Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

İslam'ın İnanç Esasları: Qiyamətə iman

Mündəricat
  1. Ön söz
  2. Allahdan başqa ilah yoxdur
  3. Allah hər yeri əhatə etmişdir
  4. Allah insana çox yaxındır
  5. Allah hər şeyi bir qədər ilə yaratmışdır
  6. Allah hər şeyə qadirdir
  7. Allah hər şeyi bilir və görür
  8. Hər varlıq Allaha boyun əymişdir
  9. Allah haqqındakı batil inanclar
  10. Allaha şirk qoşmadan iman
  11. Allahın böyüklüyünü təqdir edə bilmək
  12. Allahın sonsuz böyüklüyü və qüdrəti
  13. Allah sevgisi və Allah qorxusu
  14. Quran yol göstəricidir
  15. Allahın endirdiyi kitablara və peyğəmbərlərinə iman
  16. Mələklərə iman
  17. Dünya həyatının keçiciliyi
  18. İnsan imtahan olunur
  19. Ölüm son deyil
  20. Axirətə iman
  21. Qiyamətə iman
  22. Diriliş
  23. Hesab günü
  24. Cənnət və cəhənnəm
  25. Məqsəd Allahın məmnuniyyətini qazanmaqdır
  26. Günah və tövbə
  27. İbadətlərdə dəqiqlik göstərmək
  28. Din əxlaqı insanın yaradılışına uyğundur
  29. Möminlər birlik və bərabərlik içində olmalıdır
  30. Son söz

Həmin Saat gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbirlərdə olanları dirildəcəkdir.

Həcc surəsi, 7

Qiyamət günü, Allahın kainat üçün təqdir etdiyi ömrün bitdiyi gündür. O gün insanların imtahanı sona çatacaq və imtahan yeri olan dünyanı, hər şeylə birlikdə, Allah darmadağın edib yox edəcək. Bu, Allahın Quranda vəd etdiyi bir sondur. Kainatın fiziki ömrünün bitəcəyi, elm adamlarının da müşahidə və təsbitləri nəticəsində qənaətə gəldikləri və gözlədikləri elmi bir həqiqət halını almışdır.

Quranda qiyaməti təsvir edən bəzi ayələr belədir:

Sur bircə dəfə üfürüləcəyi, yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman həmin gün Vaqiə qopacaq. Göy yarılacaq və həmin gün o, süst olacaqdır.

Haqqə surəsi, 13-16

Qiyamət günü, ölmüş olan bütün insanları Allah dirildəcəkdir:

Sonra siz həqiqətən qiyamət günü dirildiləcəksiniz.

Muminun surəsi, 16

Allah, diriltdiyi bütün insanları o gün bir yerə toplayacaqdır:

Özündən başqa məbud olmayan Allah, baş verəcəyinə şübhə edilməyən Qiyamət günü sizi mütləq bir yerə toplayacaqdır. Verdiyi xəbərdə Allahdan daha doğru söyləyən kim ola bilər?

Nisa surəsi, 87

Qiyamət günü, hamımızın tək-tək Allahın hüzuruna çıxacağı və dünyada etdiyimiz hər şeyin ortaya qoyulacağı zamandır:

O gün siz məhşərə gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcəkdir.

Haqqə surəsi, 18

O gün, hər kəs etdiyinin qarşılığını tam olaraq alacaq, Allahın sonsuz ədaləti təcəlli edəcək:

Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. Görülmüş iş bir xardal dənəsi mislində olsa belə, onu gətirib tərəziyə qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik.

Ənbiya surəsi, 47

Qiyamət günü, Allahın; kainatın, dünyanın və hər şeyin bioloji sonunu gətirəcəyi zamandır. O an bütün fizika qanunlarını qoyan Allah, o qanunları işləməz hala gətirəcək və fəlakət kimi ifadə etdiyimiz hadisələrdən qat-qat üstün olan bir sıra fəlakətlər zənciri başlayacaq.

Hal-hazırda üzərində yaşadığımız dünya, onsuz da çox həssas nizamlarla varlığını davam etdirir. Dünyanın Günəşə olan bucağı və uzaqlığı tam olması lazım olan səviyyədə nizamlanmış, cazibə qüvvəsi sabitlənmiş, səmada dünyaya çarpıb yox edə biləcək göy daşlarından qorumaq üçün, atmosferə sanki qalxan kimi qoruyucu bir tavan edilmiş və bunun kimi daha başqa həssas qanunlar yaradılmışdır. Bütün bunları yaradan, hələ insan dünyada yox ikən bütün bu tarazlıqları insanın həyatına uyğun olaraq təşkil edən, aləmlərin Rəbbi olan Allahdır. Allahın kainatı hər an qüdrəti altında tutduğu belə xəbər verilir:

Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır

Fatir surəsi, 41

Allahın, bu həssas tarazlıqların fəaliyyətini pozduğu an, hər şey yox olacaq. Məhz o an, Allahın vəd etdiyi qiyamət günüdür.

Qiyamət günü Allahın meydana gətirəcəklərini görüb yaşayan insanlar, hadisələrin dəhşətindən şoka düşəcək:

Ey insanlar! Rəbbinizdən qorxun! Həqiqətən, o Saatın sarsıntısı müdhiş bir şey olacaqdır. Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyini unudacaq, hər bir hamilə qadın bətnindəkini salacaqdır. İnsanları sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqlar. Lakin Allahın əzabı hədsiz şiddətlidir.(Həcc surəsi, 1-2) Əgər küfr etsəniz, uşaqların saçlarının ağaracağı gündən necə yaxa qurtaracaqsınız? (Müzəmmil surəsi, 17)

Qiyamət günü başqa nələrin olacağını Allah bizə Quranda belə bildirmişdir:

Günəş sarınacağı zaman, ulduzlar soluxub sönəcəyi zaman, dağlar hərəkətə gətiriləcəyi zaman, boğaz dəvələr başlı-başına qalacaqları zaman, vəhşi heyvanlar bir yerə toplanılacağı zaman, dənizlər alovlanacağı zaman, hər kəs öz tayına qovuşdurulacağı zaman, diri-diri torpağa basdırılmış qız uşağı soruşulacağı zaman hansı günaha görə öldürülmüşdür; səhifələr açılacağı zaman, göy qopardılacağı zaman, Cəhənnəm alovlandırılacağı zaman və Cənnət möminlərə yaxınlaşdırılacağı zaman, hər kəs bu gün üçün özünə nə tədarük etdiyini biləcəkdir.

Təkvir surəsi, 1-14

QİYAMƏT GÜNÜ İNKAR EDƏNLƏR, HEÇ YAŞAMADIQLARI ŞİDDƏTDƏ QORXU YAŞAYACAQLAR ADNAN OKTAR: Zamanla imanda formalaşma, artma olur, zamanla da küfrdə inkişaf və artma olur. Hz. Mehdi (ə.s)-dan və hz. İsa (ə.s)-dan sonra insanlarda bir ümidsizlik yayılacaq. Bunu fürsət bilən küfr dövrəyə girəcək. Yenə eyni azğınlıqlarına davam edəcəklər. Səid Nursi həzrətləri, "Qiyamlar tərzində edəcəklər" deyir; yəni, yenə ehtimalla bir kommunist qiyamı tərzində. Müasir kommunizm tərzində bir düşüncə çıxacaq, yeni-yeni axmaq iddialar ortaya atacaqlar. "Biz də hər şeyi yaradarıq, biz də hüceyrəni yaradarıq, insan yaradarıq" kimi. Bu klonlamalar, bu texnikalar bir az da irəliləyəcək. Genlərlə oynamaq, genetik şifrələrlə oynamaq bir az daha inkişaf edəcək. İnsanlarda elə bir düşüncə olacaq ki, bir müddət sonra, “mən də insan yaradaram” deyəcəklər. İlahlıq iddia etməyə başlayıb, azacaqlar. Üç böyük inqilab olacağını söyləyir Səid Nursi həzrətləri. Hicri 1506-cı ildən sonra; yəni ard-arda "inqilabı-ı əzm" deyir. Və getdikcə insanlar əxlaqsızlığa, pozğunluğa doğru gedəcəklər. Artıq açıq-aşkar küçələrdə əlaqəyə girmək, müqəddəsata aid hər şeyə hücum edilməsi; məsələn, yer üzündə qoymayacaqlar Quran qalsın. Yəni, gizli-gizli nə qədər varsa yandırıb məhv edəcəklər. Müqəddəsata aid nə bir məscid buraxacaqlar, nə bir yazı, nə də hər hansı bir kağız parçası, hamısını məhv edəcəklər. Böyük bir azğınlıq və tuğyan olacaq, qiyamətin qopmasından çox az bir zaman əvvəl, məsələn, 20-30 müsəlman varsa, hansı ki, çox az olacaq sayları, onlar da gizli olacaq. Allah onların canını alacaq, qiyamət küfrün və dəlalət üzərinə qopacaq. Məhz o axşam və şam arası deyilən şeydir, İstanbulda yenə insanlar azğınlaşacaqlar, quduracaqlar. Heç təxmin etməyəcəklər. Məsələn, Boğazın kənarında tam belə içki masasını qurmuş rəzalət çıxararkən, əxlaqsızlıq edərkən, açıq-aşkar cinsi əlaqədə olarkən birdən Boğazın altından lavaların çıxdığını görəcəklər. Boğazın iki tərəfinin birləşdiyini görəcəklər. İki tərəf qarşıqarşıya, ikisi birləşəcək və geri açılacaq və böyük lavaların hər yerdən fışqırdığını görəcəklər. Dənizin yanmağa başladığını görəcəklər, o zaman anlayacaqlar ki, qiyamət başladı. Və göydən nur kimi, çox göstərişli, amma heybətli olaraq da mələklər enməyə başlayacaqlar. Dünyada insanların qorxa biləcəyi ən şiddətli yüksək qorxunu, heç bir insan yaşamamışdır, məhz o zaman yaşayacaq insanlar. Yəni, bu dərəcə yüksək qorxunu heç bir insan yaşamamışdır. Allah "Sən onları sərxoş zənn edərsən, onlar sərxoş deyillər" (Həcc surəsi, 2) deyir; danışma qabiliyyətlərini itirəcəklər, şüurları bağlanacaq, nə övladı, nə uşağı ilə əlaqəsi qalacaq. Yəni, öz canının dərdinə düşəcək, amma öz canını da qurtaracaq ağlı qalmayacaq. Şüuru bağlanacaq qorxunun şiddətindən. Allah, "Saçları dümağ olacaq" (Müzzəmmil surəsi, 17) deyir; ani saç ağarması adi halda mümkün olan bir şey deyil, qorxunun şiddətindən bu olacaq. Bir anda saçları ağaracaq. Və fasiləsiz davam edəcək zəlzələlər, çox yüksək balla zəlzələlər davam edəcək. "Və getdikcə dağların əridiyini görərsən" (Qariə surəsi, 5) deyir, məsələn, yeddi təpədən ibarətdir İstanbul. Getdikcə əriməyə başlayacaq və düz sahə halına gəlməyə başlayacaq. (Adnan Oktar Kaçkar TV reportajı, 19 Fevral 2009)

HZ. İSA (Ə.S)-DAN ETİBARƏN BÜTÜN İNSANLIQ ALƏMİ QİYAMƏT GÜNÜ YAŞANACAQLARI GÖRƏCƏK ADNAN OKTAR: Çox az müsəlman qrupu qalacaq, bir əsər-i rəhmət olaraq deyir Səid Nursi; hədislər də ifadə edir bunu onsuz da. O möminlərin canları alınacaq, ya bir neçə saat əvvəl, ya bir neçə gün əvvəl hamısının canları alınacaq, qiyamət küfrün başına qopacaq deyilir. Qiyamət qopanda bütün müsəlmanlar da bunu məzarlarından seyr edəcəklər. Bir qismi də əgər yaşayan olarsa, imanı zəif ... amma qalmayacaq onsuz da o dövrdə, bütün möminlər məzarlarından seyr edərlər. Digər küfrdən olan kəslər də onsuz da görmüş olacaqlar; "Saçları ağarar" (Müzzəmmil surəsi, 17) deyir ayədə, yəni şokun şiddətindən normal qapqara saçı bir anda dümağ olacaq deyir.

Əlbəttə, yəni dümağ olacaq saçları deyir. Bu insan ağlının qavraya biləcəyi ən yüksək qorxu dərəcəsidir. İnsanlar heç bir zaman bu qorxu dərəcəsini dadmamışlar dünyada, bu qədər şiddətli əzab dadmamışlar. Məhz bunu qiyamətdə görəcəklər; heç bir insanın saçı birdən ağarmaz, qorxunun şiddətindən bütün bədən əzələləri idarəsiz hala gəlməz və iztirabı çox çətindir, insanın şoka girməsi çox çətindir. Bilirsiniz böyük qəzalarda olur bəzən, amma bu qədər, bu dərəcə olmaz. Məhz qiyamətdə bu olacaq. Çünki mələklərin endiyini də görəcəklər və çox şiddətli zəlzələlər olmağa başlayacaq, dağlar yavaş-yavaş əriməyə başlayacaq. Holdinqlər, binalar, qum kimi əriyib yayıldığını gördükcə və ölüm də yavaş-yavaş gələcəkdir. Çox şiddətli əzab çəkəcəklər. Və bütün insanlıq aləmi də hz. Adəm (ə.s)-dan etibarən bu vaxta qədər olan hər kəs bu səhnəni görəcək, dünya yerlə bir olacaq, tamamilə açılacaq, belə dümdüz, maqması və s. hamısı açılacaq və tam bir qiyamət olacaq; yarımçıq deyil. Ay, Günəş hamısı onun içinə daxildir. Hər yer dümdüz olacaq. Ondan sonra "yeni bir yaradılışla yaradacağam" deyir Allah. Yeni bir yaradılışla, yəni yeni fizika qanunları, yeni bir sistemlə yaradır; fizika qanunları dəyişəcək, bizim alışdığımız qanunlar xaricində yeni bir qanun yaradılacaq deyir axirətdə. Məsələn, bədən quruluşu da yeni bir qanunla yaradılır, artıq daxili orqanlar yoxdur yeni yaradılışda; ürək yox, mədə yox, daxili orqanların heç biri olmayacaq, tam fərqli bir insan quruluşu. (Adnan Oktar Çay TV reportajı, 31 yanvar 2009)