İslam'ın İnanç Esasları: Allahın böyüklüyünü təqdir edə bilmək
Mündəricat
- Ön söz
- Allahdan başqa ilah yoxdur
- Allah hər yeri əhatə etmişdir
- Allah insana çox yaxındır
- Allah hər şeyi bir qədər ilə yaratmışdır
- Allah hər şeyə qadirdir
- Allah hər şeyi bilir və görür
- Hər varlıq Allaha boyun əymişdir
- Allah haqqındakı batil inanclar
- Allaha şirk qoşmadan iman
- Allahın böyüklüyünü təqdir edə bilmək
- Allahın sonsuz böyüklüyü və qüdrəti
- Allah sevgisi və Allah qorxusu
- Quran yol göstəricidir
- Allahın endirdiyi kitablara və peyğəmbərlərinə iman
- Mələklərə iman
- Dünya həyatının keçiciliyi
- İnsan imtahan olunur
- Ölüm son deyil
- Axirətə iman
- Qiyamətə iman
- Diriliş
- Hesab günü
- Cənnət və cəhənnəm
- Məqsəd Allahın məmnuniyyətini qazanmaqdır
- Günah və tövbə
- İbadətlərdə dəqiqlik göstərmək
- Din əxlaqı insanın yaradılışına uyğundur
- Möminlər birlik və bərabərlik içində olmalıdır
- Son söz

Onlar, Allahın qədrini haqqıyla təqdir edə bilmədilər. Şübhəsiz ki, Allah yenilməz qüvvət sahibi, Qüdrətlidir.
Allah sonsuz qüdrətini və elmini mövcud olan hər varlıqda göstərir. İnsan bədəninin hər təfərrüatındakı mükəmməllikdə, çiçəklərin görünüşlərindəki, rəng və qoxularındakı gözəllikdə, səmanın və kainatın ehtişamında, planetlərin orbit nizamında, dənizlərin dərinliklərindəki balıqlarda və ağlınıza gələcək hər şeydə aydın görünən dizayn, nizam və mükəmməllik, Allahın varlığının və sonsuz gücünün çox açıq dəlillərindəndir. İnanmayanların bir qismi, Allahın varlığını və qüdrətinin sonsuzluğunu fərq etmələrinə baxmayaraq, təkəbbürlüklərindən ötrü inkar edərlər. Allahın böyüklüyünü tanımaq istəməzlər. Ağıl sahibi olmadıqları üçün Allahın varlığının və böyüklüyünün, bütün varlıqlarda görülən açıq dəlillərini görə bilməzlər. Bir ayədə, insanların içində olduqları bu qəflət belə bildirilir:
Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, insanların çoxu onların yanından üz çevirib keçirlər.
Bu dəlilləri ancaq, ətraflarındakı varlıqların məqsədi və işarə etdikləri üzərində düşünən, mühakimə qabiliyyəti açıq, ağlını və vicdanını istifadə edə bilən insanlar görə bilərlər. Bunlar da iman edənlərdir. Möminlərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri, dərin düşünə bilmələridir. Səmimi bir yanaşma ilə, azad bir ağılla və səthi olmayan bir düşüncə şəklinə sahib olan möminlər, bunun sayəsində, Allahın yaratmasındakı sənətini və gücünü görərək, Onun böyüklüyünü və qüdrətini təqdir edərlər. Bir ayədə, ağlını istifadə edən insanların Allahın ayələrini hər yerdə görə biləcəkləri belə açıqlanır:
Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə yüklənmiş halda dənizdə üzən gəmilərdə, Allahın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, Onun bütün heyvanatı yer üzünə yaymasında, küləklərin istiqamətinin dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır
Bunu qavrayan insan, baxdığı hər şeydə Allahın varlığının dəlillərini görər, Onun qüdrətinin izlərini seyr edər. İnsanların çoxu bu həqiqətləri heç düşünmədən, tamamilə boş bir ağılla yaşayarkən, mömin həmişə Allahı təfəkkür edər. Bir ayədə nümunəvi müsəlman rəftarı belə izah edilir:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər:
“Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!