Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qurandan cavablar: “Möminlər həmişə bərabər olmaq məcburiyyətindədirlər? İnsan tək başına din əxlaqını yaşaya bilməz?”

Mündəricat
  1. Giriş
  2. “Din, Allah ilə bəndə arasındadır. Din əxlaqını başqalarına izah etməyə ehtiyac var?”
  3. “Din, həyatın sadəcə bir hissəsidir. Niyə həyatın hər anında Quran əxlaqının yaşanmasının vacib olduğunu düşünürsünüz?”
  4. “Quranın endirildiyi dövrlə indiki dövr çox fərqlidir. Quran ayələri indiki dövrə aiddir?”
  5. “Onsuz da mənim qəlbim təmizdir”
  6. “Mən hələ gəncəm, din əxlaqını gələcəkdə yaşayaram”
  7. “Quran əxlaqını mənimsəsəm, qarşılıq olaraq məndən nə gözlənilər?”
  8. “Niyə möminlər yeni tanış olduqları bir insana qarşı bu qədər qayğıkeş və sevgi dolu davranırlar?”
  9. “Möminlərə qarşı yayılan pis xəbərlərdə heç bir həqiqət yoxdur?”
  10. “Əgər Quran əxlaqı insanlara bu qədər gözəl və mükəmməl bir quruluş vəd edirsə, niyə bu qədər qarşı olanlar var?”
  11. “Hamı haqsızdır, bir tək inananlar doğrudur?”
  12. “Möminlər həmişə bərabər olmaq məcburiyyətindədirlər? İnsan tək başına din əxlaqını yaşaya bilməz?”
  13. “İslamda müəyyən təbəqə fərqi varmı? İnsanlar var-dövlətinə, statusuna və gözəlliyinə görə mühakimə olunurmu? İslam dini müəyyən qrup insanlara izah olunur?”
  14. “Müsəlmanların varlı, güclü və qüdrətli olması İslamın ümumi məntiqi ilə ziddiyyət təşkil edirmi?”
  15. “Din əxlaqının tələblərini yerinə yetirməyə başlayan insan mütləq keçmiş ləzzətlərini tərk edərmi?”
  16. “İnsan İslamı qəbul edib yaşamağa başlayanda keçmiş tanışları, dostları illə birlikdə ola bilməzmi?”
  17. “Din əxlaqını yaşamaq istəyirəm, amma ailəmdən və ətrafımdan pis reaksiya almaqdan qorxuram”
  18. “İslamı yaşamağa başladıqdan sonra keçmiş həyatımda etdiklərimə görə məsuliyyət daşıyırammı?”
  19. “Dini yaşamaq istəyirəm, ancaq bu gücü özümdə tapa bilmirəm”
  20. Nəticə: “Eşitdik və itaət etdik” deyə bilmək

Uca Rəbbimiz Allaha ürəkdən iman edən hər bir insan Quran əxlaqını tam şəkildə yaşaya bilmək üçün son dərəcə diqqətli hərəkət etməlidir. Həyatının hər anını Qurana uyğun yönləndirməlidir.

Quranda möminlərin bir yerdə olmaları, bir-birlərinə dəstək və köməklik göstərmələri, bir-birlərinə qayğı göstərmələri tez-tez xatırladılır. Ayələrdə belə buyurulur:

Hamılıqla Allahın ipinə (İslama) yapışın və parçalanmayın! Allahın, sizə olan nemətini xatırlayın. Belə ki, siz bir-birinizə düşmən ikən, O sizin qəlbinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz. Siz bir atəş quyusunun kənarında ikən O sizi oradan xilas etdi. Allah ayələrini sizə belə açıqlayır ki, bəlkə, haqq yola yönələrsiniz.

Ali İmran surəsi, 103

Şübhəsiz ki, Allah Öz yolunda möhkəm bir divar kimi cərgə-cərgə düzülüb cəhd edənləri sevər.

Saff surəsi, 4

Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona dua edənlərlə birlikdə (çətinliklərə qarşı) səbir et! Dünya həyatının zinətini istəyərək gözlərini onlardan çevirmə! ...

Kəhf surəsi, 28

Göründüyü kimi ayədə “ gözünü onlardan çevirmə” ifadəsi ilə məlum olur ki, ayrı yaşamaqdan bəhs edilmir və möminlərin birlikdə olduqları zaman belə bir-birlərinə qayğı bəsləmələri vurğulanır. Başqa bir ayədə Peyğəmbərimizin möminlərə qarşı qayğıkeş olmasından bəhs edilir və bu, əsl müsəlmanın nümunə götürməsi vacib olan ruh halıdır. Mövzu ilə bağlı “ Tövbə” surəsində belə buyurulur:

Həqiqətən, sizə öz içinizdən elə bir elçi gəlmişdir ki, sizin çətinliyə düşməyiniz ona ağır gələr. O, sizə qarşı qayğıkeşdir, möminlərə qarşı çox şəfqətli və mərhəmətlidir.

Tövbə surəsi, 128

Bu ayələrdən də anlaşıldığı kimi, tək başına din əxlaqını yaşamaq modeli yoxdur. Odur ki, “ mən dini təkbaşına da yaşayaram” deyən hər kəs yanılır.

Başdan qeyd etdiyimiz kimi, möminlər bir-birlərinə yaxşılığı əmr edib, pisliklərdən çəkindirməyə, insanları haqqa dəvət etməyə borcludurlar. Aydındır ki, insan bunu təkbaşına edə bilməz.

Üstəlik, islamın təməli sevgi üzərinədir. Allah möminlərin qəlbində digər möminlərə qarşı sevgi bağı yaratmışdır. Mömin əvvəlcə Allahı, sonra Quran əxlaqını yaşayan insanları sevər. Allahın rizası əsasında belə bir sevgi bağı quran, eyni gözəl əxlaqı yaşayan, sonsuza qədər birlikdə olmaq niyyətində olan insanların ayrı qalaraq fərqli işlərlə məşğul olmaları ağlasığmazdır. Belə bir düşüncə insanda həqiqi sevgi və iman əksikliyini göstərir. Halbuki, “Möminlər ancaq qardaşdırlar...” (Hucurat surəsi, 10) ayəsində bildirildiyi kimi, qardaşlar arasında ayrılıq olmaz.

Peyğəmbərimiz möminlərin bir yerdə olmalarını, bir-birləri ilə möhkəm dostluq və sevgi ilə bağlı olmalarını belə bildirmişdir:

Ən-Numan ibn Bəşir belə deyir: “ Allahın Peyğəmbəri belə buyurdu: