Möminlər: “ Allahdan başqa bir hakimmi istəməliyəm?! Halbuki sizə Kitabı təfsilatlı olaraq nazil edən Odur...” (Ənam surəsi, 114) ayəsində də bildirildiyi kimi, Allahı “ hakim” (Onun hökmlərinə uymaq) məcburiyyətindədirlər. Möminlərdən başqa insanlardan gələn xəbərlərin necə şərh ediləcəyi Allahın hökmünə, yəni Qurana baxılaraq qərar veriləcək bir məsələdir. Quranda verilən meyar belədir:
Ey iman edənlər! Əgər bir fasiq sizə bir xəbər gətirərsə, dərhal (onun doğru olub-olmadığını) araşdırın! Yoxsa, bilmədən bəzi insanlara pislik etmiş olarsınız və etdiyiniz əmələ görə peşmançılıq çəkərsiniz.
Allah ancaq iman edənləri etibarlı və sözlərinə etimad edilən kimsələr olaraq bildirmişdir. Quranda bildirildiyi kimi, “ fasiqlərin” sözləri və hərəkətləri etibarsızdır. “ Fasiq” hərfi mənada “ Allahın əmrlərini yerinə yetirməyən, yolunu azmış və Allaha qarşı üsyan etmiş şəxs” deməkdir. Bu cür insanların çatdırdıqları xəbərin doğruluğunu öyrənmək üçün ayədə “ ətraflı şəkildə araşdırın” əmri verilir. Odur ki, hər möminin bu cür insanların yaydığı xəbərlərə dərhal inanmaması, xüsusilə böhtan və ya yalan ola biləcək hadisələrə qarşı diqqətli olması son dərəcə vacibdir.
Hadisənin daha mühüm tərəfi isə tarix boyu bütün möminlərin, cahil cəmiyyətinin rəhbərləri tərəfindən müxtəlif böhtanlara məruz qalmasıdır. Quranda peyğəmbərlərin qissələrinin əksəriyyətində kafir qövmün başçılarının möminlərə atdığı böhtanlardan bəhs edilir. Və qövmün inkarçılarından bu cür reaksiya görməyən möminlər yoxdur və bu cür reaksiyalar görmək əslində möminliyin əlamətidir.
İnkarçı öndərlərin möminlərə qarşı etdikləri bu cür hərəkətlərin başqa bir maraqlı xüsusiyyəti də vardır. Bu insanlar heç vaxt “ Biz Allahı tanımırıq və bu səbəbdən biz Onun əmrlərinə dəvət edən möminlərə qarşıyıq” deməzlər. Əksinə, bu insanların atdığı iftiraları özlərinin doğru yolda, möminlərin isə səhv yolda olması şəklindədir. Özlərinin həqiqətən Allaha inandıqlarını, lakin möminlərin Onun adına yalan uydurduqlarını, dünyəvi mənfəətlər güddüklərini irəli sürərək iftira atarlar. Möminlərə atılan böhtanlar Quranda ətraflı şəkildə izah edilir. Musa Peyğəmbər və qardaşı Harun Peyğəmbərə “ onlar yer üzündə hökümranlıq axtarırlar.” (Yunis surəsi, 78). Nuh Peyğəmbər da eyni şəkildə “ üstünlük əldə etmək” (Muminun surəsi, 24) ilə ittiham olunurdu. Kafirlər Nuh Peyğəmbərə “ Dəli olan bir adam” (Muminun surəsi, 25) sözləri ilə böhtan atmışdı. Səmudu isə “çox yalan danışan, təkəbbürlü, harınammış” (Qəmər surəsi, 25) biri kimi tanıtmağa çalışmışdılar. Musa Peyğəmbər və Məhəmməd Peyğəmbər də “ dəlilik” ilə ittiham olunmuşdu (Şüəra surəsi, 27 və Hicr surəsi, 6). Yenə bir çox peyğəmbərə “ sehrbaz” (Yunis surəsi, 2 və Sad surəsi, 4), Firon Musa Peyğəmbərə böhtan ataraq: “O, ya sehrbazdır, ya da dəlidir” (“ Zəriyət” surəsi, 38-39) demişdir. “ Yalançılıq” tarix boyu möminlərə atılan böhtanlardan biridir (Əraf surəsi, 66 və Hud surəsi, 27). Şübhəsiz ki, bunların hamısı inkarçıların çirkin əxlaqının və ağılsız olmalarının məhsulu olan, həqiqətlə heç bir əlaqəsi olmayan böhtanlardır. Tarix boyu yaşamış bütün peyğəmbərlər və dindar möminlər inkarçıların çirkin böhtanlarından münəzzəhdirlər.
Ancaq unutmaq olmaz ki, bu cür böhtanlar hər dövrdə möminlərə qarşı atılmışdır. Möminlərə atılan böhtanlar ümumiyyətlə məlumatsız insanların ağlında şübhə yaratmaq məqsədi daşıyır. Buna görə də, Allaha iman edən insanlar haqqında deyilən pis sözlər, atılan iftira və yalanlarla qarşılaşdıqda, vəziyyətin əslini bilməyən insanlar səmimi şəkildə gözəl zənnə qapılmalıdırlar.
Allah, keçmişdə yaşamış müsəlmanları bu mövzuda bir örnək verərək xəbərdar edir. Peyğəmbərimizin zövcələrindən birinə atılan böhtan qarşısında möminlərin göstərməli olduğu münasibət Quranda bu şəkildə açıqlanır:
Kaş onu (iftiranı) eşitdiyiniz zaman mömin kişi və qadınlar qəlbində yaxşı şeylər düşünərək: