Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

İslam'ın İnanç Esasları: Axirətə iman

Mündəricat
  1. Ön söz
  2. Allahdan başqa ilah yoxdur
  3. Allah hər yeri əhatə etmişdir
  4. Allah insana çox yaxındır
  5. Allah hər şeyi bir qədər ilə yaratmışdır
  6. Allah hər şeyə qadirdir
  7. Allah hər şeyi bilir və görür
  8. Hər varlıq Allaha boyun əymişdir
  9. Allah haqqındakı batil inanclar
  10. Allaha şirk qoşmadan iman
  11. Allahın böyüklüyünü təqdir edə bilmək
  12. Allahın sonsuz böyüklüyü və qüdrəti
  13. Allah sevgisi və Allah qorxusu
  14. Quran yol göstəricidir
  15. Allahın endirdiyi kitablara və peyğəmbərlərinə iman
  16. Mələklərə iman
  17. Dünya həyatının keçiciliyi
  18. İnsan imtahan olunur
  19. Ölüm son deyil
  20. Axirətə iman
  21. Qiyamətə iman
  22. Diriliş
  23. Hesab günü
  24. Cənnət və cəhənnəm
  25. Məqsəd Allahın məmnuniyyətini qazanmaqdır
  26. Günah və tövbə
  27. İbadətlərdə dəqiqlik göstərmək
  28. Din əxlaqı insanın yaradılışına uyğundur
  29. Möminlər birlik və bərabərlik içində olmalıdır
  30. Son söz

Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsl həyatdır. Kaş ki, biləydilər!

Ənkəbut surəsi, 64

İnsanın dünyadakı imtahanının sonunda ya mükafat, ya da cəza vardır. Yaxşı işlər görənlər, Allaha iman edənlər, Allahın razılığını qazanaraq sonsuz cənnətlə mükafatlandırılarlar; pis olanlar, Allahı inkar edənlər və Allahın qoyduğu sərhədləri tapdalayanlar isə sonsuz əzab yaşayacaqları cəhənnəmə layiq olarlar.

İnsan üçün yox olmaq deyə bir şey yoxdur. Sonsuz həyat yaradıldığımız andan etibarən başlamış vəziyyətdədir. Hal-hazırda sonsuz həyatın içindəyik. Sınaq vaxtımızın sonunda, ölüm dediyimiz keçid anından sonra, yeni bir inşa ilə sonsuzluğun içində yaşamağa davam edəcəyik. İnsanın bu həyatının əzabla ya da nemətlər içində keçəcəyi isə, dünya həyatında Allahın sözü olan Qurana bağlılığına, Allahın razılığını güdməsinə bağlıdır. Bütün bu sistem, kainat, dünya, insan və insana istiqamətli yaradılan hər şeyin səbəbi, sonsuz həyat olan axirətə istiqamətlidir. Allah, insanı bir məqsədlə yaratdığını, bu dünyadakı qısa həyatından sonra da axirətdə Özünə hesab verəcəyini belə bildirir:

Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz heç vaxt Bizə qaytarılmayacaqsınız?”

Muminun surəsi, 115

Allahın, orta hesabla altmış və ya yetmiş il kimi, sonsuzluqla yanaşı, bir “an”dan fərqi olmayan qısa dünya həyatının əvəzinə sonsuz həyatı vəd etməsi, çox böyük bir nemətdir. İman və Allahın razılığını axtarmaq kimi, insanın yaradılışına ən uyğun, ən çox hüzur içində yaşaya biləcəyi quruluşa sahib olmağın qarşılığında, Allahın sonsuz gözəl həyat olan cənnəti verməsi Onun lütfündəndir:

İman gətirib xeyirxah işlər görənləri ağacları altından çaylar axan Cənnətdəki otaqlarda yerləşdirəcəyik. Onlar əbədi olaraq orada qalacaqlar. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!

Ənkəbut surəsi, 58

Axirət həyatı, Allahın sonsuz nemətlərinin sərgilənməsi ilə yanaşı, Onun sonsuz ədalətinin təcəlli etməsi baxımından da əhəmiyyətlidir. İnsanların dünyada etdikləri hər şeyin qarşılığının verildiyi yer, ədalətin tam olaraq tətbiq edildiyi, mərhəmətin də misliylə təcəlli etdiyi yer, axirət olacaq. Bir ayədə, axirətdə təcəlli edəcək olan bu mütləq ədalət belə ifadə edilir: ... De:

“Dünyanın ləzzəti azdır. Müttəqilər üçün isə axirət daha xeyirlidir. Sizə xurma çərdəyindəki lif qədər belə haqsızlıq edilməz”. ..."

Nisa surəsi, 77

Gördüyümüz hər şeyi yaratmağa qadir olduğuna şahid olduğumuz Allah, əlbəttə ki, axirəti yaratmağa qadirdir:

Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı?! Şübhəsiz ki, O, Yaradandır, Biləndir

Yasin surəsi, 81