Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qurandan cavablar: “Quranın endirildiyi dövrlə indiki dövr çox fərqlidir. Quran ayələri indiki dövrə aiddir?”

Mündəricat
  1. Giriş
  2. “Din, Allah ilə bəndə arasındadır. Din əxlaqını başqalarına izah etməyə ehtiyac var?”
  3. “Din, həyatın sadəcə bir hissəsidir. Niyə həyatın hər anında Quran əxlaqının yaşanmasının vacib olduğunu düşünürsünüz?”
  4. “Quranın endirildiyi dövrlə indiki dövr çox fərqlidir. Quran ayələri indiki dövrə aiddir?”
  5. “Onsuz da mənim qəlbim təmizdir”
  6. “Mən hələ gəncəm, din əxlaqını gələcəkdə yaşayaram”
  7. “Quran əxlaqını mənimsəsəm, qarşılıq olaraq məndən nə gözlənilər?”
  8. “Niyə möminlər yeni tanış olduqları bir insana qarşı bu qədər qayğıkeş və sevgi dolu davranırlar?”
  9. “Möminlərə qarşı yayılan pis xəbərlərdə heç bir həqiqət yoxdur?”
  10. “Əgər Quran əxlaqı insanlara bu qədər gözəl və mükəmməl bir quruluş vəd edirsə, niyə bu qədər qarşı olanlar var?”
  11. “Hamı haqsızdır, bir tək inananlar doğrudur?”
  12. “Möminlər həmişə bərabər olmaq məcburiyyətindədirlər? İnsan tək başına din əxlaqını yaşaya bilməz?”
  13. “İslamda müəyyən təbəqə fərqi varmı? İnsanlar var-dövlətinə, statusuna və gözəlliyinə görə mühakimə olunurmu? İslam dini müəyyən qrup insanlara izah olunur?”
  14. “Müsəlmanların varlı, güclü və qüdrətli olması İslamın ümumi məntiqi ilə ziddiyyət təşkil edirmi?”
  15. “Din əxlaqının tələblərini yerinə yetirməyə başlayan insan mütləq keçmiş ləzzətlərini tərk edərmi?”
  16. “İnsan İslamı qəbul edib yaşamağa başlayanda keçmiş tanışları, dostları illə birlikdə ola bilməzmi?”
  17. “Din əxlaqını yaşamaq istəyirəm, amma ailəmdən və ətrafımdan pis reaksiya almaqdan qorxuram”
  18. “İslamı yaşamağa başladıqdan sonra keçmiş həyatımda etdiklərimə görə məsuliyyət daşıyırammı?”
  19. “Dini yaşamaq istəyirəm, ancaq bu gücü özümdə tapa bilmirəm”
  20. Nəticə: “Eşitdik və itaət etdik” deyə bilmək

Ağlı və vicdanı olmayan bəzi ön mühakiməli insanlar Quranın 1400 il əvvəl ərəb cəmiyyətinə xitab etdiyi və bugünkü cəmiyyətlər üçün keçərli olmadığı kimi azğın fikirlərini tez-tez təkrarlayırlar. Halbuki Quran Allah tərəfindən nazil edilən son haqq kitabdır və o gündən sonra yer üzündəki bütün cəmiyyətlər və bütün nəsillər üçündür.

Quran Allahın kəlamıdır, qorunub saxlanılmışdır və heç bir şəkildə təhrif edilməmişdir. Quranın haqq kitab olduğunu göstərən saysız-hesabsız dəlillərdən biri də Quran möcüzələridir. Quranın elmi, riyazi və tarixi möcüzələri Quranın Allah kəlamı olmasının mühüm dəlillərindən biridir.

Bütün bu həqiqətlərə baxmayaraq Qurana şübhə edənlərlə Allah belə buyurur:

Əgər bəndəmizə (Məhəmmədə) nazil etdiklərimiz barədə şübhəniz varsa, siz də onun kimi bir surə gətirin! Əgər (iddianızda) haqlısınızsa, onda Allahdan başqa bütün şahidlərinizi də çağırın! Əgər bunu bacarmırsınızsa, heç bacara da bilməzsiniz - onda yanacağı insanlar və daşlar olan, inkar edənlər üçün hazırlanmış oddan çəkinin!

Bəqərə surəsi, 23-24

Quranı açıq şüurla oxuyan insan, Quranda izah edilən insanların və cəmiyyətin xüsusiyyətlərinin bu gün də daxil olmaqla, tarixin hər dövründə mövcud olduğunu görər. Din əxlaqından uzaq olan cəmiyyətlərin bütün səhvləri, azğınlıqları Qurani-Kərimdə açıqlanmış, həmin cəmiyyətlərin dinə qarşı reaksiyaları izah edilmiş, xarakter təhlilləri aparılmışdır. Bu təsvir və təhlillər müasir dövrlə tamamilə uyğundur və Quranın bütün dövrlərə xitab etdiyini bir daha təsdiqləyir. Quran əxlaqını yaşamaq üçün oxuyan və bacardığı qədər onu tətbiq etməyə başlayan insan, Quranın həyatın hər anını necə əhatə etdiyini görəcək və Qurana olan inancı gündən-günə artacaqdır.

Möminin qarşılaşacağı hadisələr və bu hadisələrə qarşı necə davranması lazım olduğu Quranda geniş şəkildə təsvir edilmişdir.

İnkarçıların Quranla bağlı ortaya atdıqları müxtəlif batil fikirlər əslində Quranda bildirilən anlayış əksikliyidir. Quranda bildirildiyi kimi, min illər əvvəlki inkarçılar da dini öz zəif ağıllarına görə “ ... əvvəlkilərin əfsanələri”, (Nəhl surəsi, 24) kimi şərh etmişlər. Necə ki, dövrün inkarçıları böyük cahilliklə Peyğəmbərimizdən Quranın bəzi hissələrini dəyişdirməsini istəmişlər:

(Öldükdən sonra) bizimlə qarşılaşacaqlarına ümid etməyənlər özlərinə ayələrimiz açıq-aydın oxunduğu zaman:

“Ya bundan başqa bir Quran gətir, ya da onu dəyişdir!” - deyirlər. De ki: “Onu özbaşıma dəyişməyim mənə yaraşmaz. Mən ancaq mənə gələn vəhyə tabe oluram. Rəbbimə asi olacağım təqdirdə, həqiqətən, böyük günün əzabından qorxaram”.

Yunis surəsi, 15

Ayələrdə bəhs edilən və öz zəif ağılları ilə “ Quranın dəyişdirilməsini” istəyən inkarçılar Quranın ilk nazil olduğu dövrdə yaşayan insanlardır. Quran ayələrinə etiraz etmələrinin səbəbi Quran əxlaqının yaşandığı mühitin öz mənfəətlərinə zidd olmasıdır.

Bu gün bəzi insanlar bənzər səbəblərlə Quranın doğru olduğunu vicdanən bildikləri halda ona qarşı çıxırlar.

Lakin bütün bu iradlar, onların irəli sürdüyü böhtan və iddialar boşunadır. Quranda buyurulur: “ Şübhəsiz ki, Quranı Biz nazil etdik və əlbəttə, onu Biz qoruyacağıq!” (Hicr surəsi, 9) ayəsinə əsasən, Qurani-Kərim Uca Rəbbimiz Allahın himayəsində olan haqq kitabdır. Bu, Allahın insanlara göndərdiyi mesajdır, bundan sonra heç bir vəhy gəlməyəcək. Buna görə də bu gün və yüz illər sonra insanların yeganə qurtuluş yolu Quranda və Peyğəmbərimizin hədislərində bildirilmişdir.

Peyğəmbərimiz bir hədisində belə buyurmuşdur: