Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

İslam'ın İnanç Esasları: Quran yol göstəricidir

Mündəricat
  1. Ön söz
  2. Allahdan başqa ilah yoxdur
  3. Allah hər yeri əhatə etmişdir
  4. Allah insana çox yaxındır
  5. Allah hər şeyi bir qədər ilə yaratmışdır
  6. Allah hər şeyə qadirdir
  7. Allah hər şeyi bilir və görür
  8. Hər varlıq Allaha boyun əymişdir
  9. Allah haqqındakı batil inanclar
  10. Allaha şirk qoşmadan iman
  11. Allahın böyüklüyünü təqdir edə bilmək
  12. Allahın sonsuz böyüklüyü və qüdrəti
  13. Allah sevgisi və Allah qorxusu
  14. Quran yol göstəricidir
  15. Allahın endirdiyi kitablara və peyğəmbərlərinə iman
  16. Mələklərə iman
  17. Dünya həyatının keçiciliyi
  18. İnsan imtahan olunur
  19. Ölüm son deyil
  20. Axirətə iman
  21. Qiyamətə iman
  22. Diriliş
  23. Hesab günü
  24. Cənnət və cəhənnəm
  25. Məqsəd Allahın məmnuniyyətini qazanmaqdır
  26. Günah və tövbə
  27. İbadətlərdə dəqiqlik göstərmək
  28. Din əxlaqı insanın yaradılışına uyğundur
  29. Möminlər birlik və bərabərlik içində olmalıdır
  30. Son söz

Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır.

Bəqərə surəsi, 2

Quran Allahın sözüdür. Allah, Özünü tanıtmaq, insanların yaradılış məqsədini bildirmək, dünyanın mahiyyətini, imtahanın xüsusiyyətlərini və insanlardan nələr istədiyini xəbər vermək, axirəti müjdələmək və gözəl əxlaqı təsvir etmək kimi bir çox hikmət üzərinə Quranı nazil etmişdir. Cəbrayıl vasitəsiylə hz. Məhəmməd (s.ə.v)-ə vəhy olunan Quran, son kitab olması etibarilə, qiyamətə qədər keçərli olacaq və insan əlinin əsla müdaxilə edə bilməyəcəyi bir kitabdır. Allah, Quranın mühafizə altında olduğunu bir ayədə belə xəbər verir:

Heç şübhəsiz, zikri (Quranı) Biz nazil etdik Biz; onun qoruyucuları da həqiqətən Bizik.

Hicr surəsi, 9

Quranın bənzərsiz üslubu və ehtiva etdiyi üstün hikmət, onun sonsuz elm sahibi Rəbbimiz Allahın sözü olduğunun qəti dəlilidir. Bunlarla bərabər, Quranın Allah qatından endirildiyini isbat edən xeyli çox möcüzəvi xüsusiyyəti də vardır. Bu xüsusiyyətlərdən biri, XX və XXl əsr texnologiyasıyla əldə etdiyimiz bəzi elmi həqiqətlərin 1400 il əvvəl Quranda bildirilmiş olmasıdır. Quranın endirildiyi dövrdə elmi olaraq müəyyən olunması mümkün olmayan bu məlumatlar dövrümüzdə insanlara Quranın Allah sözü olduğunu bir daha isbat etmişdir.

Quranın bir başqa əhəmiyyətli xüsusiyyəti isə, (təhrif edilmiş Tövrat və İncilin əksinə) içində heç bir ziddiyyət olmamasıdır və bu da Quranın Allah sözü olduğunun bir başqa isbatıdır, Allah bu həqiqəti insanlara belə xatırladır:

Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar. (Nisa surəsi, 82) Quran insanlar üçün yol göstəricidir. Eyni zamanda doğru ilə yanlışı bir-birindən ayıran mütləq doğru ölçüdür ki, bu səbəblə, Quranın bir adı da "Furqan", yəni "ayırd edən" dir: ... Doğrunu yanlışdan ayıran (Furqan)ı da endirdi. Həqiqət budur ki, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır... (Ali İmran surəsi, 4) Quran; insanlara öyüd-nəsihət verən, sonsuz axirət həyatları üçün onları xəbərdar edən bir kitabdır:

Bu Quran insanlar üçün bir bildirişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar.

İbrahim surəsi, 52

Quran, Allahın endirdiyi son və qiyamətə qədər keçərli olacaq tək haqq kitabdır. Allahın bundan əvvəl nazil etdiyi Tövrat və İncil də endirildikləri dövrlərdə haqq kitab olmalarına baxmayaraq, əvvəlki səhifələrdə də izah etdiyimiz kimi sonradan insan əliylə əlavə və çıxarılmalar edilərək dəyişdirildiyi üçün, hal-hazırda keçərli olma xüsusiyyətlərini itirmişlər. Allah, Öz Qatında İslamı tək keçərli din olaraq qəbul etdiyini də bir ayədə belə bildirmişdir:

Kim İslamdan başqa bir din ardınca gedərsə, əsla ondan qəbul edilməz. O, axirətdə zərər çəkənlərdəndir.

Ali İmran surəsi, 85