Allah iman edən bəndələrinin ən gözəl həyat sürməsini istəyir. Quranda möminin gözəl həyat tərzi keçirəcəyi bildirilir:
Kişi və ya qadınlardan mömin olaraq kim yaxşı işlər görərsə, ona mütləq gözəl bir həyat yaşadacağıq və əlbəttə, onları etdikləri əməllərin ən gözəli ilə mükafatlandıracağıq.
İnsan, Allahın sərhədlərini qoruduğu müddət ləyaqətli, şən, sənət və estetikadan həzz alan, güclü ictimai əlaqələrə malik olmağı, cəmiyyətdə xasiyyətli olmağı qadağan edən heç bir hökm yoxdur. Allahın haram etdiyi şeylər Quranda bildirilmişdir. Peyğəmbərimizin nümunəvi həyatı və tövsiyələri də məlumdur. Bundan başqa, insanın öz fikrinə görə hökm verməsi Quranda pislənir:
Dilinizin uydurduğu yalana əsaslanaraq:
“Bu halaldır, bu isə haramdır”, deməyin! Yoxsa Allaha qarşı yalan uydurmuş olarsınız. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar!
“... Yeyin, için, lakin israf etməyin! Şübhəsiz, Allah israf edənləri sevməz. De: “Allahın bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram etdi?”
De: “Bunlar dünya həyatında, xüsusilə də qiyamət günündə möminlərə məxsusdur”. Biz anlayan bir qövm üçün ayələri belə bəyan edirik.
Möminlər kimi Allaha tam iman etməyən insanlar da dünya nemətlərindən bəhrələnirlər. Kafirlə mömin arasındakı fərq burada ortaya çıxır. İnkar edənlər Allahın onlara imtahan etmək üçün verdiyi pul, mal-mülk kimi nemətlərə bağlanır, Allahı unudur və Onun nemətlərinə nankorluq edirlər. Halbuki möminlər bu nemətlərin Allahdan gəldiyini bilərək bu nemətləri Allah yolunda ən gözəl şəkildə istifadə edərək Allaha yaxınlaşırlar. Bu mövzunun ölçüsü Quranda bu cür bildirilir:
Allahın sənə verdikləri ilə (Allah yolunda infaq edərək) axirət yurdunu istə! Dünyadakı nəsibini də unutma! Allahın sənə yaxşılıq etdiyi kimi, sən də yaxşılıq et və yer üzündə fitnə-fəsad törətməyi düşünmə! Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevməz.
Ancaq bütün bunlarla yanaşı, vurğulanması lazım olan başqa bir məqam da var: İnsan, Quran əxlaqını mənimsədikcə və Quranda bildirilən möminə xas xüsusiyyətlərə yiyələndikcə daha fərqli zövqlərin varlığını dərk edər. Məsələn, cahil cəmiyyətdə olan insan üçün həyatın ən böyük ləzzəti səyahət edib əylənməkdir. Halbuki, möminin həyatında daha üstün, daha nəcib və daha qalıcı ləzzətlər vardır. Allah rizası üçün çalışmaq, Allah dinini təbliğ etmək, Quran əxlaqının gözəlliklərini insanlara izah etmək, insanları pisliyə sürükləyən inkarçılara qarşı fikri mübarizə aparmaq kimi...
İnsan, Quranda bildirilən möminin əxlaqını daha çox yaşadıqca, imanla əldə edilən həqiqi ləzzətlərin cahiliyyə ləzzətlərindən qat-qat üstün olduğunu görər.