Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

İslam'ın İnanç Esasları: Son söz

Mündəricat
  1. Ön söz
  2. Allahdan başqa ilah yoxdur
  3. Allah hər yeri əhatə etmişdir
  4. Allah insana çox yaxındır
  5. Allah hər şeyi bir qədər ilə yaratmışdır
  6. Allah hər şeyə qadirdir
  7. Allah hər şeyi bilir və görür
  8. Hər varlıq Allaha boyun əymişdir
  9. Allah haqqındakı batil inanclar
  10. Allaha şirk qoşmadan iman
  11. Allahın böyüklüyünü təqdir edə bilmək
  12. Allahın sonsuz böyüklüyü və qüdrəti
  13. Allah sevgisi və Allah qorxusu
  14. Quran yol göstəricidir
  15. Allahın endirdiyi kitablara və peyğəmbərlərinə iman
  16. Mələklərə iman
  17. Dünya həyatının keçiciliyi
  18. İnsan imtahan olunur
  19. Ölüm son deyil
  20. Axirətə iman
  21. Qiyamətə iman
  22. Diriliş
  23. Hesab günü
  24. Cənnət və cəhənnəm
  25. Məqsəd Allahın məmnuniyyətini qazanmaqdır
  26. Günah və tövbə
  27. İbadətlərdə dəqiqlik göstərmək
  28. Din əxlaqı insanın yaradılışına uyğundur
  29. Möminlər birlik və bərabərlik içində olmalıdır
  30. Son söz

Bu kitab boyunca izah edilən həqiqətlər, dünyanın ən əhəmiyyətli həqiqətləridir. İnsanı Allah yaratmışdır və insan Ona geri dönəcək bir varlıqdır, buna görə, heç bir şey insanın Allahı tanımasından və Ona ibadət etməsindən daha əhəmiyyətli olmaz.

Buna görə, bu həqiqətlərə lazım olan əhəmiyyəti verməniz və həyatınızı bunlara görə nəzərdən keçirməniz, bəlkə yenidən tənzimləməniz lazımdır.

Sizi yaradan Allahı tanıyırsınızmı?

Ona şükür edirsinizmi?

Onun sizə yol göstərici olaraq göndərdiyi kitabdan xəbəriniz varmı?

Və ya bu kitabı həyata keçirmək üçün nələr edirsiniz?

Əmin olun ki, bunlar sizin həyatınızın ən əhəmiyyətli mövzularıdır. Başqa hər şey keçib gedəcək, hər şey yox olacaq, amma Allah baki qalacaq. Allahın vədi, yəni axirət və hesab da bakidir. Bir gün öləcək, sonra diriləcək və Allaha hesab verəcəksiniz.

Unutmayın ki, həm dünyada xoşbəxt həyat sürməniz, həm də axirətdəki sonsuz xoşbəxtliyiniz Allaha qulluq etmənizə bağlıdır. Onsuz da Allah sizi bunun üçün yaratmışdır. Yaradılış məqsədinizə təslim olun və Allaha yönəlib Rəbbimizə ibadət edin. Və Ona ibadətdə, ayədə buyurulduğu kimi qərarlı olun:

O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona oxşarını tanıyırsanmı?!

Məryəm surəsi, 65