Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qulaqardına vurulan Quran hökmləri: Xəsislik və həsəd hisslərindən uzaq olmaq

Mündəricat
  1. Giriş
  2. Allahı xatırlamaqda
  3. Elçiyə qəlbən hörmət bəsləmək
  4. Elçinin önünə keçməmək
  5. Elçinin yanında səsi qaldırmaq
  6. Çağırılmadan və icazə almadan elçinin evinə daxil olmaq
  7. Qəlbən heç bir şübhə duymadan elçinin sözlərinə itaət etmək
  8. Dinin hökmünü yerinə yetirməyi ticarət və ya əyləncədən üstün tutmamaq
  9. Üzrsüz əyləşməmək
  10. Etməyəcəyi şeyi deməmək
  11. İtirilənlərə görə məyus olmamaq və əldə edilənlərə görə öyünməmək
  12. Etdiyi əməllərə görə sevinib etmədikləri ilə öyünməmək
  13. Lağ etməmək, alçaldıcı və təhqiramiz ləqəblər qoymamaq
  14. Qəzəbi boğmaq
  15. Bir işi bitirdikdən sonra başqa işə başlamaq
  16. Əmin-amanlıq və qorxu xəbərini yaymamaq
  17. Fasiqin xəbərinə əsasən hərəkət etməmək
  18. Allahın ayələrinə qarşı mübarizə aparan insanlara sevgi bəsləməmək
  19. Məzəmmət edən adamın tənəsindən qorxmamaq
  20. Nəfsi təmizə çıxarmamaq
  21. Sevilən şeyləri Allah yolunda sərf etmək
  22. Bəyənilməyən bir şeyi Allah yolunda sərf etməmək
  23. İsraf etməmək
  24. Mal-dövləti özünü göstərmək xatirinə xərcləməmək
  25. Boş danışmamaq
  26. Boş və lüzumsuz şeylərdən üz çevirmək
  27. Namazda huşuda olmaq
  28. Quran oxunanda susaraq onu dinləmək
  29. Quran oxuyarkən şeytandan Allaha sığınmaq
  30. Xəsislik və həsəd hisslərindən uzaq olmaq
  31. Salam verildikdə eyni dərəcədə və ya daha üstün tərzdə almaq
  32. Evə daxil olanda salam vermək
  33. Özgə evlərə icazəsiz daxil olmamaq
  34. Şükür etmək
  35. Allahdan bağışlanma diləmək
  36. Əmanətə və əhdlərə xəyanət etməmək
  37. Əmanəti öz sahibinə qaytarmaq
  38. İşdə və gündəlik həyatda fərqli bir xarakter göstərmək
  39. Başqalarına nəsihət
  40. Verilən borcu yazmaq
  41. Allah və din əleyhinə danışılan yeri tərk etmək
  42. Allaha müəyyən olunmuş vaxtlarda şükür etmək və onu təsbih etmək
  43. Bir topluluğa bəslənən kinin ədalətsizliyə sövq etməməsi
  44. Müsəlmanları müjdələmək
  45. Minik vasitələrindən istifadə edərkən Allahın nemətlərini anmaq
  46. Qeyb barədə birmənalı və qətiyyətlə danışmamaq
  47. Bir məsələ barədə bilgiyə malik olmayıb, onu müdafiə etməmək (Bilmədiyi məsələni müdafiə etməmək)
  48. İnkarçıların var-dövlətinə və həyat tərzinə rəğbət bəsləməmək
  49. Bir şeyi unudan zaman Allahı zikr etmək
  50. Allahın rəhmindən ümidi üzməmək
  51. Yalan danışmamaq
  52. İbadətdə qətiyyətli olmaq
  53. İnsanlara xəbərdarlıq etmək

İman gətirmiş insan digər insanlardan üstün davranışa malik olur. Lakin bu onun imtahanının sona çatması demək deyil. Möminin də bütün insanlar kimi nəfsi var.

Allah imtahanın bir zərurəti kimi ona günahlardan və pis əməllərdən çəkinməsini ilham etdiyini Quranda bildirmişdir («Şəms» surəsi, 8). Paxıllıq, həsəd kimi mənfi əxlaq xüsusiyyətləri də günahlara daxildir və bu, bütün insanların nəfslərində var:

«...Ancaq nəfslərdə xəsislik həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb (dava-dalaşdan, kobud rəftardan) çəkinsəniz bu sizin üçün daha yaxşı olar. Şübhəsiz ki, Allah etdiyiniz hər bir işdən xəbərdardır!»

«Nisa» surəsi, 128

Qısqanclıq başqasında olan bir şeyin onda olmamasından, başqasının bacardığı bir işi özünün bacarmamasından, başqasının aldığı qiymət və tərifi özünün almamasından və buna bənzər hallardan irəli gələn mənfi bir hissdir. Mal-mülk, gözəllik, zənginlik, dünya və ya axirətlə əlaqədar olan dərəcələr və Allahın öz qulları arasında payladığı buna bənzər hər bir maddi və mənəvi nemətlər qısqanclığa səbəb ola bilərlər:

«Yoxsa onlar Allahın Öz nemətindən bəxş etdiyi şeyə görə insanlara həsəd aparırlar? Halbuki Biz İbrahim övladına da kitab və hikmət vermişdik və onlara böyük mülk bəxş etmişdik»

«Nisa» surəsi, 54

Möminlər imtahan məqsədilə ilham olunan belə mənfi xüsusiyyətlərdən xilas olmaq üçün öz nəfsləri ilə daim mübarizə aparır, nəfslərini təmizləyirlər. Mömin qısqanclıq hissinə səbəb olacaq hər bir hadisədə Qurana uyğun şəkildə davranır. Yəni hər şeyin Allaha aid olduğunu, hər şeyin Allahın diləməsi ilə baş verdiyini, Allahın dilədiyini seçdiyini, dilədiyinə istədiyi neməti verdiyini, seçimin və qərarın yalnız Ona aid olduğunu bilir. Rəbbimizin hər şeyi ən gözəl və xeyirli şəkildə yaratdığını, dünyada verilən hər bir nemətin insanlar üçün bir sınaq vasitəsi olduğunu, gediləcək əsl yerin axirət olduğunu, Allah dərgahındakı qiymətin təqvadan asılı olduğunu dərk edərək yaşayır. Qısqanclıq təkəbbür və xudbinliyin, nəfsi tanrı hesab etməyin təbii nəticəsidir. Buna görə də qısqanclıq şeytanın ən xarakterik xüsusiyyətidir. İblisin Allaha üsyan edib inkarçılardan olmasının səbəbi də xudbinliyinə görə Adəmin üstünlüyünü qısqanması olmuşdur. Şeytanın bu xüsusiyyəti onun ardınca gedən müşriklərin və münafiqlərin simasında geniş şəkildə əks olunur. Qısqanclıq müşriklər arasında gündən-günə artaraq bunun daha sonrakı mərhələsi olan həsəd hissinə çevrilir, bununla da onların bütün hərəkət və davranışlarına təsir edir və nəticədə, onlar şeytanın insanlar arasındakı təmsilçilərinə çevrilirlər. Buna görə də Allah həsəd aparanların mənfi əməllərindən qorunmaları üçün möminlərin Ona sığınmalarını əmr edir:

«De: «Pənah aparıram sübhün Rəbbinə... paxıllığı tutanda paxılın şərindən!»«

«Fələq» surəsi, 1-5