Quran elmə yol göstərir: Keçmişdə yaşamış iman gətirən elm adamları
Mündəricat
- Giriş
- Ağıllı dizayn, yəni yaradılış
- Din elmə təkan verir
- Din elmin düzgün istiqamətləndirilməsini təmin edir
- Din ilə elm daim bir-birinə uyğunluq təşkil edir
- Quranın elmi möcüzələri
- İman gətirmiş elm adamları
- Keçmişdə yaşamış iman gətirən elm adamları
- Keçmişdə yaşamış digər imanlı elm adamları
- Dövrümüzün imanlı elm adamları
- Müsəlman elm adamları
- Dövrümüzün digər imanlı elm adamları
- Nəticə
- Qeydlər

Rocer Bekon (Roger Bacon) (1220-1292)
”İmanın rəhməti çox böyükdür”55
Müasirləri tərəfindən “böyük həkim” kimi tanınan Rocer Bekon təcrübə metoduna üstünlük verərək, elmdə köhnəlmiş ənənələrə son qoyan ingilis din və elm adamıdır. Allahın işığı insanların görmələrini təmin etmək üçün yaratdığına inanan Bekon bu sahədə müşahidələr aparmış, yaşadığı dövrdə asanlıqla ağla gəlməyən bir çox texniki yenilikləri yüz illər əvvəl xəbər vermişdir.
Buxarla işləyən gəmilər, qatarlar, avtomobillər, təyyarələr, vinçlər və asma körpülər Bekonun hələ XIII əsrdə xəbər verdiyi texniki yeniliklərdən ancaq bəziləridir.
Bir dostuna yazdığı məktubda Bekon belə demişdir:
”Gələcəkdə tək bir nəfər tərəfindən idarə edilən və bir çox avarçəkənin hərəkət etdirdiyi gəmidən daha sürətli hərəkət edən gəmilər, dəniz nəqliyyat vasitələri və bir canlının gücündən istifadə etmədən inanılmaz bir sürətlə gedən maşınlar düzəldiləcəkdir”.56

Bundan başqa, Bekon linzaların böyütmə xüsusiyyətini və istifadə sahələrini açıqlamış, ulduzlardan gələn işığın Yerə eyni vaxtda çatmadığının ilk dəfə o fərqinə varmışdır. Xristofor Kolumbun dünyaya gəlməsindən 200 il əvvəl Yerin düz deyil, kürə şəklində olduğunu və Avropadan qərbə doğru hərəkət etdikdə Hindistana çatmağın mümkün olduğunu söyləmişdir.
Apardığı təcrübələrin nəticəsində əldə etdiyi məlumatların imanlı insanlara fayda verəcəyinə inanan Bekon belə demişdir:
”Gələcəkdə, indi və keçmişdə görəcəyimiz kimi elm, inananlar üçün faydalıdır”.57
Bekon bir tədqiqatçı kimi elmin dinlə ziddiyyət təşkil etmədiyini, əksinə elmin inanmayan şəxslərə qarşı istifadə ediləcək vacib inandırma vasitəsi olduğunu söyləmişdir.

“Elm insanların inancı qəbul etmələrini təmin edən böyük üstünlüyə malikdir” sözu ona aiddir.58
Frensis Bekon (Francis Bacon) (1561-1626)
Elmi metodun banilərindən sayılan məşhur elm adamı Bekon güclü imana sahib bir şəxs kimi tanınır.
Frensis Bekon “Novum Orqanum”da elmi tədqiqatların insanı Yaradana yaxınlaşdırdığını, təbii fəlsəfənin (elmin):”Allahın sözündən sonra batil inanclara qarşı ən qəti həll və imanın dəstəklədiyi ən güclü vasitə olduğunu” bildirmişdir.59
Qalileo Qaliley (Galileo Galilei) (1564-1642)

Qalileo Qaliley teleskop vasitəsilə fəzanı tədqiq edən ilk alimdir. Qaliley həm Yerin kürə şəklində olduğunu söyləmiş, həm də Aydakı qaranlıq sahə, kraterlər və təpələri ilk dəfə ortaya çıxarmışdır. Elmə verdiyi böyük xidmətlərli ilə tarixdə xüsusi yeri olan Qaliley, Allahın insana hissiyyat, nitq bacarığını və zəkanı verdiyinə və bunlardan ən faydalı şəkildə istifadə olunmasına inanırdı. Təbiəti bir Yaradanın nizamladığını müdafiə edirdi. ”Təbiət, heç şübhəsiz, Allahın heç ayrıla bilmədiyimiz, oxunması vacib olan kitabıdır”, - deyən Qaliley Allahın kitabları ilə yaratdıqları arasında heç bir ziddiyyətin olmadığını, çünki hər birini Allahın yaratdığını deyirdi.






İohan Kepler (Johannes Kepler) (1571-1630)
”Təbiət kitabına görə, biz astronomlar Uca Allahın din adamları olduğumuz üzün Allahın şanı haqqında danışmalıyıq”.61
Astronomiya elminin banisi olan Kepler günəş sisteminə daxil olan planetlərin hərəkətlərini və onların arasındakı məsafələri hesablamış və ulduzların hərəkət xəritəsini göstərən ilk astronomik təqvimi hazırlamış böyük bir alimdir.

Güclü elmi biliyi olan Kepler eyni zamanda kainatı bir Yaradanın yaratdığına inanmışdır. Ondan nəyə görə elm ilə məşğul olduğunu soruşanlara Keplerin cavabı “Yaradanın əsərlərindəki ləzzəti dadmaq üçün” demişdir.62 Allahın yaratdığı hər şeydə Özünü göstərdiyinə inanan Keplerin həyatı və fəaliyyətləri nəzərdən keçirildikdə, kainatda İlahi bir nizamın mövcud olduğuna inanan bir insanın elmi çalışmalarında da çox hərtərəfli və müvəffəqiyyətli olduğu məlum olur.

Kepler “ağ ayıları və ağ canavarları Şimalın qarlı ərazilərinə göndərən kimdir? Ayıların, balinaların və canavarların qidalanması üçün quşların yumurtalarını da onlarla birlikdə orada var edən kimdir?”, - deyə verdiyi sualların cavabını yenə özü belə cavablandırmışdır:
”Bizim Allahımızdır və O ən böyükdür və Onun üstünlüyü ən böyükdür və Onun ağlı sonsuzdur, Onun sonu yoxdur.”

Kepler sözlərinə belə davam etmişdir:
”Yaradanı anlamaq üçün sahib olduğunuz bütün duyğu orqanlarınızdan istifadə edin.”63
Blaise Paskal (Blaise Pascal) (1623-1662)
Qədim Yunanıstandan sonra həndəsədə ən böyük irəliləyişə səbəb olan məşhur elm adamı Paskal çox kiçik yaşlarında belə bir çox kəşflərə imza atmış və bir çox müvəffəqiyyətlər qazanmış alim idi. Riyaziyyat sahəsindəki bir çox çalışma və kəşfləri ilə yanaşı, Paskal fizika sahəsində də əhəmiyyətli kəşflər etmişdir. Atmosfer və maye mexanikası ilə bağlı araşdırmalar aparan Paskal atmosferdə yüksəkliyə görə dəyişən bir təzyiq olduğunu kəşf etmişdir.
Elm tarixində xüsusi yer tutan Paskal imanlı bir elm adamıdır. Paskal sözlərində Allahın riyaziyyatdan tutmuş elementlərin nizamına qədər hər şeyin yaradıcısı olduğunu söyləyərək Allahın sonsuz gücünü ifadə etmişdir.65

Con Rey (John Ray) (1627-1705)
Məşhur ingilis botaniki Con Rey imanlı bir şəxs idi.

Onun fikrincə, “əgər insan yer üzünə Allahın gözəlliyini əks etdirmək üçün gətirilibsə, onda ətrafında yaradılmış hər şeyə diqqət etməlidir”. Bu fikrini özünə prinsip edən Rey çox gənc yaşlarında elmi araşdırmalar aparmağa başlamışdı. Həm botanika, həm də zoologiya sahəsində dövrünün ən böyük nümayəndələrindən idi. Rey Allahın yaratmasındakı sonsuz ağılı anladan bir kitab nəşr etdirmişdi. Bu əsərdə Rey minlərlə növ bitki, böcək, quş, balıq və bunlar kimi bir çox canlını tanıdaraq təbiətin bir Yaradanın varlığını göstərdiyini izah etmişdi. Con Rey kitabında belə deyir:
”Əvvəlcə hər şeyi Allah yaratdı, sonra bu günə qədər Onun tərəfindən mühafizə edildi və hələ də ilk yaradıldıqları kimidirlər.”66



Botanika elminə bir çox töhfə vermiş
Rey ”Azad bir adam üçün təbiətin gözəlliklərini və Allahın sonsuz ağlını və ucalığını düşünməkdən daha dəyərli bir şey ola bilməz”,67 deyərək elm və dinin sıx vəhdətdə olduğunu hər zaman vurğulamışdır.
Robert Boyl (Robert Boyle) (1627-1691)
Müasir kimyanın banisi sayılan Boyl elmdə iz qoyan bir çox kəşflərə imza atmışdı. Boyl qazların havadakı təzyiqi ilə havanın həcmi arasında əlaqə olduğunu ortaya çıxarmış və beləliklə, bu gün “Boyl qanunu” kimi tanınan qanunlar meydana gəlmişdir. Bundan başqa, Boyl lakmus kağızından sadə bir soyuducu da icad etmiş, suyun donduqda genişləndiyini bildirmiş, elementin ilk müasir tərifini vermişdir. “Hava təzyiqli olduğuna görə atomun parçaları arasında boşluq olmalıdır”, - deyən Boyl, beləliklə də atom nəzəriyyəsinə öz töhfəsini vermişdir.
Bu cür əhəmiyyətli elmi kəşflərin sahibi olan Boyl Allahın mövcudluğuna inanırdı. Kainatda ağıllı bir nizam olduğunu və bu nizamın üstün güc sahibi bir Yaradan tərəfindən qurulduğunu düşünürdü. Boyl söhbətlərində və yazılarında tez-tez elmlə Allah inancının vəhdətdə olmasının vacibliyini vurğulamışdır.
Boyl bir məktubunda belə deyirdi:
«Şührəti təbiəti yaradana verin... Bəşəriyyətə fayda vermək üçün elmdən istifadə edin».68
Boyl başqa bir ifadəsində isə canlılardakı mükəmməlliyin Allahın mövcudluğunu açıq şəkildə göstərdiyini belə bildirmişdir:
«Dünyadakı mövcud sistemin mükəmməl bir şəkildə planlanması, xüsusilə də heyvanların malik olduğu maraqlı xüsusiyyətlər, duyğu orqanları və heyranedici quruluşların hamısı tarix boyu mütəfəkkirlərin Allahın varlığını qəbul etməsinə səbəb olmuşdur».69

Antoni von Livenhouk (Antonie von Leeuwenhoek) (1632-1723)
Livenhouk ilk dəfə bakteriyanı kəşf etmiş alimdir. Eynəklərini böyüdücü kimi istifadə edərək parçaları tədqiq etməyə başlayan Livenhoukun gördükləri marağına səbəb olmuş və digər böyüdücüləri icad etmiş, beləliklə, mikroskop ilə bakteriyanı ilk dəfə kəşf edən şəxs olmuşdur.

Bir Yaradan olmadan öz-özünə yaranma fikrini məhv etmək məqsədi onu çox vacib elmi araşdırmalar aparmağa sövq etmişdir. Bu məqsədlə heyvanlar və bitkilərin qidalanma sistemi, çoxalma, bitkilərdə qidanın ötürülməsi, onların fərqli quruluş və hissələri ilə qan hüceyrələri üzərində tədqiqatlar aparmışdır. Kapilyarlar üzərində çalışaraq onların içindən qan hüceyrələrinin keçməsini görən ilk elm adamıdır. Ondan əvvəl heç kim əzələlərin liflərdən ibarət olduğunu bilmirdi.70




İsaak Nyuton (Isaac Newton) (1642-1727)
Bütün dövrlərin ən böyük elm adamı olaraq qəbul edilən Nyuton həm riyaziyyatçı, həm də fizik idi. Nyutonun elmə göstərdiyi böyük xidmətlərinə nəzər salsaq, bunlardan ən vacibi yerin cazibə qüvvəsi qanununun kəşfi olduğunu deyə bilərik.

Nyuton qüvvət və təcil arasındakı mükəmməl əlaqəni kütlə anlayışı ilə adlandırmış, təsir və əks-təsir qanununu kəşf etmiş, əvəzləyici qüvvələrin sıfır halında hərəkətli cisimlərin sürətini dəyişməyəcəyi tezisini ortaya atmışdır.

Nyutonun hərəkət qanunları 4 əsrdir ki, sadə mühəndislik hesablamalarından ən mürəkkəb texnoloji layihələrə qədər eynilə olduğu kimi tətbiq olunur. Nyutonun sadəcə cazibə mövzusunda deyil, mexanika və optika kimi əsas mövzularda da çox əhəmiyyətli kəşfləri olmuşdur. İşığın 7 rəngini kəşf edən Nyuton, beləliklə, optika adı verilən yeni bir elm sahəsinin də əsasını qoymuşdur.
Nyuton elmdə iz qoyan bu kəşflərilə bərabər ateizmi rədd edən, Yaradılışı müdafiə edən ciddi əsərlər yazmış, “Yaradılış tək elmi açıqlamadır” fikrinin tərəfdarı olmuşdur. Nyuton mexaniki kainatın, onun sözüylə desək, “heç dayanmadan işləyən nəhəng saatın” ancaq güclü və üstün ağıl sahibi olan bir Yaradanın əsəri olacağı həqiqətinə inanırdı.


Nyutonun dünyanın məcrasını dəyişdirən kəşflərinin təməlində onun Allaha yaxınlaşma istəyi dururdu. Nyuton Allahı daha yaxından tanımaq üçün Allahın yaratdığı əsərləri tədqiq etmək yolunu seçmişdir. Bu məqsədlə böyük bir şövqlə tədqiqatlarına başlamışdır. Nyuton elmi araşdırmalar aparmaqda əsas məqsədini “Prinsipia Matematika” adlı əsərində bu sözlərlə ifadə etmişdir: ”Allah sonsuz və mütləqdir: gücünün həddi yoxdur və hər şeydən xəbərdardır: varlığı sonsuzluqdan başlayır: hər şeyi idarə edir, edilən və ediləcək hər şeyi bilir. O sonsuz və hüdudsuzdur: ... Daimidir və vardır: Varlığı daimidir, hər yerdə mövcuddur: hər zaman və hər yerdə var olması ilə O bütün zamanı və aralıqlarını yaradır... Biz Onu ən ağıllı və mükəmməl şəkildə işləyən ustalıqlarından tanıyırıq... Qulları olaraq Ona hörmət edir və inanırıq”.71


Con Flemstid (John Flamsteed) (1646-1719)
Məşhur Qrinviç rəsədxanasının əsasını qoyan Con Flemstid İngiltərənin ilk astronomlarından biridir.

Apardığı saysız-hesabsız müşahidələrindən sonra teleskop dövrünün ilk böyük ulduz xəritəsini tərtib edən Flemstid eyni zamanda bir din adamı idi.72
Con Vudvord (John Woodward) (1665-1728)
Vudvord geologiya elminin əsl banilərindən sayılır. Elmə verdiyi böyük tövhələrindən biri Kembricdə paleontologiya muzeyinin qurulmasına kömək etmək və geologiya sahəsini inkişaf etdirmək olmuşdur.73
Karl Linney (Carolus Linnaeus) (1707-1778)

İmanlı bir elm adamı olan Linney botanika sahəsində çox əhəmiyyətli fəaliyyətləri ilə iz qoymuşdur. Bitkilərin erkəkciyin dişiciyi mayalandırması vasitəsilə çoxaldıqlarını aşkar edən Linney elmə “bioloji təsnifat” anlayışını gətirmişdir.74
Jan Deluk (Jean Deluc) (1727-1817)
İsveçrəli fizik Deluk “geologiya” kəlməsini kəşf edən elm adamıdır. O və atası müasir civə termometri ilə hidrometri kəşf etmişlər. Deluk kainatın və həyatın təsadüfən əmələ gəlməsi fikrinə qarşı çıxması və yaradılışa inamı ilə tanınır.75

Uilyam Herşel (William Herschel) (1738-1822)
Herşel XVIII əsrin ən məşhur astronomlarındandır. Dövrünün ən çox əks etdirmə xüsusiyyətinə malik teleskoplarını düzəldərək əvvəllər tədqiqi mümkün olmayan ulduz topası və qalaktikaları araşdırması ilə tanınan Herşel “imansız astronomlar dəlidirlər” sözlərilə astronomiya ilə məşğul olan və kainatdakı mükəmməl nizama şahid olan elm adamlarının Allaha inanmamalarının təəccübləndirici olduğunu bildirmişdir.76

Uilyam Paley (William Paley) (1743-1805)
Paley yaradılışa inanan elm adamı idi. Əvvəlki səhifələrdə toxunduğumuz “Təbii İlahiyyat” adlı əsəri öz dövründə ən çox satılan kitablardan biri olmuşdu. Paleyin “əgər sənət əsərləri insanın əsəridirsə, o halda canlı varlıqlar da insandan çox daha üstün bir varlığın əsəridir,”-fikri çox məşhurdur. Paley canlıların yaşadıqları mühitlərdə həyatlarını davam etdirmələri üçün lazım olan hər cür xüsusiyyətlərin onlara bəxş edildiyini, öz ifadəsiylə “bir kəşf, dizaynı və dizayn edən Yaradanın dəlillərinə işarə edir,” -deyərək açıqlayır.
Corc Kuvier (George Cuvier) (1769-1832)

Elm tarixinin ən tanınmış anatomiyaçı və paleontoloqlarından biri olan Kuvier müqayisəli anatomiya elminin banilərindən və paleontologiyanın ayrıca bir elm sahəsi kimi ayrılmasına kömək edən elm adamlarındandır. Kuvier yaradılışa olan qüvvətli inancı və yaradılışın dəlilləri və təkamülün əsassızlığı ilə bağlı müzakirələri ilə şöhrət qazanmışdı.78
Hamfri Deyvi (Humphrey Davy) (1778-1829)
İmanlı bir insan olmağı ilə tanınan Deyvi dövrünün böyük kimyaçılarından sayılırdı. Məşhur alim Faradey onun yanında işləmişdi. Bir çox vacib kimyəvi elementləri ilk dəfə özü təsnif etmişdi. İstilik hərəkət nəzəriyyəsini, təhlükəsizlik fənərini, almazın karbondan ibarət olduğunu ilk dəfə ortaya qoyaraq elmə əhəmiyyətli xidmətləri olmuşdur.79
Adam Secvik (Adam Sedgwick) (1785-1873)
XIX əsrin qabaqcıl geologiya mütəxəssislərindən olan Secvik, xüsusilə Kambrien və Devonyan kimi tanınan əsas qaya sistemlərini aşkar etmişdi.

Eyni zamanda rahib olan Secvik Çarlz Darvinin dostu olmağına baxmayaraq, onun təkamül fikrini inkar etmişdir.80
Maykl Faradey (Michael Faraday) (1791-1867)

Dövrünün ən böyük fiziki kimi tanınan Faradey, xüsusilə elektrik və maqnit sahəsinin inkişaf etməsində xüsusi rol oynamışdır. Faradeyin sadəcə fizika deyil, kimya sahəsində də böyük xidmətləri olmuşdur.
Faradey bir Yaradıcının mövcudluğuna və din ilə elmin uyğunluq təşkil etdiyinə inanan bir alim idi. Ş“Dünyanı Ştək Şbir Yaradan yaratdığına görə bütün təbiət bir bütövün hissələri olmalıdır,”-deyə düşünən Faradey bu prinsiplə hərəkət edərək, elektrik və maqnitin bir-biri ilə əlaqəli olduğu nəticəsinə gəlmişdi.81
Samuel Morze (Samuel Morse) (1791-1872)
Morze bəşəriyyət üçün çox mühüm əhəmiyyət daşıyan teleqrafı kəşf etmiş böyük alimdir. Amerikadakı ilk kameranı da o icad etmişdir.
Morze hər şeyi müəyyən məqsədlə yaradan Yaradıcının varlığına inanırdı. Onun fikrincə, maddi dünya və mənəvi dünya bərabər şəkildə uyğunluq içində mövcuddur. Morze bu sətirlərin müəllifidir:
«Elm inkişaf etdikcə dinin İlahi mənbəyinin dəlilləri daha da dəqiqləşir, Allahın böyüklüyü dərk edilir, gələcək ümid və zövqlə işıqlanır.»82

Cozef Henri (Joseph Henry) (1797-1878)
Amerikalı məşhur fizik və dindar alim Cozef Henri Prinston Universitetinin professoru idi. Qalvanometr ilə elektromaqnetik motoru kəşf edən Henri keçirdiyi təcrübələr və çalışmalarla yanaşı Allaha dua etmək və ibadət etmək üçün mütləq vaxt ayırırdı.83

Luis Aqassiz (Louis Agassiz) (1807-1873)
Bir çoxlarının fikrincə Amerikanın ən böyük bioloqu olan Aqassiz təkamül nəzəriyyəsinə qətiyyətlə qarşı çıxması ilə tanınan alimdir.

Aqassiz təbiətin hər yerində Allahın İlahi planı olduğunu düşünür və yaradılışı inkar edən nəzəriyyəni qəbul etmirdi. Aqassiz belə demişdi:
«Zaman və məkanın birləşməsi sadəcə düşüncəni göstərmir, nizamı, gücü, ağlı, böyüklüyü, gələcəyi əvvəlcədən görməyi, hər şeyi bilməyi, bəsirəti də göstərir. Bir sözlə, bütün bu xüsusiyyətlər insanın tapınacağı və sevəcəyi Allahın bir olduğunu yüksək səslə elan edir».84
Ceyms Preskot Jül (James Prescott Joule) (1818-1889)
Termodinamikanın birinci qanununu kəşf edən məşhur alim Jül ayrı bir simdə hərəkət edən elektrik axınının əmələ gətirdiyi istiliyi hesablamış və ilk dəfə qaz molekulunun sürətini kəşf etmişdir. Jülün ən böyük kəşfi “mexaniki istilik düsturu”dur. Bu vacib kəşf ən əsas kainat qanunu olan “enerjinin saxlanması” qanununa da yol göstərmişdir.

Bu cür əhəmiyyətli elmi kəşfləri olan Jül təbiət qanunlarını öyrəndikcə, Allahı daha yaxından tanıyacağına inanan elm adamlarındandır. Bu inamı onu daha çox araşdırma aparmağa həvəsləndirmişdir. 1864-cü ildə Darvinə qarşı bir manifesti imzalayan 717 elm adamının ən irəlidə olanlarından olan Jülün Allaha inancını ifadə edən bu sözləri məşhurdur:
«Allahın istəklərini öyrəndikdən və itaət etdikdən sonra edəcəyimiz digər şey Onun ağlını, gücünü və yaxşılığını etdiyi işlərin dəlillərini bilməkdir. Təbiət qanunlarını bilmək Allahı bilməkdir».85
Corc Qabriel Stouks (George Gabriel Stokes) (1819-1903)

Başda fizika və riyaziyyat olmaqla bir çox elm sahələrində vacib kəşflərə imza atan Stouks məşhur ingilis alimidir. Yerin cazibə qüvvəsinin fərqləri, astrofizika, kimya, səslə bağlı problemlər və istilik mövzusunda araşdırmalar aparmışdır. Kvarsın şüşədən fərqli olaraq ultrabənövşəyi radiasiyaya qarşı şəffaf olduğunu göstərmişdir. Lord Kelvin ilə elektro-termodinamik tədqiqatlarını aparmışdır. Stouks X şüalarının Maksvelin ekektromaqnit spektrinin bir hissəsi olduğunu göstərmişdir. Bir müddət London Viktoriya İnstitutunun rəhbəri olan Stouks eyni zamanda Kembric Universiteti Fəlsəfə Cəmiyyətinin fəal üzvü idi.
Təbiəti Yaradana inanaraq tədqiq edən bir alim olan Stouksun Allaha inamını dilə gətirdiyi bir çox yazıları vardır. Stouks həmin yazılarında təbiət qanunlarının Allahın əmri altında olduğunu və Allahın bu qanunları istədiyi kimi yönəltməyə gücü çatdığını bildirmişdir.86
Rudolf Vörçou (Rudolph Virchow) (1821-1902)

Vörçounun əsas xidməti əczaçılıq sahəsində olmuşdur. Müasir patologiyanın banisi sayılan Vörçou hüceyrə ilə bağlı xəstəlikləri tədqiq etmişdir. Leykemiyanı ilk dəfə o müəyyən etmiş, bundan başqa antropologiya və arxeologiya sahələrində də araşdırmalar aparmışdır. Vörçou Darvin və Hekelin nəzəriyyələrinə qarşı çıxan alimlərdən biridir. Hətta elmi fəaliyyəti ilə bərabər siyasətə qatılaraq, alman məktəblərində təkamül nəzəriyyəsinin öyrədilməsinə qarşı çıxmışdır.87
Qreqori Mendel (Gregory Mendel) (1822-1884)
Mendel qanunları kimi tanınan 3 genetika qanununu kəşf edən məşhur alim, irsiyyət prinsiplərini irəli sürən şəxs kimi tarixə düşmüşdür. Mendelin irsiyyət prinsipləri təkamül nəzəriyyəsinin əsassızlığını ortaya qoyan ən əhəmiyyətli elmi sübutlardan biri olmuşdur.

Mendel kəşf etdiyi irsiyyət prinsipləri bir tərəfdən təkamül nəzəriyyəsinin əsaslarını sarsıdan, digər tərəfdən təsadüflərin dünyayı əmələ gətirə bilməyəcəyinə, hər şeyi olduğu kimi, o cümlədən dünyanı da Allahın yaratdığına inanan bir din adamı idi.88

Lui Paster (Louis Pasteur) (1822-1895)

Tibb elmi tarixində xüsusi yeri olan Paster, xüsusilə xəstəliklər haqqındakı mikrob nəzəriyyəsi və təkamül nəzəriyyəsinə qətiyyətlə qarşı çıxması ilə məşhurdur. Mayalanmanın üzvi əsaslarını və nəzarət etmə metodlarını ilk dəfə o açıqlamışdır. Apardığı çalışmalar onu bakteriologiyaya yönəltmişdir. Paster bu sahədə apardığı araşdırmalar nəticəsində quduzluq, difteriya, qarayara və digər xəstəliklərlə mübarizədə ən vacib yol olan peyvəndi kəşf etmiş, pasterizə və sterlizə proseslərinin üsullarını ortaya qoymuşdur.
Allaha çox güclü inamı olan Paster yaşadığı dövrdə Darvinin təkamül nəzəriyyəsinə qarşı çıxmasına görə bir çox təzyiqlərə məruz qalmışdır. Elm ilə din arasındakı əlaqəni müdafiə edən Paster bu barədə dediyi sözləri ilə çox məşhurdur. Bu sözlərindən bəziləri belədir:
«Təbiəti nə qədər çox tədqiq edirəmsə, Yaradanın əsərləri qarşısında inancım bir o qədər çox artır».89 «Elm insanı Allaha yönəldir».90
Uilyam Tomson (William Thomson) (Lord Kelvin) (1824-1907)
Lord Kelvin dindarlığı ilə tanınan, dövrünün qabaqcıl fiziklərindən biridir. Riyaziyyat və fizika kimi elm sahələrinə göstərdiyi xidmətləri və kəşfləri ilə elmi dairələrin hörmətini qazanmışdır. Lord Kelvin hidrogen və heliumu mayeləşdirmək üçün uğurlu metod hazırlayan ilk şəxsdir. İstilik ilə bağlı kəşflərinə görə, istilik dərəcələrinə bu gün “Kelvin dərəcəsi” deyilir. Bundan başqa termodinamikanı rəsmi fiziki qanun halına salaraq birinci və ikinci qanunları dəqiq şəkildə formullaşdırmışdır.

Lord Kelvinin Allaha olan inancını ifadə edən sözlərindən bəziləri belədir:
«Azad düşünən insanlar olmaqdan qorxmayın. Əgər dərin dğşğnsəniz, elm vasitəsilə Allah inancına yönələrsiniz».91 «Həyatın mənbəyinə baxdıqda, elm qəti şəkildə o Böyük Qüdrətin varlığını təsdiqləyir».92
C.C.Tomson (J.J. Thomson) (1856-1940)

Elektronun varlığını ilk dəfə aşkar edən (1897) C.C.Tomson Kembric Universitetində fizika elmləri professoru idi. Güclü imana sahib olan Tomsonun elmin gəldiyi nəticələrin Allahın mövcudluğunu göstərdiyini ifadə edən sözləri belədir:
«Elm qalasının yüksək zirvələri Allahın möhtəşəm işlərini göstərir».93
Uilyam Haqqins (William Huggins) (1824-1910)

Həm yaxşı astronom, həm də imanlı alim olan Haqqins ulduzların dünyada mövcud olan elementlərin əksəriyyəti ilə yanaşı, hidrogeni də ehtiva etmələrini kəşf etmişdir. Haqqins eyni zamanda kainatın genişləndiyini açıq şəkildə sübut edən Dopler təsirini (ulduzların birbirindən uzaqlaşdıqca, qırmızıdan maviyə doğru işıq saçması) ilk dəfə müəyyən etmişdir.94


Ceyms Klerk Maksvel (James Clerk Maxwell) (1831-1879)
Maksvel qısa ömrünə baxmayaraq, elmə çox əhəmiyyətli xidmətləri ilə tanınan böyük bir alimdir. Müasir fizikanın banilərindən biri kimi qəbul edilən Maksvel işıqla elektrikin bir-birilə əlaqədar olduğunu göstərmiş, işıq, elektrik və maqniti tək bir düsturla ifadə etməyi bacarmışdır. Eynşteyn nisbilik nəzəriyyəsi üzərində çalışarkən, Maksvelin düsturlarından istifadə etmişdir.

Albert Eynşteyn tərəfindən “Nyutondan bəri fizikanın sahib olduğu ən faydalı və qürurla təcrübələrini apardığım şəxs” kimi dəyərləndirilən Maksvel, eyni zamanda imanlı adam idi. Təkamül nəzəriyyəsinə qarşı olan Maksvel fransız ateist Laplasın məşhur “ulduz topası hipotezi”nə və təkamülçü filosof Darvinin tərəfdarı Herbert Spenserə qarşı qəti etiraz etmişdir.
Yazdığı bir məktubda imanlı bir elm adamının dinin faydası üçün çalışmalı olduğunu bildirmişdir.95
Con Strat (John Strutt) (1842-1919)
Con Strat elektromaqnit dalğaların hərəkəti üzərində çalışmış, optika, səs və qaz dinamikası kimi müxtəlif elmi mövzularda da xidmətləri olmuşdur. Strat eyni zamanda arqonu və azlıq təşkil edən qazları kəşf etmişdir. Dindarlığı ilə tanınan elm adamı dərc etdirdiyi məqalələrinin ön sözünə “Allahın işləri böyükdür” yazmışdır.96

Corc Vaşinqton Karver (George Washington Carver) (1865-1943)

Kənd təsərrüfatı kimyası 1880-ci illərdən etibarən çox vacib elm sahəsinə çevrilmişdir.

Karver bu sahədə çox əhəmiyyətli kəşfləri ilə məşhur olan bir alimdir.

Karver Allaha olan inamı ilə tanınırdı və bütün söhbətlərində mövzunu Allaha olan dərin bağlılığına gətirirdi. “Atlanta” jurnalına verdiyi müsahibəsində kəşf etdiyi gil boya ilə bağlı sual verildikdə belə cavab vermişdir: ”Mənim etdiyim tək şey Allahın yaratdığını insanların istifadə edəcəyi hala gətirməkdir. Bu, Allahın əsəridir, mənim deyil.”97
Ceyms Cinz (James Jeans) (1877-1946)

Məşhur fizik Ceyms Cinz kainatın sonsuz elm sahibi Yaradan tərəfindən yaradıldığına inanırdı. Aşağıda Cinzin imanını açıqladığı bəzi ifadələri verilmişdir:
«Biz kainatın dizaynı və nəzarət gücünü göstərdiyini kəşf etdik».98 «Kainat haqqında aparılan elmi tədqiqatların nəticəsi tək bir cümlə ilə ifadə edilə bilər: Kainat elmi sonsuz olan bir varlıq tərəfindən dizayn edilmişdir».99
Albert Eynşteyn (1879-1955)

Dövrümüzün ən məşhur alimi olan Albert Eynşteyn eyni zamanda Allaha imanı ilə də tanınırdı. Elmin dinsiz olmayacağını dəstəkləyən Eynşteynin din və elmlə bağlı bir kəlamı belədir:
«Dərin bir imana sahib olmayan əsl alim düşünə bilmirəm. Bu vəziyyət belə ifadə edilə bilər: Dinsiz elm topaldır».100
Eynşteyn kainatın təsadüflər nəticəsində əmələ gəlməyəcək qədər mükəmməl nizama malik olduğuna və kainatın Üstün Ağıl sahibi Yaradanımız tərəfindən yaradıldığına inanırdı.
Məqalələrində Allaha imanından tez-tez danışan Eynşteynə görə, kainatdakı təbii nizamın mükəmməlliyi son dərəcə vacibdir. Bir məqaləsində Eynşteyn ”Təbiəti araşdıran hər kəsin içində bir növ dini hörmət”101 olduğunu bildirmiş və belə demişdir:
«Elmlə ciddi məşğul olan hər kəs təbiət qanunlarında bir ruhun, insanlardan daha üstün bir ruhun olduğuna inanır. Buna görə də elmlə məşğul olmaq insanı dinə yönəldir».102


Eynşteynin dinə baxışını aşağıdakı sözlərində də görmək mümkündür:
«Din duyğusu nə vaxt itsə, elm ilhamı olmayan eksperimentalizmə çevrilər».103
Corc Lematr (Georges Lemaitre) (1894-1966)
Corc Lematr kainatın yaradılışını ifadə edən «Big Bang» nəzəriyyəsini irəli sürmüşdür. Lematr kainatın başlanğıcı və sonu olduğunu, bunun da bir çox insanların Allaha inanmasında vacib rol oynadığını dəstəkləmişdir. Eyni zamanda din adamı olan Lematr dinin və elmin insanlığı eyni həqiqətlərə çatdıracağına inanırdı.104
Alister Hardi (Alister Hardy) (1896-1985)

Hardi müasir okeanologiya elminin banisidir. İmanlı elm adamlarını dinə olan xidmətlərinə görə mükafatlandıran Templton Vəqfi 1985-ci ildə elm yolu ilə dinə yönəldiyi və bu sahədəki fəaliyyətlərinə görə Hardini mükafatlandırmışdır.105


Verner von Braun (Wernher von Braun) (1912-1977)

Verner von Braun dünya səviyyəsində tanınan ən məşhur kosmoloqlarından biridir. Verner von Braun İkinci Dünya Müharibəsi zamanı məşhur V-2 raketlərini təkmilləşdirərək alman raket mühəndisliyinin inkişafına kömək etmişdir. NASA-ya rəhbərlik edən Braun eyni zamanda güclü imana sahib dindar alim idi.
Yaradılış və təbiətdəki nizam haqqında belə deyirdi:
«İnsan əli ilə kosmosda uçmaq təəccübləndirici uğurdur, amma kosmos, qapılarının çox az qismini insanlara açır. Bu dəlikdən kainatın əsrarəngizliyinə baxmaq Yaradana olan qəti imanımızı təsdiqləyir. Kainatı var edən üstün bir Ağılı tanımayan elm adamını və inkişaf edən elmi inkar edən din adamını anlamaqda çətinlik çəkirəm».106


Verner von Braun 1974-cü il may ayında dərc edilmiş bir məqaləsində belə yazırdı:
«İnsan nizam və məqsəd olmadan kainatın qanunu və nizamı ilə öz başına buraxıla bilməz. Kainatın və onun ehtiva etdiyi hər şeyin heyrətləndirici tərəflərini daha yaxşı anladıqca, elə bu məqsədlə yaradılan nizamda heyrət ediləcək daha çox səbəblər tapdıq. Tək nəticəyə inanmağa məcbur edilmək, yəni kainatdakı hər şeyin təsadüfən əmələ gəldiyinə inanmağa məcbur edilmək elmin tərəfsizliyinə xələl gətirir... Təsadüfən meydana gələn hansı proses bir insanın beynini və ya bir insan gözünün sistemini əmələ gətirə bilər?...»107
Maks Plank (Max Planck) (1858-1947)
Məşhur alman fiziki Maks Plank öz adıyla tanınan fiziki sabitliyi kəşf etmişdir. 1900-cü illərdə Berlin Universitetində fizika professoru olan Plank işığın (radiasiya) bir çaydakı suyun davamlı axması kimi deyil, yağış damlasının pəncərənin şüşəsində əmələ gətirdiyi görüntüdəki kimi quruluşa sahib olduğunu bildirmişdir.

Planka qədərki dövrdə elm adamları işığın dalğa hərəkəti olduğunu düşünürdülər. Hər bir işıq hissəciyinin bir enerji paketi olduğunu bildirən Plank hər bir paketə “foton” adını vermişdi. «Foton» anlayışı fizika elmində dönüş yaratdı. Plank həmçinin bildirmişdi ki, işıq səs kimi havada dalğalar halında yayılmaqla qalmır, eyni zamanda hissəciklər halında da hərəkət edə bilirdi.
Belə əhəmiyyətli kəşflərin sahibi olan Plank kainatı idarə edən böyük bir “Güc”ün ağlına inanırdı. Kainatdakı nizamın yaradıcısının Allah olduğunu söyləyən Maks Plank Allaha olan imanını belə bir ifadəsi ilə vurğulamışdır:
«Hansı sahədə olursa-olsun, elmlə ciddi məşğul olan hər kəs elm məbədinin qapısındakı bu yazını oxuyacaqdır: ”İman gətir. İman elm adamlarının ayrıla bilmədiyi xüsusiyyətdir.”108
Çarlz Koulson (Charles Coulson) (1910-1974)
Oksford Universitetində illərlə riyaziyyat elmi üzrə professor olan Koulson sözlərində Allaha olan imanını, Allaha yaxınlaşma istəyini, Allaha dua etməsini və həyatının məqsədinin Allaha yaxınlaşmaq olduğunu bildirmişdir.109