Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qurandan cavablar: “İnsan İslamı qəbul edib yaşamağa başlayanda keçmiş tanışları, dostları illə birlikdə ola bilməzmi?”

Mündəricat
  1. Giriş
  2. “Din, Allah ilə bəndə arasındadır. Din əxlaqını başqalarına izah etməyə ehtiyac var?”
  3. “Din, həyatın sadəcə bir hissəsidir. Niyə həyatın hər anında Quran əxlaqının yaşanmasının vacib olduğunu düşünürsünüz?”
  4. “Quranın endirildiyi dövrlə indiki dövr çox fərqlidir. Quran ayələri indiki dövrə aiddir?”
  5. “Onsuz da mənim qəlbim təmizdir”
  6. “Mən hələ gəncəm, din əxlaqını gələcəkdə yaşayaram”
  7. “Quran əxlaqını mənimsəsəm, qarşılıq olaraq məndən nə gözlənilər?”
  8. “Niyə möminlər yeni tanış olduqları bir insana qarşı bu qədər qayğıkeş və sevgi dolu davranırlar?”
  9. “Möminlərə qarşı yayılan pis xəbərlərdə heç bir həqiqət yoxdur?”
  10. “Əgər Quran əxlaqı insanlara bu qədər gözəl və mükəmməl bir quruluş vəd edirsə, niyə bu qədər qarşı olanlar var?”
  11. “Hamı haqsızdır, bir tək inananlar doğrudur?”
  12. “Möminlər həmişə bərabər olmaq məcburiyyətindədirlər? İnsan tək başına din əxlaqını yaşaya bilməz?”
  13. “İslamda müəyyən təbəqə fərqi varmı? İnsanlar var-dövlətinə, statusuna və gözəlliyinə görə mühakimə olunurmu? İslam dini müəyyən qrup insanlara izah olunur?”
  14. “Müsəlmanların varlı, güclü və qüdrətli olması İslamın ümumi məntiqi ilə ziddiyyət təşkil edirmi?”
  15. “Din əxlaqının tələblərini yerinə yetirməyə başlayan insan mütləq keçmiş ləzzətlərini tərk edərmi?”
  16. “İnsan İslamı qəbul edib yaşamağa başlayanda keçmiş tanışları, dostları illə birlikdə ola bilməzmi?”
  17. “Din əxlaqını yaşamaq istəyirəm, amma ailəmdən və ətrafımdan pis reaksiya almaqdan qorxuram”
  18. “İslamı yaşamağa başladıqdan sonra keçmiş həyatımda etdiklərimə görə məsuliyyət daşıyırammı?”
  19. “Dini yaşamaq istəyirəm, ancaq bu gücü özümdə tapa bilmirəm”
  20. Nəticə: “Eşitdik və itaət etdik” deyə bilmək

İnsan eyni anda iki əks düşüncəni mənimsəyə bilməz. İman və küfr tamamilə bir-birinə zidd iki anlayış olduğuna görə bir insanın həm möminlərlə, həm də inkarçılarla eyni fikir, düşüncə və hissləri paylaşması mümkün deyil.

İnsanlar arasında dostluq və yoldaşlıq kimi münasibətlərin təməl ünsürü sevgidir. Möminin ən mühüm xüsusiyyəti, qəlbindəki Allah sevgisidir. Möminlərin Allaha olan güclü sevgisi Quranda belə bir müqayisə ilə bildirilir:

İnsanlardan elələri var ki, Allahdan qeyrilərini Ona şərik qoşur və onları Allahı sevdikləri kimi sevirlər. İman edənlərin Allaha olan sevgisi isə daha qüvvətlidir. Kaş zalımlar əzabı görəcəkləri zaman anlayacaqları kimi, bütün gücün Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olduğunu dərk edəydilər.

Bəqərə surəsi, 165

Allah sevgisi, şübhəsiz ki, yer üzündə Ona ibadət edən və Onun rizasını axtaran möminlərə yönəldiləcək. Elə buna görə də, Allaha və Qurana iman edən, islamın mahiyyətini dərk edən bir insanın möminlərdən başqasına sevgi duyması ağlasığmazdır. Təbii ki, qarşıdakı insan qəlbən inandığı, canından çox sevdiyi, uğrunda malını və canını fəda etdiyi, ona doğru yolu göstərən, nemət verən, cənnətlə və sonsuz mükafatla müjdələyən Rəbbimizi tanımırsa yaxud layiqincə təqdir etmirsə, bu sevgi formalaşa bilməz. Möminlə bu cür insan arasında heç bir sevgi bağı yarana bilmədiyinə görə həqiqi dostluqdan da söhbət gedə bilməz. Quranda belə buyurulur:

Allaha və axirət gününə inananların - valideynləri, övladları, bacıqardaşları, yaxud yaxın qohumları olsa belə - Allaha və elçisinə düşmən olanlarla dostluq etdiklərini görə bilməzsən…

Mücadilə surəsi, 22

Ancaq hər şeyə rəğmən, bəzi insanların, xüsusən də, Quran əxlaqını yeni öyrənmiş insanların köhnə cahil tanış və dostlarına qarşı hələ də müəyyən yaxınlıq və rəğbət bəslədiyi hallar ola bilər. Əslində onlara şəfqət və anlayışla yanaşmağın, yaxşı və gözəl davranmağın heç bir zərəri yoxdur. Amma Quranda bildirilir ki, möminlərin dostları Allahdan və digər möminlərdən başqası ola bilməz.

Sizin dostunuz ancaq Allah, onun elçisi, rüku edərək namaz qılan və zəkat verən möminlərdir. Kim Allahı, elçisini və iman edənləri dost tutarsa, bilsin ki, həqiqətən, qalib gələcək olan məhz Allahın tərəfdarlarıdır.

Maidə surəsi, 55-56

Allah bu ayələrdə təkcə möminləri dost etməyin, eyni zamanda Allah rizası üçün edilən işlərin müvəffəqiyyətinin açarı olduğuna diqqət çəkir. Necə ki, Quranda ixlaslı möminlərin bir araya gəlib bir-birlərinə dəstək olub kömək etmələrinin müvəffəqiyyətin sirri olduğunu bildirən bir çox ayələr vardır. Ancaq bunun əksinə, Allahın Quranda bildirdiyi əmr və tövsiyələrə əməl edilməzsə möminlər üçün çətin və sıxıntılı vəziyyətlərin yaranacağını, güclərinin azalacağını da bildirilir.

İnkar edənlər də bir-birlərinin dostlarıdır. Siz onu (Allahın əmrlərini) yerinə yetirməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar.

Ənfal surəsi, 73

Allah və Onun elçisinə itaət edin və bir-birinizlə çəkişməyin! Yoxsa qorxub zəifləyər və taqətdən düşərsiniz. Səbir edin! Şübhəsiz ki, Allah səbir edənlərlə bərabərdir.

Ənfal surəsi, 46

Bütün bu gələn məlumatlara və açıq-aydın ayələrə baxmayaraq, “Mən hər iki tərəfi də idarə edərəm, fərq e tdirmədikdə problem olmaz” kimi qeyrisəmimi fikirlərə sahib olanların, eyni zamanda möminlərə yaxınlaşıb, “ bəlkə bir fayda əldə e dərəm” kimi hesablamalar aparanların riyakarlığı mütləq ifşa olunacaq:

Yoxsa Allah sizin içinizdən cihad edib Özündən, elçisindən və möminlərdən başqasını dost tutmayanları ortaya çıxarmadan sərbəst buraxılacağınızımı zənn etdiniz?! Allah etdiyiniz əməllərdən xəbərdardır.

Tövbə surəsi, 16

Onu da qeyd etmək lazımdır ki, Allahın sərhədləri qorunduğu təqdirdə, möminlərin müxtəlif mövzularda (iş, ticarət, təhsil, qohumluq, qonşuluq və s. kimi) başqa insanlarla sosial, iqtisadi və mədəni əlaqələrdə olması tamamilə normaldır. Allah Quranda bu məsələ ilə bağlı meyarı bu şəkildə bildirir:

Allah sizinlə din uğrunda vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyinizi və onlara qarşı ədalətlə davranmağınızı qadağan etmir. Şübhəsiz ki, Allah ədalətli olanları sevir.

Mumtəhənə surəsi, 8