İslam'ın İnanç Esasları: Məqsəd Allahın məmnuniyyətini qazanmaqdır
Mündəricat
- Ön söz
- Allahdan başqa ilah yoxdur
- Allah hər yeri əhatə etmişdir
- Allah insana çox yaxındır
- Allah hər şeyi bir qədər ilə yaratmışdır
- Allah hər şeyə qadirdir
- Allah hər şeyi bilir və görür
- Hər varlıq Allaha boyun əymişdir
- Allah haqqındakı batil inanclar
- Allaha şirk qoşmadan iman
- Allahın böyüklüyünü təqdir edə bilmək
- Allahın sonsuz böyüklüyü və qüdrəti
- Allah sevgisi və Allah qorxusu
- Quran yol göstəricidir
- Allahın endirdiyi kitablara və peyğəmbərlərinə iman
- Mələklərə iman
- Dünya həyatının keçiciliyi
- İnsan imtahan olunur
- Ölüm son deyil
- Axirətə iman
- Qiyamətə iman
- Diriliş
- Hesab günü
- Cənnət və cəhənnəm
- Məqsəd Allahın məmnuniyyətini qazanmaqdır
- Günah və tövbə
- İbadətlərdə dəqiqlik göstərmək
- Din əxlaqı insanın yaradılışına uyğundur
- Möminlər birlik və bərabərlik içində olmalıdır
- Son söz

De: “Mənə, dini yalnız Allaha məxsus edərək, Ona ibadət etmək əmr olunmuşdur."
İnsanın, Yaradıcımız olan Allahın sonsuz qüdrətinin fərqinə çatdıqdan sonra Onu unudaraq həyat sürməsi, özünü aldatmasından başqa bir şey olmaz. Allahın insandan istədiyi, Onun razılığını hədəfləmək və Onun üçün yaşamaqdır. İnsanı yaradan, ona ruzisini və hər şeyi verən, ona sonsuz olan axirəti verəcək olan Allahdır. Bu düşünüldüyündə, insanın başqalarının razılığını qazanmaq və ya nəfsini təmin etmək məqsədiylə yaşaması böyük bir nankorluqdur. Bu nankorluğun cəzası isə əbədi cəhənnəmdir.
Məhz insan bu həqiqətlə qarşı-qarşıyadır. Ya həyatını Allahın rizası üzərində quracaq və beləcə, Onun razılığını və cənnətini qazanacaq, ya da cəhənnəmə gedən bir yolu seçəcək. Üçüncü seçim haqqı yoxdur. Bir ayədə bu həqiqət çox açıq şəkildə belə ifadə edilir:
Binasını Allah qorxusu və Onun rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz.
Quranda əmr edilən gözəl əxlaq da tamamilə Allah rizası üzərində qurulmuşdur. Məsələn, Allahın bəyəndiyi bir rəftar olan fədakarlıq, əgər qarşılığında bir gözlənti və ya bir göstəriş məqsədi yoxsa, yalnız Allahın razılığı üçün edilərsə qiymətlidir. Quranda möminlərin gözəl əxlaqının yalnız Allah rizası üçün olduğu belə izah edilir:
Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər və deyərlər:
“Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləyirik!
Bir insan üçün ola biləcək ən böyük xoşbəxtlik və şərəf, Rəbbimiz olan Allahın özündən razı olmasıdır. Allah verdiyi bütün nemətlərlə qullarını Özündən razı edər. Bir ayədə Allahın razılığını qazanmış və Allahdan razı olmuş möminlərin mükafatı belə izah edilir:
Onların Rəbbinin yanındakı mükafatı ağacları altından çaylar axan, içində əbədi qalacaqları Ədn bağlarıdır. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu nemətlər, Rəbbindən qorxan kimsələrdən ötrüdür!.
Allah rizası, yalnız müəyyən ibadətlər və ya müəyyən zamanlar üçün deyil, həyatın hamısı üçün keçərlidir. Aşağıdakı ayədə, bir möminin bütün həyatının tək bir məqsədə istiqamətli olması lazım olduğu belə bildirilir:
De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!