Giriş
  2. Allahı xatırlamaqda
  3. Elçiyə qəlbən hörmət bəsləmək
  4. Elçinin önünə keçməmək
  5. Elçinin yanında səsi qaldırmaq
  6. Çağırılmadan və icazə almadan elçinin evinə daxil olmaq
  7. Qəlbən heç bir şübhə duymadan elçinin sözlərinə itaət etmək
  8. Dinin hökmünü yerinə yetirməyi ticarət və ya əyləncədən üstün tutmamaq
  9. Üzrsüz əyləşməmək
  10. Etməyəcəyi şeyi deməmək
  11. İtirilənlərə görə məyus olmamaq və əldə edilənlərə görə öyünməmək
  12. Etdiyi əməllərə görə sevinib etmədikləri ilə öyünməmək
  13. Lağ etməmək, alçaldıcı və təhqiramiz ləqəblər qoymamaq
  14. Qəzəbi boğmaq
  15. Bir işi bitirdikdən sonra başqa işə başlamaq
  16. Əmin-amanlıq və qorxu xəbərini yaymamaq
  17. Fasiqin xəbərinə əsasən hərəkət etməmək
  18. Allahın ayələrinə qarşı mübarizə aparan insanlara sevgi bəsləməmək
  19. Məzəmmət edən adamın tənəsindən qorxmamaq
  20. Nəfsi təmizə çıxarmamaq
  21. Sevilən şeyləri Allah yolunda sərf etmək
  22. Bəyənilməyən bir şeyi Allah yolunda sərf etməmək
  23. İsraf etməmək
  24. Mal-dövləti özünü göstərmək xatirinə xərcləməmək
  25. Boş danışmamaq
  26. Boş və lüzumsuz şeylərdən üz çevirmək
  27. Namazda huşuda olmaq
  28. Quran oxunanda susaraq onu dinləmək
  29. Quran oxuyarkən şeytandan Allaha sığınmaq
  30. Xəsislik və həsəd hisslərindən uzaq olmaq
  31. Salam verildikdə eyni dərəcədə və ya daha üstün tərzdə almaq
  32. Evə daxil olanda salam vermək
  33. Özgə evlərə icazəsiz daxil olmamaq
  34. Şükür etmək
  35. Allahdan bağışlanma diləmək
  36. Əmanətə və əhdlərə xəyanət etməmək
  37. Əmanəti öz sahibinə qaytarmaq
  38. İşdə və gündəlik həyatda fərqli bir xarakter göstərmək
  39. Başqalarına nəsihət
  40. Verilən borcu yazmaq
  41. Allah və din əleyhinə danışılan yeri tərk etmək
  42. Allaha müəyyən olunmuş vaxtlarda şükür etmək və onu təsbih etmək
  43. Bir topluluğa bəslənən kinin ədalətsizliyə sövq etməməsi
  44. Müsəlmanları müjdələmək
  45. Minik vasitələrindən istifadə edərkən Allahın nemətlərini anmaq
  46. Qeyb barədə birmənalı və qətiyyətlə danışmamaq
  47. Bir məsələ barədə bilgiyə malik olmayıb, onu müdafiə etməmək (Bilmədiyi məsələni müdafiə etməmək)
  48. İnkarçıların var-dövlətinə və həyat tərzinə rəğbət bəsləməmək
  49. Bir şeyi unudan zaman Allahı zikr etmək
  50. Allahın rəhmindən ümidi üzməmək
  51. Yalan danışmamaq
  52. İbadətdə qətiyyətli olmaq
  53. İnsanlara xəbərdarlıq etmək

Möminin diqqət edəcəyi məsələlərdən biri də onun gündəlik həyatın qarışıqlıqları içində dünyəvi hadisələrə aldanaraq həqiqi məqsədini unutmamaqdır. Möminin əsas vəzifəsi Allahın qulu olduğunu unutmamaq, Quranda bildirilən əmr və tövsiyyələri dəqiqliklə yerinə yetirməkdir. İnsan əldə etdiyi iman dərəcəsini daim təzələmək və inkişaf etdirmək yönündə çalışmadıqca mövcud vəziyyətini də qoruya bilməz, mənəviyyatı sürətlə köhnəlməyə, imani həssaslığı, ağılı isə azalmağa başlayar. Bəzi insanlar üçün rahat bir şərait çətin şəraitə nisbətən daha böyük bir imtahandır. Çətinlik və əziyyət zamanı ağıl və şüur açıq olduğu üçün bəzilərinə görə Allahla olan mənəvi bağı qorumaq daha asandır. Lakin mühüm olan məsələ həmin əlaqəni hər bir şəraitdə qorumaqdır. Hətta Allah yolunda bir çox çətinlikləri və ağır imtahanları geridə qoymuş bir insan da düşüncəsini, imandan irəli gələn şövqünü, həyəcanını və əsl məqsədini unutmamalıdır. Əks təqdirdə insanın qəlbi qatılaşır, vicdanı korşalıb hissiyyatsız olur, düşdüyü fəlakəti dərk edə bilmir və öyüd almır. Allahın diləməsi xaricində çıxılmaz bir vəziyyətə düşür. Kor olan qəlbi artıq axirəti görmədiyi üçün bu müvəqqəti dünyaya bağlanır. Dünya və dünyanın müvəqqəti bəzəkləri, saxta cazibəsi ona Allahdan, rəsulundan və Allah yolunda mübarizə aparmaqdan daha sevimli olur. Allah möminlərə bu təhlükəyə qarşı Quranda belə xəbərdarlıq edir:

«De: «Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!»

«Tövbə» surəsi, 24

Mömin bilməyərəkdən dünya həyatına meyllənmək təhlükəsi qarşısında olduqca diqqətli olmalıdır. Bir möminin bu qədər ifrata varmasa da, vaxtaşırı qəflətə qapılaraq Allah rizasının olduğu bir işi tərk edib nəfsinə xoş gələn bəzi dünyəvi faydalara tamah salması, ona yaraşmayan bir haldır. Belə hərəkətlərin ardınca hər zaman küfrə, münafiqliyə açılan bir qapı vardır. Bütün bunlara qapılıb dünyəvi mənfəəti Allah rəsulundan üstün tutaraq onu tərk edənlərin vəziyyəti də belədir:

«Onlar (özlərini tamamilə Allaha və İslama təslim etməyənlər) bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə qoyub ona tərəf cumdular. De: «Allah dərgahında olan savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!»«

«Cümə» surəsi, 11

Qəlblərində daim Allah qorxusu, qiyamət və cəhənnəm qorxusu olan səmimi möminlər isə dünyanın müvəqqətiliyinə aldanmazlar:

«O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən qorxarlar»

«Nur» surəsi, 37