Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qurandan cavablar: “Dini yaşamaq istəyirəm, ancaq bu gücü özümdə tapa bilmirəm”

Mündəricat
  1. Giriş
  2. “Din, Allah ilə bəndə arasındadır. Din əxlaqını başqalarına izah etməyə ehtiyac var?”
  3. “Din, həyatın sadəcə bir hissəsidir. Niyə həyatın hər anında Quran əxlaqının yaşanmasının vacib olduğunu düşünürsünüz?”
  4. “Quranın endirildiyi dövrlə indiki dövr çox fərqlidir. Quran ayələri indiki dövrə aiddir?”
  5. “Onsuz da mənim qəlbim təmizdir”
  6. “Mən hələ gəncəm, din əxlaqını gələcəkdə yaşayaram”
  7. “Quran əxlaqını mənimsəsəm, qarşılıq olaraq məndən nə gözlənilər?”
  8. “Niyə möminlər yeni tanış olduqları bir insana qarşı bu qədər qayğıkeş və sevgi dolu davranırlar?”
  9. “Möminlərə qarşı yayılan pis xəbərlərdə heç bir həqiqət yoxdur?”
  10. “Əgər Quran əxlaqı insanlara bu qədər gözəl və mükəmməl bir quruluş vəd edirsə, niyə bu qədər qarşı olanlar var?”
  11. “Hamı haqsızdır, bir tək inananlar doğrudur?”
  12. “Möminlər həmişə bərabər olmaq məcburiyyətindədirlər? İnsan tək başına din əxlaqını yaşaya bilməz?”
  13. “İslamda müəyyən təbəqə fərqi varmı? İnsanlar var-dövlətinə, statusuna və gözəlliyinə görə mühakimə olunurmu? İslam dini müəyyən qrup insanlara izah olunur?”
  14. “Müsəlmanların varlı, güclü və qüdrətli olması İslamın ümumi məntiqi ilə ziddiyyət təşkil edirmi?”
  15. “Din əxlaqının tələblərini yerinə yetirməyə başlayan insan mütləq keçmiş ləzzətlərini tərk edərmi?”
  16. “İnsan İslamı qəbul edib yaşamağa başlayanda keçmiş tanışları, dostları illə birlikdə ola bilməzmi?”
  17. “Din əxlaqını yaşamaq istəyirəm, amma ailəmdən və ətrafımdan pis reaksiya almaqdan qorxuram”
  18. “İslamı yaşamağa başladıqdan sonra keçmiş həyatımda etdiklərimə görə məsuliyyət daşıyırammı?”
  19. “Dini yaşamaq istəyirəm, ancaq bu gücü özümdə tapa bilmirəm”
  20. Nəticə: “Eşitdik və itaət etdik” deyə bilmək

Yuxarıdakı bu cümlə səmimiyyətsizliyin çox yayılmış ifadəsidir. Bunu deyən şəxs əslində bunu bilir ki; həqiqəti deyil, öz eqoist istək və arzularının ona göstərdiyi bir qaçış üsuludur. Çünki din, insanların güc yetirə bilməyəcəyi bir həyat tərzi deyil. Allah insanları Ona xidmət etmək üçün yaratmışdır. Bu, insanın əsas vəzifəsidir və onun yaradılışı da bunu tələb edir. Quranda insanın Allaha bəndə olmaq məqsədilə yaradıldığı bildirilir:

Cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım.

Zəriyət surəsi, 56

“ Mənim dini yaşama gücüm yoxdur” demək, səmimiyyətsiz qaçış üsulundan başqa bir şey deyil. Çünki Allah insana gücü çatdığından çox çətinlik yükləməz. Bu mövzu ilə bağlı ayələr belədir:

Biz heç kəsi gücünün çatmadığı bir şeydən məsul tutmarıq. Bizim dərgahımızda haqqı söyləyən bir kitab vardır. Onlara heç bir haqsızlıq edilməz. Xeyr, onların qəlbi bu (Quran) barədə cəhalət içindədir. Onların bundan başqa (pis) əməlləri də vardır.

Muminun surəsi, 62-63

İman edib yaxşı işlər görənlərə gəldikdə, - Biz heç kimə gücü yetdiyindən artıq (vəzifə) yükləmərik - onlar cənnət əhlidirlər. Onlar orada əbədi qalacaqlar.

Əraf surəsi, 42

İslamda: “ Allah yolunda layiqincə cihad e din! O sizi seçdi və dində sizə heç bir çətinlik yükləməyib, atanız İbrahimin dinindəki kimi...” (Həcc surəsi, 78) ayəsində vurğulandığı kimi iman edən bir insan üçün “ heç bir çətinlik” yaratmayıb. Dinin insana fiziki cəhətdən çətin olan tərəfi yoxdur. Bütün dualar çox asandır. Allahın Quranda buyurduğu əxlaq və həyat, insana axtardığı dincliyi, əmin-amanlığı, sevinci və rahatlığı bəxş edər, həqiqi sevgi və dostluğu yaşamasını təmin edər, özünü qayğılardan, qorxu və nəfsani istəklərindən təmizləyən böyük bir nemətdir. Allah insanlara çətinlik istəməz. Peyğəmbərin Quranda bildirilən xüsusiyyətlərindən biri də “ möminlərin ağır yükünü və üstlərindəki zincirləri götürər.” (Əraf surəsi, 157)

Ona görə də insanın “ mən dini yaşaya bilmərəm, gücüm yoxdur ” deməsinin mənası yoxdur. Buna baxmayaraq, eyni məntiqi irəli sürənlər varsa, bunun tək bir izahı var: Bu insan səmimiyyətsiz əxlaq göstərir və öz eqoist istəklərini qane etmək üçün Quran əxlaqından qaçmaq üçün bir bəhanə tapmağa çalışır. Quranda “ qəlbində xəstəlik olan” insanların bəzi çətin anlarında xilas olmaq üçün möminlərə qarşı bu cür bəhanələr irəli sürmələrinə diqqət çəkilir.

Buna bənzər qeyri-səmimi məntiqi irəli sürənlərin vəziyyəti Quranda belə bildirilir:

Müşriklər: “Əgər Allah diləsəydi, biz də, atalarımız da müşrik olmazdıq və heç bir şeyi haram etməzdik”, - deyəcəklər. Onlardan əvvəlkilər də bu şəkildə (elçiləri) təkzib etmiş və sonunda əzabımızı dadmışdılar. De: “Yanınızda bizə göstərə biləcəyiniz bir bilgi (dəlil) varmı? Siz ancaq zənnə uyursunuz və yalan söyləyirsiniz”.

Ənam surəsi, 148

Bu cür üsullardan istifadə edən səmimiyyətsiz insanların ən böyük səhvi Allahı və möminləri aldada biləcəklərini zənn etmələridir. Halbuki onlar, nə

“ qəlbdə olanları da bilən”

Fatir surəsi, 38

Allahı, nə də Allah qatından “yaxşı və pisi bir-birindən ayırd edən nur və anlayış” (Ənfal surəsi, 29) verilmiş möminləri aldada bilməzlər.