Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qurandan cavablar: “Niyə möminlər yeni tanış olduqları bir insana qarşı bu qədər qayğıkeş və sevgi dolu davranırlar?”

Mündəricat
  1. Giriş
  2. “Din, Allah ilə bəndə arasındadır. Din əxlaqını başqalarına izah etməyə ehtiyac var?”
  3. “Din, həyatın sadəcə bir hissəsidir. Niyə həyatın hər anında Quran əxlaqının yaşanmasının vacib olduğunu düşünürsünüz?”
  4. “Quranın endirildiyi dövrlə indiki dövr çox fərqlidir. Quran ayələri indiki dövrə aiddir?”
  5. “Onsuz da mənim qəlbim təmizdir”
  6. “Mən hələ gəncəm, din əxlaqını gələcəkdə yaşayaram”
  7. “Quran əxlaqını mənimsəsəm, qarşılıq olaraq məndən nə gözlənilər?”
  8. “Niyə möminlər yeni tanış olduqları bir insana qarşı bu qədər qayğıkeş və sevgi dolu davranırlar?”
  9. “Möminlərə qarşı yayılan pis xəbərlərdə heç bir həqiqət yoxdur?”
  10. “Əgər Quran əxlaqı insanlara bu qədər gözəl və mükəmməl bir quruluş vəd edirsə, niyə bu qədər qarşı olanlar var?”
  11. “Hamı haqsızdır, bir tək inananlar doğrudur?”
  12. “Möminlər həmişə bərabər olmaq məcburiyyətindədirlər? İnsan tək başına din əxlaqını yaşaya bilməz?”
  13. “İslamda müəyyən təbəqə fərqi varmı? İnsanlar var-dövlətinə, statusuna və gözəlliyinə görə mühakimə olunurmu? İslam dini müəyyən qrup insanlara izah olunur?”
  14. “Müsəlmanların varlı, güclü və qüdrətli olması İslamın ümumi məntiqi ilə ziddiyyət təşkil edirmi?”
  15. “Din əxlaqının tələblərini yerinə yetirməyə başlayan insan mütləq keçmiş ləzzətlərini tərk edərmi?”
  16. “İnsan İslamı qəbul edib yaşamağa başlayanda keçmiş tanışları, dostları illə birlikdə ola bilməzmi?”
  17. “Din əxlaqını yaşamaq istəyirəm, amma ailəmdən və ətrafımdan pis reaksiya almaqdan qorxuram”
  18. “İslamı yaşamağa başladıqdan sonra keçmiş həyatımda etdiklərimə görə məsuliyyət daşıyırammı?”
  19. “Dini yaşamaq istəyirəm, ancaq bu gücü özümdə tapa bilmirəm”
  20. Nəticə: “Eşitdik və itaət etdik” deyə bilmək

Sevgi digər feili əməllər kimi zorla əldə edilən və ya insanın iradəsi ilə formalaşan hiss deyil. Yalnız Allahın insanın qəlbinə verməsilə yaranır. Bir insana qarşı sevgi hissi bəsləmək üçün onun qeyri-adi xüsusiyyətlərə və ya üstün qabiliyyətlərə malik olması şərt deyil. İmanlı bir insan hər şeydə və hər kəsdəki yaxşı və gözəl cəhətləri ən təfərrüatına qədər təsbit etmə, Allahın yaratdığı gözəllikləri adi insanlardan daha həssas şəkildə qavrama qabiliyyətinə malikdir. Bu səbəblə qarşı tərəfin yaxşı və gözəl tərəflərini, gizli xüsusiyyətlərini digər insanlara nisbətən daha tez və aydın görüb ona uyğun davranır.

Qarşıdakı şəxs hələ islamı yaşamayan biri ola bilər, ancaq Quran əxlaqına uyğun bəzi xüsusiyyətlər (təbiilik, səmimiyyət, təmizlik, gözəllik, zəka, dostluq və s.) müsəlmanların qəlbində ona qarşı sevgi yaradar. Bu insanın fərqinə varmadan daşıdığı gözəl əxlaqi keyfiyyətləri də ola bilər. Bu xüsusiyyətlər ona qarşı səmimi sevgi hiss edilməsi üçün kifayətdir. Çünki bunların hamısı əslində Allahın yaratdığı gözəlliklərdir. Buna görə də, göstərilən sevgi və iltifat əslində insanın özünə deyil, Allaha olan sevgisidir.

Bundan əlavə, Allah möminlərin qəlbinə gözəlliklərə qarşı böyük sevgi ilham edər. Allah Quranda Yəhya Peyğəmbər haqqında bəhs edərkən, “ Biz də öz qatımızdan ona sevgi və təmizlik hissi verdik...” (Məryəm surəsi, 13) Eyni “sevgi hissi” peyğəmbərlərin yolu ilə gedən bütün möminlərə də aiddir. Məryəm surəsinin 96-cı ayəsində “ Şübhəsiz, Rəhman (olan Allah) iman edib yaxşı işlər görənlərin qəlbində bir-birinə qarşı sevgi yaradacaqdır.” xəbər verilir. Mömin, bu sevginin ifadəsi olaraq qarşıdakı insana həmişə hörmət bəsləyər, alçaldıcı və incidən hərəkətlərdən çəkinər.

Bir sözlə, möminlərin saxta və qeyri-səmimi yanaşmaları yoxdur. Qarşı tərəfin marağı və həqiqəti öyrənmək istəyi - əgər o, həqiqətən də səmimidirsə - artıq onun şüur sahibi olduğuna işarədir ki, bu da çox müsbət cəhətdir. Dini öyrənmək istəyən şəxsin heç bir art niyyəti olmaması, səmimi hisslərlə yanaşması belə, ona qarşı sevgi və şəfqət hissi duymaq üçün kifayətdir.

Mömin sevmədiyi birini sevirmiş kimi davrana bilməz. Əgər insan sevgiyə layiq deyilsə, ona zorla, süni şəkildə sevgi göstərməz. Digər tərəfdən cahiliyyə əxlaqını yaşayan bəzi insanlar sevgi adı altında digər insanlarla hər hansı mənfəət bağı qururlar. Bu mənfəət əlaqəsi mütləq maddi ölçüdə inkişaf etməz. Qarşı tərəf öz təkəbbürünü təmin edə bilərsə, artıq, vərdişə çevrilən bağlılıq formalaşar. Bu mənfəət, vərdiş və eqoist bağlılıqdan yaranan qarışıq hisslər Quranda bildirildiyi kimi möminlər arasında yaşanan sevgi və münasibət əlaqələrindən son dərəcə fərqlidir. Dünya mənfəətləri üzərində qurulan bu cür münasibətlərin aqibəti Quranda belə bildirilir:

İbrahim dedi:

“Siz yalnız dünya həyatında aranızdakı sevgi (dostluq) uğuruna Allahı qoyub bütləri ilah qəbul etdiniz. Sonra qiyamət günü birbirinizi inkar edəcək və bir-birinizə lənət oxuyacaqsınız. Sizin sığınacağınız yer cəhənnəmdir və sizin heç bir yardımçınız olmayacaqdır.”

Ənkəbut surəsi, 25

İnsanlar arasında sevginin qarşısını alan ən mühüm amil, qısqanclıq və təkəbbürdür. Cahiliyyə cəmiyyətində çox tez-tez rast gəlinən bu duyğular, insanların, başqalarının müsbət cəhətlərini görməsinə və ondan həzz almasına mane olur. Halbuki iman edən şəxs özündə olduğu kimi digər insandakı müsbət keyfiyyətlərin əslində Allaha aid olduğunu bildiyi üçün onları təqdir etməkdən və tərifləməkdən çəkinməz.

Məhz bu səbəbdən görə möminlərlə yeni tanış olan biri, cahil cəmiyyətdə gördüklərindən çox fərqli bir mühitdə olduğunu anlayar. O vaxta qədər cahiliyyə əxlaqı ilə insanların böyük əksəriyyətində görülən qərəzli, hörmətsiz, kobud, laqeyd, mənfəətçi, ikiüzlü, kinli, hiyləgər, qeyri-səmimi, süni davranışları qəbul etmiş və bunlara öyrəşmişdir. Bu səbəbdən ona səmimiyyətlə yaxınlaşan, daha əvvəl özünün belə fərqinə varmadığı gözəl və müsbət cəhətlərini görən, onu bu cəhətləri ilə qiymətləndirən insanlarla birlikdə olmaq indiyə qədər yaşamadığı bir nemətdir. Bu səbəblə sözügedən insan, Allahın saleh möminlərə bəxş etdiyi bu nemətin əhəmiyyətini dərk etməli və cahiliyyə cəmiyyətində heç vaxt yaşamadığı səmimiyyəti, dostluğu və sevgini ona yaşatdığına görə Uca Allaha daim şükür etməlidir.